Татарский переводчик Узбекские песни

Песня «Nifrətimə Görə Bağışla»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Текст песни не найден. Добавить?
Мы платим за добавление текста. Вам нужно авторизоваться, чтобы мы смогли вам заплатить
Отмена

Другие песни исполнителя:

  • Gəl, yağışa addım ataq, ya da qarışaq buludlara Gəl, ümidvaram sözünü dəyişək olsun unutmaram Gəl, elə bil torpağa girək ki əbədi yata bilək Ya da, elə bil duaya dönək ki Allaha çata bilək Mən geri dönənə qədər bütün ulduzları say demişəm O qədər dəli oldum qışa yay, noyabra may demişəm Sən yarimin qasidisən, əyləş sənə çay demişəm Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm Gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq Gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq! Mən gözəlliyinə aşiq, sən isə Qarabağ olaydın (kaş) Mən Müşfiq olaydım, sən də Yenə O Bağ olaydın Gəl, elə bir külək ol kəfənimi cır, mənə əs gedim Yada şaxta ol beynimi dondur, bədənimi kəs gedim Geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı?! Oyadar xəlqi əfğanım qara bəxtim oyanmazmı?! Biz yolunan saçların əvəzini yolmağa gəlmişik Biz Xarı bülbülün haqqını almağa gəlmişik Mən şəhidəm sən qərənfilim, solmağa gəlmişik Biz tək müharibədə könüllü olmağa gəlmişik Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək Gəl, Turanda görüşək ayələrə dönək Quranda görüşək Gəl, əbədi BOZQURD'a dönək ulayaq qiyamətə Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək! Gəl, Turanda görüşək
  • Heç nə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə Son ümidlərim də batdı azadlığım batan gəmidə Hər gün qətliam, nə isə, mən yenə təxirə salınmışam Səhər-axşam eyni işgəncə, eyni əzab, yox inam Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq Onun qurbanları biz, hər kəs bizdən narazı Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü Şəhidlər vətən xaini kimi tanındı, görüldü Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü Mən sürgündəyəm, dost Mənim üçün də hökm verildi Səbəbini bilirsən, yazdıqlarım və yazmadıqlarım Bu məktubu da yandır, haqqında heç nə yazma bunların Katorqada rejim ağır, dərd üstünə yığır dərd Biz buralara nabələd, şaxta kəsir sərt Hətta yağır dərd yağışlarla Bağışla da, yazdıqlarım yıxır qəlbi, dağıdır Sıxır qəlbi, ağrıdır Repressiya qəribə mühitə bağlıdır, inan ki Burada olmayıb dostluq və sevgi Nə musiqi, nə şeiriyyat Nə də həyat olmayıb sanki (sanki)
  • Bir ölüb min dirilərik, birimiz hamımız Hamımız hər birimiz Çəkilin kənara! Yerdəki cənnətə gəlirik biz Bu sanki atalar sözü, atalar məsəlidir Azərbaycan! Vətənim Cənab Haqqın şahəsəridir! Sevgini verib-almaz, hamı eyni sevir səni Kimsə geri qalmaz Nurun bu şanlı qələbənin başlanğıcıydı Generalımız! Düşmənin hər biri fərari Bizim hər birimiz fədai hər birimiz Babək Hər birimiz Şah İsmayıl Xətai Növbəti stansiya Mərcanlı Mahmudlu Soltanlı Xələfli Qumlaq Həkəri Xurama Mincivan Zəngilan Bartaz Ağbənd Seyifli Təzəkənd Ağdam Əsgəran Xankəndi Karçevan Mehri Bizə yaraşır qələbə, harop güllələnmir, ə üz qarası Bizə yaraşır qələbə, Bakıya Alov qüllələri və Qız qalası Mən səndə Hər səndə gördükcə həvəsi nəfəsim ənsəndə Necə Məshəti yaraşır Gəncəyə Necə Nizami yaşayır Xəmsəndə Gör götür həm sən də Vaxt tamamdır sonda, gətirək hesabı Bizə yaraşır qələbə, techno'ya Carabine Rap'ə Okaber, satiraya Sabir Ara bir daha bir dahi, bir əfsanə gələr dövranə Bizə yaraşır qələbə, səmazənlərə Mövlanə Bu silah əldən düşməz, tətiyə basanlar həzz alasıdır Sanki düşmənə qarşı yenidən qurulan Bəzz qalasıdır Sanki Spartadır bu, həm xatırladır Çənlibeli 7777 dəli! Əsgər vətən əmanəti, (yurd) yurd, torpaq Əmanəti "Şuşanın dağları" şeirindəki üçrəngli bayraq əmanəti Qanla yoğrulan torpaqlar gələcək nəsilə etibar Hər bir Şəhidin müqəddəs ruhuna ehtiram