Татарский переводчик Узбекские песни

Песня «Sevgilim»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Sevgilim...
Sevən ürək qırıldı gözlə
Sevgilim.
Duyğularım kül olur közdə
Sevgilim...
Tutulur dil qarışır sözlər
Sevgilim...

(Röya)

Gecə zülmət işlərim tərsinə
Ay gecədən küsüb sən demə
Ov olan ovçudan gizlənərmiş
Arxanca dolanırdım əksinə
Dərdlərim çarəsiz indi
Yaşananlar elə bil filmdi
Sevilən kim sevən kimdi
Susmuş vicdanını dindir

(Nəqarət)

Sevgilim...
Sevən ürək qırıldı gözlə
Sevgilim.
Duyğularım kül olur közdə
Sevgilim...
Tutulur dil qarışır sözlər
Sevgilim...

(Miri Yusif)

Dünya dönər öz ətrafına
Gün işığı düşmədi heç şansıma
Gülü sevən tikana qatlanarmış
Çıxdın tikan-tikan qarşıma
Dağılar indi bütün xəyallar
Qırıntılar yox olur zamanda
Qəlb bağırır ağız susanda
Fırtınaları fırtına anlar

(Nəqarət)

Sevgilim...
Sevən ürək qırıldı gözlə
Sevgilim.
Duyğularım kül olur közdə
Sevgilim...
Tutulur dil qarışır sözlər
Sevgilim...

Другие песни исполнителя:

  • Bizi vurdular, biz əyilmədik Bizi yandırdılar, külə dönmədik Günəşimiz dondu, yenə sönmədik Dilimizi kəsdilər, səsimiz uca Bizi kor edib qara buludlar Buludlar ağlayar, yağar bombalar Durnalar, göylərə dualarımı apar Qəlbimiz cavan, eşqimiz qoca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Dünya göz yumub birtərəf olub Məhv olan insanlıq bir hədəf olub Gülləyə tuş gələn güllə dəfn olub İtkin düşənlər illərlə tapmaca Atəşkəs olsa, körpələr yatar Savaş ömürləri ucuza satar Güclülər zərbəni gücsüzə atar Səhv baxmaz düzə, tox baxmaz aca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Bizi vurdular, biz əyilmədik
  • Həyat özü belədir Məni dəli elədi Demədi son sözünü Demədi dərdi nədir Sən, mən, bir də zaman Hər şey tərsinədir Bürüyüb qan gözünü De, kimin vecinədir? Səni dərin sularda Axtarıb arzularla Elə bil bir vulkan Yatıb şirin xumarda Qazanıb şans oyunu Uduzmuşam qumarda Mən şəffaf bir dünya Yox olmuşam toz-dumanda Toz-dumanda Toz-dumanda Toz-dumanda Mən indi harada? Sən indi harada? Qəlbim qəfəs kimi Ruhum firarda Yıxılan divarlarda Sevgimin izləri var Xəyalın itsə bir an Gözlərim intiharda Mən indi harada? Sən indi harada? İntiharda Gəldi dəydi qəlbimə De kim bilərdi? Eşq bu cadu, tilsimə De kim düşərdi? Ayrı keçən günləri Zülm bilərdi Gülsə bir an gözləri (Üzüm gülərdi) Səni dərin sularda Axtarıb arzularla Elə bil bir vulkan Yatıb şirin xumarda Qazanıb şans oyunu Uduzmuşam qumarda Mən şəffaf bir dünya Yox olmuşam toz-dumanda Toz-dumanda Toz-dumanda Toz-dumanda
  • Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə, saçları bənövşə Yaddan çıxartdım deyərkən Söhbət barəndə düşər Saçları bənövşə, saçları bənövşə "Rənglər sevgidir", deyəndə inanmadım Gözlər o rəngi görəndə dayanmadı Amma məcbur deyil məhəbbət Qəlbdə eşqin alovu qalammadı Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə Yadıma düşməyin əvəzinə Kaş yanıma düşərdin Xəyalınla rəqs edərkən Cismi-canıma düşərdin "Kaş"lar kaş olmasa! Gözlərdə yaş olmasa Bəlkə heç üzülməzdim O üz, o göz, o qaş olmasa Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə