Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 95

  • Bu nəğmə onun adına İçi xatirələr, sevinclə dolu Hər cümlə yazılıb adına Həsrətdən yoğrulub sonu Ən yaxın sirdaşım, gecə ulduzum Nə zaman danışsam, dinlərsən məni Gəlmədi görüşə, görmədim onu Oxuya bilmədim nəğməmi, oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda ona nəğməmi oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda nəğməmi Bu nəğmə - sevgi nağılı İçi macəralar, tezlərlə dolu Sətirlər tək ona bağlı Həsrətlə gözlə yolunu Ən yaxın sirdaşım, gecə ulduzum Nə zaman danışsam, dinlərsən məni Gəlmədi görüşə, görmədim onu Oxuya bilmədim nəğməmi, oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda ona nəğməmi oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda nəğməmi Oxu, (Oxu) səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda ona nəğməmi oxu Səhər yeli Onu ürəyimlə əllərim yazıb, oxu (Oxu) Mənim qəlbimi Apar ağuşunda nəğməmi
  • Dinlə! Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər! İzlə! Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər! Sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada! Qələmdə, sözüm əlimdə Yenə mikrofonla tut nəğməni dilimdə! Biz qara günü yara bilib, repimizə dərdi salıb, şan-söhrətə daş atdıq! Öz dilimizi belimizə yük bilib, əlimizə qələm alıb içimizi boşaltdıq! Çox gözlərin üstünü qaraltdıq, üstəlik də zülmətə sadiq çıxdıq! Çox çirkabın içinə girincə, cəlb edildik, amma sona başı dik çıxdıq! Dəstə-dəstə dəsti xətt üstdə, dava salanlar xəstəmi çıxdı?! Nifrət içdə, üzdə gülənlər, sözünün altından üstəmi çıxdı?! Yenə dastan, nağıl qoşanlar qoşuldu bizlərə, içdən dağıtmağa! Yol göstərin səhv düşən axmağa, şansları yox belə gizlin baxmağa! Dinlə! Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər! İzlə! Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər! Sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada! Qələmdə, sözüm əlimdə Yenə mikrofonla tut nəğməni dilimdə! Sözü yarı yalan, yarı doğru deyə-deyə! Kimi başa salır öz oğlunu döyə-döyə! Həyatda quldur hamı, çoxu bunu bilə-bilə! Yan-yörəsin söyə-söyə, sığmır özü yerə-göyə! Hiss edə biləcək, kim dözə biləcək?! Çox söz deyiləcək, az tuta biləcək! Məntiq dibdədir, dibdəki görünəcək! Dərk edəcək - boş keçmiş! Gələcək yox olar, çoxları həqiqəti bilsələr! Gözün aça-aça təbiəti sevsələr! Yenə bizi yolun üzü boyu düzə qoyub İzi salıb ardımıza, qanımızı içsələr! Mənə qalan əqidədir, həmdə əbəbidir! Kimsə bizə dedi hərəkəti səviyyədir! Repin özü düz söz, dilə möhürdür! Qəribədir bizi belə bilib, üzümüzə gülüb, arxamızda ayrı cürdür! İndi tələbəliklə dərəbəylik arasında bircə mərtəbə! Bizdə məna qalın, amma toxunur incə mətləbə! Sözdə yarana biləcək hər hansı bir səhv düşüncə! Sıralama hazırdır, sadəcə sus və dinlə! Biraz tənəffüs və passiv mübarizə! Biraz tərəddüd və geriyə çəkilmələr! Biraz tənəzzül və hamı gülür bizə! Sonda tərəqqi - gülən sonda gülər!.. Dinlə! Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər! İzlə! Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər! Sözdə, hamı oğuldur, əməldə batmağa başladı, boğuldu dəryada! Qələmdə, sözüm əlimdə Yenə mikrofonla tut nəğməni dilimdə!
  • Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz mahnılarından Baxıb bizə həyatını yeniləsin Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz mahnılarından Baxıb bizə həyatını yeniləsin Bağla notbuku, keç TV-in qarşısına 16:00-da qulaq as mahnısına Efirdə yeni şou, tanış ol - freezone Burda var "extreme" və burda var "gamezone" "Breakdance" ve "hip-hop", "Old school" və "Trip-trap" Manıslar "offline"da, Top 10-da "best pop" Bu TV-də yeni tərzdir, gənclərin marağı Cəmiyyətin yeni stili, "freezone" darağı İstedanın sənin içində darıxır Tap bizi, çıx efirə, bizə axı hamı baxır Çox yerdə gedir indi musiqi bayağı Dəyişəcək zövq və cəmiyyətin sorağı Yeni "prime time"dır, bu 4-5 arası "Soundtrack"də partladı rep qumbarası Bu işin sonrasıdır, efirə səs verin Hələ bu harasıdır? Səsimə səs verin Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz boz həyatından Baxıb bizə həyatını yeniləsin Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz mahnılarından Baxıb bizə playlisti yeniləsin
  • Sürücü gözündə üstündə 20 yazılı bir qəpik Rəqibimiz gözündə adi yaxşı, ya da ki pis təpik Müəllimin gözündə parta arxasında bir obyekt Jurnalist gözündə sual-cavab adi bir anket Bankirin gözündə kredit, bir illik, on illik Sığorta işçiləri gözündə pul əvəzində əminlik Dərinlik neft çıxartma institutunda bir buruq Biz kimik, kiminçün üstündən keçiləsi bir yoluq Biz kimik ki, əbədi gözəlliklər içdə bir ləkə Üstünük biz elə düşünürük, o dur ki, nəfsimiz yekə Bəxtimiz, ümidimiz bağlı daim bir tükə Qoşulmuşuq kainatda insan adlı bir yükə Adamyeyən yığımı sanki bütün şəhər, bütün ölkə Onların gözündə düzdür, bizdə yağlı bir tikə Görən varmı təhlükə? Gecikməmiş tez qaçsaq İnsan deyilik mövzusunda söhbəti biz açsaq Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yenə də mən dilimin ucuna sözümü düzürəm Yüzünün üzünə deyirəm İstər əbədi, istər ani fikirlərdə mən tək üzürəm Bir əlimdə əlcəyimlə, o biri əldə mikrafonla Həyatım adlı marafonda, heç bir taxta həris olmuram Qayıdaq söhbətə, biz kimin gözündə nə yerdəyik? Bəzi valideynlər gözündə iş birliyinə vasitəyik Sənin qızın, mənim oğlum, göbək kəsdi, verdi, getdi Elə bil ki, insan deyil, personajdı - Sega, Dendy Ağıl deyil başda fendir, qızların çoxu manikendir İnstituta gedir evlənməkçün, sino gedir sülənməkçün Qeyrət hissi dirilib indi, təklənib və döyülüb indi Siqaret boyda düdüklər də siqaret çəkib böyüyüb indi Görünüb indi, nəhayət qollarımda qanadlar Yerəmi endi fəlakət adlı gəlmə qonaqlar? Kanallar, qoy bu söhbəti çəkməsin! İnsan deyilik mövzusun efirə verməsin! Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər Yüz sədd var yollarımda Düz, səhv var mənim ağlımda Ayaqlarımda hələ güc var Zirvəyə tərəf sürünməyə yetər
  • Oyanır hamıdan tez, baxır pəncərədən Günəş rəngli saçlar, yaşıl göz, incə bədən Bir azdan oyanacaq həyatdə ən vacib insanlar Soruşacaqlar ki, hara baxırsan pəncərədən Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da Səsini çıxara bilməz, çünki o fədakardır Evin bütün yükünü kişilərin yerinə qaldırsa da Kompliment eşitmir, şirin sözə qulağı kardır Telefon əlindən alınıb, artıq iki ildən çoxdur Sinif yoldaşına zəng etməkdə günahkardır Münasibət qurmaqdan söhbət belə gedə bilməz Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi Düşünür - qəribədir bu tale, hər şey kələkdir Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı Xeyir və şər məclislərinə bər-bəzəkli O uşaqlıqdan bilir artıq nə düz, nə əyri Təhsil ikinci plandadır əsas ev işləridir Gələcək həyat yoldaşına indidən öyrəşməlidir Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?! Tanımadığın insanlara qarşı olsun sərt çöhrə Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların Valideyn tərəfindən təyin olur arzuların Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan Dəyişəcək divarlar, amma həyat hələ zindan Olmazmı ki, bu otaqdan onun da nazı qalsın? Əsas o deyil, əsas evin kişisi razı qalsın Əsas - qohumlar desin ki, o yaxşı qızdır Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır Axı o insan deyil, sadəcə kiminsə namusu Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
  • Mənim bir şəhərim var Yaşıllıqları kimi yaxşılıqları süni Mərməri kimi insanları sürüşkəndir Mənim bir şəhərim var Küçədəki itlər burada səni Dar gündə qoyub getməz Necə bunu edir dostlar?! Mənim bir şəhərim var Baxışı qışdan soyuq Bəzəklərini bir günə Qabıqtək yağışlar soyur Yaxınlar səni ləkələyir Qohumlar yalan yaxır Qonşular qiybət edir Adını içdən danışmaq qoyub Mənim bir şəhərim var Sən öldükcə sənin ömrün uzanır Adını tarix edir sağkən üzünə baxmayanlar belə Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır İrəli gedir burada bircə addım atmayanlar belə Mənim bir şəhərim var ki Dənizində canlar gizli Varlılar yalan danışır çox vaxt Ən kasıblar düz deyir Və hər kəs susub batan gəmini həyəcanla izləyir Bu şəhər satıb ruhunu Azərbaycandan gizli Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan Biz yaxşı insanlarıq Ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün Alnımız açıq, təmiz, biz yaxşı insanlarıq Sosial şəbəkələrdə vətəni sevdiyimiz üçün Yaxşılıq eləyirik xəstələrin şəklin paylaşmaqla Sevgilimiz atıb gedəndə dalca danışmaqla Biz yaxşı insanlarıq... bizləri yaxşı edən Unutqan olub, unutqanlığımızla barışmaqdır Şəhidlər Xiyabanına ildə bir dəfə getsək belə Yanından hər keçəndə musiqini azaltdığımız üçün Biz yaxşı insanlarıq... bizi incitsələr belə Biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün Biz yaxşı insanlarıq Valideynləri sevdiyimiz üçün Onları qocalanda çox vaxt atıb getsək belə Biz yaxşı insanlarıq Ədaləti sevdiyimiz üçün Bərpası lazım olanda susub yatsaq belə Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan
  • Məgər nə çox səhvlərə yol vermişəm bilmədən? Günahına girib səni üzmüşəm Əgər bir gün bağışlamaq keçərsə içindən Mən səni gözləyəcəm, biləsən Tək-tək anladım səhvlərimi Sevməyə çalışıram təkliyimi Əlimdən getdin, amma İçimdən gəlirsən, gözümün bəbəyi Tək-tək anladın yalanlarımı Üzümdə görürsən peşmanlığımı Anla, bağışla günahlarımı Qayıt gəl, gözümün bəbəyi Səninlə getdi bütün rənglər Həyat oldu ağ-qara Bu gedişin sonu yox sabaha Sən də olmazsan əgər, batar artıq bu gəmi Ürək qaldırmaz bu kədəri Tək-tək anladım səhvlərimi Sevməyə çalışıram təkliyimi Əlimdən getdin, amma İçimdən gəlirsən, gözümün bəbəyi Tək-tək anladın yalanlarımı Üzümdə görürsən peşmanlığımı Anla, bağışla günahlarımı Qayıt gəl, gözümün bəbəyi
  • Yüreğimde bir acı Geldi geçmiyor, neden? Kalbimde bir migren Hiçbir şey kesmiyor, neden? Eller nasıl da mutlu Ya da ne güzel rol yapıyor Eskiden böyle miydi? Gören bile halime ağlıyor Bir çarpıntı sürekli, nabız oldu yüz seksen Gitti gidiyorum galiba sebebi de kalpten Ölüyorum anlasana, daha da vurmasana Vicdanın sızlasa da geri dönsen mi bana? Ölüyorum anlasana, daha da vurmasana Vicdanın sızlasa da geri dönsen mi bana? Yüreğimde bir acı Geldi geçmiyor, neden? Kalbimde bir migren Hiçbir şey kesmiyor, neden? Eller nasıl da mutlu Ya da ne güzel rol yapıyor Eskiden böyle miydi? Gören bile halime ağlıyor Bir çarpıntı sürekli, nabız oldu yüz seksen Gitti gidiyorum galiba sebebi de kalpten Ölüyorum anlasana, daha da vurmasana Vicdanın sızlasa da geri dönsen mi bana? Ölüyorum anlasana, daha da vurmasana Vicdanın sızlasa da geri dönsen mi bana?
  • Benim aşktan görmüyor gözlerim Sen görüyorsan bak Sonu mu var? Sonu mu var? Sonu mu var? Sonu mu var? Ben seni yanımda bile özlerim Yalnışlarını susar gizlerim Söyle başka yolu mu var? Söyle başka yolu mu var? Kanar yaram kimse bilmez Hiss edersin sen duyarsın Senin gibi kimse sevemez Sabr edersin beni anlarsın İyiki varsın huzurumsun Bu kalbime verme zarar Belki yolun sen bulursun Söyle bana yolumu var Benim aşktan görmüyor gözlerim Sen görüyorsan bak Sonu mu var? Sonu mu var? Sonu mu var? Sonu mu var? Ben seni yanımda bile özlerim Yalnışlarını susar gizlerim Söyle başka yolu mu var? Söyle başka yolu mu var? Aşkı oyuncak zann edenler Geriye kalır hep aşk kazanır Biter bir ilişki Yeni biri başlar Dahada ağır kalpmi dayanır Günahı vebali neyse çekersin Kırılsan bile yinede seversin Öyle severki sonum o dersin Gelir sana gönlünü alır Benim aşktan görmüyor gözlerim Sen görüyorsan bak Sonu mu var? Sonu mu var? Sonu mu var? Sonu mu var? Ben seni yanımda bile özlerim Yalnışlarını susar gizlerim Söyle başka yolu mu var? Söyle başka yolu mu var?
  • [Bənd 1] Sənsiz eşqimizi zülmətlər alıb Heç zaman heç bir vaxt o yanan deyil Məhəbbət ömürlük yuxuya dalıb Sənsiz o duyğular oyanan deyil Sənsiz eşqimizi zülmətlər alıb Heç zaman heç bir vaxt o yanan deyil Məhəbbət ömürlük yuxuya dalıb Sənsiz o duyğular oyanan deyil [Nəqarət] Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən [Bənd 2] İldə iki dəfə gəlirəm bura Biri sevgimizin doğulan günü O biri tarixə yazılıb qara Şəfəqlər zülmətdə boğulan günü İldə iki dəfə gəlirəm bura Biri sevgimizin doğulan günü O biri tarixə yazılıb qara Şəfəqlər zülmətdə boğulan günü [Nəqarət] Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən [Nəqarət] Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən
  • 〈Bənd 1〉 Ayrılığın rəngi sarı Fəsli payız, dərdi sərin Ürəyimi cızır hər gün Qırıntısı dərin-dərin Demişəm ki, buludlara Tənhalıqdan ölsəm əgər Mən üşüsəm, siz gecələr Üzərimə dərdi sərin 〈Keçid〉 Ayrılığı çəkən bilir Çəkməyənin yox xəbəri Qəlbi kədər izlərinə Yetməyənin yox xəbəri Telim nəfəsinə həsrət Sevgi həvəsinə həsrət Uçub gedə bilmir ürək Doğma qəfəsinə həsrət, ey 〈Nəqərat〉 Fikirlərim qarışır Həsrətinlə barışır Hara baxsam, hara dönsəm O yer səndən danışır Fikirlərim qarışır Həsrətinlə barışır Hara baxsam, hara dönsəm O yer səndən danışır O yer səndən danışır 〈Bənd 2〉 Ayrılığın rəngi sarı Payız fəsli, sərin-sərin Ürəyimi cızır hər gün Qırıntısı dərin-dərin Demişəm ki, buludlara Tənhalıqdan ölsəm əgər Mən üşüsəm, siz gecələr Üzərimə dərdi sərin 〈Keçid〉 Ayrılığı çəkən bilir Çəkməyənin yox xəbəri Qəlbi kədər izlərinə Yetməyənin yox xəbəri Telim nəfəsinə həsrət Sevgi həvəsinə həsrət Uçub gedə bilmir ürək Doğma qəfəsinə həsrət, ey 〈Nəqərat〉 Fikirlərim qarışır Həsrətinlə barışır Hara baxsam, hara dönsəm O yer səndən danışır Fikirlərim qarışır Həsrətinlə barışır Hara baxsam, hara dönsəm O yer səndən danışır Hər yer səndən danışır 〈Keçid〉 Ayrılığı çəkən bilir Çəkməyənin yox xəbəri Qəlbi kədər izlərinə Yetməyənin yox xəbəri Telim nəfəsinə həsrət Sevgi həvəsinə həsrət Uçub gedə bilmir ürək Doğma qəfəsinə həsrət, ey 〈Nəqərat〉 Fikirlərim qarışır Həsrətinlə barışır Hara baxsam, hara dönsəm O yer səndən danışır Fikirlərim qarışır Həsrətinlə barışır Hara baxsam, hara dönsəm O yer səndən danışır Hər yer səndən danışır
  • Biri var idi, biri yox idi Biri var idi, biri yox idi Dəyişir dünya, dəyişir bu insanlar Keçir zaman Dəyişməyən nədir ki, bu həyatda? Mənimsə dünyam var, gözəl, al-əlvan Orda nə zülmət var, nə qəm, nə duman Mən öz nağıl dünyamdan dönən deyiləm Mən öz nağıl dünyamdan dönən deyiləm Biri var idi, biri yox idi Böylə başlayır bütün nağıllar Nağıl istəyən elə çox idi Söyləyim mən onlara nağıllar Biri var idi, biri yox idi Belə başlayır bütün nağıllar Nağıl istəyən (nağıl istəyən) Elə çox idi Hər günüm nağıl, hər günüm möcüzədir Mənim, nədir? Qəlbimdə var bir sehrli aləm Bir nağılda alma, birində noğul Birində gözəl qız, birində oğul Mən öz nağıl dünyamdan dönən deyiləm Mən öz nağıl dünyamdan dönən deyiləm Biri var idi, biri yox idi Böylə başlayır bütün nağıllar Nağıl istəyən elə çox idi Söyləyim mən onlara nağıllar Biri var idi, biri yox idi Belə başlayır bütün nağıllar Nağıl istəyən (nağıl istəyən) Elə çox idi Biri var idi, biri yox idi Böylə başlayır bütün nağıllar Nağıl istəyən elə çox idi Söyləyim mən onlara nağıllar Biri var idi, biri yox idi Belə başlayır bütün nağıllar Nağıl istəyən (nağıl istəyən) Öylə çox idi
  • Duyğularım dilə gəldi yenə Duyğularım yenə dilə gəldi, yenə Ey, ey insanlar, qulaq asın mənə Duyğularım dilə gəldi yenə Ey insanlar, qulaq asın mənə Duyğularım dilə gəldi yenə Ey insanlar, qulaq asın mənə Bir könüldə min can olaq Daha da mehriban olaq Mehriban, qayğıkeş bir insan olaq Mehriban olaq, mehriban olaq Mehriban olaq, mehriban olaq Təmiz eşqin, məhəbbətin tutaq Deyək, gülək qəm-qüssədən uzaq Təmiz eşqin, məhəbbətin tutaq Deyək, gülək qəm-qüssədən uzaq Bir könüldə min can olaq Daha da mehriban olaq Mehriban, qayğıkeş bir insan olaq Mehriban olaq, mehriban olaq Mehriban olaq, mehriban olaq Mehriban olaq, mehriban olaq Mehriban olaq, mehriban olaq Eeey, eeey Mehriban olaq
  • Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni Ey qəhrəman övladın şanlı Vətəni Səndən ötrü can verməyə cümlə hazırız Səndən ötrü qan tökməyə cümlə qadiriz Üçrəngli bayrağınla məsud yaşa Üçrəngli bayrağınla məsud yaşa Minlərlə can qurban oldu Sinən hərbə meydan oldu Hüququndan keçən əsgər Hərə bir qəhrəman oldu Sən olasan gülüstan Sənə hər an can qurban Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan Sən olasan gülüstan Sənə hər an can qurban Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan Namusunu hifz etməyə Bayrağını yüksəltməyə Namusunu hifz etməyə Cümlə gənclər müştaqdır Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Azərbaycan! Azərbaycan!
  • İki dəqiqənin içində Keçmiş geri döndü İndiki sevinclərim Bir anlıq söndü Sadə bir fotoşəkil Amma ki, anlamı çox Darıxdığım bir adam Boğazımda düyündür Sanki bu şəhərdə Bütün işıqlar söndü Şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Radioda – "Damlalar" Səni mənə xatırladar Ürəyimdə suallar İzlərindir Saralmış xatirələr Göndərilməmiş məktublar Kim bilir daha nələr Ola bilərdi İndi və bizə qalan Bu şəkillərdir... Şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var... Şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə
  • Güzelim, bi baksana Geceler bizden yana Bana teslim ol, ya da Kalbini ada Yanarım hep aşkından Aldın aklı başımdan Kendini bi bıraksan da Aşkı kaptırsan Bırak bana sorunlarını Bırak bana yarınlarını Bırak bana yalanlarını İçin-için, için-için, için-için içim yanıyoooo! Bırak bana yeminlerini Birak bana umidlerini Bırak bana kederlerini İçin-için, için-için, için-için içim yanıyoooo! İçin-için, içim yanıyoooo! Dünya ters dönse bile Vazgeçmem senden yine İsmin kazınmış kalbimin En derininde Bırak bana sorunlarını Bırak bana yarınlarını Bırak bana yalanlarını İçin-için, için-için, için-için içim yanıyoooo! Bırak bana yeminlerini Birak bana umidlerini Bırak bana kederlerini İçin-için, için-için, için-için içim yanıyoooo! İçin-için, için-için, için-için içim yanıyoooo! İçim yanıyoooo! İçim yanıyoooo! İçim yanıyoooo! Yanarım sana Yanarım o yıllarıma Yakarım ben heryeri Yeter ki, sen yanımda ol Güzelim benim Şu halim senin eserin İnadı bırak Ve gel benimle ol Bırak bana sorunlarını Bırak bana yarınlarını Bırak bana yalanlarını İçin-için, için-için, için-için içim yanıyoooo! Bırak bana yeminlerini Birak bana umidlerini Bırak bana kederlerini İçin-için, için-için, için-için Bırak bana sorunlarını Bırak bana yarınlarını Bırak bana yalanlarını İçin-için, için-için, için-için içim yanıyoooo! Bırak bana yeminlerini Birak bana umidlerini Bırak bana kederlerini İçin-için, için-için, için-için içim yanıyoooo!
  • Ayrılıqlarına immunitet yaranıb Dözümüm daha vardır sənə Səbəb olmasa da bir bəhanə tapıb Yollanırsan atanın evinə Çamadanları toplamısan Yenə taksini çağırmısan Didərək, üzərək, qanımı içərək Mənə yenə qayıdırsan Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi dondurma Ayrılıqlarına immunitet yaranıb Dözümüm daha vardır sənə Səbəb olmasa da bir bəhanə tapıb Yollanırsan atanın evinə Çamadanları toplamısan Yenə taksini çağırmısan Didərək, üzərək, qanımı içərək Mənə yenə qayıdırsan Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi dondurma Hadi yoluna Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi, buz kimi dondurma Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi, buz kimi dondurma
  • Yağışlar yağsa Boran, qar olsa Mənə səninlə həmişə yaydır Gözlərində nur Qəlbimdə sevgi Mənim dünyamı işiqlandırdı İllər, məsafələr də şahid Könlümün muradı sən Muradımın könlü sənsən Sənə başqa söz deməyəcəm Sən mənim ürəyimsən Könlümün muradı sən Muradımın könlü sənsən Sənə başqa söz deməyəcəm Sən mənim ürəyimsən Qəlbimdə vuran ikinci mən - sən Mənim sabahım Mənim özümsən Həyat yolunda Hər an yanımda Sən ümidimsən Sən gərəyimsən İllər, məsafələr də şahid Könlümün muradı sən Muradımın könlü sənsən Sənə başqa söz deməyəcəm Sən mənim ürəyimsən Könlümün muradı sən Muradımın könlü sənsən Sənə başqa söz deməyəcəm Sən mənim ürəyimsən İllər, məsafələr də şahid Könlümün muradı sən Muradımın könlü sənsən Sənə başqa söz deməyəcəm Sən mənim ürəyimsən Könlümün muradı sən Muradımın könlü sənsən Sənə başqa söz deməyəcəm Sən mənim ürəyimsən Ürəyimsən
  • Nəsə hərəkət elə! Hərəkət elə! Nəsə hərəkət elə! Nəsə hərəkət elə! Clavis On The Track Nəsə hərəkət elə! Nəsə hərəkət elə! Yaşda deyil başdadır ağıl Yaş da indi başqadır, ağır Hərə bir cür baş qatır axı... Mənim filmim başladı, baxın! Zar-zor bitdi məktəb Sonra universitetlər Sonra getdin əsgər Gəldin indi, get iş tap işlə Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Xalalar, bibilər zəhləmi töküblər Tökülüb şəkillər, bir-bir seçirlər O yox - bu yox, O yox - bu yox! Dayılar, əmilər iş söz veriblər Amma keçib illər, köhnəlib CV-lər Necə olacaq halım bu gedişlə?! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Elə bil su axıb, gedir zaman... İndi tərsinə dövr eyləyir dövran... Mən başımı itirmişəm tamam, aman! Üstdə-başda, üstdə-başda yox səhman! Get iş tap işlə! Get bir iş tap işlə, işlə, işlə! Varsa iş xaricdə get işlə Düşər arada ya şeşdən, ya beşdən... Bəri başdan nə maaş, nə müjdə?! Mən deyim? Ya sən de, sən de, sən de! Söyüşün biri yenə bir qəpikdəndir! Göydən üç alma yox Düşə-düşə üç sillə, sillə, sillə! Tut zərbələri pillə-pillə-pillə! Çalış ona görə işlə ki, nəsə dişə çək! Bağ yerində bala-bala əti şişə çək Sanma ki, nəsə dəyişəcək... Çək asta-asta, amma həmişə çək! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get iş tap işlə! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! Get in da beat! İşlə, işlə, işlə! İşlə, işlə, işlə! İşlə, işlə, işlə! İşlə, işlə, işlə! İşlə, işlə, işlə!
  • Daha vaxtı gəlib, ağlamadan, sızlamadan Dik dayanıb, usanmadan, hər qarışın Vaxtı gəlib... Daha vaxtı gəlib, məqsəddən yayınmadan Öz haqqımızı unutmadan qisas almağın (qisas almağın) Vaxtı gəlib... Bu xalq hazırdır yumruqtək bir olmağa Bütün yollar aparır bizi Qarabağa Qələbə, qələbə olmalı Hədəfə, hədəfə vurmalı Sonadək, sonadək Biz bir dəfə ölsək, min dəfə dirilək Vətənə, vətənə dönməli Ya vətən, ya da ki, ölməli Sonadək, sonadək Biz yüz dəfə ölsək, milyon dəfə dirilək Daha vaxtı gəlib, qanımla yuyulmuş vətən Canımla qorunmuş vətən, üzün güləcək Daha vaxtı gəlib... Dözüm tükənib, torpaqçün hər şeydən keçən Tarix yazan, tarix dəyişən millətimin səbri bitib Qardaşlar hazır yumruqtək bir olmağa Bütün yollar aparır bizi Qarabağa Qələbə, qələbə olmalı Hədəfə, hədəfə vurmalı Sonadək, sonadək Biz bir dəfə ölsək, min dəfə dirilək Vətənə, vətənə dönməli Ya vətən, ya da ki, ölməli Sonadək, sonadək Biz yüz dəfə ölsək, milyon dəfə dirilək Qələbə, qələbə olmalı Hədəfə, hədəfə vurmalı Sonadək, sonadək Biz bir dəfə ölsək, min dəfə dirilək Vətənə, vətənə dönməli Ya vətən, ya da ki, ölməli Sonadək, sonadək Biz bir dəfə ölsək, min dəfə dirilək Qələbə, qələbə olmalı Hədəfə, hədəfə vurmalı Sonadək, sonadək Biz bir dəfə ölsək, min dəfə dirilək Vətənə, vətənə dönməli Ya vətən, ya da ki, ölməli Sonadək, sonadək Biz yüz dəfə ölsək, milyon dəfə dirilək
  • Haydi, millət, əllər havaya! Qədrimizi bilməyənlərin Atıb gedənlərin lap acığına! Yaşamalıyıq bu həyatı Yaşamalıyıq, doya-doya, inadına! Mənim fəlsəfəmə görə dünya dəlidir! Hamının başına hava gəlibdir, nədir?! Səsimizi duyuralım günəşə, aya! Sən də durma oyna, oyna! Haydi, millət, əllər havaya! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Dəli kimi! Unudaq bizi üzənləri İncidənləri, sevməyənləri Yeni səhifələrə yazaq Yeni həyatımıza xoş gələnləri Mənim fəlsəfəmə görə dünya dəlidir! Hamının başına hava gəlibdir, nədir?! Səsimizi duyuralım günəşə, aya! Sən də durma oyna, oyna! Haydi, millət, əllər havaya! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət... Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Uzatma! Partlat buraları, hey DJ! Millət rəqs edəcək! Millət rəqs edəcək! Dəli kimi!
