Татарский переводчик Узбекские песни

Песня «Yuxu»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

Həyat bir yuxu
Həyat bir yuxu
Səmada uçub gedər ruhum
Düşün ki, biz yoxuq
Həyat sirr dolu
Bitir ömür yolu
İtir günlər təqvimdən bir-bir
Hər şeyin var sonu
Həyat bir yuxu
Həyat bir yuxu
Səmada uçub gedər ruhum
Düşün ki, biz yoxuq
Həyat sirr dolu
Bitir ömür yolu
İtir günlər təqvimdən bir-bir
Hər şeyin var sonu
Gündə neçə insan doğulur
Neçə insan ölür günahsız yerə
Neçə insan ölür
Bu insanlarda insaf ölüb
Ömür qısa, çox hesab edib
Yaşama onu boş israf edib
Bu dünyada hamı müsafirdi
Zahirən mömin, ya kafirdir
Daxilən Zahid, ya cahildir
Fərqi yox kirlidir, ya bakirdir
Yolumuz fərqlidir, sonumuz birdir
Bu dünyada hamı müsafirdir
Həyat bir yuxu
Həyat bir yuxu
Səmada uçub gedər ruhum
Düşün ki, biz yoxuq
Həyat sirr dolu
Bitir ömür yolu
İtir günlər təqvimdən bir-bir
Hər şeyin var sonu

Другие песни исполнителя:

  • Qoyma, iztirab içində Qoyma, zülmə tab içində Qoyma, min əzab içində Qəlbim yansın yenə Uyma, hiylə hər biçimdə Uyma, məğrur ol seçimdə Uyma yalanlara Tap işıqlı yol gecəmdə Biz sanki xeyir və şər Ayrı düşən iki bəşər Bizi kim fikirləşər? Eşq yada düşər Ox, ürəyimi ox deşər Ruhum alışar, bişər Cəzaları sərtləşər Məftillənib daş hasarlar Burda kimin bəxti parlar? Gözdən axar intizarlar Qoyma, iztirab içində Qoyma, zülmə tab içində Qoyma, min əzab içində Qəlbim yansın yenə Uyma, hiylə hər biçimdə Uyma, məğrur ol seçimdə Uyma yalanlara Tap işıqlı yol gecəmdə Döz sən buna yavaş yavaş Bizim sevgimiz savaş Hər anı bir ixtişaş Hər gecə təlaş Kaş, bir ümid olardı kaş Ürəyimiz oldu daş Qan olub gözündə yaş Məftillənib daş hasarlar Burda kimin bəxti parlar? Gözdən axar intizarlar Qoyma, iztirab içində Qoyma, zülmə tab içində Qoyma, min əzab içində Qəlbim yansın yenə Uyma, hiylə hər biçimdə Uyma, məğrur ol seçimdə Uyma yalanlara Tap işıqlı yol gecəmdə
  • Salam aleykum Salam aleykum, salam aleykum Salam aleykum Salam aleykum, salam aleykum Salam aleykum Salam aleykum, salam aleykum Salam aleykum Salam aleykum, salam aleykum Salam aleykum Gözdən pərdə asan gözlər Salam aleykum Sözdən asan olan sözlər Salam aleykum Özgə yollar, özgə şəhər Salam aleykum Məni aldatmayan səhər Mən elə bil ki, Havanna-ya uçan sərnişin Evdəkilərin yoxdur məndən işi Əzablarımın dama-dama dəftəri Öpür keçmişi, ötür keçmişi Gecənin təsiri saat 1:74 "Mama", qapını yavaş ört İşə gedən, qışdan bezən Yuxuda gəzən, salam aleykum Salam aleykum Gözdən pərdə asan gözlər Salam aleykum Sözdən asan olan sözlər Salam aleykum Özgə yollar, özgə şəhər Salam aleykum Məni aldatmayan səhər Yuxu qapını döyür, vurur, bağırır Qapının açarını cibimdə axtarır Damarımda yağışlar leysan Yaddaşımın pəncərəsi bağlanır Sınmış stəkan, yanmış məkan Ürəyimdə qalmış tikan Telefon zəng, cavabsız ürək Salam, salam aleykum (Salam aleykum, canım) Salam aleykum Gözdən pərdə asan gözlər Salam aleykum Sözdən asan olan sözlər Salam aleykum Özgə yollar, özgə şəhər Salam aleykum Məni aldatmayan səhər Salam aleykum Gözdən pərdə asan gözlər Salam aleykum Sözdən asan olan sözlər Salam aleykum Özgə yollar, özgə şəhər Salam aleykum
  • Bizi vurdular, biz əyilmədik Bizi yandırdılar, külə dönmədik Günəşimiz dondu, yenə sönmədik Dilimizi kəsdilər, səsimiz uca Bizi kor edib qara buludlar Buludlar ağlayar, yağar bombalar Durnalar, göylərə dualarımı apar Qəlbimiz cavan, eşqimiz qoca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Dünya göz yumub birtərəf olub Məhv olan insanlıq bir hədəf olub Gülləyə tuş gələn güllə dəfn olub İtkin düşənlər illərlə tapmaca Atəşkəs olsa, körpələr yatar Savaş ömürləri ucuza satar Güclülər zərbəni gücsüzə atar Səhv baxmaz düzə, tox baxmaz aca Ancaq Tanrını axtaran məni tapar Ancaq Tanrını axtaran məni tapar Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Göyə sarı, o göyə sarı Dağılsın dünyada qəm, kədərin hasarı Bizi vurdular, biz əyilmədik
  • Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi Mən sənə dəli-divanə Sən hisslərimə biganə İnanmaram daha mən Aldanmaram daha mən Gətirsən də bəhanə Yaş üstünə yaş artar Həsrətin gözlərimi yaşardar Mən yollarında avarə Bu ürəyi yalnız sənə etmişdim həvalə Bir sonu var bu əhvalatın Sənə sərf etdiyim hər saatım Sənlə keçən keçmiş həyatım Ad gününə hədiyyəm olsun Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi Al, ad gününə hədiyyəm Sənə həsr olunur mədhiyyəm Yoxdur məndə bəd niyyət Qərarımda qətiyəm Geri dönmə qətiyyən! Budur verdiyin dəyər Gördüm kim nəyə dəyər Ürək sənsiz göynəyər Mənsiz görsə nə deyər səni mənlə görənlər?! Bir sonu var bu əhvalatın Sənə sərf etdiyim hər saatım Sənlə keçən keçmiş həyatım Ad Gününə hədiyyəm olsun Bu gün sənin ad günün Bu gün sənin şad günün Arzuları söndürdün üfürüb Söndürdüyün şam kimi, şam kimi Bu gün sənin ad günün Gülüm sənsiz bərbad günüm Keçir saat on ikini Təbrik edirəm yad kimi Yad, yad kimi