Татарский переводчик Узбекские песни

Песня «Uyma»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Qoyma, iztirab içində
Qoyma, zülmə tab içində
Qoyma, min əzab içində
Qəlbim yansın yenə
Uyma, hiylə hər biçimdə
Uyma, məğrur ol seçimdə
Uyma yalanlara
Tap işıqlı yol gecəmdə
Biz sanki xeyir şər
Ayrı düşən iki bəşər
Bizi kim fikirləşər?
Eşq yada düşər
Ox, ürəyimi ox deşər
Ruhum alışar, bişər
Cəzaları sərtləşər
Məftillənib daş hasarlar
Burda kimin bəxti parlar?
Gözdən axar intizarlar
Qoyma, iztirab içində
Qoyma, zülmə tab içində
Qoyma, min əzab içində
Qəlbim yansın yenə
Uyma, hiylə hər biçimdə
Uyma, məğrur ol seçimdə
Uyma yalanlara
Tap işıqlı yol gecəmdə
Döz sən buna yavaş yavaş
Bizim sevgimiz savaş
Hər anı bir ixtişaş
Hər gecə təlaş
Kaş, bir ümid olardı kaş
Ürəyimiz oldu daş
Qan olub gözündə yaş
Məftillənib daş hasarlar
Burda kimin bəxti parlar?
Gözdən axar intizarlar
Qoyma, iztirab içində
Qoyma, zülmə tab içində
Qoyma, min əzab içində
Qəlbim yansın yenə
Uyma, hiylə hər biçimdə
Uyma, məğrur ol seçimdə
Uyma yalanlara
Tap işıqlı yol gecəmdə

Другие песни исполнителя:

  • Ehh bilsən nələr tüstülər söylər mənə hər gecə Ömrüm gülə-gülə donmuş könlüm kövrəlib gizlicə De görüm niyə fəryadı yerdən göylərə yağmur yağmısan Gizli qalmış heyranım, məsum saf şeytanım Sənlə biz yaşamarıq bu sevgisiz Həvəslərimiz nəfəssiz, dolu dünyada təkcə biz Sənlə biz yaşamarıq bu sevgisiz, Hətta qovuşarıq kəlməsiz, dolu dünyada təkcə biz Sənlə biz (günəşsiz) Sənlə biz (küləksiz) Sənlə biz (dənizsiz) Sənlə biz (həvəssiz) Sənlə biz (həvəssiz) Senle biz De görüm niyə fəryadı yerdən göylərə yağmur yağmısan Gizli qalmış heyranım, məsum saf şeytanım Sənlə biz yaşamarıq bu sevgisiz Həvəslərimiz nəfəssiz, dolu dünyada təkcə biz Sənlə biz yaşamarıq bu sevgisiz, Hətta qovuşarıq kəlməsiz, dolu dünyada təkcə biz Sənlə biz (günəşsiz) Sənlə biz (küləksiz) Sənlə biz (dənizsiz) Sənlə biz (həvəssiz) Sənlə biz (həvəssiz) Sənlə biz Ayaq izlərinə məhkum qalıb kölgəmiz Ehh görsən nələr çəkmişəm bu qurumsaq dünyada Eşq böhran dövranımda təkcə sən düşmüsən yada De görüm niyə payızda duyğunu açıb, yazda solmusan Sirrli qalmış heyranım, məsum saf şeytanım
  • Gecələrə işıq idi qəlbim, Pəncərədə qonaq idim hər gün Evimdə... sən ən dərində Küləklə həyatıma əsdin, Xoşbəxtliyə çağıran bir səsdin, Səninləə... eşq və qəmindəə. Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdiimm... ki sonu gələcək. Səmalara uçardı, Arzuları puç artıq Mənə tərəf uç artıq Xəyalıma qayıt gəl Ağlayıb və gülərdik, Sevgimizi bölərdik Eyni gündə ölərdik, Həyatıma qayıt gəl, Qayıt gəl... Dumanlıdı sabahları sənsiz, Dolanıram küçələri səssiz-səmirsiz Qəmgin həvəssiz Bu sevgi bir nağıl idi bitdi Hər səhifəsi qırılan ümiddi Sənlə biz qaldıq nəfəssiz. Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdiimm... ki sonu gələcək. Səmalara uçardı, Arzuları puç artıq, Mənə tərəf uç artıq, Xəyalıma qayıt gəl... Ağlayıb və gülərdik, sevgimizi bölərdik, Eyni gündə ölərdik, həyatıma qayıt gəl Qayıt gəl...
  • [Nəqərat] Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa [Bənd 1] Mənə xəbəri deməyin Mən xəbərdən qaçanam Mənə kədəri verməyin Mən kədərə uçanam Özüm özümdən qaçanam Maraqlandırmır məni nə var üzdə Əsas olur içdə, içdə, daxildə Yüzdən yüzdür, sən öl düzdür [Nəqərat] Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa [Bənd 2] Hey, fani-fani dünya, müharibə Bu günləri lallar verir müsahibə Bu həyat çox qəribədir Bu həyat çox qəribədir Mənim gözlərim diqqətçün deyil Mənim sözlərim ibrətçün deyil Mənim mahnılarım qəlblər üçün Cahanımda itkin səbəblər üçün [Nəqərat] Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa Dünya dağılsa Qızla ayrılsam Keçmiş qayıtsa Vecimə deyil bir siqaretim olsa Vecimə deyil bir siqaretim olsa [Çıxış] Mənə xəbəri deməyin Mən xəbərdən qaçanam Mənə xəbəri deməyin Mən xəbərdən qaçanam Mənə kədəri verməyin Mən kədərə uçanam Mənə kədəri verməyin Mən kədərə uçanam
  • Küçə uzanir, dolanir başima bu dünya, Duyur yalani və inanir əlvida Günəş daha isitmir bizi, Biz ki, yoxuq artiq əzizim... Sinir sevginin yüzdə-yüz faizi səmada, Yağiş bildirir payizi son vida, Külək daha çağirmir bizi, Biz ki, yoxuq artiq əzizim... Soruş ki, mən kiməm nəçiyəm soruş, Soruş ki, niyə payizdan qorxuram, Soruş niyə yaralar sağalmir, Soruş ki, mən hardayam, ölmüşəm ya sağam... şərab süzülür, üzülür bədənim ağrilar, Günah nə sənin, nə mənim arzular, Dəniz daha yaşatmir bizi, Biz ki, yoxuq artiq əzizim... Canim yorulub, qirilib qanadim son uçuş, Bitib tükənib inadim qurtuluş, ürək daha alişmir düzü, Biz ki, yoxuq artiq əzizim...
  • Müsafir olub ruhum anidən qəlbinə İtib məsafələr, hissləri aparıb dərinə Sevincdən gözlər dolur, dolaşır sözlərim Bu eşq mükafat olub, əbədi sakininə Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban Təsadüf urəylərimiz qucaqlaşır Dərhal problemlərimiz uzaqlaşır Sevinir döyüntülər saf uşaq kimi O an qaranlıqlar işıqlaşır Cana necə hopur bu sevgimiz O bizim ən dəyərli vergimiz İnan, bu can, hər an, sənə qurban