Татарский переводчик Узбекские песни

Песня «Iki Sətir»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Saflığınla səni incidə bilərlər
Gəlib ürəyinə gizlicə girərlər
Verilmiş sözlərin heç biri tutulmaz
Üzünə saxtakarca baxıb gülərlər
Yalançı sevgilərlə əvvəlcə sevilərlər
Ya da sevgilərlə, məni sev illərlə
Gözündə yox oluram dənizlərdə
Mən ən irəlidə, köhnə gəmilərlə
İki sətir, sevgin nədir?
Qəlbimə gir, qal orda
İki sətir, sevgin nədir?
Qəlbimə gir, qal orda
Cavidan duyğularla seyr edən ömür
Yanında Aydan bir parça, bir kömür
Yazıram sənsiz məndən mən olmaz
Səmada bu yazılı, bütün dünya görür
Yalançı sevgilərlə əvvəlcə sev illərlə
Ya da sevgilərlə, məni sev illərlə
Gözündə yox oluram dənizlərdə
Mən ən irəlidə, köhnə gəmilərlə
İki sətir, sevgin nədir?
Qəlbimə gir, qal orda
İki sətir, sevgin nədir?
Qəlbimə gir, qal orda
İki sətir, sevgin nədir?
Qəlbimə gir, qal orda
İki sətir, sevgin nədir?
Qəlbimə gir, qal orda

Другие песни исполнителя:

  • Gecələrə işıq idi qəlbim, Pəncərədə qonaq idim hər gün Evimdə... sən ən dərində Küləklə həyatıma əsdin, Xoşbəxtliyə çağıran bir səsdin, Səninləə... eşq və qəmindəə. Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdiimm... ki sonu gələcək. Səmalara uçardı, Arzuları puç artıq Mənə tərəf uç artıq Xəyalıma qayıt gəl Ağlayıb və gülərdik, Sevgimizi bölərdik Eyni gündə ölərdik, Həyatıma qayıt gəl, Qayıt gəl... Dumanlıdı sabahları sənsiz, Dolanıram küçələri səssiz-səmirsiz Qəmgin həvəssiz Bu sevgi bir nağıl idi bitdi Hər səhifəsi qırılan ümiddi Sənlə biz qaldıq nəfəssiz. Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdiimm... ki sonu gələcək. Səmalara uçardı, Arzuları puç artıq, Mənə tərəf uç artıq, Xəyalıma qayıt gəl... Ağlayıb və gülərdik, sevgimizi bölərdik, Eyni gündə ölərdik, həyatıma qayıt gəl Qayıt gəl...
  • Bizi vurdular, biz əyilmədik Bizi yandırdılar, külə dönmədik Günəşimiz dondu, yenə sönmədik Dilimizi kəsdilər, səsimiz uca Bizi kor edib qara buludlar Buludlar ağlayar, yağar bombalar Durnalar, göylərə dualarımı apar Qəlbimiz cavan, eşqimiz qoca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Dünya göz yumub birtərəf olub Məhv olan insanlıq bir hədəf olub Gülləyə tuş gələn güllə dəfn olub İtkin düşənlər illərlə tapmaca Atəşkəs olsa, körpələr yatar Savaş ömürləri ucuza satar Güclülər zərbəni gücsüzə atar Səhv baxmaz düzə, tox baxmaz aca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Bizi vurdular, biz əyilmədik
  • Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə, saçları bənövşə Yaddan çıxartdım deyərkən Söhbət barəndə düşər Saçları bənövşə, saçları bənövşə "Rənglər sevgidir", deyəndə inanmadım Gözlər o rəngi görəndə dayanmadı Amma məcbur deyil məhəbbət Qəlbdə eşqin alovu qalammadı Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə Yadıma düşməyin əvəzinə Kaş yanıma düşərdin Xəyalınla rəqs edərkən Cismi-canıma düşərdin "Kaş"lar kaş olmasa! Gözlərdə yaş olmasa Bəlkə heç üzülməzdim O üz, o göz, o qaş olmasa Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Olsan da uzaq məndən Aç qolları, uçaq mənlə Nə olar, olma qaçaq məndən! Gəl yanıma, qaçaq mənlə Yadıma bir bəndə düşər Kef sarsılar, həm də düşər Sənə yazdığım şeirlər Hər ritm, hər bəndə düşər Saçları bənövşə
  • Salam ata, gedir qatar, bilmədim hara Gözləmir zaman, hey gedir yaman. Salaq yada, neçə xəta bağışlar ata Gözlə bir aman, qocalma dayan. Atacan bil ki, mən səni məyus etmərəm Bil ki, mən səni məyus etmərəm. İlk yaşımda güclü əllər göylərə atar Öpürəm yorğun əllərini ay ata! Əsir etmədi məni bu zalım dünya Atacan, mən səninləyəm sonacan. Salam ata, gözyaşlarım qoyma axa İllər düzüldükcə bir incə sapa. Kimi ala, kimi sata bu dövran Bil ki, ay ata, min cəzbə qapar.
  • [Bənd 1] Xatirələr sorağında səslərəm səni Dünyamın ətrafında gözlərəm səni Darıxır qəlbim sənsiz o illərdən bəri Unut olanları, boş ver, dön geri Xatirələr sorağında səslərəm səni Dünyamın ətrafında gözlərəm səni Darıxır qəlbim sənsiz o illərdən bəri Unut olanları, boş ver, dön geri [Nəqərat] Gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Oh-o-o, gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Biz oradan keçək... [Bənd 2] Sənsiz çətindir yaşamaq, bu pərişan gözlər baxır İstərdim, ömrü daşıyam, içində sən yoxsan axı Hər səhər al güllərdən saçlarına çələng taxıb Öpüb əllərindən, sən doğmam ən yaxın Sənsiz çətindir yaşamaq, bu pərişan gözlər baxır İstərdim, ömrü daşıyam, içində sən yoxsan axı Hər səhər al güllərdən saçlarına çələng taxıb Öpüb əllərindən, sən doğmam ən yaxın [Nəqərat] Gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Oh-o-o, gözləyəcəm səni, gəlməsən belə O döngədə bizim adımız yazılan yerə Bəlkə də, darıxıb həmin ağaclar Yenə gözləyərlər, biz oradan keçək Biz oradan keçək...