Татарский переводчик Узбекские песни

Песня «Toz-Duman»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Həyat özü belədir
Məni dəli elədi
Demədi son sözünü
Demədi dərdi nədir
Sən, mən, bir də zaman
Hər şey tərsinədir
Bürüyüb qan gözünü
De, kimin vecinədir?
Səni dərin sularda
Axtarıb arzularla
Elə bil bir vulkan
Yatıb şirin xumarda
Qazanıb şans oyunu
Uduzmuşam qumarda
Mən şəffaf bir dünya
Yox olmuşam toz-dumanda
Toz-dumanda
Toz-dumanda
Toz-dumanda
Mən indi harada?
Sən indi harada?
Qəlbim qəfəs kimi
Ruhum firarda
Yıxılan divarlarda
Sevgimin izləri var
Xəyalın itsə bir an
Gözlərim intiharda
Mən indi harada?
Sən indi harada?
İntiharda
Gəldi dəydi qəlbimə
De kim bilərdi?
Eşq bu cadu, tilsimə
De kim düşərdi?
Ayrı keçən günləri
Zülm bilərdi
Gülsə bir an gözləri
(Üzüm gülərdi)
Səni dərin sularda
Axtarıb arzularla
Elə bil bir vulkan
Yatıb şirin xumarda
Qazanıb şans oyunu
Uduzmuşam qumarda
Mən şəffaf bir dünya
Yox olmuşam toz-dumanda
Toz-dumanda
Toz-dumanda
Toz-dumanda

Другие песни исполнителя:

  • Gəldiyin gün ömrümə bir dünya bağışladın Mənə ilk baxışınla ağlımı başdan aldın Sən əlimdən tutunca yox olur yorğunluğum Sənin istəyin, iradən, varlığın və qürurun Sən mənim qiymətlim, sevməklə bitməyənim Hər sabahlar otağımda yeni doğan günəşim Sən mənim bu həyatı yenidən sevdirənim Tanrım bizi ayırmasın bir ömür, sevgilim Çox sevdiyim bir yer var, o da sənin qəlbindir Mən sanki cənnətdə, səbəbi gözlərindir Sən mənim qiymətlim, sevməklə bitməyənim Hər sabahlar otağımda yeni doğan günəşim Sən mənim bu həyatı yenidən sevdirənim Tanrım bizi ayırmasın bir ömür, sevgilim Sən mənim qiymətlim, sevməklə bitməyənim Hər sabahlar otağımda yeni doğan günəşim Sən mənim bu həyatı yenidən sevdirənim Tanrım bizi ayırmasın bir ömür, sevgilim
  • Mən ölsəm yox olsam çinar kimi solaram Bilsəm ki, xoşbəxtsən bəxtəvər olaram. Amma unutmaki mən qayıdaram?! Ötən günlər limanına Ordan yuxuna qonaq gəlib öpüb oyadaram ... Mən küləyəm, mən küləyəm məni sınama Mən özgəyəm, mən özgəyəm məni saxlama. Cənnətdən qovulmuş şeytanam məni qınama Mən küləyəm, mən küləyəm məni sınama. Necə qaranlıq, necə sükut var Bura kölgələr ölkəsi. Bura öz dünyam, bura çox viran Bura çagırmam hər kəsi. Bəlkə bir gün yenə mən qayıdaram?! Ötən günlər limanına Ordan yuxuna qonaq gəlib öpüb oyadaram ...
  • O hamıdan qaçır, sirrini açır göylərə Həm çox çəkib acı, yaralar açıq göynədər Xoş bir gün görmədən, uçmağa min nədən Yerdə yer saxlamaz onu, göydə göydələn Onu eşidən duyar, var son sözü ümid son ölər Onu eşidən duyar, var son sözü ümid son ölər Onun saçları son bahardır Ömrü iztirab, dörd divardır O, tərki-dünyadır, anlamam halından O, günəş kimi yandırardı Yazda yağışdır, yayda qardır Kim bilir nələr keçib gedir ağlından Onun sözləri ittihamdır Onun gözləri intihardır Bəlkə onda ağrılar çıxar canından Ona yaddır doğmalar, yaxınlar baxar uzaqdan Süzülər yerə damla-damla yaş axar yanaqdan O mənsiz qalınca, o mənsiz yarımcan Ucaldan təkcə bir məqam - öpüş dodaqda Onu eşidən duyar, var son sözü ümid son ölər Onu eşidən duyar, var son sözü ümid son ölər Onun saçları son bahardır Ömrü iztirab, dörd divardır O, tərki-dünyadır, anlamam halından O, günəş kimi yandırardı Yazda yağışdır, yayda qardır Kim bilir nələr keçib gedir ağlından Onun sözləri ittihamdır Onun gözləri intihardır Bəlkə onda ağrılar çıxar canından
  • Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə Saf hisslərimə taxıb kəndiri Öz əllərimlə boğdum onu Sağ ikən o qədər qorudum onu İndi düşün ki, ölüb gərək unudum onu Ürək də dözmür, sıxıb səbrimi Bilmirəm nə ilə ovudum onu Bəlkə də dondurub soyudum onu Bir də sevməsin əbədi unudum onu Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə Düşündükcə onu var Dinlədikcə mahnılarda oxunar Yaralar, sağalar, sözlər qəlbə toxunar Yaralar bizi Səni sevməyə də qorxuram Sənsiz yaşayıb ölməyə də qorxuram Təsadüfən görməyə də qorxuram Soraqlar bizi Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə Mən düşünürəm səni hərdən Sən günahı tək görmə məndə Mən düşünürəm səni hərdən Düşünüb düşürəm dərdə Gözlər kor olur sevəndə Sən günahı tək görmə məndə Günahsız olmur bəndə Sonra gec olur itirəndə
  • Yaşadığım soyuq anlar Gəlişinlə oldu bahar İlk səsini duyduğum an Sanki dirildi can Bir baxışdan dondu zaman Fikrim səndə qaldı inan Sevginlə dəyişdim yaman Oldum başqa insan. Həyatıma günəş doğdu Varlığın dərd-qəmi boğdu Addımladıq birgə canım Səninlə bağlı ən xoş anım O soyuq qış, mən isə ona aşiq qaram O varsa bu dünyada mən də varam İlk baxışdan onu onsuz, onu sonsuz sevdim deyə Məlhəm oldu qovuşmamız, itdi yaram. O günəşdi mən isə ona aşiq qaram O varsa bu dünyada mən də varam İlk baxışdan onu onsuz, onu zonsuz sevdim deyə Məlhəm oldu qovuşmamız, itdi yaram.