  • Sözləri axtarıram, səni təsvir edəm Əllərin əllərimin əkiz ortağıdır Mənim olmalısan, başqasın istəmərəm Gözlərinin içi cənnətimin bağıdır! Sevirəm, sevirəm dəlilər kimi... Qız, səni sevmək həyatımın anlamıdır Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Milyonların arasından tək sən bəxtimin ulduzusan! Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Qəlbimə, həyatıma, evimə qonaq deyil, ömürlük yazılmısan! Hər gülüşünlə olaram ipək kimi Hər baxışın yaddaşımda qalmalıdır! Sevirəm, sevirəm dəlilər kimi... Qız, səni sevmək həyatımın anlamıdır Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Milyonların arasından tək sən bəxtimin ulduzusan! Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Qəlbimə, həyatıma, evimə qonaq deyil, ömürlük yazılmısan! Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Milyonların arasından tək sən bəxtimin ulduzusan! Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Bəxtimə, həyatıma, evimə qonaq deyil, ömürlük yazılmısan! Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Milyonların arasından tək sən bəxtimin ulduzusan! Mənə sən lazımsan, ay bala, mənə sən lazımsan! Qəlbimə, həyatıma, evimə qonaq deyil, ömürlük yazılmısan!
  • Gəl, sevgilim, bizdən danışaq Səni mənə sevdirən ürəkdən danışaq Məni sənə bağlayan gözlərdən Dünyamızı isidən sözlərdən Bizi yaşadan sevgidən danışaq Məni sənə bağlayan gözlərdən Dünyamızı isidən sözlərdən Bizi yaşadan sevgidən danışaq Danışaq, danışaq, bizdən danışaq Danışaq, danışaq, bizdən danışaq Gəl, sevgilim, bizdən danışaq Səni mənə sevdirən ürəkdən danışaq Məni sənə bağlayan gözlərdən Dünyamızı isidən sözlərdən Bizi yaşadan sevgidən danışaq Məni sənə bağlayan gözlərdən Dünyamızı isidən sözlərdən Bizi yaşadan sevgidən danışaq Bərabər gülüb, yalnız ağladığımız günləri Haqsız səbəblərdən gələn üzüntüləri Unudaq, unudaq, sevgidən danışaq Gəl, sevgilim, bizdən danışaq Həyatın gül üzünü dəyişənlərdən Yalanı doğru yeridənlərdən Xəyanətlə əlbir gedəndən Haqqı nahaqa verəndən Dünyanı satıb-alanlardan Biz insanlardan Biz insanlardan Biz insanlardan Bərabər gülüb, yalnız ağladığımız günləri Haqsız səbəblərdən gələn üzüntüləri Unudaq, unudaq, sevgidən danışaq Gəl, sevgilim, bizdən danışaq Dost deyib, düşmən çıxan da Miras üstə dalaşan da Buz ürəkli adamlar da bizlərdəndir Ədalətsiz qərarları, şərlə dolu hesabları Nifrəti, kədəri günümüzə gətirən də, bizlərdəndir Gəl, sevgilim, bizdən danışaq Səni mənə sevdirən ürəkdən danışaq Məni sənə bağlayan gözlərdən Dünyamızı isidən sözlərdən Bizi yaşadan sevgidən danışaq Məni sənə bağlayan gözlərdən Dünyamızı isidən sözlərdən Bizi yaşadan sevgidən danışaq Danışaq, danışaq, bizdən danışaq Danışaq, danışaq, bizdən danışaq Bərabər gülüb, yalnız ağladığımız günləri Haqsız səbəblərdən gələn üzüntüləri Unudaq, unudaq, sevgidən danışaq Gəl, sevgilim, bizdən danışaq
  • Mən öləndə ağlamağa Bütün dostlar sağ ola kaş Gözlərimi bağlamağa Neçə cüt barmaq ola kaş Boynunu büküb qapıda Bir qız göz yaşı axıda Cüt balam şirin yuxuda Qadınım oyaq ola kaş Güc tapmasam ev tikməyə Qapımda ağac əkməyə Kəfən yox, məni bükməyə Bir yaşıl yarpaq ola kaş Mən öləndə ağlamağa Bütün dostlar sağ ola kaş Gözlərimi bağlamağa Neçə cüt barmaq ola kaş Boynunu büküb qapıda Bir qız göz yaşı axıda Cüt balam şirin yuxuda Qadınım oyaq ola kaş Bütün dostlar sağ ola kaş Neçə cüt barmaq ola kaş Bütün dostlar sağ ola kaş Neçə cüt barmaq ola kaş KAŞ
  • Bir qutu konfet bağlaram Pirojnaları saxlaram O da sənin üçün O da sənin üçün Səni dəlilər kimi sevərəm Gecəyarı olsa da, gələrəm O da sənin üçün O da sənin üçün Yalnız sənin olmaq Dünyadakı qayəm Sev ki, yenidən başlasın Eşq adlı hekayəm Eşq adlı hekayəm Bu dünyadakı qayəm Ən gözəl hekayəm Yenə sənsən Bağlı qapılardan qaçaq Sevgimizə yollar açaq Bir gözəl ailə quraq Pis gözlərdən uzaq Bağlı qapılardan qaçaq Sevgimizə yollar açaq Bir gözəl ailə quraq Pis gözlərdən uzaq Oynayaram, danışaram, gülərəm Gecəyarı olsa da, gələrəm O da sənin üçün O da sənin üçün Bir qutu konfet bağlaram Pirojnaları saxlaram O da sənin üçün O da sənin üçün Yalnız sənin olmaq Dünyadakı qayəm Sev ki, yenidən başlasın Eşq adlı hekayəm Eşq adlı hekayəm Bu dünyadakı qayəm Ən gözəl hekayəm Yenə sənsən, ah Bağlı qapılardan qaçaq Sevgimizə yollar açaq Bir gözəl ailə quraq Pis gözlərdən uzaq Bağlı qapılardan qaçaq Sevgimizə yollar açaq Bir gözəl ailə quraq Pis gözlərdən uzaq Bəd gözlərdən uzaq
  • Sən oldun, sən oldun Mənə qalan sən oldun, sən oldun, sən oldun Hər yerdə hər zaman sınayıram mən səni Gah səndən küsürəm qınayıram mən səni Hər yerdə hər zaman sınayıram mən səni Gah səndən küsürəm qınayıram mən səni Həmişə yaxşı günümdə gözüm səni axtarır Ən çətin günümdə arayıram mən səni Dərd çəkib mənimlə bir sevinib şən oldun Yenə də axırda mənə qalan sən oldun Dərd çəkib mənimlə bir sevinib şən oldun Yenə də axırda mənə qalan sən oldun Sən oldun, sən oldun güman yerim sən oldun Sən oldun, sən oldun aman yerim sən oldun Hər yandan əllərimi əllərimi üzəndə Sən oldun pənahım uman yerim sən oldun Mən indi bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz İndi mən bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz Çox olub qədrini bilməmişəm mən sənin Gün olub üzünə gülməmişəm mən sənin Çox olub qədrini bilməmişəm mən sənin Gün olub üzünə gülməmişəm mən sənin Sən hərdən inciyib, ağlamısan bəlkə də Gen gəzib göz yaşlarını silməmişəm mən sənin Dost dosta tən gərək sən mənimlə tən oldun Yenə də axırda mənə qalan sən oldun Dost dosta tən gərək sən mənimlə tən oldun Yenə də axırda mənə qalan sən oldun Sən oldun, sən oldun güman yerim sən oldun Sən oldun, sən oldun aman yerim sən oldun Hər yandan əllərimi əllərimi üzəndə Sən oldun pənahım uman yerim sən oldun Mən indi bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz İndi mən bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz Sən oldun, sən oldun güman yerim sən oldun Sən oldun, sən oldun aman yerim sən oldun Hər yandan əllərimi əllərimi üzəndə Sən oldun pənahım uman yerim sən oldun Mən indi bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz İndi mən bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz Mən indi bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz İndi mən bilmişəm hər gözəldən yar olmaz Bir ömür durnalar qoşa uçsa yorulmaz Dost dosta tən gərək sən mənimlə tən oldun Yenə də axırda mənə qalan sən oldun