Татарский переводчик Узбекские песни

Песня «Həyatın Özü feat. Tomris»
исполнителя Tomris.
Скачать или слушать онлайн

Текст песни:

Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaq
Danışmaq çətindirsə gəl yazaq
Sehrli baxışın kimi əllərin varsa
Al bu qış fəslin, əbədi döndər yaza

Unutmaq xəyal qurduğun gələcək səni etmədən məhv
Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf?
Ayağım səhv, hər addım atdıqca, növbəti hərf
Dəyişir alın yazımızda, susur göylər çünki edir sərf

Yuduqca sən hər sahili
Dəniz oldu sənət sahibi
Gözü kor şairlər belə hiss edib sevər zahiri
Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili

Dövranı yenə sevməz əgər diriltsələr Sabiri
Bu sevgi sağ idi onu yaşatmaqçün sən yarandın
İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür
Görəsən işlədərmi sevgililər həyatım sözün,
Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!

Nəqarət: Tomris
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz

Yenə sən getdin
Yenə tək qaldım
Tanış notların içində birdən yarandı səs
yaxşı dünən keçmişdə, bu günsə yanımda sən

Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən
Həqiqəti tap misralarda mən əgər yalan desəm
Qırılmış qəlb əlimdə göylərnən danışanda
Dedi xəstəlikdir təklik al bu mələyi dərmandır sev

Edəndə hər anda bəhs, içilən hər and əbəs
Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv
Məni pis tanıyan bir kəs, bilsin dərin nəfəs
Çatmasa diriltməyə məni bəsdi oyan canım desən

Bu qəlbi yaxşı tik sevginlə qorxma yaram dözər
Uçmağa həsrət sevgimizi qanadların bəzər
hətta pıçıldasa qulağıma ayı yarım kəsən
Yenə sevərəm olmaq sənlə mənə haram desə

Nəqarət: Tomris
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz

Pıçıltı danışmaq üçün bəs etmirsə
Qələmim artıq kağızları isitmirsə
Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz
Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz

Hərdən, səni incidəndə sevilməy
Pərdəni, salıb arxamı çevirmək
Tərk etsəm bəlkə boşluq yaranmaz
Get narahat olma bu yollar bağlanmaz

Nəqarət: Tomris
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz

Другие песни исполнителя:

  • Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Daha bir neçə gün Daha bir neçə gül Sənin hədiyyə etmədiyin Mənə vermədiyin ömür Daha bir neçə an Bir gecə tam bitəcək, ən son saatlar Bu gün burdayıq, amma Bura yox daha sabahdan Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Ver əlini Ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini
  • Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq Qələmin pıçıltısını bəyaz kağıza qatmaq Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək? Görəsən mən qabağa getdikcə dala kim gedəcək? İlk dəfə danışmaq həyatını tanımadığın birinə Onsuz da tanıyanlar da başa düşmədən dinləyir Tərbiyə etmək həqiqətdən qorumadığın dilini İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir 11-ci mərtəbədən dumanlı, bəyaz şəhər İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər Soyuqla mən dostam, bir günlük sən də dost ol İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolu Bu gözlər hərdən boz olur hərdənsə öz rəngi Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə Xoşbəxtlik 1 saatdır qapıda dayanıb vurur zəngi İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər Gəzmək yağış altda son damla yağana qədər Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy Durmadan səmaya baxmaq, ilk şimşək çaxana qədər Son dəfə mahnı yazmaq, ilk dəfə şən notlarla Hayat klassik bir musiqi - dəyişən notlarla Son dəfə dərddən danışmayıb sevinək bəlkə? Yaralar körpü yaradıb dost və yadlarla Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı Bir neçə söz ki, əbədi qalacaq sən getsən bir gün Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək İşığı söndür və səsimi dinlə gecə vaxtı Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra Görəsən doğrudanmı ən güclülər güləcək sonda? Hər gün yeni hadisələr hər gün yeni tanışlar Küləyi buraxım otağa son dəfə əssin orda Son dəfə bağışlamaq hər kəsi və göz yummaq Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq Dünyanın talehin bircə günlük düşünmədən Səmadan ulduz axanda son dəfə arzu tutmaq Son dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə sevmək Həyatdan bi xəbər Unudaraq hər şeyi Uçuram ulduzlara
  • Günlər oldu, heç evimdən çıxmadım Zənglər çaldı, heç birini açmadım O sevdiyim film vardı, baxmadım Qəmliyəm, necə qəmliyəm bu gün! Daha sənin şəklinə də baxmadım Sildim atdım, yalnız birin saxladım Gözlərimi ovucumla bağladım Ağladım, necə ağladım! Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Günəş doğdu, pərdələri bağladım Güllər soldu, heç birini atmadım Ən üstdəki tozlu rəfdə saxladım Ağladım, yenə ağladım bu gün Səssiz getdin, görüşünə çatmadım Qəhər boğdu, həmin gecə yatmadım Çox axtardım, heç özümü tapmadım Yoruldum, daha yoruldum! Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu mənə bənzəyən çıxa qarşına?
  • Sanki tutmaz əlimi uzatsam Xəbəri vardır duyğularımdan Gözlərini qaçırır baxdığım an "Həyəcanlı deyiləm" deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Bəlkə, söylər səhər olmadan Gün nur saçar sevgi bağından Gözlərini qaçırır baxdığım an "Həyəcanlı deyiləm" deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Sözlər uçuşdu, titrədi səsim Gözlərim bağlı sevdim Çağırdı göylər, güldü çiçəklər Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan...
  • Soyuq əlimi ocağa tutub isitmək Bir adama bir ömürlük bəs etmək Şəhər işıqlarında itən o baxışları Doğmaların kədərləri kimi hiss etmək Bağlı pəncərələr Əlimdə incə qələm Həyatda yoxdur heç nə Ailədən öncə gələn Mən hərdən incidərəm Hərdən sevincə tənəm Sən oldun ilk baharda gülləri birinci dərən Sən oldun ən dərin sularda yoluma dalğalar sərən Sən ən soyuq sabahlarıma günəş olub işıq saçan Sən ən xoş arzularda deyilən sözlər kimi doğma Payız küləklərimi duyan quru gözlər kimi dolmaq Gün gələr biz oyanmarıq eyni şəhərdə Bizə aid dörd divarda görüşək hərdən Mən istərəm ən çətin sətirlər bitsin Mənim tək bacım onu sevdiyimi bilsin Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər Mən bəlkə həyatda gördüyün insaların ən soyuğu Mən bəlkə mahnı hansı ki, qırıq qəlblərə həsr olunub Mən bəlkə yaddaş hansı ki, sonralar nəsr olunub Mən bəlkə bu tamaşalarda oynamışam əbəs rolumu Mən bəlkə böyük bir zirvə, ancaq səndən balaca Ən şirin uşaqlıq xatirələrim səndən qalacaq Mən bəlkə, qırıq-sökük daxmalarda son divaram Nə qədər sən varsan bu sütunlar möhkəm qalacaq Mən bəlkə payız fəsli, səni məndən qış ayırır Mən bəlkə qəhər, məni göz yaşımdan alqış ayırır Mən bəlkə ayaq basdığım Londontək əlçatan arzu Mən bəlkə həmin uşaq, hansı ki, istərdim baxçada qalsın Mən bəlkə unutduğun yuxular kimi səni təqib edəcəm Mən bəlkə tək qalacam, bir gün hərkəs tərk edəcək Mən bəlkə qar adamı tək əriyib bir gün bahar fəslində İlk gülü dərib, gəlib səni canlı təbrik edəcəm Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda "sev" deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər