Татарский переводчик Узбекские песни

Песня «Karusel feat. Miri Yusif» исполнителя Miri Yusif. Скачать или слушать онлайн

Текст песни:

Mənim sevgilim, sən hamıdan gözəlsən,
Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini,
Səhifələr tükəndikcə sanki bitir hər şey,
Mən kitab olsaydım, adım olardı sənin səhfin,
Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan,
Mən mahnı olsaydım, susub səni dinləyərdim.

Əzab ver, qorxma, sevgidən ölmür heç kim,
Mən ürək olsaydım səni çöldən bağlayardım.
Mənim sevgilim, sən hamıdan gözəlsən,
Sənə mən gül verdim, sənsə sevdin tikanların.

Uçmaq istəsən, göyə çıxmaq lazım deyil,
Qəlbim sənin səman, sevgimsə qanadların.
Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır,
Mən dünya olsaydım, fırlanardım başqa səmtə.

Sənin əksini sevdim, ürəyini tapa bilmədim,
Ürəyin olsaydım, yəqin gizlənərdim mən də.
Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur,
Küsəndə külək kimisən, sənə toxunmaq olmur.

Sən hər dəfə əsdikcə yanaqdan axın sel,
Dünya fırlandıqca, fırlanır bizim karusel...
Üzündəki xal ürəyindədir, xal,
Gündüzlər getmə, get gecələr, qalma, qal,
Yadıma bir də sal marsel, fırlanır karusel...

Üzündəki xal ürəyindədir, xal,
Gündüzlər getmə, get gecələr, qalma, qal,
Yadıma bir də sal marsel, fırlanır karusel...
Mənim sevgilim, sən hamıdan gözəlsən,
Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım,
Cənnətdə görüşməkçün gərək əbədi sevəsən,
Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım.
Dünyanı gözəl göstərməkçün hərdən uydurursan.
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Salam ata, gedir qatar, bilmədim hara Gözləmir zaman, hey gedir yaman. Salaq yada, neçə xəta bağışlar ata Gözlə bir aman, qocalma dayan. Atacan bil ki, mən səni məyus etmərəm Bil ki, mən səni məyus etmərəm. İlk yaşımda güclü əllər göylərə atar Öpürəm yorğun əllərini ay ata! Əsir etmədi məni bu zalım dünya Atacan, mən səninləyəm sonacan. Salam ata, gözyaşlarım qoyma axa İllər düzüldükcə bir incə sapa. Kimi ala, kimi sata bu dövran Bil ki, ay ata, min cəzbə qapar.
  • Müsafir olub ruhum anidən qəlbinə İtib məsafələr, hissləri aparıb dərinə Sevincdən gözlər dolur, dolaşır sözlərim Bu eşq mükafat olub, əbədi sakininə Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban Təsadüf urəylərimiz qucaqlaşır Dərhal problemlərimiz uzaqlaşır Sevinir döyüntülər saf uşaq kimi O an qaranlıqlar işıqlaşır Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban
  • Hicran qanadlandı Havada süzdü məni Sənsizlik bərbaddır Yaman üzdü məni Əlimdə deyil əllərin, məsələn Səni çox sevmişəm sənə nəzərən Şəklini gah əzizlərəm, gah əzərəm Mən Bakını qucaqlaya bilməyən Xəzərəm Əlimdə deyil əllərin, məsələn Səni çox sevmişəm sənə nəzərən Şəklini gah əzizlərəm, gah əzərəm Mən Bakını qucaqlaya bilməyən Xəzərəm Sıxılaram, qaldıra bilmərəm yükü Arxamca saralar sənə baxan gözüm kökü Bu son aralar sənə gələn yollar bürkü Ağlar mahnılar hönkür-hönkür Və sən gedəndən Hicran qanadlandı Havada süzdü məni Sənsizlik bərbaddır Yaman üzdü məni Əlimdə deyil əllərin, məsələn Səni çox sevmişəm sənə nəzərən Şəklini gah əzizlərəm, gah əzərəm Mən Bakını qucaqlaya bilməyən Xəzərəm Əlimdə deyil əllərin, məsələn Səni çox sevmişəm sənə nəzərən Şəklini gah əzizlərəm, gah əzərəm Mən Bakını qucaqlaya bilməyən Xəzərəm Zamanı mənə qaytar Peşman olmaq verməz fayda Sənsiz keçən günlər, aylar Yadımdadır, səsin mənə laylay Hicran qanadlandı Havada süzdü məni Sənsizlik bərbaddır Yaman üzdü məni Əlimdə deyil əllərin, məsələn Səni çox sevmişəm sənə nəzərən Şəklini gah əzizlərəm, gah əzərəm Mən Bakını qucaqlaya bilməyən Xəzərəm Əlimdə deyil əllərin, məsələn Səni çox sevmişəm sənə nəzərən Şəklini gah əzizlərəm, gah əzərəm Mən Bakını qucaqlaya bilməyən Xəzərəm
  • Gözlərin tənha deyil önümdə İzlərin silinməz can günümdə. Özgə dünya yalandı Bircə qalan gümandı. Sevda kölgəsindəsən, özümdə Özgə dünya yalandı. Bircə qalan gümandı. Sevda kölgəsindəsən, özümdə Şəhərim yatıb, xəyallar oyaq Gəl ulduzları sakitcə sayaq Saçların enməz, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla, əvəzolunmaz. Səninlə bir yolun addımında Mənim dəyərlimsən, həyatimda Mən varlıyam səninlə Mən dogruyam səninlə Sevda kölgəsindəsən canimda Mən varlıyam səninlə Mən dogruyam səninlə Sevda kölgəsindəsən canimda Şəhərim yatıb, xəyallar oyaq Gəl ulduzları sakitcə sayaq Əvəzi olmayansan, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla, əvəzolunmaz. Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla... Əvəzolunmaz.

Похожие исполнители