Татарский переводчик Узбекские песни

Песня «8 Mart»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Baharın təravətini gətirən rüzgarın sərinliyi
Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi
Sevginin dərinliyi paranoia, düşünür qoca
Onun sevgisi satdığı güllər kimi vəfasız, adi, olduqca mənasız
Solduqca ömrü azalan güllər qalır dünyasız
Lakin qoca nikbin və budur 8 mart
İncə yaranmışların həyatına 1 damla sevinc gətirən vaxt
Bugün çox gül tapır əksini və utanır səbəbsiz
Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz
Dağıdır fikirləri, ətrafı bürüyən ətirləri
Şəhərin küləkləri aparır uzaqlara pak sevgini, yaşadır nağıllarda
Danışır uşaqlara, yaşadır arzularda və şirin yuxularda
Görüşənədək, əlvida
Və sevgililəri sevindirən satdığı çiçəklər
Bir döyünən ürəklər üçün yaranan təbii istəklər
Sevinir qoca, ani olaraq
Qarşısında dayanan cavan oğlanın sevincinə şərik olmaq üçün
Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq
Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq
Tamam başqa bir müəmma, başqa bir təbiət, aləm, yer, göy
Başqa bir səma
Rüzgarın təravəti gətirir uzaqdan baharı xatırladan ətirləri
Lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri
Məktublarda sətirləri dəfələrlə oxuyan bu cavan oğlan görüşə tələsir
Unudub varlığını, xəstəliyinin ağırlığını
Düşünür: Axı, bu gün o görüşə gələsi
Onu dünyalar qədər sevirəm, gözləməsin
Bir saniyə belə qalmasın tənha
Onun göz yaşlarında bataram günaha
O körpə kimi pak, kövrək, saf
Oğlanın özü təyin etdiyi görüş yeri
Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf
Yolun astanasında dayanan qız olanlardan xəbərsizdi
Onun gözləri adi, nə sevinc, nə kədərsizdi
"Sevgim qədərsizdi" - fikirləşib oğlan yaxınlaşır
Həyəcandan əsir əlləri, içində ürək alışır
Onun qeyri-adi davranışı, əlində bir dəstə gül
Qızın marağına səbəb olur, bu ruhi xəstə
Gülləri uzadır əllər, amma qız tanımır oğlanı
Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq, qəbul etmir hədiyyəni
Çıxıb getmək istəyir
Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir
Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı
Gülləri yerə atan əllər indi boğur qızı
Öldürdü, yenə sevgilisinə oxşatdığı insan
Yenə 8 mart və yenə növbəti qurban
Qəzetlərdəki elan, hamıda qorxu hisləri
Bu 13-cü qətl, bəlkə də lənət izləyir
Oğlan axtarırdı, sonunda, hər şey ortada
Həyatını qumara qoymuş insan kimi uduzub kartda
Və 8 martda yenə 13 il əvvələ qayıtdı
Biraz ağladı, xatirələrini göz yaşlarına tanıtdı
O qız mənim illər öncə itirdiyim sevgilim deyildi
Bu yenə o deyildi - oğlan öz özünə deyindi
Barmağını kəsib qanla divara yazdığı 2 rəqəm
8 və 13, sanki lənət, cəhənnəm

Другие песни исполнителя:

  • Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağı bəzədilib antik əşyalarla Bu əşyaları dəyişməzdi o dünyalarla Divarda patent əsərlər hər dövürə dair Da Vinçi, Mikelangelo, Pikasso və sair Poetik şair kitabları düzülüb rəflərə Necə ki, notlar səliqəylə düzülüb dəftərə Bu ponarama, onun kiçik qalereyası Burda səslənirdi pianoçunun hər ideyası Otaqdakı pianinosu nostalji xatirə Sanki səsləyir onu, yenə də şah əsər yarat Həyatı aristokrat, özü pozitiv personaj Me-motiv... otaqdakı peysaj Pianinonun üstünə lampa, tavanda plafon abajur Primula, balaca fon, köhnə qramafon Qırağa düzülmüş ballar, stend tablolar Rəsimlər... memoriallar Beethoven, Lis, чaékoâcêèé, Mozart, Bizet Jan Etyen Liotar'ın "Şokolad paylayan qız"ı Bu patent rəsmlər, Ron meliment anlar Onun ömrünə rəng qatan, orden və medallar Melodramik həyatı prestiji, prespektivi Maestronun musiqi haqqında intuitivi Məhşur pianoçunun əlindən neçə not süzülüb Minlərlə əsər əlində can verib, ölüb Sevimli pioninosu, klassik üslubda mebel Stolun üstündə karandaş, vərəqlər, portfel Çoxdan soyumuş qəlyan və bir qutu siqar Və həyatını əks etdirən maraqlı memuar Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağında sanki görünür mimikası Sanki hələ də eşidilir klassik lirikası Həyatından epizodlar memuarında İfalar və notlar repertuarında Maestronun çəkdiyi həyat mənzərəsi Göz qırpımı kimi örtülən həyat pəncərəsi Musiqi təntənəsi, psixo notlar yayılır Harmoniyanın ahəngindən bəşəriyyət ayılır Qəlbləri fəth edən jest və musiqi Pianinoya olan sonsuz dərəcə sevgi Tamamlayıcı smoking, aristokrat baxışlar Hər ifanın sonunda zalı titrədən alqışlar Tokkata "K Elize", 24-cü kapriz Hər bir dinləyici ürəyində, dərin hiss Və pianoçu ölməz sənətiylə yaşayır Hər bir not bu ağırlığı daşıyır Yox cinmi, ruhu do, re, mi, fa, sol, lya-da O sevirdi, amma yox olub "İzolda" Bütün həyatı sanki dövr eləyir otaqda "Tristan İzolda", son sözü yataqda Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi
  • Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Mikrofonda Xaç Atası! Əzabın dərəcələrindən, yuxusuz gecələrimdən Danışım neçələrindən, biraz tempi artır Təbim Osama bin Laden, səsim terrordu Belə bir ordu qurdu əqidəmiz, Bozqurdu! Əlimdə "Mənim Mübarizəm", beynimdə Hitlerdi Sizlər əylənəndə, TAOW şəhid verdi! Neçələri ağzını, üzünü, gözünü əyib getdi Əlimi sıxanlar çox olub kal, dəyib getdi! Hərdən baxırdım, insanların saxtalarına Kasıb geyimləriylə dolu, uşaq baxçalarına Təsəlli səhər alınmadısa, eybi yox, axşam alınar Dost, dərdim var, torpaqda qəbrimdə şam yanar Mən isə var olanları bəzən yox bilərdim Gülmək yaraşsaydı mənə, yəqin çox gülərdim Bizləri sərhəd, bariyer, körpülər bölməsin Müharibə davam edir, amma körpələr ölməsin Adamın gərək adamı olsun bəzi hallarda Adamın adamı olmasa Adamın adamlığı da olmur bu zəmanədə Deməli bizim adamlığımız yoxdur Nə olsun ki, qarnımız hərdən ac, gözümüz toxdur Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar Pisi görür yaxşılar Nəfs oyunu deyil Könül yarışı bax Zamana buraxma Gömür axışı vaxt Xeyir və şər Veyil bəşər Heyif eyş-işrət Əməl geyin qəşəng Dönər meyid leşə Pislər əyib eşər Tütün xeyir, peşə Hər şeyin bədəli var Atanın səhvi oğuldan çıxar Ya səhvin, ya da oğlun olmasın Gün gələr səni də qorxudan çıxar Qorx ki, qorxmağa qorxun olmasın İnsan oğlunun yaxşısı az İnsaflı ol qarşısın al Çünki Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır
  • Gərək hər dəfə gedəndə gəlişimi artırardım Amma bu şəhər daxiləndə zahirəndə dəyişib artıq Səni əvvəldən bilirəm sən cənnətin mənzərəsisən Səni əvvəldən sevirəm sevgilimin pəncərəsisən Nəfəsimiz benzin qoxur bizim çörəyimiz pak dadır Payız gəldi uçmadı quşlar hələdə Bakıdadır Mən insan dərisi geyinmiş Qurdam dağa gedərdim Köhnə erməni qəbirsanlığı indi daha betərdir Hərdən görürsənki çoşub daşır gəlir qaza key adam Danışır "gangsta life"dan geyinir "Mothercare"dən Sən nə vaxtdan at oynadan olmusan? Qanım qaynıyır Sənin axı it oynadan vaxtların yadımdaydı Mən killer-billerlərin soxacam başın məzara Sizə görə yaşıl bazarın adı olmalıydı yaşıl bazarı Yazdığım atalar sözləridi gəzər-gəzər dildən düşməz Müharibə davam edir bu silah əldən düşməz Yeriviz belə yumuşağ ona görə yad qalmısız Karabin bu gün şah hamıvız mat qalmısız Yeriviz belə yumuşağ ona görə yad qalmısız Karabin bu gün şah hamıvız mat qalmısız Qəlbimiz qaralandan atmamışıq biz ürək daşını "I am not rhyme machine" ən sevdiyim maşın çörək maşınıdı Bilik yarışı deyil bu ov zamanıdır bilək yarışıdır Kişiyə ürək dostluğa kürək bayrağa külək yaraşır