Татарский переводчик Узбекские песни

Песня «Çağır Gəlim»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Belə də, davam edirəm, davam edirsən, ey həyat
Günlərimin yarısı bitkisəl, yarısı heyvanat
Yenədə eyni dalanlar, olar eyni əs külək
Yenədə eyni mənzil, eyni tüstülər, eyni öskürək
Bədənim burdadı, ruhum başqa diyarlarda
Bizə azadlıq verən yatır Fəxri Xiyabanda
Ona görə axtarma azadlığı, ölüm gəlirsə
Sən elə bil qəhər kimisiən boğaza düyünlənirsən
Əridib məsafələri, varmaq istəmirsən
Dərimin məsamələri, barmaq izlərimsəm
Əllərini buraxmaqmı cinayətdi hələ görən?!
Dünyanın nüfuzu bizdən ibarətdi mənə görə
Saatın əqrəblərini zamandan ayırarsan
Get... Dəli olanda qayıdarsan!
Getmişdin, aparardın əzablarımı da
Aparardın tütünlərimi, şərablarımı
Məni çağır gəlim
Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim
Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir
(Çağır gəlim)
Məni çağır gəlim
Məni çağır gəlim
Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim
Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir
(Çağır gəlim)
Məni çağır gəlim
Gəlim, söylə yanına gəlim arzularla
(Məni çağır gəlim)
Mən ağıllı deyiləm, mən ən dəli!
Hörəcəm qəlb evinə daş hasarlar
Sən sadəcə mənimsən
Darasın külək saçlarını
Ətir qoxar bu şəhər sənin kimi
(Sənin kimi)
Tək təsəllim olar bəlkə mənim
(Məni çağır gəlim)
Söylə yanına gəlim arzularla
Mən ağıllı deyiləm, mən ən dəli!
Məni çağır gəlim
Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim
Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir
(Çağır gəlim)
Darasın külək saçlarını
Ətir qorxar bu şəhər sənin kimi
(Çağır gəlim)
Tək təsəllim olar bəlkə mənim
Məni çağır gəlim
Məni çağır gəlim
Gəlim

Другие песни исполнителя:

  • Ömür heçə gedir, ayılıram İndi heyif olub illər Yenə ən başa qayıdıram (Ən başa qayıdaram) Sevib onu bir də Vecimə də deyil Onu görüb ən sonuncu dəfə deyim ona bir də Onun mənə min sevgi borcu var Amma ki mənim ona bir qəm Bir dərdim sənsən, min bəndim tək sən Necə olur itirirəm özümü və silirsən bir səhvimlə sən? Hiss nədir? - bilməzsən, istərdim gəl sən Birdən istəsən, bir mən bir də sən Yeri dolmaz, bil "Heç unudulmaz" deyib Keçmişə dön Sev, sev, sev, sev, sev, sev Yeri dolmaz, bil "Heç unudulmaz" deyib Keçmişə dön Sev, sev, sev, sev, sev, sev, sev Ey! Söz tapmırsan Ey! Tapanda düz tapmırsan Ey! Tapanca üzdən vursa da Üzdən nur sanki İstanbulsan Yazım adama təsir, adamın yazığı Yazığın adamı gəlsin Azğın adama tərsəm Sənə kəm baxsa, yazaram adamın dərisini Sol çirkindir, sağ eybəcər Ölü sussa da, yenə sağ deyinəcək Okaberin qara geyinməyinə baxma Sonda o da hamı kimi ağ geyinəcək Uzundur həsrətin, hər sətrim Mən Nəsrəddin Tusi Səni ulduzlara qədər həsr etdim Səni vəsf etdim, bitmir həsrətin Sənə hər sətrim Səni səndən almağım sənə görədir Məni məndən almısan, nəyə görə? Məni məndən almısan, nəyə görə? De, bəlkə səni sənə geri verməyə görə? Səni səndən almağım sənə görədir Məni məndən almısan, nəyə görə? Məni məndən almısan, nəyə görə? De, bəlkə səni sənə geri verməyə görə?
  • Canavarın bozunaki Nike'larımın tozunaki Binanın boss'unaki Elşadın Xos'unaki Elşadın Xos'unaki Məcburən deyilir Belə e yoo Məchula xeyrin Sənə game over Bəs buna neynim? Yenə gay bol Məcnuna Leyli Mənə Lay Low A! Qarşında Machintosh Araşdırdım lakin boş Fuckin' Trump, fuckin' Bush Mənə 2PAC ya Rakim qoş Yenə izləmədə tribunal Mama, I'm a criminal Kimə donuz, kimə mal Aaa! Kim haram? Kim halal? (A!) Eləmərəm deyən elədi Eləyərəm deyən eləmədi Eləyərəm deyən eləmədi Eləmərəm deyən elədi Eləmərəm deyən elədi Eləyərəm deyən eləmədi Eləyərəm deyən eləmədi Eləmərəm deyən elədi Black and orange məndə Kimdə black and yellow (alo, alo) Okaber'ə acapella (alo, alo) Dənizə caravella (alo, alo) USA'ə Rockfeller Ağıllısı da boş Buranın gici də boş Markası Bosch soyuducunun İçi də boş Fahişəsi fahişədən olan Bici də boş Gündüz, gecə də boş Tezi, geci də boş West Side, East Side Hansı side tutur səni? Dahiləri təhqir edib Bundan hype tutursan Fikirləşirəm beynin neçə megabyte tutur? Sənin atan verlişdə üzr istəyir Sən kayf tutursan Sən ən uzağı toylarda söz alan Mənəm hər sətirdə üzünə bozaran Sənə qoz qoymur cibində qoz olan Sancın var, sancır səni mozalan Eləmərəm deyən elədi Eləyərəm deyən eləmədi Eləyərəm deyən eləmədi Eləmərəm deyən elədi Eləmərəm deyən elədi Eləyərəm deyən eləmədi Eləyərəm deyən eləmədi Eləmərəm deyən elədi
  • (R, O, C, R, Rap out Clan, O, C, Okaber, R, O, C) (Qarnizon) Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Kömək etməz sənə şeytana prototip ikonalar Və nə qədər cibdə pul olar və portatifdə pornolar Kamuflyaj ekipirovkada, bu tipdə formalar Kömək etməz ideyalogiya, prinsip və normalar Yorulmadan yazıram, qanadım yox uçmağa Nifrətim yetəri qədərdi bu mövzunu açmağa Çoxdu "Rusiyət"ə qaçmağa, paqona dolan millətim qədər Bilirsən, çoxdur mənim paqona olan nifrətim qədər Nə qədər çağırdılar, mən səs vermədim səsinə Özünə inanmır, lazım day-day, qohum, beləsinə Soxum beləsinə, sözlərimi bəlkə başa düşsün Yıxılsın, dursun, ilişsin, bəlkə boşa düşsün Bizimki şərəfimiz, dırnaqarası yolumuz var Zəifləri vurmağa qüvvətimiz, qolumuz var Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik Halbuki Macarıstanı alacaq qədər pulumuz var Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu İntizam taborunda yarım sutka haupt vaxtda Fərqi yox ki, torpaqda fərqi yox tabut taxta Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an Ümidimi vurdu şaxta, yan keçmədi O təkcə qan içmədi Burdan insan keçmədi, buralar qarnizondu Nə qədər istəyirsən qışqır, sonsuz diapazondu Onsuz da itirmisən, ağlama ötən üçün Nə gözəldir ölmək bizə sevgili vətən üçün Bu mənim kəşfiyyatım, məni insanlar qınayır Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır Qurun konslagerlər, qaytarın repressiyanı Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı Nə qədər gec deyil, yazılarımı tapın, yandırın Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın Bizi tanıyan tanıyır, müharibə davam edir Davam edir müharibə! Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu (Ələ keçirmə yarımqrupundayam) (Şok atəşindən sonra ölüm bölgəsinə girərək) (Əsir, sənət, silah nümunələri götürüb geri çəkilirəm)