Татарский переводчик Узбекские песни

Miri Yusif.  Слушать песни исполнителя и скачать онлайн. Страница 2

Для вас Персональная подборка Моя музыка Избранное и плейлисты

Miri Yusif

  • Həyat axır öz tərzində, cismim kölgə fitnəsində Özümdə axtarıb tapıram mən, sənin ürək parçalarını Dadlı zəhər ürəyimdə Kölgəm azıb qaranlıqda, sirlər qalıb cavanlıqda Özümdə axtarıb tapıram mən, sənin ürək açarlarını Sevda çayı keçir yanımdan Altımda uçurum, ya qaçım ya vida Boğazım quruyub ol mənə bir qida Ulu Tanrı... Son yağışlar yağır qoymaz duam çatsın göyə Qoy buludlar dağılmasın dövran dönsün suya Bu ümidlər torpağında məhrum olsun yalan Həyat keçər, illər keçər, yada uçuş sonsuz yetər 2-ci bənd Gerçək yalan ətrafında, ilan yuva salıb canımda Özümdə axtarıb tapıram mən, sənin kövrək qanadlarını Dostlar illər sorağında Göndər məni o dünyaya Harda sevgi var dərində Özümdə axtarıb tapıram mən, məni sən itirən məni Dua notlar dəftərində
  • Ürəyi kar olanın gözü kor olar, Ürəyi var olanın hər işi zor olar, Ürəyinə salan olarsa bu nəğməni, Ürəyinə dolar ahu-zar... Bir günüm dönüb aya, ilə, həftəyə, yüz günə, Səni itirdiyim üçün çox üzgünəm! Bu qərarı verməyimdə düzgünəm mən, bil... Sənin əllərində ruhum tapır şəfa, Yox səndən nə soraq, nə səs, nə səda, Sənə həsr olunur hər nəğmə, hər bəstə, İndi mən tək yalqız, sən ruhi xəstə! Çiyinlərimdə yükdür, ağırdır gecələrim, Gəzirəm dolaşıram Bakının küçələrin, O, bir xəstə ruh, min ağrıya düçar, Mən bağlı qapı, itirilmiş açar. Dilim susub, canım bezib, Yolum uzun, tufan kəsib, Yaşam bəsit, gülüş yalan, Olan – olub, keçən – keçib!
  • O, dünya kimidir, yaman aləmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir Olmaz Onsuz olmaz Deməklə olmur Yeri dolmaz, demə Dolanda elə dolur Gözlər Bulud kimi Sözlər hissləri bəzər vücud kimi İstər könlüm, bilsən, səni Elə özlər gözlər həddi-hüdud kimi Yaşamaq olarmı yaşatmadan Qəlbə dəymədən, daş atmadan? Sənlə ömrümü yaşlanmadan Bitirmək istərəm başlamadan O, dünya kimidir, yaman aləmdir Onsuz hər gün mənə matəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir Hərə özün düşünür, sənə gözüm düşüb Üzünə baxammıram, gözümə Gün düşür Səndə nəsə var, çəkir özünə məni Bundan sonra çətin, özümə gəlim Bir neçə ay, bir neçə il Biz sanki film çəkirik min bir gecəlik Təki sən ol şad, halım pərişan Bütün gözlər məndədir, sən isə al nişan Sevgimizə ruh lazım Gəmimizə Nuh lazım Buna sən hazır, buna mən razı Bizə başqa nə sübut lazım? O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir
  • Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə Saf hisslərimə taxıb kəndiri Öz əllərimlə boğdum onu Sağ ikən o qədər qorudum onu İndi düşün ki, ölüb gərək unudum onu Ürək də dözmür, sıxıb səbrimi Bilmirəm nə ilə ovudum onu Bəlkə də dondurub soyudum onu Bir də sevməsin əbədi unudum onu Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə Düşündükcə onu var Dinlədikcə mahnılarda oxunar Yaralar, sağalar, sözlər qəlbə toxunar Yaralar bizi Səni sevməyə də qorxuram Sənsiz yaşayıb ölməyə də qorxuram Təsadüfən görməyə də qorxuram Soraqlar bizi Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə Mən düşünürəm səni hərdən Sən günahı tək görmə məndə Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə
  • Gözlərin tənha deyil önümdə İzlərin silinməz can günümdə. Özgə dünya yalandı Bircə qalan gümandı. Sevda kölgəsindəsən, özümdə Özgə dünya yalandı. Bircə qalan gümandı. Sevda kölgəsindəsən, özümdə Şəhərim yatıb, xəyallar oyaq Gəl ulduzları sakitcə sayaq Saçların enməz, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla, əvəzolunmaz. Səninlə bir yolun addımında Mənim dəyərlimsən, həyatimda Mən varlıyam səninlə Mən dogruyam səninlə Sevda kölgəsindəsən canimda Mən varlıyam səninlə Mən dogruyam səninlə Sevda kölgəsindəsən canimda Şəhərim yatıb, xəyallar oyaq Gəl ulduzları sakitcə sayaq Əvəzi olmayansan, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla, əvəzolunmaz. Əvəzolunmaz Əvəzolunmaz Gözəl həyat səninlə, əvəzolunmaz Əvəzolunmaz Əvəzolunmaz Bu dünya varlığınla... Əvəzolunmaz.
  • Yaşadığım soyuq anlar Gəlişinlə oldu bahar İlk səsini duyduğum an Sanki dirildi can Bir baxışdan dondu zaman Fikrim səndə qaldı inan Sevginlə dəyişdim yaman Oldum başqa insan. Həyatıma günəş doğdu Varlığın dərd-qəmi boğdu Addımladıq birgə canım Səninlə bağlı ən xoş anım O soyuq qış, mən isə ona aşiq qaram O varsa bu dünyada mən də varam İlk baxışdan onu onsuz, onu sonsuz sevdim deyə Məlhəm oldu qovuşmamız, itdi yaram. O günəşdi mən isə ona aşiq qaram O varsa bu dünyada mən də varam İlk baxışdan onu onsuz, onu zonsuz sevdim deyə Məlhəm oldu qovuşmamız, itdi yaram.
  • Bitsin bu kabus, sevgilim Harada olsan, bir anlıq dön geri Məni ayır Varmısan, ya yoxmusan? Baharımdan qorxmusan Bu mahnının sözləri Bizə ayıq... Gülən gözlər gördü və dözmədi Ölərəm demişdim, amma ölmədim Sən yanan kiçik bir qığılcım Nə biləydin sən axı köz nədir Qəlbim parça-parça yerə dağılmış Demə buludsuz yağış yağırmış Mən sənlə göylərə uçardım Sənsizlik gör necə ağırmış Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bitsin bu kabus, sevgilim Harada olsan, bir anlıq dön geri Məni ayır Varmısan, ya yoxmusan? Baharımdan qorxmusan Bu mahnının sözləri Bizə ayıq... Gülən gözlər gördü və dözmədi Ölərəm demişdim, amma ölmədim Sən yanan kiçik bir qığılcım Nə biləydin sən axı köz nədir Qəlbim parça-parça yerə dağılmış Demə buludsuz yağış yağırmış Mən sənlə göylərə uçardım Sənsizlik gör necə ağırmış Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bir gün unudub insan Alışır həsrətə belə, dözə bilsə Barışıb yoxluqla, olanları görə bilsə Fikrim qarışıb xəyalımdan üz döndərə bilsə Bir gün unudub insan, bir gün Bir gün...
  • Arzular qatar-qatar, insan sərnişin Dəyişə bilməz qoca dünya vərdişin Gələcək üçün addım atarsa yarıda qalar işin Bu gününü yaşa, keçmişini düşün İnsandan qara daş qalar Hicrandan gözdə yaş qalar Dövrandan baş aça bilməz Yaranan insan çaş-baş qalar Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir İnsan oğlu bölür gedir İnsan oğlu ölür gedir Aparıb əcəl çoxlarını hardan-hara Dərd yağış kimi yağar, heç verməz ara Nəfəsində var ölüm ətri, ürəyi para-para Keçmişi solğun, gələcək qara İnsandan qara daş qalar Hicrandan gözdə yaş qalar Dövrandan baş aça bilməz Yaranan insan çaş-baş qalar Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir İnsan oğlu bölür gedir İnsan oğlu ölür gedir
  • Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi İnsanlar dolu, ağ-qara Üzlərdə təbəssüm, ürəkləri yara Bu dövran öz qəhramanlarını tanımır Mən qapalı səhnədə (onu bil ki) Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Ay cazi, cazi, cazi cazibədar Gəzdiyim yollar ya dalandır, ya dar Gözümdən düşən düşər ürəyə Əgər "bəli, hə" desə dəli küləyə Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi
  • Saflığınla səni incidə bilərlər Gəlib ürəyinə gizlicə girərlər Verilmiş sözlərin heç biri tutulmaz Üzünə saxtakarca baxıb gülərlər Yalançı sevgilərlə əvvəlcə sevilərlər Ya da sevgilərlə, məni sev illərlə Gözündə yox oluram dənizlərdə Mən ən irəlidə, köhnə gəmilərlə İki sətir, sevgin nədir? Qəlbimə gir, qal orda İki sətir, sevgin nədir? Qəlbimə gir, qal orda Cavidan duyğularla seyr edən ömür Yanında Aydan bir parça, bir kömür Yazıram sənsiz məndən mən olmaz Səmada bu yazılı, bütün dünya görür Yalançı sevgilərlə əvvəlcə sev illərlə Ya da sevgilərlə, məni sev illərlə Gözündə yox oluram dənizlərdə Mən ən irəlidə, köhnə gəmilərlə İki sətir, sevgin nədir? Qəlbimə gir, qal orda İki sətir, sevgin nədir? Qəlbimə gir, qal orda İki sətir, sevgin nədir? Qəlbimə gir, qal orda İki sətir, sevgin nədir? Qəlbimə gir, qal orda
  • Su altında tamaşa Dalğa qayaları çağırıb yarışa Mənim dənizlə yoxdur sərhədim birbaşa Ürəyim yaşa, dönmə daşa Gözəl üzən bədənlə yuxusuz düzü Sözlər gözümü aldadır, şərabı süzür Gecə bizi püskürdür, səhər bizi küsdürür Günahlarım yuyulur, günahlarım quruyur Yenə də mən, yenə də sən Yenə də kölgəm Yenə də xərc, yenə də ac Çatdırmır öfkəm Bu dünya bizə veribdir məkan Hətta heykəlləri də olmur görmək Gecə kaş bitməzdi, damarım sıxılmazdı Bu qanlı gövdə, kədərim qalmazdı Yolun azmazdı, yolumuz duman Bitməyən zaman, geri qaytarmayan liman Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan liman bizi gözləməyir niyə? (Niyə, niyə, niyə, niyə) Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan qanad bizi yönəldir görə (Göyə, göyə, söylə, söylə) Bu gecə sadəcə bitməz adicə Tədricən rüzgar əsdi, yağış işgəncə Gözlükdən mənə baxır qarğış fəlsəfəsi Buludlar qəhvəsi, qeyb təcrübəsi Pəncərə nəğməsi, uçuş səhnəsi Axırıncı nəfəs, efirdə yalnız duman Məni kor eyləyən simasız zaman İtir iman, o asiman Mən ya köçkünəm, ya da qonaq Bu ya ölümdür, ya da ki, sınaq Bu ya haramdır, ya da ki, qədər Bu ya savabdır, ya da ki, kədər Gecə kaş bitməzdi, damarım sıxılmazdı Bu qanlı gövdə, kədərim qalmazdı Yolun azmazdı, yolumuz duman Bitməyən zaman, geri qaytarmayan liman Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan liman bizi gözləməyir niyə? (Niyə, niyə, niyə, niyə) Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri qaytarmayan qanad bizi yönəldir görə (Göyə, göyə, söylə, söylə) (Lay-lay, fələk, lay-lay, mələk) (Talelər bölgəsi) (Təyyarə kölgəsi) (Lay-lay, fələk, lay-lay, mələk) (Sərt olmayaq gərək) Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Gözü götürməyən zaman əriyir gündən-günə Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri görünməyən üsyan dəyir yerə, kölgəyə Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Gözü götürməyən zaman əriyir gündən-günə Yolumun güzgüsü, siqaret tüstüsü Talelər bölgəsi, təyyarə kölgəsi Geri görünməyən üsyan dəyir yerə, kölgəyə
  • Gecikmiş sevginin baharı nədən, Payıza bənzəyir, qışa bənzəyir? Dilindən çıxan sevinclə hər kəlmə, Gözdən süzülən yaşa bənzəyir? Əllərin toxunmur göyün üzünə, Ürəyin alışır baxmır sözünə, Anlayış umursan özün özünə, Kimsə anlamır, boşa bənzəyir. Adım ruzigar, Sənə tərəf əsmişəm tanrıdan yadigar. Bu dünyada bir tək ölümə çarə yox. Pəncərəni yuyur nakam yağışlar, Damlalar ömürdən yaşa bənzəyir? Arxanca zillənən haqsız baxışlar, Birdən atılan daşa bənzəyir. Sevirsən duymadan doğmanı, yadı. Taleyin kimsədən imdad ummadı. Bu sevgi o qədər asan olmadı, Qanadı qırılmış quşa bənzəyir. Adım ruzigar, Sənə tərəf əsmişəm tanrıdan yadigar. Bu dünyada bir tək ölümə çarə yox.
  • Mən onun, mən onun qəlbinin şifrəsi Adım onun açar kəlməsi Ora girməz bir özgəsi Mən onun, mən onun "sevirəm" cümləsi Gözümdə "o mənim" ifadəsi Əlimdə ürək işarəsi Mən onun, mən onun sehrli bəstəsi Gündə bezdirən nəğməsi Sağ xəyalların müjdəsi Mən onun sağ və həm sola döngəsi İlk günahı, son tövbəsi Qara bəxtin ağ kölgəsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi Mən onun, mən onun uca zirvəsi Həm sevinci həm qüssəsi Bəxtimə yazılan cəriməsi Mən onun, mən onun yerdə hər kəsi Ömrümüzün hər dəqiqəsi Sanki bir kino səhnəsi Mən onun, mən onun dəlisi, xəstəsi Eşq, məhəbbətin siftəsi Everest-in son nöqtəsi Mən onun, mən onun səhrada su əvəzi O eşq dəryanın su pərisi Baxışı gözümün qibləsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi Sən bunu bilginən, bil bunu, bilginən, bil, bilməlisən Bu qaydalara baxmayaraq sən mənimsən Arada, arada, arada düşünməlisən Xoş gün yarada-yarada deyib-gülməlisən Səndən başqa, səndən başqa Ürəyimə giriş qəti qadağandır Səndən başqa, səndən başqa Ürəyimə giriş qəti qadağan O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi O mənim şənbəm Mən onun bazar ertəsi Mən onun bazar ertəsi Hər anın öz mənzərəsi O mənim binam Mən onun son mərtəbəsi Mən onun son mərtəbəsi Gecə açıq pəncərəsi (Ürəyimə giriş qəti qadağandır)
  • Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim... (Röya) Gecə zülmət işlərim tərsinə Ay gecədən küsüb sən demə Ov olan ovçudan gizlənərmiş Arxanca dolanırdım əksinə Dərdlərim çarəsiz indi Yaşananlar elə bil filmdi Sevilən kim sevən kimdi Susmuş vicdanını dindir (Nəqarət) Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim... (Miri Yusif) Dünya dönər öz ətrafına Gün işığı düşmədi heç şansıma Gülü sevən tikana qatlanarmış Çıxdın tikan-tikan qarşıma Dağılar indi bütün xəyallar Qırıntılar yox olur zamanda Qəlb bağırır ağız susanda Fırtınaları fırtına anlar (Nəqarət) Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim...
  • Həyat özü belədir Məni dəli elədi Demədi son sözünü Demədi dərdi nədir Sən, mən, bir də zaman Hər şey tərsinədir Bürüyüb qan gözünü De, kimin vecinədir? Səni dərin sularda Axtarıb arzularla Elə bil bir vulkan Yatıb şirin xumarda Qazanıb şans oyunu Uduzmuşam qumarda Mən şəffaf bir dünya Yox olmuşam toz-dumanda Toz-dumanda Toz-dumanda Toz-dumanda Mən indi harada? Sən indi harada? Qəlbim qəfəs kimi Ruhum firarda Yıxılan divarlarda Sevgimin izləri var Xəyalın itsə bir an Gözlərim intiharda Mən indi harada? Sən indi harada? İntiharda Gəldi dəydi qəlbimə De kim bilərdi? Eşq bu cadu, tilsimə De kim düşərdi? Ayrı keçən günləri Zülm bilərdi Gülsə bir an gözləri (Üzüm gülərdi) Səni dərin sularda Axtarıb arzularla Elə bil bir vulkan Yatıb şirin xumarda Qazanıb şans oyunu Uduzmuşam qumarda Mən şəffaf bir dünya Yox olmuşam toz-dumanda Toz-dumanda Toz-dumanda Toz-dumanda
  • Salam, keçmişim, necəsən, canın başın? Sənsiz mən neçə illər çox darıxdım Yandım, tüstümü göylərə buraxdım Sonra ayıldım, özümə qayıtdım Evdə hər şey yaxşılıq Həyat yoldaşım, uşaqlar qarışıq Könlümdə yaraşıq, təbiət yaşıllıq Əl uzadan təbəssüm mənə verir yavanlıq Dünyanı görən gözlərim tox olub Qayıtdım vətənimə, gözlərim qanla dolub Bezdirici xarici mənə vermişdi sazişi Gəmirici gəmiçi olub dənizin içi Vaz keç... Ürəyimiz coşar ya tez, ya gec Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Gəlin məni xilas edin, könlüm yandı Kirpiklər oyanış girişi o da yandı Qan da oyandı, mühitim dayandı Gəl, qayıdaq o yerlərə Ancaq kofe olar həqiqət Qalanı isə sirli eşq, məhəbbət Yandı, söndü ay, öndə qaldı yay Bitdi həzz, oxqay, ətrafım saray Bitdi.az, ziddir indi naz Qupquru boğaz, ehtiyatlı yaz Heç... Yaz mənə oxşamayıbdır heç Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Salam, keçmişim, necəsən, canın başın? Artıq böyümüşəm, 33-dür yaşım
  • Salam ata, gedir qatar, bilmədim hara Gözləmir zaman, hey gedir yaman. Salaq yada, neçə xəta bağışlar ata Gözlə bir aman, qocalma dayan. Atacan bil ki, mən səni məyus etmərəm Bil ki, mən səni məyus etmərəm. İlk yaşımda güclü əllər göylərə atar Öpürəm yorğun əllərini ay ata! Əsir etmədi məni bu zalım dünya Atacan, mən səninləyəm sonacan. Salam ata, gözyaşlarım qoyma axa İllər düzüldükcə bir incə sapa. Kimi ala, kimi sata bu dövran Bil ki, ay ata, min cəzbə qapar.
  • O mənim dəlim O mənim dəlim O mən, o mən, o mən, o mən, o mən O mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlimdir O mənim dəlim Mən oyağam, bir də bu gecə şəhər oyaqdır Günəş batdı, ay ağladı, yenə yağış yağdı Həyatım sınaqdır, hər günüm qınaqdır Fikirlər dumandır, ümmandır, qonaqdır Tüstü, tüstü, məndən küsdü Bizi çağırır pəncərədən damların üstü Tüstü, tüstü, məndən küsdü Bizi çağırır pəncərədən damların üstü O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim, ey O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim, ey O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim, ey O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mən, o mənim dəlim Bu dünyada qapalı, bağlı qapılı otaqdır Uzanıb əllərim, amma ulduzlar uzaqdır Məndən, səndən ayıq qalmaq günahdır Hər gecə qonaqdır Tüstü, tüstü, məndən küsdü Bizi çağırır pəncərədən damların üstü Tüstü, tüstü, məndən küsdü Bizi çağırır pəncərədən damların üstü O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim, ey O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim, ey O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mən, o mənim dəlim Tüstü, tüstü, məndən küsdü Tüstü, tüstü, məndən küsdü O mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim, ey O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mənim dəlim, ey O mənim dəlim, o mən, o mənim dəlim O mənim dəlim, o mən, o mən, o mənim dəlim
  • Sən sərxoş sərnişin Mən isə ayıq sürücüyəm Sənin öz işin Narahat olum nə üçün, nə üçün, de nə üçün mən Sən sərxoş sərnişin Mən isə ayıq sürücüyəm Sənin öz işin Narahat olum nə üçün, nə üçün, de nə üçün mən Hər gün eyni yollar, eyni yalanlar Bir də ilişmərəm sənin torunda Sonda gülür ancaq qalib olanlar Mənim xeyrimə bitir bütün bu oyunlar Bir də Söylə söylə söylə Günahkaram Dəymə dəymə dəymə Gözümə bir daha Sən hara mən hara Və bir də Söylə söylə söylə Günahkaram Dəymə dəymə dəymə Gözümə bir daha Sən hara mən hara Sən qəlbən yaralı Mən isə sənin həkiminəm Qəlbin sağalır Sənin eşqindən çəkinirəm Sən qəlbən yaralı Mən isə sənin həkiminəm Qəlbin sağalır Sənin eşqindən çəkinirəm Hər gün eyni yollar, eyni yalanlar Bir də dayanmaram sənin yanında Sonda gülür ancaq qalib olanlar Hər zaman gülürəm oyunların sonunda bir də Söylə söylə söylə Günahkaram Dəymə dəymə dəymə Gözümə bir daha Sən hara mən hara Və bir də Söylə söylə söylə Günahkaram Dəymə dəymə dəymə Gözümə bir daha Sən hara mən hara Və bir də Söylə söylə söylə Günahkaram Dəymə dəymə dəymə Gözümə bir daha Sən hara mən hara Və bir də Söylə söylə söylə Günahkaram Dəymə dəymə dəymə Gözümə bir daha Sən hara mən hara
  • Bizi vurdular, biz əyilmədik Bizi yandırdılar, külə dönmədik Günəşimiz dondu, yenə sönmədik Dilimizi kəsdilər, səsimiz uca Bizi kor edib qara buludlar Buludlar ağlayar, yağar bombalar Durnalar, göylərə dualarımı apar Qəlbimiz cavan, eşqimiz qoca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Dünya göz yumub birtərəf olub Məhv olan insanlıq bir hədəf olub Gülləyə tuş gələn güllə dəfn olub İtkin düşənlər illərlə tapmaca Atəşkəs olsa, körpələr yatar Savaş ömürləri ucuza satar Güclülər zərbəni gücsüzə atar Səhv baxmaz düzə, tox baxmaz aca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Bizi vurdular, biz əyilmədik
  • Mən həmin o itirilmiş vicdan Mən xoşbəxtlik axtaran insan Çox yorulmuşam bu yollardan, səhnələrdən, pərdələrdən və rollardan Bir gün qərib ellərə köçəcəm buralardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm) Mən daxili qocalmış aslan Mən bağları saralmış bağban Xəstə könlümdə hər an üsyan Mən bezmişəm köksüz bitən yalanlardan, uydurulmuş qəhrəmanlardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm)
  • Hər şey bomba kimi olacaq Hər şey bomba kimi olacaq Oo... yadigar Yadigar, başıma düşən dəli, füsünkar Oo... yadigar Yadigar, qulaqlarım səsindən olub kar O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq O gah dumandır, gah dəlisov Gah amandır, gah sadəlövh Gah məhəbbət, gah nifrət Gah utanmaz, gah ibrət Bir gün şərbət, bir gün acı Bir gün yanımda, bir gün qaçır Qaça-qaça saçları saçır Aça-aça qəlbini açır O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo O gah sakit, gah çox dəli Gah nəzərli, gah təcrübəli Gah güvənli, gah təhlükəli, ooo Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Gah zülmət, gah ulduz Gah dün gecə, gah gündüz Gah isti, gah bumbuz Hər şey bomba kimi olacaq Hər şey bomba kimi olacaq Hər şey bomba kimi olacaq
  • Fələk bulud olub üstümə yağdı Mələk gerçək olub qəlbimi aldı Biz nə qədər olsaq uzaq Fani dünyada ikimiz dustaq Sən dərdimə əlac Əllərim sənə ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Canım yelkən olub sinəsini açdı Yarım günəş olub nurunu saçdı Biz nə qədər olsaq uzaq Fani dünyada ikimiz dustaq Sən dərdimə əlac Əllərim sənə ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac Bunu bilginən ki, arzum bir quyudur Heç zaman o dolmaz Küləyim yarpaqla qovuşur O da duyğudur Heç zaman o solmaz Qocalıq gəlirsə, gəlsin Gözümə baxınca, bircə bilsin ki Qanadlarım təkcə sənə möhtac Ay, ruhuma ruhun ehtiyac
  • Kim deyər mənə Mən yaxşı insanam ya pis Günahlarım çoxdurmu tərəzidə Ya da sor mənə xəbərsiz Kim deyər mənə Bu yalandır ya hədis Gözyaşları çoxdurmu cənazəmdə Ya da Yarama duz səpmə yarım dünya Yarama duz səpmə yarım dünya

Похожие исполнители