Татарский переводчик Узбекские песни

Песня «İnam»
исполнителя Tomris.
Скачать или слушать онлайн

Текст песни:

Çox şükür olsun sənə, Yaradan
Bizi götürmədiyin üçün hələ aradan
İllər uçur, unudulur köhnə yaralar
Bilmirik, nə gözləyir bizi, harada
Qaradan çıxa bilmirik, problemlər var
Getdikcə insanlar dəyişkən, qəlblər dar
Sən kömək ol, göstər nəyi necədir
İstəsən, edərsən gündüz gecəni
Nə edim mən, azalsın suallar?
İçəridə artan sayda sual var
Bilsəydim, Rövşən gələcək yanına
Bir-iki sualı yollardım onunla
Amma gecdir, həmişəki kimi gecdir
Yoxdur yanımızda canımızdan biri
İtirsək də, bu cür bütün ətrafımızı
Şükür edirik görüb ayağımız altda yeri
Yaşayıram həyatın
İlin, ayın, saatın
Dəyərini bilərək
Bilirəm ki, bitəcək
Ulu Tanrı, güc ver dizimə
Çətin asan görünür gözümə
Keçilməzləri keçirəm, illərdir
İnanıb sənə və özümə
İnam ağıl kimidir, işlətməkdicə paslanır
Cəhənnəm mənzərəsiylə cənnətin terasları
İnsan ömrü Tanrıdan şeytana şərtli alimentdir
Həyat bir üzü qara, bir üzü transparan qradiyentdir
Toxunmasa da olar, böyründən ötsün küləyi ölümün
Adam qorxur istər-istəməz, bükür kürəyin
Anlamırıq, nə qədər dəyəri var ki, hər nəfəsin
Nə qədər itki olsa da, azaltmır yaşam həvəsin
Bəyaz ebruli kağız üstə naxış içindəyəm
Eşq səmada qara buluddur, mənsə yağış içindəyəm
Anlayanda yazıram alın yazımı, özümə güvənim artdı
Mən işlədikcə Tanrı önümə çoxlu yollar açdı
4 yolun da hər birində çıxılmaz 4 dalan
Həyat faytonunda çapır ayqır atların 4 nala
Tiranlara da qalmadısa dünya, kiməsə qalmaz
Bu dünyanın ahı o dünyaya qalmaz
Yaşayıram həyatın
İlin, ayın, saatın
Dəyərini bilərək
Bilirəm ki, bitəcək
Ulu Tanrı, güc ver dizimə
Çətin asan görünür gözümə
Keçilməzləri keçirəm, illərdir
İnanıb sənə və özümə
Nələri qazanmaqçün nələri itirmək gərək?
Başı çiyin üstündə haralaracan gətirmək gərək?
Mənikimilər bir az lənətlənmiş kimilərdir
Fərqli fikirli boz məhlul, fərqli ritmli ürək
Yerə dəyənəcən kürək həyatla burun-burun
Gecələr yuxularda kimlərdir qonağı şüurun?
Nə qədər çətinlik var, gələrik öhdəsindən
Çətini yuxudan oyanmaqdır, üzümə bir az su vurun
Onsuz da həyat vurduğun vurub, tükənməkdə güc ehtiyatım
Və mən bir yer axtarıram ki, başımı atıb yatım
36 yaşında sanki keçib 70 il
Baxmıram, sol qolumda sadə bəzəkdir saatım
Tanıdım bu illərdə həyatın hər üzün
Və mənimçün artıq itki deyil hüzn
Uzağı görmək çətinləşir ildən-ilə
Mənanı görmək öyrənir bu cüt gözüm

Yaşayıram həyatın
İlin, ayın, saatın
Dəyərini bilərək
Bilirəm ki, bitəcək
Ulu Tanrı, güc ver dizimə
Çətin asan görünür gözümə
Keçilməzləri keçirəm, illərdir
İnanıb sənə və özümə

Другие песни исполнителя:

  • Məni atdın, ay qız, ay qız, atəşə Məni atdın, ay qız, ay qız, atəşə Ağlamaqdır hər zaman, inan, peşəm Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu, yar? Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu yar? Söylə, söylə, sənə belə noldu, yar? Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu, yar? Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu yar? Söylə, söylə, sənə belə noldu, yar? Gözü yolda qaldım, qaldım, ay gözəl Gözü yolda qaldım, qaldım, ay gözəl Bahar ötdü, yarpaqlar oldu xəzəl Yollarına baxa-baxa qaldı gözlərim Sənə çatsın ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Yollarına baxa-baxa qaldı gözlərim Sənə yetsin ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Söylə, söylə, sənə belə noldu, yar? Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Yollarına baxa-baxa qaldı gözlərim Sənə çatsın ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Yollarına baxa-baxa qaldı gözlərim Sənə yetsin ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Söylə, söylə, sənə belə noldu, yar? Söylə, söylə
  • Günlər oldu, heç evimdən çıxmadım Zənglər çaldı, heç birini açmadım O sevdiyim film vardı, baxmadım Qəmliyəm, necə qəmliyəm bu gün! Daha sənin şəklinə də baxmadım Sildim atdım, yalnız birin saxladım Gözlərimi ovucumla bağladım Ağladım, necə ağladım! Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Günəş doğdu, pərdələri bağladım Güllər soldu, heç birini atmadım Ən üstdəki tozlu rəfdə saxladım Ağladım, yenə ağladım bu gün Səssiz getdin, görüşünə çatmadım Qəhər boğdu, həmin gecə yatmadım Çox axtardım, heç özümü tapmadım Yoruldum, daha yoruldum! Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu mənə bənzəyən çıxa qarşına?
  • Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq Qələmin pıçıltısını bəyaz kağıza qatmaq Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək? Görəsən mən qabağa getdikcə dala kim gedəcək? İlk dəfə danışmaq həyatını tanımadığın birinə Onsuz da tanıyanlar da başa düşmədən dinləyir Tərbiyə etmək həqiqətdən qorumadığın dilini İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir 11-ci mərtəbədən dumanlı, bəyaz şəhər İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər Soyuqla mən dostam, bir günlük sən də dost ol İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolu Bu gözlər hərdən boz olur hərdənsə öz rəngi Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə Xoşbəxtlik 1 saatdır qapıda dayanıb vurur zəngi İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər Gəzmək yağış altda son damla yağana qədər Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy Durmadan səmaya baxmaq, ilk şimşək çaxana qədər Son dəfə mahnı yazmaq, ilk dəfə şən notlarla Hayat klassik bir musiqi - dəyişən notlarla Son dəfə dərddən danışmayıb sevinək bəlkə? Yaralar körpü yaradıb dost və yadlarla Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı Bir neçə söz ki, əbədi qalacaq sən getsən bir gün Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək İşığı söndür və səsimi dinlə gecə vaxtı Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra Görəsən doğrudanmı ən güclülər güləcək sonda? Hər gün yeni hadisələr hər gün yeni tanışlar Küləyi buraxım otağa son dəfə əssin orda Son dəfə bağışlamaq hər kəsi və göz yummaq Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq Dünyanın talehin bircə günlük düşünmədən Səmadan ulduz axanda son dəfə arzu tutmaq Son dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə sevmək Həyatdan bi xəbər Unudaraq hər şeyi Uçuram ulduzlara
  • Gəl, al apar bu ümidləri Yanan ürəyin qalıb közləri Anla məni, səhv özümdədir Son sözüm mənim – sevirəm səni Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi, sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi Sözlərim var, ünvansız Sahillər də limansız Toxunur qüruruma Bağlansam da ruhuna Gözlərimdə qorxu var Dözərəm hər gün buna Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim