Татарский переводчик Узбекские песни

Miri Yusif.  Слушать песни исполнителя и скачать онлайн

Для вас Персональная подборка Моя музыка Избранное и плейлисты

Miri Yusif

  • Müsafir olub ruhum anidən qəlbinə İtib məsafələr, hissləri aparıb dərinə Sevincdən gözlər dolur, dolaşır sözlərim Bu eşq mükafat olub, əbədi sakininə Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban Təsadüf urəylərimiz qucaqlaşır Dərhal problemlərimiz uzaqlaşır Sevinir döyüntülər saf uşaq kimi O an qaranlıqlar işıqlaşır Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban
  • Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi Mən sənə dəli-divanə Sən hisslərimə biganə İnanmaram daha mən Aldanmaram daha mən Gətirsən də bəhanə Yaş üstünə yaş artar Həsrətin gözlərimi yaşardar Mən yollarında avarə Bu ürəyi yalnız sənə etmişdim həvalə Bir sonu var bu əhvalatın Sənə sərf etdiyim hər saatım Sənlə keçən keçmiş həyatım Ad gününə hədiyyəm olsun Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi Al, ad gününə hədiyyəm Sənə həsr olunur mədhiyyəm Yoxdur məndə bəd niyyət Qərarımda qətiyəm Geri dönmə qətiyyən! Budur verdiyin dəyər Gördüm kim nəyə dəyər Ürək sənsiz göynəyər Mənsiz görsə nə deyər səni mənlə görənlər?! Bir sonu var bu əhvalatın Sənə sərf etdiyim hər saatım Sənlə keçən keçmiş həyatım Ad Gününə hədiyyəm olsun Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi
  • Mən ölsəm yox olsam çinar kimi solaram Bilsəm ki, xoşbəxtsən bəxtəvər olaram. Amma unutmaki mən qayıdaram?! Ötən günlər limanına Ordan yuxuna qonaq gəlib öpüb oyadaram ... Mən küləyəm, mən küləyəm məni sınama Mən özgəyəm, mən özgəyəm məni saxlama. Cənnətdən qovulmuş şeytanam məni qınama Mən küləyəm, mən küləyəm məni sınama. Necə qaranlıq, necə sükut var Bura kölgələr ölkəsi. Bura öz dünyam, bura çox viran Bura çagırmam hər kəsi. Bəlkə bir gün yenə mən qayıdaram?! Ötən günlər limanına Ordan yuxuna qonaq gəlib öpüb oyadaram ...
  • Görəsən məndən neçə dənədir? Biri yerdə və biri göydədir Biri xoşbəxt və biri dərddədir Biri itkin və biri dəbdədir De görüm məndən neçə dənədir? Biri qəmgin, biri təntənədir Biri ölmüş, biri ürəkdədir Biri evdə, biri səhnədədir Kim bilir məndən neçə dənədir? Biri səssiz, biri nəğmədədir Biri bəmdə, o biri zildədir Biri geridə və biri öndədir Biri şərqdə, biri qərbdə Biri cənub, biri şimalda Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Görəsən məndən neçə dənədir? Biri parlaq, biri kölgədədir Biri düzgün, biri döngədədir Biri üzgün və biri kefdədir De görüm məndən neçə dənədir? Biri susqun, biri deyingəndir Biri sükut, biri müharibədir Biri segah, biri tərəkəmədir Kim bilir məndən neçə dənədir? Biri sakit, biri zəlzələdir Biri sığal və biri zərbədir Biri təp təzə və biri köhnədir Nədir? Nədir? Nədir? Nədir? Nədir? Biri ölüb və biri əbədi Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Rəqs et, amma, amma, amma utanma)
  • Bu sənin bu sənin günahındır ki yoxam mən Fəsillər gətirməz ömrün baharını nədən Ürəyim doludur sevgidən gözü toxam mən İtirib gedirəm qəlbimin giriş açarını Ürəyim doludur sevgidən gözü toxam mən Bu sənin bu sənin günahındır ki yanında yoxam mən İllər keçsə də qəlbim başqasını seçsə də Mən səni satmaram dünyanın ən böyük varına Son qərardan Uzun illər keçsə də o qəlbim başqasını seçsə də Bu sevgi kül olub küləklər sovurub birdə yoxam mən Bu sənin bu sənin sınağındır ki yoxam mən Bu yollar uzanır kimsəsiz sahilə tərəf Kölgəndə dövrəndə dolaşan azğın ruham mən Dərdlərə əyilməz qapanmış ağrılara hədəf Kölgəndə dövrəndə dolaşan azğın ruham mən Bu sənin bu sənin günahındır ki yanında yoxam mən İllər keçsə də qəlbim başqasını seçsə də Mən səni satmaram dünyanın ən böyük varına Son qərardan Uzun illər keçsə də o qəlbim başqasını seçsə də Bu sevgi kül olub küləklər sovurub birdə yoxam mən İllər keçsə də qəlbim başqasını seçsə də Mən səni satmaram dünyanın ən böyük varına Son qərardan Uzun illər keçsə də o qəlbim başqasını seçsə də Bu sevgi kül olub küləklər sovurub birdə yoxam mən
  • Duysan Ürəyimin harayını Bəlkə Qayıdarıq o illərə Birgə Neçə küçələrdə qaçdıq Neçə sabahları açdıq Bilsən necə darıxmışam Tənha Qalıb Bakı küləkləri Hərdən Xatirələr boğar məni Bizdən Nə qalacaq ki geriyə Unutmaq olmur de niyə Sənsiz bu ömrü neynirəm Güllər solar ətri qalar əllərimizdə Nəğmə gedər sətri qalar dillərimizdə Soyuq təkmi qalar İnsanların şəkli qalar Amma şəkilləri olmur qucaqlamaq Güllər solar ətri qalar əllərimizdə Nəğmə gedər sətri qalar dillərimizdə Soyuq təkmi qalar İnsanların şəkli qalar Amma şəkilləri olmur qucaqlamaq Səndən Geriyə qalmadı heç nə Təkcə Xatirələr yaşananlar Ağrı Verər sənə bənzəyənlər Ömrümü hər bəzəyəndən Səni olmaz əvəz edən Tanrı Sən qucaqla onu bərkdən Səndən Səndən başqası yoxdu ürəkdə Dostlar Ağlayar gizlincə yenə Yerin çox görsənmir deyə Yaxşı insanlar tez gedər Güllər solar ətri qalar əllərimizdə Nəğmə gedər sətri qalar dillərimizdə Soyuq təkmi qalar İnsanların şəkli qalar Amma şəkilləri olmur qucaqlamaq Güllər solar ətri qalar əllərimizdə Nəğmə gedər sətri qalar dillərimizdə Soyuq təkmi qalar İnsanların şəkli qalar Amma şəkilləri olmur qucaqlamaq
  • Ehh bilsən nələr tüstülər söylər mənə hər gecə Ömrüm gülə-gülə donmuş könlüm kövrəlib gizlicə De görüm niyə fəryadı yerdən göylərə yağmur yağmısan Gizli qalmış heyranım, məsum saf şeytanım Sənlə biz yaşamarıq bu sevgisiz Həvəslərimiz nəfəssiz, dolu dünyada təkcə biz Sənlə biz yaşamarıq bu sevgisiz, Hətta qovuşarıq kəlməsiz, dolu dünyada təkcə biz Sənlə biz (günəşsiz) Sənlə biz (küləksiz) Sənlə biz (dənizsiz) Sənlə biz (həvəssiz) Sənlə biz (həvəssiz) Senle biz De görüm niyə fəryadı yerdən göylərə yağmur yağmısan Gizli qalmış heyranım, məsum saf şeytanım Sənlə biz yaşamarıq bu sevgisiz Həvəslərimiz nəfəssiz, dolu dünyada təkcə biz Sənlə biz yaşamarıq bu sevgisiz, Hətta qovuşarıq kəlməsiz, dolu dünyada təkcə biz Sənlə biz (günəşsiz) Sənlə biz (küləksiz) Sənlə biz (dənizsiz) Sənlə biz (həvəssiz) Sənlə biz (həvəssiz) Sənlə biz Ayaq izlərinə məhkum qalıb kölgəmiz Ehh görsən nələr çəkmişəm bu qurumsaq dünyada Eşq böhran dövranımda təkcə sən düşmüsən yada De görüm niyə payızda duyğunu açıb, yazda solmusan Sirrli qalmış heyranım, məsum saf şeytanım
  • Keçmişim ayağıma dolaşıb Mən uçuram bu yüklə birgə səmaya İçmişəm həyatla dolu bir qədəh ki Dünya bənzəsin bir saraya Buludlar yatağım, ulduzlar qonağım Gedirəm kainatla yuxuya Ancaq ruhumun əkizləri duyar Nəqarəti mənlə birgə oxuyar Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən durnalarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Vərdişim inadınla dalaşır Mən qaçıram suallarımdan uzağa Gəlmişəm savabla dolu bir sabah Günahım bir gecəylə yüz ola Günəşim yaradar kölgəmi Buludlar ona can verər və qoruyar Yenə ruhumun əkizləri duyar Nəqarəti mənlə birgə oxuyar Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən durnalarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Sən sağ qanad, mən sol qanad Hava limanımız, uçuş yarat Kolay, kolay, kolay, kolay, kolay Kolay, kolay, kolay, kolay, kolay (Kolay, kolay, kolay, kolay, kolay) (Kolay, kolay, kolay, kolay, kolay) Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm
  • Yağır yağışlar gəlməmiş payız Həyat, bağışla yaşamaq qəliz Əvəzsiz qalmaz dünya yüz faiz Mən gedim, məni çağırır dəniz... Ötən sevginin dadını Gələcək nə verər, nə qaytarar Sınmış ürəyim yenidən axtarar Amma bir daha Səndən olmaz Məndə olan bu faciə səndə olmaz Səndən olmaz Səndən olmaz Məndə donar hər saniyə, səndə donmaz Səndən olmaz Sən yaşıl təbiət, dörd fəsil bahar Mənim ömrümdə hər fəsildə qar Yenə yandırır keçmiş arzular Səndə təbəssüm, məndə ahu-zar Ötən sevginin dadını Gələcək nə verər, nə qaytarar Sınmış ürəyim yenidən axtarar Amma bir daha Səndən olmaz Məndə olan bu faciə səndə olmaz Səndən olmaz Səndən olmaz Məndə donar hər saniyə, səndə donmaz Səndən olmaz Səndən olmaz Məndə olan bu faciə səndə olmaz Səndən olmaz Səndən olmaz Məndə donar hər saniyə, səndə donmaz Səndən olmaz Ötən sevginin dadını Gələcək nə verər, nə qaytarar Sınmış ürəyim yenidən axtarar Gecələr ayılırsan, dərd, içində sən Həyatın hər tərəfi dərd, içində sən
  • Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Ola bilir ayrılırız, ola bilir belki ayrılırız Hiç kafana takma, kalbine atma Belki yarılarız bir ömrü Belki de gözlərimiz kördür Belki hala vardır köprü Belki de kör düğümü çözdük Bebeğim insan oğlu ölmədən O dünyanı bilməz görmədən Yaşamadan konuşma, bilmədən Yaşamaq nədən və ölmək nədən? Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Qısa ömrümüz uzundur yollar Yarım elmayı yarı tamamlar Canım her şey düzelir zamanla Sen sadece bir şeyi anla Ne zaman sen varsın yanımda O zaman aşk akıyor kanımda Ben izlerim pencere camından Kuş misali kal otur dalında Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir. Həyatım bu təlaş nədir? Sahra gözündə bu yaş nədir? Nə məndədir, nə səndədir günah Sanma dünya toz pəmbədir.
  • Dərdi çəkmişəm, külü külqabıda Bu tənhalıqdan mən dəli oluram Xəyallarımda tək səni anaram Hara baxıram, səni araram Səni araram, hara baxıram Səbəb taparam, səni araram Hərşey viran gözlə bir an Yetməz izah, bitməz inad Getmə dayan, etmə inad Mən sənsiz həyatı Özümə bilirəm haram Səni görəndə bilməm ki, hara uçur ağlım Sevgi dediyin budursa, niyə verir ağrı? Qorxuram çin ola, səni tutar ahım Günahını mən yox bağışlasın tanrı Dərdi çəkmişəm, külü külqabıda Bu tənhalıqdan mən dəli oluram Xəyallarımda tək səni anaram Hara baxıram səni araram Səni araram, hara baxıram Səbəb taparam, səni araram Varsa yalan, olmaz inam Qəlbim talan, aman zaman Tək mən yarı, hər şey tamam Olmaz davam çatdıq sona Səni görəndə bilməm ki, hara uçur ağlım Sevgi dediyin budursa, niyə verir ağrı? Qorxuram çin ola, səni tutar ahım Günahını mən yox bağışlasın tanrı Dərdi çəkmişəm, külü külqabıda Bu tənhalıqdan mən dəli oluram Xəyallarımda tək səni anaram Hara baxıram səni araram Səni araram, hara baxıram Səbəb taparam, səni araram
  • Qəlbimə toxunub oxutma her simi Yoxsa daşdan divardan çıxaram hirsimi Elə ovsunlayib ki qıra bilmirəm tilsimi O şeytan olsada iblisə satmaram nefsimi İnandım bax acı həqiqət olunca Inandim ağ yalanlarına yollar boyunca İnandım ouo xəyallara daldim Nə hallara qaldim Oldum eşq dediyin əldə oyuncaq Oyna oyna oyna davam oyna doyunca Onunla bununla o yan bu yan oyna doyunca Oyna oyna oyna her an oyna doyunca Her şey bizde onsuzda viran oyna doyunca Qəlbimə toxunub oxutma her simi Yoxsa daşdan divardan çıxaram hirsimi Elə ovsunlayib ki qıra bilmirəm tilsimi O şeytan olsada iblisə satmaram nefsimi Bir gün zaman qolunda donacaq Bir gün inan yaddaşında günlər oyanacaq Həmin küçə həmin dayanacaq Ömür qatar qatar dayanacaq Elə bildim mənimsən ancaq Eşq dediyin əldə oyuncaq
  • O hamıdan qaçır, sirrini açır göylərə Həm çox çəkib acı, yaralar açıq göynədər Xoş bir gün görmədən, uçmağa min nədən Yerdə yer saxlamaz onu, göydə göydələn Onu eşidən duyar, var son sözü ümid son ölər Onu eşidən duyar, var son sözü ümid son ölər Onun saçları son bahardır Ömrü iztirab, dörd divardır O, tərki-dünyadır, anlamam halından O, günəş kimi yandırardı Yazda yağışdır, yayda qardır Kim bilir nələr keçib gedir ağlından Onun sözləri ittihamdır Onun gözləri intihardır Bəlkə onda ağrılar çıxar canından Ona yaddır doğmalar, yaxınlar baxar uzaqdan Süzülər yerə damla-damla yaş axar yanaqdan O mənsiz qalınca, o mənsiz yarımcan Ucaldan təkcə bir məqam - öpüş dodaqda Onu eşidən duyar, var son sözü ümid son ölər Onu eşidən duyar, var son sözü ümid son ölər Onun saçları son bahardır Ömrü iztirab, dörd divardır O, tərki-dünyadır, anlamam halından O, günəş kimi yandırardı Yazda yağışdır, yayda qardır Kim bilir nələr keçib gedir ağlından Onun sözləri ittihamdır Onun gözləri intihardır Bəlkə onda ağrılar çıxar canından
  • Gecələrə işıq idi qəlbim, Pəncərədə qonaq idim hər gün Evimdə... sən ən dərində Küləklə həyatıma əsdin, Xoşbəxtliyə çağıran bir səsdin, Səninləə... eşq və qəmindəə. Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdiimm... ki sonu gələcək. Səmalara uçardı, Arzuları puç artıq Mənə tərəf uç artıq Xəyalıma qayıt gəl Ağlayıb və gülərdik, Sevgimizi bölərdik Eyni gündə ölərdik, Həyatıma qayıt gəl, Qayıt gəl... Dumanlıdı sabahları sənsiz, Dolanıram küçələri səssiz-səmirsiz Qəmgin həvəssiz Bu sevgi bir nağıl idi bitdi Hər səhifəsi qırılan ümiddi Sənlə biz qaldıq nəfəssiz. Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdiimm... ki sonu gələcək. Səmalara uçardı, Arzuları puç artıq, Mənə tərəf uç artıq, Xəyalıma qayıt gəl... Ağlayıb və gülərdik, sevgimizi bölərdik, Eyni gündə ölərdik, həyatıma qayıt gəl Qayıt gəl...
  • [Nəqərat] Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa [Bənd 1] Mənə xəbəri deməyin Mən xəbərdən qaçanam Mənə kədəri verməyin Mən kədərə uçanam Özüm özümdən qaçanam Maraqlandırmır məni nə var üzdə Əsas olur içdə, içdə, daxildə Yüzdən yüzdür, sən öl düzdür [Nəqərat] Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa [Bənd 2] Hey, fani-fani dünya, müharibə Bu günləri lallar verir müsahibə Bu həyat çox qəribədir Bu həyat çox qəribədir Mənim gözlərim diqqətçün deyil Mənim sözlərim ibrətçün deyil Mənim mahnılarım qəlblər üçün Cahanımda itkin səbəblər üçün [Nəqərat] Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa [Çıxış] Mənə xəbəri deməyin Mən xəbərdən qaçanam Mənə xəbəri deməyin Mən xəbərdən qaçanam Mənə kədəri verməyin Mən kədərə uçanam Mənə kədəri verməyin Mən kədərə uçanam
  • Səni özümdən də Gözümdən də Dünyadakı yer üzündən də Səhralar suyu sevdiyindən daha çox sevirəm Səni hər halınla Hər qərarınla Qara göz, qəmzəli yanağınla Mən səni ağ dağların günəşi sevdiyindən daha çox sevirəm Yenidən dünyaya gəlsəm Yenidən mən səni görsəm Səni dünəndən də Həm bu gündən də Həm ömrümdən daha çox sevərəm Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə Səni səhvlərinlə, düzlərinlə Səni ən dəli kimi hisslərimlə Səni sənə sevgi dolu baxan gözlərimdən daha çox sevirəm Yaxşı zamanımda Ya da pis anımda Yelkənin gəzir qan damarımda Səni ilk gördüyüm gündəki kimi saf duyğularla sevirəm Yenidən dünyaya gəlsəm Yenidən mən səni görsəm Səni dünəndən də Həm bu gündən də Həm ömrümdən daha çox sevərəm Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə
  • İnsan bir saf, bir qəddar Bir gün qıfıldan, bir gün açar Durğunkən birdən daşar Bilməm Bir gün qış, bir gün bahar Gülə-gülə göz yaşları axar Çoxdan yola düşər qatar Bilməz yarım, yarım, yarım Biriləri yazır, biriləri oxuyur Biriləri sökür, biriləri toxuyur Biri çırpınır, birisi toxunur Biri alışarkən, biri soyuyur Mən bilməm, bilməm, bilməm, bilməm Nifrətimlə eynidir sevməm Hisslərini qətil etdirmərəm Mən bilmərəm Mən bilməm, bilməm, bilməm, bilməm Nifrətimlə eynidir sevməm Hisslərini qətil etdirmərəm Mən bilmərəm Kimin həyatında kiminin xəyalları Kiminə boş gələr kimini əzabları Kiminin ağacında kiminin budaqları Kimin həyətində kimin divarları Təzə son nəfəsin ağrıları son olur Təzə hayqırışım mahnılarda boğulur Hər günüm eyndir, şablon olur Bəzən də çarə telefon olur Mən bilməm, bilməm, bilməm, bilməm Nifrətimlə eynidir sevməm Hisslərini qətil etdirmərəm Mən bilmərəm Mən bilməm, bilməm, bilməm, bilməm Nifrətimlə eynidir sevməm Hisslərini qətil etdirmərəm Mən bilmərəm İnsan bir saf, bir qəddar Bir gün qıfıldan, bir gün açar Durğunkən birdən daşar Bilməm Bir gün qış, bir gün bahar Gülə-gülə göz yaşları axar Çoxdan yola düşər qatar Bilməz yarım, yarım, yarım Biriləri yazır, biriləri oxuyur Biriləri sökür, biriləri toxuyur Biri çırpınır, birisi toxunur Biri alışarkən, biri soyuyur Mən bilməm, bilməm, bilməm, bilməm Nifrətimlə eynidir sevməm Hisslərini qətil etdirmərəm Mən bilmərəm Mən bilməm, bilməm, bilməm, bilməm Nifrətimlə eynidir sevməm Hisslərini qətil etdirmərəm Mən bilmərəm
  • Mənim sevgilim, sən hamıdan gözəlsən, Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini, Səhifələr tükəndikcə sanki bitir hər şey, Mən kitab olsaydım, adım olardı sənin səhfin, Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan, Mən mahnı olsaydım, susub səni dinləyərdim. Əzab ver, qorxma, sevgidən ölmür heç kim, Mən ürək olsaydım səni çöldən bağlayardım. Mənim sevgilim, sən hamıdan gözəlsən, Sənə mən gül verdim, sənsə sevdin tikanların. Uçmaq istəsən, göyə çıxmaq lazım deyil, Qəlbim sənin səman, sevgimsə qanadların. Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır, Mən dünya olsaydım, fırlanardım başqa səmtə. Sənin əksini sevdim, ürəyini tapa bilmədim, Ürəyin olsaydım, yəqin gizlənərdim mən də. Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur, Küsəndə külək kimisən, sənə toxunmaq olmur. Sən hər dəfə əsdikcə yanaqdan axın sel, Dünya fırlandıqca, fırlanır bizim karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Mənim sevgilim, sən hamıdan gözəlsən, Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım, Cənnətdə görüşməkçün gərək əbədi sevəsən, Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım. Dünyanı gözəl göstərməkçün hərdən uydurursan.
  • Gəldiyin gün ömrümə bir dünya bağışladın Mənə ilk baxışınla ağlımı başdan aldın Sən əlimdən tutunca yox olur yorğunluğum Sənin istəyin, iradən, varlığın və qürurun Sən mənim qiymətlim, sevməklə bitməyənim Hər sabahlar otağımda yeni doğan günəşim Sən mənim bu həyatı yenidən sevdirənim Tanrım bizi ayırmasın bir ömür, sevgilim Çox sevdiyim bir yer var, o da sənin qəlbindir Mən sanki cənnətdə, səbəbi gözlərindir Sən mənim qiymətlim, sevməklə bitməyənim Hər sabahlar otağımda yeni doğan günəşim Sən mənim bu həyatı yenidən sevdirənim Tanrım bizi ayırmasın bir ömür, sevgilim Sən mənim qiymətlim, sevməklə bitməyənim Hər sabahlar otağımda yeni doğan günəşim Sən mənim bu həyatı yenidən sevdirənim Tanrım bizi ayırmasın bir ömür, sevgilim
  • Salam, mənim adım vicdan, Soyadım qurban. Vicdan məzuniyətindəyəm, Aləmə qaldım heyran. Salam, mənim adım vicdan, Ləqəbim iman. Nəfsi boğmaq niyyətindəyəm, Zülmətə oldum seyran. Gərəksiz gözlərdən sel kimi axanam mən, Varlığımla dilənirəm əzabdan. Həyatım, sabaha ümüdüm yatma, mən yatım, Sabaha günəşim batma, men batım, Həyatım, mən yatım. Salam, mənim adım vicdan, Kimsəsiz dövran. Bayra atılan xəbərsizəm, Arzumda qaldı hicran. Salam, mənim adım vicdan, Limanım böhran. Qeybə satılan giymətsizəm, Şeytanım oxuyur meydan. Gərəksiz gözlərdən sel kimi axanam mən, Varlığımla dilənirəm əzabdan.
  • Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə, saçları bənövşə Yaddan çıxartdım deyərkən Söhbət barəndə düşər Saçları bənövşə, saçları bənövşə "Rənglər sevgidir", deyəndə inanmadım Gözlər o rəngi görəndə dayanmadı Amma məcbur deyil məhəbbət Qəlbdə eşqin alovu qalammadı Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə Yadıma düşməyin əvəzinə Kaş yanıma düşərdin Xəyalınla rəqs edərkən Cismi-canıma düşərdin "Kaş"lar kaş olmasa! Gözlərdə yaş olmasa Bəlkə heç üzülməzdim O üz, o göz, o qaş olmasa Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə
  • Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Ola bilər, ayrılarıq Ola bilər, bəlkə ayrılarıq Heç ürəyinə salma Kefini pozma (Ay-ay-ay) Bəlkə yarılarıq bir ömrü Bəlkə hələ gözümüz görmür Bəlkə ürək tələsir, dözmür Bəlkə də fələk torun hörmür Əzizim, insan oğlu ölmədən O dünyanı bilmir görmədən Yaşamadan, danışma bilmədən Yaşamaq nədən ölümə bir nədən? Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Qısa ömür, uzundur yollar Yarım almanı yarı tamamlar Yarım hər şey düzələr zamanla Sən sadəcə bir şeyi anla Nə qədər mən varam yanında Məhəbbətin axırsa qanımda Həm xoş, həm ən çətin anında Durmuşam dağ kimi dalında Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir Həyatım, axı qəm nədir? Səhra gözündə bu nəm nədir? Nə məndədir, nə səndədir Günah, insan fani bəndədir
  • Gecələri yatmıram mən Mən yatmıram gecələri Qapının zəngi oyatdı Məni bu bazar səhəri Bilsən, necə darıxmışam Gözüm üstdə var yerin Xoş gəlmisən ömrümə Bu ev sənin, buyur, keç içəri Evim sənsən Evim sənsən Bu qaranlıq binanın Tək işığı sənsən Evim sənsən Evim sənsən Bu qaranlıq binanın Tək işığı sənsən Ürəyim yanır, balam Sənsiz axı necə edim davam? Necə olum tamam natamamkən Dərdindən oldum avam Bilsən, necə darıxmışam Gözüm üstdə var yerin Xoş gəlmisən ömrümə Bu ev sənin, buyur, keç içəri Evim sənsən Evim sənsən Bu qaranlıq binanın Tək işığı sənsən Evim sənsən Evim sənsən Bu qaranlıq binanın Tək işığı sənsən Cinayətim varsa Cəzam sənsən Ürəyimə məlhəmsən Çünki evim sənsən Evim sənsən Evim sənsən Bu qaranlıq binanın Tək işığı sənsən
  • Məsum qanadlara həsrət qalanlar Xəyalındakı ruhlarla qovuşanlar Onlar da mənim kimi özəl dünya yaradanlar Bilinir ki, nəfsimiz nə duyur dünyadan İtiririk qanacağı dəli sevdadan Özümüzə utanmadan baxiriq qəmli aynadan Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır Bu günahları kim edər ki, rədd? Biraz fasilə, səhv dalınca səhv Nə qədər lənət desək də şeytana Olmuşuq hədəf Bu yaşayışla ömrümüz hədər Eşq bulağında içmişəm zəhər Miri, yat, Miri Sənin üçün açılmaz yeni səhər Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır
  • Azerbaijani İki doğma insan Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? Heç olubmu söyləmisən "əlvida"? De, olubmu quş olub səmalara uçmaq arzun? De, olubmu tək qalmısan dünyada? Gözlərim tənha (ay ya ya) Sənə danışım dərdlərimdən Məni dinlə Ol mənə arxa Dostum Heç olubmu haqsızlığın önündə sadəcə susdun? Heç olubmu keçimişin boz mələklərini pozdun? Xərbərinmi varmı heç? Axraya bax, bir ömür ötdü. Dostum, ora kimlər gəlib, Kimlər getdi Heç olubmu həsrətin oxlarına duş gəlmisən? Heç olubmu düşünmüsən gecəcə? Heç olubmu bir anlıq kövrəlmisən Deyəndə ki; "Buradan hamı köçəcək"? Azerbaijani İki doğma insan Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? Heç olubmu söyləmisən "əlvida"? De, olubmu quş olub səmalara uçmaq arzun? De, olubmu tək qalmısan dünyada? Gözlərim tənha (ay ya ya) Sənə danışım dərdlərimdən Məni dinlə Ol mənə arxa Dostum Heç olubmu haqsızlığın önündə sadəcə susdun? Heç olubmu keçimişin boz mələklərini pozdun? Xərbərinmi varmı heç? Axraya bax, bir ömür ötdü. Dostum, ora kimlər gəlib, Kimlər getdi Heç olubmu həsrətin oxlarına duş gəlmisən?
  • Sən bu ömrə bəzək, yaraşıq Zülmətlərdə doğar bir işıq Günlər xoş ötər Sən varsan yetər Əl-ələ bir ömür dolaşaq Diləyim budur tək: "Qovuşaq!" İntizar bitər Sən varsan yetər Mavi qızılgüllər aldım hər görüşdə Adını qəlbimə yazdım ən girişdə Sevgim islanmaz yağışda, yanmaz günəşdə Bu sevgim sənə bir əbədi hədiyyədir Səninlə ilk görüş yerimiz Bir ömür gedərik ora biz Sənlə bərabər Sən varsan yetər Hər kəsdən sənə doğru qaçım Bil ki, var sənə ehtiyacım Dünyalar qədər Sən varsan yetər Mavi qızılgüllər aldım hər görüşdə Adını qəlbimə yazdım ən girişdə Sevgim islanmaz yağışda, yanmaz günəşdə Bu sevgim sənə bir əbədi hədiyyədir Mavi qızılgüllər aldım hər görüşdə Adını qəlbimə yazdım ən girişdə Sevgim islanmaz yağışda, yanmaz günəşdə Bu sevgim sənə bir əbədi hədiyyədir
  • Yoxdur ömürdə böhtan, elə böhrandır Yoxdur ömürdə son, hər şey doğulandır Sənsizlə boş qalmışam Səninlə yorulmuşam Heç vaxt oyanmayan hal, o da oyandı Məndən sonra sən qalsan, davam gözəldir Gözlər yağışla dolsa, demək, özəldir İllərin yorğunuyam Sirlərin yorğanıyam Bizim bu saf eşqimiz ölümdən əzəldir Sözümə inan, balam, sözümə inan Sözümdə nə quş var, nə də ki, ilan Sözümə inan, balam Sözümə inan Sözümə inan, balam, sözümə inan Qanadları yalvaran, dövranı viran Sözümə inan, balam Sözümə inan İmanla sirdaşıyam, ömrüm tufandır Gümanla həmyaşlıyam, gözüm dumandır Kölgə ilə dostlaşmışam Döngəyə qoşulmuşam Tənhalıq sərhədində quyum zəhərdir Hardasan, ay vərdişim, həyatım, hardasan? Bu məktubu yolladım, küləklə duyasan Yarpaqla bir solmuşam Torpaqla bir olmuşam Bizim bu son zəngimiz ölümdən əzəldir Sözümə inan, balam, sözümə inan Sözümdə nə quş var, nə də ki, ilan Sözümə inan, balam Sözümə inan Sözümə inan, balam, sözümə inan Qanadları yalvaran, dövranı viran Sözümə inan, balam Sözümə inan
  • Sənsiz ürəyi yola gətirmişəm Sanki lazımsız əşya itirmişəm Sual idin, mənim üçün nöqtəsən! Mən hər şeyi bitirmişəm Mən yola davam, sənin yolun açıq Nə məni ara, nə də qarşıma çıx Günəşi söküb, asmışam Ayı Gecəyə bulaşıb qəlbimin harayı Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab! Mən öz taleyimlə tutub əl-ələ Bu ömür yolunu gedirəm hələ Səni yaxşı əvəz edir tənhalıq Bu bir yazı, bu bir tələb Daha bu ürəyi ovutmaq çətin Gedişim əbədi, qayıtmaq çətin Məni çağırır göyə göy üzü Hər bulud bir yanan eşqin tüstüsü Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab!
  • Səslə məni lal misralardan Gözlə məni dönüşü olmayan biralardan Soruş məni unudulmuş ünvanlardan Dinlə məni göy buludlardan Eşit məni səslə əsən rüzgarlardan Daha nələr... Bir gün yaz gələr, Pərvanələr Köhnə ömrüm olmaz hədər Kaş yanımda olsan Sönənə qədər Sən hər şey qədər hər kəs qədər Bu ayrılıq sonsuz qədəh Kaş yanımda olsan Dönənə qədər. Ölənə qədər... Mənim qədər dözən olmaz Mənim qədər sevən olmaz Ölənə qədər... Ölənə qədər... Sənin qədər gözəl olmaz Sənin qədər özəl olmaz Ölənə qədər... Axtar məni son tövbələrdən Çağır məni şad olmayan döngələrdən Soruş məni bahar olmayan illərdən Izlə məni yan küçələrdən Gözlə məni açıq qalan pəncərələrdən Daha nələr... Bir gün yaz gələr, Pərvanələr Köhnə ömrüm olmaz hədər Kaş yanımda olsan Sönənə qədər Sən hər şey qədər hər kəs qədər Bu ayrılıq sonsuz qədəh Kaş yanımda olsan Dönənə qədər. Ölənə qədər... Mənim qədər dözən olmaz Mənim qədər sevən olmaz Ölənə qədər... Ölənə qədər... Sənin qədər gözəl olmaz Sənin qədər özəl olmaz Ölənə qədər... Ölənə qədər... Mənim qədər dözən olmaz Mənim qədər sevən olmaz Ölənə qədər... Ölənə qədər... Sənin qədər gözəl olmaz Sənin qədər özəl olmaz Ölənə qədər...

Похожие исполнители