Татарский переводчик Узбекские песни

Песня «Şənbə»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Mən onun, mən onun qəlbinin şifrəsi
Adım onun açar kəlməsi
Ora girməz bir özgəsi
Mən onun, mən onun "sevirəm" cümləsi
Gözümdə "o mənim" ifadəsi
Əlimdə ürək işarəsi
Mən onun, mən onun sehrli bəstəsi
Gündə bezdirən nəğməsi
Sağ xəyalların müjdəsi
Mən onun sağ həm sola döngəsi
İlk günahı, son tövbəsi
Qara bəxtin kölgəsi
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
Mən onun, mən onun uca zirvəsi
Həm sevinci həm qüssəsi
Bəxtimə yazılan cəriməsi
Mən onun, mən onun yerdə hər kəsi
Ömrümüzün hər dəqiqəsi
Sanki bir kino səhnəsi
Mən onun, mən onun dəlisi, xəstəsi
Eşq, məhəbbətin siftəsi
Everest-in son nöqtəsi
Mən onun, mən onun səhrada su əvəzi
O eşq dəryanın su pərisi
Baxışı gözümün qibləsi
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
Sən bunu bilginən, bil bunu, bilginən, bil, bilməlisən
Bu qaydalara baxmayaraq sən mənimsən
Arada, arada, arada düşünməlisən
Xoş gün yarada-yarada deyib-gülməlisən
Səndən başqa, səndən başqa
Ürəyimə giriş qəti qadağandır
Səndən başqa, səndən başqa
Ürəyimə giriş qəti qadağan
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
O mənim şənbəm
Mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam
Mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
(Ürəyimə giriş qəti qadağandır)

Другие песни исполнителя:

  • Həyat bir yuxu Həyat bir yuxu Səmada uçub gedər ruhum Düşün ki, biz yoxuq Həyat sirr dolu Bitir ömür yolu İtir günlər təqvimdən bir-bir Hər şeyin var sonu Həyat bir yuxu Həyat bir yuxu Səmada uçub gedər ruhum Düşün ki, biz yoxuq Həyat sirr dolu Bitir ömür yolu İtir günlər təqvimdən bir-bir Hər şeyin var sonu Gündə neçə insan doğulur Neçə insan ölür günahsız yerə Neçə insan ölür Bu insanlarda insaf ölüb Ömür qısa, çox hesab edib Yaşama onu boş israf edib Bu dünyada hamı müsafirdi Zahirən mömin, ya kafirdir Daxilən Zahid, ya cahildir Fərqi yox kirlidir, ya bakirdir Yolumuz fərqlidir, sonumuz birdir Bu dünyada hamı müsafirdir Həyat bir yuxu Həyat bir yuxu Səmada uçub gedər ruhum Düşün ki, biz yoxuq Həyat sirr dolu Bitir ömür yolu İtir günlər təqvimdən bir-bir Hər şeyin var sonu
  • Məsum qanadlara həsrət qalanlar Xəyalındakı ruhlarla qovuşanlar Onlar da mənim kimi özəl dünya yaradanlar Bilinir ki, nəfsimiz nə duyur dünyadan İtiririk qanacağı dəli sevdadan Özümüzə utanmadan baxiriq qəmli aynadan Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır Bu günahları kim edər ki, rədd? Biraz fasilə, səhv dalınca səhv Nə qədər lənət desək də şeytana Olmuşuq hədəf Bu yaşayışla ömrümüz hədər Eşq bulağında içmişəm zəhər Miri, yat, Miri Sənin üçün açılmaz yeni səhər Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır Bu necə dərddir, söylə Gözüvü aç və söylə Dünya yaman Bizi tapdaladı Bu necə dərddir, söylə Gözüvü aç və bir də söylə, söylə Doğru yalan Ağı qapqaradır
  • Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim... (Röya) Gecə zülmət işlərim tərsinə Ay gecədən küsüb sən demə Ov olan ovçudan gizlənərmiş Arxanca dolanırdım əksinə Dərdlərim çarəsiz indi Yaşananlar elə bil filmdi Sevilən kim sevən kimdi Susmuş vicdanını dindir (Nəqarət) Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim... (Miri Yusif) Dünya dönər öz ətrafına Gün işığı düşmədi heç şansıma Gülü sevən tikana qatlanarmış Çıxdın tikan-tikan qarşıma Dağılar indi bütün xəyallar Qırıntılar yox olur zamanda Qəlb bağırır ağız susanda Fırtınaları fırtına anlar (Nəqarət) Sevgilim... Sevən ürək qırıldı gözlə Sevgilim. Duyğularım kül olur közdə Sevgilim... Tutulur dil qarışır sözlər Sevgilim...
  • [Bənd 1] Xatirələr sorağında səslərəm səni Dünyamın ətrafında gözlərəm səni Darıxır qəlbim sənsiz o illərdən bəri Unut olanları, boş ver, dön geri Xatirələr sorağında səslərəm səni Dünyamın ətrafında gözlərəm səni Darıxır qəlbim sənsiz o illərdən bəri Unut olanları, boş ver, dön geri [Nəqərat] Gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Oh-o-o, gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Biz oradan keçək... [Bənd 2] Sənsiz çətindir yaşamaq, bu pərişan gözlər baxır İstərdim, ömrü daşıyam, içində sən yoxsan axı Hər səhər al güllərdən saçlarına çələng taxıb Öpüb əllərindən, sən doğmam ən yaxın Sənsiz çətindir yaşamaq, bu pərişan gözlər baxır İstərdim, ömrü daşıyam, içində sən yoxsan axı Hər səhər al güllərdən saçlarına çələng taxıb Öpüb əllərindən, sən doğmam ən yaxın [Nəqərat] Gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Oh-o-o, gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Biz oradan keçək...
  • Ayaqların altına səpərəm dünyanı Təkcə sən mənim ol Bircə sən mənim ol Günahlar üçün yaradaram ayrı ölkəni Təkcə sən mənim ol Bircə sən mənim ol Sərnişin olsan əgər sonsuz boş qatarda Kədərli qalsan əgər vicdansız otaqda Uzaqda olursan ol Yuxuda olursan ol Amma sən, can, tez dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Həyəcanım, canımda, özəl bir dünyada Təkcə sən mənim ol Bircə sən mənim ol Yaraşarıq bir olsaq, gözəl bir mahnıda Təkcə sən mənim ol Bircə sən mənim ol Sərnişin olsan əgər sonsuz boş qatarda Kədərli qalsan əgər vicdansız otaqda Uzaqda olursan ol Yuxuda olursan ol Amma sən, can, tez dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Ay... Dön geriyə...