Salam ata, gedir qatar, bilmədim hara
Gözləmir zaman, hey gedir yaman.
Salaq yada, neçə xəta bağışlar ata
Gözlə bir aman, qocalma dayan.
Atacan bil ki, mən səni məyus etmərəm
Bil ki, mən səni məyus etmərəm.
İlk yaşımda güclü əllər göylərə atar
Öpürəm yorğun əllərini ay ata!
Əsir etmədi məni bu zalım dünya
Atacan, mən səninləyəm sonacan.
Salam ata, gözyaşlarım qoyma axa
İllər düzüldükcə bir incə sapa.
Kimi ala, kimi sata bu dövran
Bil ki, ay ata, min cəzbə qapar.