Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 97

  • Belə də, davam edirəm, davam edirsən, ey həyat Günlərimin yarısı bitkisəl, yarısı heyvanat Yenədə eyni dalanlar, nə olar eyni əs külək Yenədə eyni mənzil, eyni tüstülər, eyni öskürək Bədənim burdadı, ruhum başqa diyarlarda Bizə azadlıq verən yatır Fəxri Xiyabanda Ona görə axtarma azadlığı, ölüm gəlirsə Sən elə bil qəhər kimisiən boğaza düyünlənirsən Əridib məsafələri, varmaq istəmirsən Dərimin məsamələri, barmaq izlərimsəm Əllərini buraxmaqmı cinayətdi hələ görən?! Dünyanın nüfuzu bizdən ibarətdi mənə görə Saatın əqrəblərini zamandan ayırarsan Get... Dəli olanda qayıdarsan! Getmişdin, aparardın əzablarımı da Aparardın tütünlərimi, şərablarımı Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Gəlim, söylə yanına gəlim arzularla (Məni də çağır gəlim) Mən ağıllı deyiləm, mən ən dəli! Hörəcəm qəlb evinə daş hasarlar Sən sadəcə mənimsən Darasın külək saçlarını Ətir qoxar bu şəhər sənin kimi (Sənin kimi) Tək təsəllim olar bəlkə mənim (Məni də çağır gəlim) Söylə yanına gəlim arzularla Mən ağıllı deyiləm, mən ən dəli! Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Darasın külək saçlarını Ətir qorxar bu şəhər sənin kimi (Çağır gəlim) Tək təsəllim olar bəlkə mənim Məni də çağır gəlim Məni də çağır gəlim Gəlim
  • aşamalı... Acısıyla, şiriniylə dadmalı Həyat hər gün yenidir anlamalı Bəzən gülməli olur Bəzən isə ağlamalı... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı... O gözlərdən təbəssüm yağacaq hələ İlk baharda güllərin açacaq hələ Günəş bir gün səninçün doğacaq hələ... Ağır zərbələrə zərbəçi dözər Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə... Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirlidi. Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidi... Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə... Sənin sənə səni sənsən... Sən sənsənsə Hər kəsə tüpür! Rədd elə! Arxamca bağır gəlim... Xonçada donuz başı kimi görünəndə çağır gəlim... Tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb... Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?! Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda Arxamca danışırmış arxasında dayandığım da... Arxayın arxayın... Dəniz coşub qayalara çırpınanda Göylər bezib, ildırımlarla çaxanda Sonuncu gün ümid qalır bu dünyada Son ümid var bu dünyada İnan ki, sən nə ilk nə son dərdli adam Həyat budur, yorulsan da yola davam O sinəndə ürək vurursa durmadan Bezmək olmaz yaşamaqdan... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı,yaşamalı...
  • Soyuq əlimi ocağa tutub isitmək Bir adama bir ömürlük bəs etmək Şəhər işıqlarında itən o baxışları Doğmaların kədərləri kimi hiss etmək Bağlı pəncərələr Əlimdə incə qələm Həyatda yoxdur heç nə Ailədən öncə gələn Mən hərdən incidərəm Hərdən sevincə tənəm Sən oldun ilk baharda gülləri birinci dərən Sən oldun ən dərin sularda yoluma dalğalar sərən Sən ən soyuq sabahlarıma günəş olub işıq saçan Sən ən xoş arzularda deyilən sözlər kimi doğma Payız küləklərimi duyan quru gözlər kimi dolmaq Gün gələr biz oyanmarıq eyni şəhərdə Bizə aid dörd divarda görüşək hərdən Mən istərəm ən çətin sətirlər bitsin Mənim tək bacım onu sevdiyimi bilsin Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər Mən bəlkə həyatda gördüyün insaların ən soyuğu Mən bəlkə mahnı hansı ki, qırıq qəlblərə həsr olunub Mən bəlkə yaddaş hansı ki, sonralar nəsr olunub Mən bəlkə bu tamaşalarda oynamışam əbəs rolumu Mən bəlkə böyük bir zirvə, ancaq səndən balaca Ən şirin uşaqlıq xatirələrim səndən qalacaq Mən bəlkə, qırıq-sökük daxmalarda son divaram Nə qədər sən varsan bu sütunlar möhkəm qalacaq Mən bəlkə payız fəsli, səni məndən qış ayırır Mən bəlkə qəhər, məni göz yaşımdan alqış ayırır Mən bəlkə ayaq basdığım Londontək əlçatan arzu Mən bəlkə həmin uşaq, hansı ki, istərdim baxçada qalsın Mən bəlkə unutduğun yuxular kimi səni təqib edəcəm Mən bəlkə tək qalacam, bir gün hərkəs tərk edəcək Mən bəlkə qar adamı tək əriyib bir gün bahar fəslində İlk gülü dərib, gəlib səni canlı təbrik edəcəm Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər
  • Çox şükür olsun sənə, Yaradan Bizi götürmədiyin üçün hələ aradan İllər uçur, unudulur köhnə yaralar Bilmirik, nə gözləyir bizi, harada Qaradan çıxa bilmirik, problemlər var Getdikcə insanlar dəyişkən, qəlblər dar Sən kömək ol, göstər nəyi necədir İstəsən, edərsən gündüz gecəni Nə edim mən, azalsın suallar? İçəridə artan sayda sual var Bilsəydim, Rövşən gələcək yanına Bir-iki sualı yollardım onunla Amma gecdir, həmişəki kimi gecdir Yoxdur yanımızda canımızdan biri İtirsək də, bu cür bütün ətrafımızı Şükür edirik görüb ayağımız altda yeri Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə İnam ağıl kimidir, işlətməkdicə paslanır Cəhənnəm mənzərəsiylə cənnətin terasları İnsan ömrü Tanrıdan şeytana şərtli alimentdir Həyat bir üzü qara, bir üzü transparan qradiyentdir Toxunmasa da olar, böyründən ötsün küləyi ölümün Adam qorxur istər-istəməz, bükür kürəyin Anlamırıq, nə qədər dəyəri var ki, hər nəfəsin Nə qədər itki olsa da, azaltmır yaşam həvəsin Bəyaz ebruli kağız üstə naxış içindəyəm Eşq səmada qara buluddur, mənsə yağış içindəyəm Anlayanda yazıram alın yazımı, özümə güvənim artdı Mən işlədikcə Tanrı önümə çoxlu yollar açdı 4 yolun da hər birində çıxılmaz 4 dalan Həyat faytonunda çapır ayqır atların 4 nala Tiranlara da qalmadısa dünya, kiməsə qalmaz Bu dünyanın ahı o dünyaya qalmaz Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə Nələri qazanmaqçün nələri itirmək gərək? Başı çiyin üstündə haralaracan gətirmək gərək? Mənikimilər bir az lənətlənmiş kimilərdir Fərqli fikirli boz məhlul, fərqli ritmli ürək Yerə dəyənəcən kürək həyatla burun-burun Gecələr yuxularda kimlərdir qonağı şüurun? Nə qədər çətinlik var, gələrik öhdəsindən Çətini yuxudan oyanmaqdır, üzümə bir az su vurun Onsuz da həyat vurduğun vurub, tükənməkdə güc ehtiyatım Və mən bir yer axtarıram ki, başımı atıb yatım 36 yaşında sanki keçib 70 il Baxmıram, sol qolumda sadə bəzəkdir saatım Tanıdım bu illərdə həyatın hər üzün Və mənimçün artıq itki deyil hüzn Uzağı görmək çətinləşir ildən-ilə Mənanı görmək öyrənir bu cüt gözüm Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə
  • Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaq Danışmaq çətindirsə gəl yazaq Sehrli baxışın kimi əllərin də varsa Al bu qış fəslin, əbədi döndər yaza Unutmaq xəyal qurduğun gələcək səni etmədən məhv Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf? Ayağım səhv, hər addım atdıqca, növbəti hərf Dəyişir alın yazımızda, susur göylər çünki edir sərf Yuduqca sən hər sahili Dəniz oldu sənət sahibi Gözü kor şairlər belə hiss edib sevər zahiri Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili Dövranı yenə də sevməz əgər diriltsələr Sabiri Bu sevgi sağ idi onu yaşatmaqçün sən yarandın İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür Görəsən işlədərmi sevgililər həyatım sözün, Sevgilidən qabaq xəyanət etsə həyatın özü?! Nəqarət: Tomris Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Yenə sən getdin Yenə tək qaldım Tanış notların içində birdən yarandı səs Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən Həqiqəti tap misralarda mən əgər yalan desəm Qırılmış qəlb əlimdə göylərnən danışanda Dedi xəstəlikdir təklik al bu mələyi dərmandır sev Edəndə hər anda bəhs, içilən hər and əbəs Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs Çatmasa diriltməyə məni bəsdi oyan canım desən Bu qəlbi yaxşı tik sevginlə qorxma yaram dözər Uçmağa həsrət sevgimizi qanadların bəzər Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən Yenə də sevərəm olmaq sənlə mənə haram desə Nəqarət: Tomris Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Pıçıltı danışmaq üçün bəs etmirsə Qələmim artıq kağızları isitmirsə Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz Hərdən, səni incidəndə sevilməy Pərdəni, salıb arxamı çevirmək Tərk etsəm də bəlkə boşluq yaranmaz Get narahat olma bu yollar bağlanmaz Nəqarət: Tomris Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz
  • Külək məni haralara aparır? Heç bilmirəm, heç bilmirəm Tək istəyim uzaqlaşmaqdır Küləklərdən də, lap özümdən də Niyə? Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Yenə sənsən, yenə köhnə ümid Heç bilmirəm, heç bilmirəm Düşünürəm, hələ yaxınımdasan Hiss etmirəm, hiss etmirəm Niyə? Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Niyə?
  • Otağımın qapısı üzünə açıq bu gün Ürəyimdən fərqli, ürəyimdən fərqli Gəl otur içəridə, bax pəncərədən çölə Təzə qonşu qız gəlib Təzə qonşu qız gəlib Hiss et özünü öz evində Telefon bir əlində Danış kimlə istəsən Danış nə qədər istəsən Səhv axtarma sözümdə Yox, çıxmamışam özümdən Oxuduqca qaçır dadın Dünən "inbox"un açıq qalıb Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Otağımın qapısı üzünə bağlı bu gün Ürəyimdən gəlmir, səni sevmək gəlmir Get otur iç arada Soruş özündən niyə? Sənə sevgim az gəlir Sənə sevgim az gəlir Hiss et özünü öz evində Həyatın öz əlində Yaşa kimlə istəsən Yaşa nə qədər istəsən Hiss et özünü öz evində Həyatın öz əlində Yaşa kimlə istəsən Ya da nə qədər istəsən Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir (Bilirəm ki, səhvim böyükdür, amma sevgimizdən böyük deyil Bu gün axşam yenə səni gözləyəcəm, o adamın üstündə...) Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir
  • Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq Qələmin pıçıltısını bəyaz kağıza qatmaq Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək? Görəsən mən qabağa getdikcə dala kim gedəcək? İlk dəfə danışmaq həyatını tanımadığın birinə Onsuz da tanıyanlar da başa düşmədən dinləyir Tərbiyə etmək həqiqətdən qorumadığın dilini İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir 11-ci mərtəbədən dumanlı, bəyaz şəhər İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər Soyuqla mən dostam, bir günlük sən də dost ol İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolu Bu gözlər hərdən boz olur hərdənsə öz rəngi Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə Xoşbəxtlik 1 saatdır qapıda dayanıb vurur zəngi İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər Gəzmək yağış altda son damla yağana qədər Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy Durmadan səmaya baxmaq, ilk şimşək çaxana qədər Son dəfə mahnı yazmaq, ilk dəfə şən notlarla Hayat klassik bir musiqi - dəyişən notlarla Son dəfə dərddən danışmayıb sevinək bəlkə? Yaralar körpü yaradıb dost və yadlarla Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı Bir neçə söz ki, əbədi qalacaq sən getsən bir gün Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək İşığı söndür və səsimi dinlə gecə vaxtı Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra Görəsən doğrudanmı ən güclülər güləcək sonda? Hər gün yeni hadisələr hər gün yeni tanışlar Küləyi buraxım otağa son dəfə əssin orda Son dəfə bağışlamaq hər kəsi və göz yummaq Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq Dünyanın talehin bircə günlük düşünmədən Səmadan ulduz axanda son dəfə arzu tutmaq Son dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə sevmək Həyatdan bi xəbər Unudaraq hər şeyi Uçuram ulduzlara
  • Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә Sәmadan bir-iki damcı sevgi vә yağış yağır Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk Parıltılar içindә işıq saçan incә biri İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk Od vurub gözlәdilәr, amma biz alışmadıq Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb Qorudum yadlardan, әtrafında sevgilәr hördüm Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da Sәn mәni anlayırsan, mәn sәni anlamasam da Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr Deyәsәn qanadını әzdin sәmalardan düşәndә Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan Mәn sәni anlamasam da, sәn mәni anlayırsan Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni
  • Gəl, al apar bu ümidləri Yanan ürəyin qalıb közləri Anla məni, səhv özümdədir Son sözüm mənim – sevirəm səni Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi, sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi Sözlərim var, ünvansız Sahillər də limansız Toxunur qüruruma Bağlansam da ruhuna Gözlərimdə qorxu var Dözərəm hər gün buna Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim
  • Səhər oldu, gün işığım Yuxum oldu gecə gecə. Onu gəzib Aramışam, Qapı-qapı, Küçə-Küçə. Düşünürəm içə-içə, Onu salıb ürəyimə, Ürəyimi sıxan həyat. Axı belə hara gedir, Axırıma cıxan həyat. Düz üzümə baxan həyat, Gizlincə, Aranı vurub, Bizi ayırıb, Məni bir yana,cəkib atıb o birini bir tərəfə Ya belə olub, yada nə bilim, Mənə bəlkə də duşməyib hansıki, sevən ərəfə, Götürün icək bunu şərəfə. Belədi Həyat, aranı vurub Bizi ayırıb, Məni bir yana, cəkib atıb o birini bir tərəfə. Ya belə olub yada nə bilim, Mənə bəlkədə duşməyib hansıki, sevən ərəfə, Götürün icək bunu şərəfə Səhər oldu, gün işığım Yuxum oldu gecə gecə. Onu gəzib Aramışam, Qapı-qapı, Küçə-Küçə. Düşünürəm içə-içə, Onu salıb ürəyimə, Ürəyimi sıxan həyat. Axı belə hara gedir, Axırıma cıxan həyat. Düz üzümə baxan həyat, Gizlincə, Aranı vurub, Bizi ayırıb, Məni bir yana,cəkib atıb o birini bir tərəfə Ya belə olub, yada nə bilim, Mənə bəlkə də duşməyib hansıki, sevən ərəfə, Götürün icək bunu şərəfə. Belədi Həyat, aranı vurub Bizi ayırıb, Məni bir yana, cəkib atıb o birini bir tərəfə. Ya belə olub yada nə bilim, Mənə bəlkədə duşməyib hansıki, sevən ərəfə, Götürün icək bunu şərəfə Gizlincə, Aranı vurub, Bizi ayırıb, Məni bir yana,cəkib atıb o birini bir tərəfə Ya belə olub, yada nə bilim, Mənə bəlkə də duşməyib hansıki, sevən ərəfə, Götürün icək bunu şərəfə.
  • Almadıq vecə O gün son gecə Ay oldu neçə, neçə, neçə Unudum necə? Almadıq vecə O gün son gecə Ay oldu neçə, neçə, neçə Unudum necə? Bir anda sənsiz qalan mənəm Sevgidə lazım yalan nədən? Olmasan gedər zaman hədər Bizi bizdən ayrı salan kədər Kaş, kontaktı itirməzdik Ünsiyyətimizi bitirməzdik Aradan pərdəni götürməzdik Hicranı önümüzə gətirməzdik Qürur, qürur, qürur Ayrılığı qurur, qurur, qurur Ürəyimi qırır, qırır, qırır Bu məni yorur, yorur, yorur Almadıq vecə O gün son gecə Ay oldu neçə, neçə, neçə Unudum necə? Parlayıb salır işığını üzümə Sevgi dənizində səninlə üzürəm Arzu düşür göydən hərəyə Mən sənə, sən mənə Tanrıdan hədiyyə Eşq oxunu mənə tərəf atdın Gözləri dəniz: Mən dəniz ulduzuyam Ömrümə gəlib ömrünü qatdın Həyatım, səninlə ömrümüz uzayar Haqlısan bu gün mənə nə desən də Gözümüz toxdu, ürəyimiz ac Sevgimizin açarları səndə Gəl, bu bağlı qapıları aç! Gecikirik axı mən ki, tələsirəm Düşmüşük ikimiz də sevgi tələsinə Gəldim səni qapı-qapı gəzirəm Qəlbin zindan, mən orda əsirəm Qürur, qürur, qürur Ayrılığı qurur, qurur, qurur Ürəyimi qırır, qırır, qırır Bu məni yorur, yorur, yorur