Татарский переводчик Узбекские песни

Песня «Liman»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Su altında tamaşa
Dalğa qayaları çağırıb yarışa
Mənim dənizlə yoxdur sərhədim birbaşa
Ürəyim yaşa, dönmə daşa
Gözəl üzən bədənlə yuxusuz düzü
Sözlər gözümü aldadır, şərabı süzür
Gecə bizi püskürdür, səhər bizi küsdürür
Günahlarım yuyulur, günahlarım quruyur
Yenə mən, yenə sən
Yenə kölgəm
Yenə xərc, yenə ac
Çatdırmır öfkəm
Bu dünya bizə veribdir məkan
Hətta heykəlləri olmur görmək
Gecə kaş bitməzdi, damarım sıxılmazdı
Bu qanlı gövdə, kədərim qalmazdı
Yolun azmazdı, yolumuz duman
Bitməyən zaman, geri qaytarmayan liman
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan liman bizi gözləməyir niyə?
(Niyə, niyə, niyə, niyə)
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan qanad bizi yönəldir görə
(Göyə, göyə, söylə, söylə)
Bu gecə sadəcə bitməz adicə
Tədricən rüzgar əsdi, yağış işgəncə
Gözlükdən mənə baxır qarğış fəlsəfəsi
Buludlar qəhvəsi, qeyb təcrübəsi
Pəncərə nəğməsi, uçuş səhnəsi
Axırıncı nəfəs, efirdə yalnız duman
Məni kor eyləyən simasız zaman
İtir iman, o asiman
Mən ya köçkünəm, ya da qonaq
Bu ya ölümdür, ya da ki, sınaq
Bu ya haramdır, ya da ki, qədər
Bu ya savabdır, ya da ki, kədər
Gecə kaş bitməzdi, damarım sıxılmazdı
Bu qanlı gövdə, kədərim qalmazdı
Yolun azmazdı, yolumuz duman
Bitməyən zaman, geri qaytarmayan liman
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan liman bizi gözləməyir niyə?
(Niyə, niyə, niyə, niyə)
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan qanad bizi yönəldir görə
(Göyə, göyə, söylə, söylə)
(Lay-lay, fələk, lay-lay, mələk)
(Talelər bölgəsi)
(Təyyarə kölgəsi)
(Lay-lay, fələk, lay-lay, mələk)
(Sərt olmayaq gərək)
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Gözü götürməyən zaman əriyir gündən-günə
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri görünməyən üsyan dəyir yerə, kölgəyə
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Gözü götürməyən zaman əriyir gündən-günə
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri görünməyən üsyan dəyir yerə, kölgəyə

Другие песни исполнителя:

  • Mənim sevgilim, sən hamıdan gözəlsən, Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini, Səhifələr tükəndikcə sanki bitir hər şey, Mən kitab olsaydım, adım olardı sənin səhfin, Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan, Mən mahnı olsaydım, susub səni dinləyərdim. Əzab ver, qorxma, sevgidən ölmür heç kim, Mən ürək olsaydım səni çöldən bağlayardım. Mənim sevgilim, sən hamıdan gözəlsən, Sənə mən gül verdim, sənsə sevdin tikanların. Uçmaq istəsən, göyə çıxmaq lazım deyil, Qəlbim sənin səman, sevgimsə qanadların. Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır, Mən dünya olsaydım, fırlanardım başqa səmtə. Sənin əksini sevdim, ürəyini tapa bilmədim, Ürəyin olsaydım, yəqin gizlənərdim mən də. Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur, Küsəndə külək kimisən, sənə toxunmaq olmur. Sən hər dəfə əsdikcə yanaqdan axın sel, Dünya fırlandıqca, fırlanır bizim karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Üzündəki xal ürəyindədir, xal, Gündüzlər getmə, get gecələr, qalma, qal, Yadıma bir də sal marsel, fırlanır karusel... Mənim sevgilim, sən hamıdan gözəlsən, Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım, Cənnətdə görüşməkçün gərək əbədi sevəsən, Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım. Dünyanı gözəl göstərməkçün hərdən uydurursan.
  • Görəsən məndən neçə dənədir? Biri yerdə və biri göydədir Biri xoşbəxt və biri dərddədir Biri itkin və biri dəbdədir De görüm məndən neçə dənədir? Biri qəmgin, biri təntənədir Biri ölmüş, biri ürəkdədir Biri evdə, biri səhnədədir Kim bilir məndən neçə dənədir? Biri səssiz, biri nəğmədədir Biri bəmdə, o biri zildədir Biri geridə və biri öndədir Biri şərqdə, biri qərbdə Biri cənub, biri şimalda Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Görəsən məndən neçə dənədir? Biri parlaq, biri kölgədədir Biri düzgün, biri döngədədir Biri üzgün və biri kefdədir De görüm məndən neçə dənədir? Biri susqun, biri deyingəndir Biri sükut, biri müharibədir Biri segah, biri tərəkəmədir Kim bilir məndən neçə dənədir? Biri sakit, biri zəlzələdir Biri sığal və biri zərbədir Biri təp təzə və biri köhnədir Nədir? Nədir? Nədir? Nədir? Nədir? Biri ölüb və biri əbədi Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Rəqs et, amma, amma, amma utanma)
  • Ayaqların altına səpərəm dünyanı Təkcə sən mənim ol Bircə sən mənim ol Günahlar üçün yaradaram ayrı ölkəni Təkcə sən mənim ol Bircə sən mənim ol Sərnişin olsan əgər sonsuz boş qatarda Kədərli qalsan əgər vicdansız otaqda Uzaqda olursan ol Yuxuda olursan ol Amma sən, can, tez dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Həyəcanım, canımda, özəl bir dünyada Təkcə sən mənim ol Bircə sən mənim ol Yaraşarıq bir olsaq, gözəl bir mahnıda Təkcə sən mənim ol Bircə sən mənim ol Sərnişin olsan əgər sonsuz boş qatarda Kədərli qalsan əgər vicdansız otaqda Uzaqda olursan ol Yuxuda olursan ol Amma sən, can, tez dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Bu gecə sənsiz, qanadsızam Dön geriyə Günəşim quruyub, mən şamsızam Dön geriyə Varlığım yorulub, çox halsızam Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Dön geriyə Ay... Dön geriyə...
  • Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi İnsanlar dolu, ağ-qara Üzlərdə təbəssüm, ürəkləri yara Bu dövran öz qəhramanlarını tanımır Mən qapalı səhnədə (onu bil ki) Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Ay cazi, cazi, cazi cazibədar Gəzdiyim yollar ya dalandır, ya dar Gözümdən düşən düşər ürəyə Əgər "bəli, hə" desə dəli küləyə Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi