Татарский переводчик Узбекские песни

Песня «Şərab»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Sənsiz ürəyi yola gətirmişəm
Sanki lazımsız əşya itirmişəm
Sual idin, mənim üçün nöqtəsən!
Mən hər şeyi bitirmişəm
Mən yola davam, sənin yolun açıq
məni ara, qarşıma çıx
Günəşi söküb, asmışam Ayı
Gecəyə bulaşıb qəlbimin harayı
Alışan hisslərdən yandırmışam ocaq
O da yorulacaq, sönüb kül olacaq
Mələklər günah yazıb, sən demə
Qarışıb saçına, düşüb çiynimə
Bumbuz ürəyinə göz yaşlarım şərab
Ömrümü yedin, ödəmədin hesab
Xəyallarına qürurum hasar
Suallarına baxışlarım cavab!
Mən öz taleyimlə tutub əl-ələ
Bu ömür yolunu gedirəm hələ
Səni yaxşı əvəz edir tənhalıq
Bu bir yazı, bu bir tələb
Daha bu ürəyi ovutmaq çətin
Gedişim əbədi, qayıtmaq çətin
Məni çağırır göyə göy üzü
Hər bulud bir yanan eşqin tüstüsü
Alışan hisslərdən yandırmışam ocaq
O da yorulacaq, sönüb kül olacaq
Mələklər günah yazıb, sən demə
Qarışıb saçına, düşüb çiynimə
Bumbuz ürəyinə göz yaşlarım şərab
Ömrümü yedin, ödəmədin hesab
Xəyallarına qürurum hasar
Suallarına baxışlarım cavab!

Другие песни исполнителя:

  • Bitsin bu kabus, sevgilim Harada olsan, bir anlıq dön geri Məni ayır Varmısan, ya yoxmusan? Baharımdan qorxmusan Bu mahnının sözləri Bizə ayıq... Gülən gözlər gördü və dözmədi Ölərəm demişdim, amma ölmədim Sən yanan kiçik bir qığılcım Nə biləydin sən axı köz nədir Qəlbim parça-parça yerə dağılmış Demə buludsuz yağış yağırmış Mən sənlə göylərə uçardım Sənsizlik gör necə ağırmış Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bitsin bu kabus, sevgilim Harada olsan, bir anlıq dön geri Məni ayır Varmısan, ya yoxmusan? Baharımdan qorxmusan Bu mahnının sözləri Bizə ayıq... Gülən gözlər gördü və dözmədi Ölərəm demişdim, amma ölmədim Sən yanan kiçik bir qığılcım Nə biləydin sən axı köz nədir Qəlbim parça-parça yerə dağılmış Demə buludsuz yağış yağırmış Mən sənlə göylərə uçardım Sənsizlik gör necə ağırmış Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bir gün...
  • Yerlə gedir sənin qaş-qabağın Yenə götürüb tüstü bu otağı Bütün zənglər qayıdır cavabsız Var çox sual, var çox sual Bu həyat heç oynamadı nazınla sənin Razılaşmır dostların etirazınla sənin İşlərin gətirmir düz, axtarma səhvi özündə Qapanma sən, qapanma sən Bilirsən, əslində necə olur, dostum? Bir adamı bəyənmirlər, amma tuturlar üstün Sən hamıdan küsdün, sən əvvəldən düzgün Amma başa düşmək istəmirsən, əyridir güzgü Niyə əlini üzdün, de niyə gülmür üzün? Həyatında axı görmüsən beləsin yüzün Düzüm bir-bir qabağına, başlasın öz oynumuz Yerimiz ayrı olsa da, bizim birdir suyumuz Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır Mən Bakıda doğulan, sıxlığından boğulan Havasını misralarda əks etdirən bir oğlan Sənin hər gün dinlədiyin qəmli mahnılar var Məndə bir o qədər kəsilməyən ağrılar var Nə olsun günəş həmin günəşdir, isidir, dəniz həmin Niyə öz seçdiyin yolunda deyilsən əmin Yağmasa yağış, göyqurşağı görünməz Bir də dost sözü hecaya bölünməz Heç nədən döyünməz bu ürəklər bir nəfəsdə Hər iki nəfərə bir köynək, olmur qismət hər kəsə Hey, nə isə gözümə gəlirsən bir təhər Darıxma, dostum, hər çətinlik bitər Çəkdiyin əziyyətin bəhrəsini görərsən Biz çıxardacağıq əvəzini, görərsən Yüz qat, yüz taxt, Yusqa, buz qat Arzuların düz yanındadır, əlini uzat Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır Mənim üçün nağıl danışma Görürəm gözlərin alışmır Çalışma, heç çalışma Səndə aldatmaq heç alınmır
  • Dərdi çəkmişəm, külü külqabıda Bu tənhalıqdan mən dəli oluram Xəyallarımda tək səni anaram Hara baxıram, səni araram Səni araram, hara baxıram Səbəb taparam, səni araram Hərşey viran gözlə bir an Yetməz izah, bitməz inad Getmə dayan, etmə inad Mən sənsiz həyatı Özümə bilirəm haram Səni görəndə bilməm ki, hara uçur ağlım Sevgi dediyin budursa, niyə verir ağrı? Qorxuram çin ola, səni tutar ahım Günahını mən yox bağışlasın tanrı Dərdi çəkmişəm, külü külqabıda Bu tənhalıqdan mən dəli oluram Xəyallarımda tək səni anaram Hara baxıram səni araram Səni araram, hara baxıram Səbəb taparam, səni araram Varsa yalan, olmaz inam Qəlbim talan, aman zaman Tək mən yarı, hər şey tamam Olmaz davam çatdıq sona Səni görəndə bilməm ki, hara uçur ağlım Sevgi dediyin budursa, niyə verir ağrı? Qorxuram çin ola, səni tutar ahım Günahını mən yox bağışlasın tanrı Dərdi çəkmişəm, külü külqabıda Bu tənhalıqdan mən dəli oluram Xəyallarımda tək səni anaram Hara baxıram səni araram Səni araram, hara baxıram Səbəb taparam, səni araram
  • Səni özümdən də Gözümdən də Dünyadakı yer üzündən də Səhralar suyu sevdiyindən daha çox sevirəm Səni hər halınla Hər qərarınla Qara göz, qəmzəli yanağınla Mən səni ağ dağların günəşi sevdiyindən daha çox sevirəm Yenidən dünyaya gəlsəm Yenidən mən səni görsəm Səni dünəndən də Həm bu gündən də Həm ömrümdən daha çox sevərəm Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə Səni səhvlərinlə, düzlərinlə Səni ən dəli kimi hisslərimlə Səni sənə sevgi dolu baxan gözlərimdən daha çox sevirəm Yaxşı zamanımda Ya da pis anımda Yelkənin gəzir qan damarımda Səni ilk gördüyüm gündəki kimi saf duyğularla sevirəm Yenidən dünyaya gəlsəm Yenidən mən səni görsəm Səni dünəndən də Həm bu gündən də Həm ömrümdən daha çox sevərəm Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə Səni sabahdan az Dünəndən daha çox sevirəm Bunu deyir məsafələr Yanındayam hesab elə
  • Fələk bulud olub üstümə yağdı Mələk gerçək olub qəlbimi aldı Biz nə qədər olsaq uzaq Fani dünyada ikimiz dustaq Sən dərdimə əlac Əllərim sənə ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Canım yelkən olub sinəsini açdı Yarım günəş olub nurunu saçdı Biz nə qədər olsaq uzaq Fani dünyada ikimiz dustaq Sən dərdimə əlac Əllərim sənə ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac