Татарский переводчик Узбекские песни

Песня «Ruzigar»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Gecikmiş sevginin baharı nədən,
Payıza bənzəyir, qışa bənzəyir?
Dilindən çıxan sevinclə hər kəlmə,
Gözdən süzülən yaşa bənzəyir?
Əllərin toxunmur göyün üzünə,
Ürəyin alışır baxmır sözünə,
Anlayış umursan özün özünə,
Kimsə anlamır, boşa bənzəyir.
Adım ruzigar,
Sənə tərəf əsmişəm tanrıdan yadigar.
Bu dünyada bir tək ölümə çarə yox.
Pəncərəni yuyur nakam yağışlar,
Damlalar ömürdən yaşa bənzəyir?
Arxanca zillənən haqsız baxışlar,
Birdən atılan daşa bənzəyir.
Sevirsən duymadan doğmanı, yadı.
Taleyin kimsədən imdad ummadı.
Bu sevgi o qədər asan olmadı,
Qanadı qırılmış quşa bənzəyir.
Adım ruzigar,
Sənə tərəf əsmişəm tanrıdan yadigar.
Bu dünyada bir tək ölümə çarə yox.

Другие песни исполнителя:

  • Sanki külək kimi xəstəlik Toxunur, üşüdür məni Sanki səsləri eşitdim Qorxudur, susdurur məni Dünən gülən bu üzüm, bu gün Yalvarır, ağladır məni Sanki kədər mən idim Sevinc qınayır məni Qəribə baxdı üzlər Gülən süni simalar Mən ki, dəli deyiləm Baxışlarda hər məna Bu gün mən ayağa qalxdım Yaşamaq istəyi ilə Bu gün xəstəyəm dedim Sağalmaq diləyi ilə... O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında İçimdə narın yağış Çöldən gün qızdırır məni Həyatın hər anında Yalanlar coşdurur məni Hava limanım bağlı Təmirdə təyyarələr Yaxınların içində Aldanmış özgəyəm mən Aramız çox ümidsiz Ölkələr və kölgələr Hər günüm adi, duzsuz Arzular mənə söykənər Bu gün mən ayağa qalxdım Yaşamaq istəyi ilə Bu gün xəstəyəm dedim Sağalmaq diləyi ilə... O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında "Heyyo", hamı "heyyo" Hamı birlikdə Mən bu gün sərxoşam "Heyyo", hamı "heyyo" Hamı birlikdə Mən bu gün sərxoşam O... Qəlbim badə, sevgim şərab Mən bu gün sərxoşam, mən sərxoşam canımla Tək oturmuşam Qubernator bağında Bu şəhərdə tənhayam, tənhalar parkında
  • Sən bu ömrə bəzək, yaraşıq Zülmətlərdə doğar bir işıq Günlər xoş ötər Sən varsan yetər Əl-ələ bir ömür dolaşaq Diləyim budur tək: "Qovuşaq!" İntizar bitər Sən varsan yetər Mavi qızılgüllər aldım hər görüşdə Adını qəlbimə yazdım ən girişdə Sevgim islanmaz yağışda, yanmaz günəşdə Bu sevgim sənə bir əbədi hədiyyədir Səninlə ilk görüş yerimiz Bir ömür gedərik ora biz Sənlə bərabər Sən varsan yetər Hər kəsdən sənə doğru qaçım Bil ki, var sənə ehtiyacım Dünyalar qədər Sən varsan yetər Mavi qızılgüllər aldım hər görüşdə Adını qəlbimə yazdım ən girişdə Sevgim islanmaz yağışda, yanmaz günəşdə Bu sevgim sənə bir əbədi hədiyyədir Mavi qızılgüllər aldım hər görüşdə Adını qəlbimə yazdım ən girişdə Sevgim islanmaz yağışda, yanmaz günəşdə Bu sevgim sənə bir əbədi hədiyyədir
  • Salam ata, gedir qatar, bilmədim hara Gözləmir zaman, hey gedir yaman. Salaq yada, neçə xəta bağışlar ata Gözlə bir aman, qocalma dayan. Atacan bil ki, mən səni məyus etmərəm Bil ki, mən səni məyus etmərəm. İlk yaşımda güclü əllər göylərə atar Öpürəm yorğun əllərini ay ata! Əsir etmədi məni bu zalım dünya Atacan, mən səninləyəm sonacan. Salam ata, gözyaşlarım qoyma axa İllər düzüldükcə bir incə sapa. Kimi ala, kimi sata bu dövran Bil ki, ay ata, min cəzbə qapar.
  • Sənsiz ürəyi yola gətirmişəm Sanki lazımsız əşya itirmişəm Sual idin, mənim üçün nöqtəsən! Mən hər şeyi bitirmişəm Mən yola davam, sənin yolun açıq Nə məni ara, nə də qarşıma çıx Günəşi söküb, asmışam Ayı Gecəyə bulaşıb qəlbimin harayı Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab! Mən öz taleyimlə tutub əl-ələ Bu ömür yolunu gedirəm hələ Səni yaxşı əvəz edir tənhalıq Bu bir yazı, bu bir tələb Daha bu ürəyi ovutmaq çətin Gedişim əbədi, qayıtmaq çətin Məni çağırır göyə göy üzü Hər bulud bir yanan eşqin tüstüsü Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab!
  • Salam, keçmişim, necəsən, canın başın? Sənsiz mən neçə illər çox darıxdım Yandım, tüstümü göylərə buraxdım Sonra ayıldım, özümə qayıtdım Evdə hər şey yaxşılıq Həyat yoldaşım, uşaqlar qarışıq Könlümdə yaraşıq, təbiət yaşıllıq Əl uzadan təbəssüm mənə verir yavanlıq Dünyanı görən gözlərim tox olub Qayıtdım vətənimə, gözlərim qanla dolub Bezdirici xarici mənə vermişdi sazişi Gəmirici gəmiçi olub dənizin içi Vaz keç... Ürəyimiz coşar ya tez, ya gec Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Gəlin məni xilas edin, könlüm yandı Kirpiklər oyanış girişi o da yandı Qan da oyandı, mühitim dayandı Gəl, qayıdaq o yerlərə Ancaq kofe olar həqiqət Qalanı isə sirli eşq, məhəbbət Yandı, söndü ay, öndə qaldı yay Bitdi həzz, oxqay, ətrafım saray Bitdi.az, ziddir indi naz Qupquru boğaz, ehtiyatlı yaz Heç... Yaz mənə oxşamayıbdır heç Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, canım, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Oyan... Oyan, qəlbim, oyan Hələ ölməyib bu yan Nələr görməyib o yan Salam, keçmişim, necəsən, canın başın? Artıq böyümüşəm, 33-dür yaşım