Татарский переводчик Узбекские песни

Песня «Vicdan»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Salam, mənim adım vicdan,
Soyadım qurban.
Vicdan məzuniyətindəyəm,
Aləmə qaldım heyran.
Salam, mənim adım vicdan,
Ləqəbim iman.
Nəfsi boğmaq niyyətindəyəm,
Zülmətə oldum seyran.
Gərəksiz gözlərdən sel kimi axanam mən,
Varlığımla dilənirəm əzabdan.
Həyatım, sabaha ümüdüm yatma, mən yatım,
Sabaha günəşim batma, men batım,
Həyatım, mən yatım.
Salam, mənim adım vicdan,
Kimsəsiz dövran.
Bayra atılan xəbərsizəm,
Arzumda qaldı hicran.
Salam, mənim adım vicdan,
Limanım böhran.
Qeybə satılan giymətsizəm,
Şeytanım oxuyur meydan.
Gərəksiz gözlərdən sel kimi axanam mən,
Varlığımla dilənirəm əzabdan.

Другие песни исполнителя:

  • Mən həmin o itirilmiş vicdan Mən xoşbəxtlik axtaran insan Çox yorulmuşam bu yollardan, səhnələrdən, pərdələrdən və rollardan Bir gün qərib ellərə köçəcəm buralardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm) Mən daxili qocalmış aslan Mən bağları saralmış bağban Xəstə könlümdə hər an üsyan Mən bezmişəm köksüz bitən yalanlardan, uydurulmuş qəhrəmanlardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm)
  • Küçə uzanir, dolanir başima bu dünya, Duyur yalani və inanir əlvida Günəş daha isitmir bizi, Biz ki, yoxuq artiq əzizim... Sinir sevginin yüzdə-yüz faizi səmada, Yağiş bildirir payizi son vida, Külək daha çağirmir bizi, Biz ki, yoxuq artiq əzizim... Soruş ki, mən kiməm nəçiyəm soruş, Soruş ki, niyə payizdan qorxuram, Soruş niyə yaralar sağalmir, Soruş ki, mən hardayam, ölmüşəm ya sağam... şərab süzülür, üzülür bədənim ağrilar, Günah nə sənin, nə mənim arzular, Dəniz daha yaşatmir bizi, Biz ki, yoxuq artiq əzizim... Canim yorulub, qirilib qanadim son uçuş, Bitib tükənib inadim qurtuluş, ürək daha alişmir düzü, Biz ki, yoxuq artiq əzizim...
  • Su altında tamaşa Dalğa qayaları çağırıb yarışa Mənim dənizlə yoxdur sərhədim birbaşa Ürəyim yaşa, dönmə daşa Gözəl üzən bədənlə yuxusuz düzü Sözlər gözümü aldadır, şərabı süzür Gecə bizi püskürdür, səhər bizi küsdürür Günahlarım yuyulur, günahlarım quruyur Yenə də mən, yenə də sən Yenə də kölgəm Yenə də xərc, yenə də ac Çatdırmır öfkəm Bu dünya bizə veribdir məkan Hətta heykəlləri də olmur görmək Gecə kaş bitməzdi, damarım sıxılmazdı Bu qanlı gövdə, kədərim qalmazdı Yolun azmazdı, yolumuz duman Bitməyən zaman, geri qaytarmayan liman Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan liman bizi gözləməyir niyə? (Niyə, niyə, niyə, niyə) Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan qanad bizi yönəldir görə (Göyə, göyə, söylə, söylə) Bu gecə sadəcə bitməz adicə Tədricən rüzgar əsdi, yağış işgəncə Gözlükdən mənə baxır qarğış fəlsəfəsi Buludlar qəhvəsi, qeyb təcrübəsi Pəncərə nəğməsi, uçuş səhnəsi Axırıncı nəfəs, efirdə yalnız duman Məni kor eyləyən simasız zaman İtir iman, o asiman Mən ya köçkünəm, ya da qonaq Bu ya ölümdür, ya da ki, sınaq Bu ya haramdır, ya da ki, qədər Bu ya savabdır, ya da ki, kədər Gecə kaş bitməzdi, damarım sıxılmazdı Bu qanlı gövdə, kədərim qalmazdı Yolun azmazdı, yolumuz duman Bitməyən zaman, geri qaytarmayan liman Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan liman bizi gözləməyir niyə? (Niyə, niyə, niyə, niyə) Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan qanad bizi yönəldir görə (Göyə, göyə, söylə, söylə) (Lay-lay, fələk, lay-lay, mələk) (Talelər bölgəsi) (Təyyarə kölgəsi) (Lay-lay, fələk, lay-lay, mələk) (Sərt olmayaq gərək) Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Gözü götürməyən zaman əriyir gündən-günə Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri görünməyən üsyan dəyir yerə, kölgəyə Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Gözü götürməyən zaman əriyir gündən-günə Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri görünməyən üsyan dəyir yerə, kölgəyə
  • Mən onun, mən onun qəlbinin şifrəsi Adım onun açar kəlməsi Ora girməz bir özgəsi Mən onun, mən onun "sevirəm" cümləsi Gözümdə "o mənim" ifadəsi Əlimdə ürək işarəsi Mən onun, mən onun sehrli bəstəsi Gündə bezdirən nəğməsi Sağ xəyalların müjdəsi Mən onun sağ və həm sola döngəsi İlk günahı, son tövbəsi Qara bəxtin ağ kölgəsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi Mən onun, mən onun uca zirvəsi Həm sevinci həm qüssəsi Bəxtimə yazılan cəriməsi Mən onun, mən onun yerdə hər kəsi Ömrümüzün hər dəqiqəsi Sanki bir kino səhnəsi Mən onun, mən onun dəlisi, xəstəsi Eşq, məhəbbətin siftəsi Everest-in son nöqtəsi Mən onun, mən onun səhrada su əvəzi O eşq dəryanın su pərisi Baxışı gözümün qibləsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi Sən bunu bilginən, bil bunu, bilginən, bil, bilməlisən Bu qaydalara baxmayaraq sən mənimsən Arada, arada, arada düşünməlisən Xoş gün yarada-yarada deyib-gülməlisən Səndən başqa, səndən başqa Ürəyimə giriş qəti qadağandır Səndən başqa, səndən başqa Ürəyimə giriş qəti qadağan O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi (Ürəyimə giriş qəti qadağandır)
  • Həyat özü belədir Məni dəli elədi Demədi son sözünü Demədi dərdi nədir Sən, mən, bir də zaman Hər şey tərsinədir Bürüyüb qan gözünü De, kimin vecinədir? Səni dərin sularda Axtarıb arzularla Elə bil bir vulkan Yatıb şirin xumarda Qazanıb şans oyunu Uduzmuşam qumarda Mən şəffaf bir dünya Yox olmuşam toz-dumanda Toz-dumanda Toz-dumanda Toz-dumanda Mən indi harada? Sən indi harada? Qəlbim qəfəs kimi Ruhum firarda Yıxılan divarlarda Sevgimin izləri var Xəyalın itsə bir an Gözlərim intiharda Mən indi harada? Sən indi harada? İntiharda Gəldi dəydi qəlbimə De kim bilərdi? Eşq bu cadu, tilsimə De kim düşərdi? Ayrı keçən günləri Zülm bilərdi Gülsə bir an gözləri (Üzüm gülərdi) Səni dərin sularda Axtarıb arzularla Elə bil bir vulkan Yatıb şirin xumarda Qazanıb şans oyunu Uduzmuşam qumarda Mən şəffaf bir dünya Yox olmuşam toz-dumanda Toz-dumanda Toz-dumanda Toz-dumanda