Татарский переводчик Узбекские песни

Песня «Tərki-Dünya»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

O hamıdan qaçır, sirrini açır göylərə
Həm çox çəkib acı, yaralar açıq göynədər
Xoş bir gün görmədən, uçmağa min nədən
Yerdə yer saxlamaz onu, göydə göydələn
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onun saçları son bahardır
Ömrü iztirab, dörd divardır
O, tərki-dünyadır, anlamam halından
O, günəş kimi yandırardı
Yazda yağışdır, yayda qardır
Kim bilir nələr keçib gedir ağlından
Onun sözləri ittihamdır
Onun gözləri intihardır
Bəlkə onda ağrılar çıxar canından
Ona yaddır doğmalar, yaxınlar baxar uzaqdan
Süzülər yerə damla-damla yaş axar yanaqdan
O mənsiz qalınca, o mənsiz yarımcan
Ucaldan təkcə bir məqam - öpüş dodaqda
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onun saçları son bahardır
Ömrü iztirab, dörd divardır
O, tərki-dünyadır, anlamam halından
O, günəş kimi yandırardı
Yazda yağışdır, yayda qardır
Kim bilir nələr keçib gedir ağlından
Onun sözləri ittihamdır
Onun gözləri intihardır
Bəlkə onda ağrılar çıxar canından

Другие песни исполнителя:

  • Keçmişim ayağıma dolaşıb Mən uçuram bu yüklə birgə səmaya İçmişəm həyatla dolu bir qədəh ki Dünya bənzəsin bir saraya Buludlar yatağım, ulduzlar qonağım Gedirəm kainatla yuxuya Ancaq ruhumun əkizləri duyar Nəqarəti mənlə birgə oxuyar Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən durnalarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Vərdişim inadınla dalaşır Mən qaçıram suallarımdan uzağa Gəlmişəm savabla dolu bir sabah Günahım bir gecəylə yüz ola Günəşim yaradar kölgəmi Buludlar ona can verər və qoruyar Yenə ruhumun əkizləri duyar Nəqarəti mənlə birgə oxuyar Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən durnalarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Sən sağ qanad, mən sol qanad Hava limanımız, uçuş yarat Kolay, kolay, kolay, kolay, kolay Kolay, kolay, kolay, kolay, kolay (Kolay, kolay, kolay, kolay, kolay) (Kolay, kolay, kolay, kolay, kolay) Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Mən xəyallarla köçmüşəm Dönə bilmirəm, dönə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm Ağ təyyarə, mən uçmuşam Enə bilmirəm, enə bilmirəm
  • Müsafir olub ruhum anidən qəlbinə İtib məsafələr, hissləri aparıb dərinə Sevincdən gözlər dolur, dolaşır sözlərim Bu eşq mükafat olub, əbədi sakininə Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban Təsadüf urəylərimiz qucaqlaşır Dərhal problemlərimiz uzaqlaşır Sevinir döyüntülər saf uşaq kimi O an qaranlıqlar işıqlaşır Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban
  • Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim... (Röya) Gecə zülmət işlərim tərsinə Ay gecədən küsüb sən demə Ov olan ovçudan gizlənərmiş Arxanca dolanırdım əksinə Dərdlərim çarəsiz indi Yaşananlar elə bil filmdi Sevilən kim sevən kimdi Susmuş vicdanını dindir (Nəqarət) Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim... (Miri Yusif) Dünya dönər öz ətrafına Gün işığı düşmədi heç şansıma Gülü sevən tikana qatlanarmış Çıxdın tikan-tikan qarşıma Dağılar indi bütün xəyallar Qırıntılar yox olur zamanda Qəlb bağırır ağız susanda Fırtınaları fırtına anlar (Nəqarət) Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim...
  • Məsum qanadlara həsrət qalanlar Xəyalındakı ruhlarla qovuşanlar Onlar da mənim kimi özəl dünya yaradanlar Bilinir ki, nəfsimiz nə duyur dünyadan İtiririk qanacağı dəli sevdadan Özümüzə utanmadan baxiriq qəmli aynadan Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır Bu günahları kim edər ki, rədd? Biraz fasilə, səhv dalınca səhv Nə qədər lənət desək də şeytana Olmuşuq hədəf Bu yaşayışla ömrümüz hədər Eşq bulağında içmişəm zəhər Miri, yat, Miri Sənin üçün açılmaz yeni səhər Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır
  • Gördüm, gördüm ki, səhvdir eşqin qibləsi Sən özgəsən, sevdiyim, özgəsi Biz aldatmışıq hər kəsi, hər kəsi Bildim, bildim ki, gözlərin dəniz deyil Qəlbin bulud kimi təmiz deyil “Sən və mən” daha “biz” deyil, “biz” deyil İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil Sildim, sildim keçmişimi sətir-sətir Otağımda həsrət qoxan ətir Pəncərəmdən kölgən itir, ay-ay, yar Baxdım, baxdım ki, bir ömür gedib boşa Ayrı insanlar şəkildə qoşa Sənsiz səninlə olmuşam, olmuşam İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil Bildim, bildim