Татарский переводчик Узбекские песни

Песня «Sevirəm»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Səni özümdən də
Gözümdən də
Dünyadakı yer üzündən də
Səhralar suyu sevdiyindən daha çox sevirəm
Səni hər halınla
Hər qərarınla
Qara göz, qəmzəli yanağınla
Mən səni ağ dağların günəşi sevdiyindən daha çox sevirəm
Yenidən dünyaya gəlsəm
Yenidən mən səni görsəm
Səni dünəndən də
Həm bu gündən də
Həm ömrümdən daha çox sevərəm
Səni sabahdan az
Dünəndən daha çox sevirəm
Bunu deyir məsafələr
Yanındayam hesab elə
Səni sabahdan az
Dünəndən daha çox sevirəm
Bunu deyir məsafələr
Yanındayam hesab elə
Səni səhvlərinlə, düzlərinlə
Səni ən dəli kimi hisslərimlə
Səni sənə sevgi dolu baxan gözlərimdən daha çox sevirəm
Yaxşı zamanımda
Ya da pis anımda
Yelkənin gəzir qan damarımda
Səni ilk gördüyüm gündəki kimi saf duyğularla sevirəm
Yenidən dünyaya gəlsəm
Yenidən mən səni görsəm
Səni dünəndən də
Həm bu gündən də
Həm ömrümdən daha çox sevərəm
Səni sabahdan az
Dünəndən daha çox sevirəm
Bunu deyir məsafələr
Yanındayam hesab elə
Səni sabahdan az
Dünəndən daha çox sevirəm
Bunu deyir məsafələr
Yanındayam hesab elə

Другие песни исполнителя:

  • Gözlərin tənha deyil önümdə İzlərin silinməz can günümdə. Özgə dünya yalandı Bircə qalan gümandı. Sevda kölgəsindəsən, özümdə Özgə dünya yalandı. Bircə qalan gümandı. Sevda kölgəsindəsən, özümdə Şəhərim yatıb, xəyallar oyaq Gəl ulduzları sakitcə sayaq Saçların enməz, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla, əvəzolunmaz. Səninlə bir yolun addımında Mənim dəyərlimsən, həyatimda Mən varlıyam səninlə Mən dogruyam səninlə Sevda kölgəsindəsən canimda Mən varlıyam səninlə Mən dogruyam səninlə Sevda kölgəsindəsən canimda Şəhərim yatıb, xəyallar oyaq Gəl ulduzları sakitcə sayaq Əvəzi olmayansan, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla, əvəzolunmaz. Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla... Əvəzolunmaz.
  • Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə, saçları bənövşə Yaddan çıxartdım deyərkən Söhbət barəndə düşər Saçları bənövşə, saçları bənövşə "Rənglər sevgidir", deyəndə inanmadım Gözlər o rəngi görəndə dayanmadı Amma məcbur deyil məhəbbət Qəlbdə eşqin alovu qalammadı Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə Yadıma düşməyin əvəzinə Kaş yanıma düşərdin Xəyalınla rəqs edərkən Cismi-canıma düşərdin "Kaş"lar kaş olmasa! Gözlərdə yaş olmasa Bəlkə heç üzülməzdim O üz, o göz, o qaş olmasa Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə
  • Mənim sevgilim, sən hamıdan gözəlsən, Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini, Səhifələr tükəndikcə sanki bitir hər şey, Mən kitab olsaydım, adım olardı sənin səhfin, Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan, Mən mahnı olsaydım, susub səni dinləyərdim. Əzab ver, qorxma, sevgidən ölmür heç kim, Mən ürək olsaydım səni çöldən bağlayardım. Mənim sevgilim, sən hamıdan gözəlsən, Sənə mən gül verdim, sənsə sevdin tikanların. Uçmaq istəsən, göyə çıxmaq lazım deyil, Qəlbim sənin səman, sevgimsə qanadların. Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır, Mən dünya olsaydım, fırlanardım başqa səmtə. Sənin əksini sevdim, ürəyini tapa bilmədim, Ürəyin olsaydım, yəqin gizlənərdim mən də. Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur, Küsəndə külək kimisən, sənə toxunmaq olmur. Sən hər dəfə əsdikcə yanaqdan axın sel, Dünya fırlandıqca, fırlanır bizim karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Mənim sevgilim, sən hamıdan gözəlsən, Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım, Cənnətdə görüşməkçün gərək əbədi sevəsən, Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım. Dünyanı gözəl göstərməkçün hərdən uydurursan.
  • Mən həmin o itirilmiş vicdan Mən xoşbəxtlik axtaran insan Çox yorulmuşam bu yollardan, səhnələrdən, pərdələrdən və rollardan Bir gün qərib ellərə köçəcəm buralardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm) Mən daxili qocalmış aslan Mən bağları saralmış bağban Xəstə könlümdə hər an üsyan Mən bezmişəm köksüz bitən yalanlardan, uydurulmuş qəhrəmanlardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm)
  • Kim deyər mənə Mən yaxşı insanam ya pis Günahlarım çoxdurmu tərəzidə Ya da sor mənə xəbərsiz Kim deyər mənə Bu yalandır ya hədis Gözyaşları çoxdurmu cənazəmdə Ya da Yarama duz səpmə yarım dünya Yarama duz səpmə yarım dünya