Татарский переводчик Узбекские песни

Песня «Ata»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Salam ata, gedir qatar, bilmədim hara
Gözləmir zaman, hey gedir yaman.
Salaq yada, neçə xəta bağışlar ata
Gözlə bir aman, qocalma dayan.
Atacan bil ki, mən səni məyus etmərəm
Bil ki, mən səni məyus etmərəm.
İlk yaşımda güclü əllər göylərə atar
Öpürəm yorğun əllərini ay ata!
Əsir etmədi məni bu zalım dünya
Atacan, mən səninləyəm sonacan.
Salam ata, gözyaşlarım qoyma axa
İllər düzüldükcə bir incə sapa.
Kimi ala, kimi sata bu dövran
Bil ki, ay ata, min cəzbə qapar.

Другие песни исполнителя:

  • Həyat axır öz tərzində, cismim kölgə fitnəsində Özümdə axtarıb tapıram mən, sənin ürək parçalarını Dadlı zəhər ürəyimdə Kölgəm azıb qaranlıqda, sirlər qalıb cavanlıqda Özümdə axtarıb tapıram mən, sənin ürək açarlarını Sevda çayı keçir yanımdan Altımda uçurum, ya qaçım ya vida Boğazım quruyub ol mənə bir qida Ulu Tanrı... Son yağışlar yağır qoymaz duam çatsın göyə Qoy buludlar dağılmasın dövran dönsün suya Bu ümidlər torpağında məhrum olsun yalan Həyat keçər, illər keçər, yada uçuş sonsuz yetər 2-ci bənd Gerçək yalan ətrafında, ilan yuva salıb canımda Özümdə axtarıb tapıram mən, sənin kövrək qanadlarını Dostlar illər sorağında Göndər məni o dünyaya Harda sevgi var dərində Özümdə axtarıb tapıram mən, məni sən itirən məni Dua notlar dəftərində
  • Mən həmin o itirilmiş vicdan Mən xoşbəxtlik axtaran insan Çox yorulmuşam bu yollardan, səhnələrdən, pərdələrdən və rollardan Bir gün qərib ellərə köçəcəm buralardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm) Mən daxili qocalmış aslan Mən bağları saralmış bağban Xəstə könlümdə hər an üsyan Mən bezmişəm köksüz bitən yalanlardan, uydurulmuş qəhrəmanlardan Hamımız möhtacıq Tanrının rəhminə Dua et ki, düşməyək fələyin zəhminə Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə" Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana "Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm (Ölənəcən mən sevəcəm) Gəmilər aparır bizi tənha limana Səmalar çağırır bizi sirli cahana Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm (Buraları tərk edəcəm)
  • Arzular qatar-qatar, insan sərnişin Dəyişə bilməz qoca dünya vərdişin Gələcək üçün addım atarsa yarıda qalar işin Bu gününü yaşa, keçmişini düşün İnsandan qara daş qalar Hicrandan gözdə yaş qalar Dövrandan baş aça bilməz Yaranan insan çaş-baş qalar Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir İnsan oğlu bölür gedir İnsan oğlu ölür gedir Aparıb əcəl çoxlarını hardan-hara Dərd yağış kimi yağar, heç verməz ara Nəfəsində var ölüm ətri, ürəyi para-para Keçmişi solğun, gələcək qara İnsandan qara daş qalar Hicrandan gözdə yaş qalar Dövrandan baş aça bilməz Yaranan insan çaş-baş qalar Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir Həyat əbədi, insan ölür gedir Nə qəribədir, bir ömür gedir Son kədərini doğmalar ilə bölür, gedir İnsan oğlu bölür gedir İnsan oğlu ölür gedir
  • Salam, keçmişim, necəsən, canın başın? Sənsiz mən neçə illər çox darıxdım Yandım, tüstümü göylərə buraxdım Sonra ayıldım, özümə qayıtdım Evdə hər şey yaxşılıq Həyat yoldaşım, uşaqlar qarışıq Könlümdə yaraşıq, təbiət yaşıllıq Əl uzadan təbəssüm mənə verir yavanlıq Dünyanı görən gözlərim tox olub Qayıtdım vətənimə, gözlərim qanla dolub Bezdirici xarici mənə vermişdi sazişi Gəmirici gəmiçi olub dənizin içi Vaz keç... Ürəyimiz coşar ya tez, ya gec Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Gəlin məni xilas edin, könlüm yandı Kirpiklər oyanış girişi o da yandı Qan da oyandı, mühitim dayandı Gəl, qayıdaq o yerlərə Ancaq kofe olar həqiqət Qalanı isə sirli eşq, məhəbbət Yandı, söndü ay, öndə qaldı yay Bitdi həzz, oxqay, ətrafım saray Bitdi.az, ziddir indi naz Qupquru boğaz, ehtiyatlı yaz Heç... Yaz mənə oxşamayıbdır heç Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Salam, keçmişim, necəsən, canın başın? Artıq böyümüşəm, 33-dür yaşım
  • Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi İnsanlar dolu, ağ-qara Üzlərdə təbəssüm, ürəkləri yara Bu dövran öz qəhramanlarını tanımır Mən qapalı səhnədə (onu bil ki) Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Ay cazi, cazi, cazi cazibədar Gəzdiyim yollar ya dalandır, ya dar Gözümdən düşən düşər ürəyə Əgər "bəli, hə" desə dəli küləyə Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi