Татарский переводчик Узбекские песни

Песня «Qanqa»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Bu qədər dözmüsən daha dözmə
Nə sənə gələ bilirəm nə də ki özümə
Sanki şeytanam halımıza gülürəm
Mən yuxularda tez-tez ölürəm
Neçə tanışı elə bildim qardaşdı
Neçə xanımın hesabını verib sağollaşdım
Neçə qəlbi yaralayıb deşmişəm
Mən yoxluqlara öyrəşmişəm
Ama sən olsaydın
Yəqin qalmazdım mən outside
Hədəfləri lazımdı zamanında vurasan
Qəlbidə gərək vaxtında qırasan
Gecədəndə yazaram, yazaram səhərdəndə
Gözlərindən küsərəm gedərəm şəhərdəndə
Gəl otur qəhərlənmə yenə sərxoşam
Ama sən zəhərlənmə

Bir gün ele bu ipdən boğazım asılar
Ölsəm qurdlar gələr yasıma
Aləmə it, mənə çaqqal gəlib hürər
Anlamır mən bügün Araz, sabah dəli Kürəm
Hər sətrim qadağan taboodu
Bizi məhv edən sevgi və cadudu
Və budu, yoxdu artıq hündürə qaldırın
Karabinin tabutunu
Ma ma ma mafck həyatdı bu
Ömrün təzəsini ver, boyatdı bu
Bu qədər yükün altına girməzdim
Əgər yatacaqdısa hər oyatdığım
Bro
Hərşeyi at deyirlər
Mənə Okaberdən çox ustad deyirlər
Qanqa xatirələri bu sadəcə həyatdı
Gözlərini yum, sakitcə yat deyirlər

Другие песни исполнителя:

  • Alo, Alo Alo, Alo Alo, Alo Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir, ah! Dəli divanə dahi gələr, miladda mən Və çarmıxa məftun rahibələr Sarışın sarı gəlin sarı gələr Yuxudan vahimələr kimi uzanan saniyələr Sınan nahiyələr xatiratı akrobatın Bəxti düz gətirməyən kəllədə çakra batır Kəlləyi balqabağın kəllə qatı İmza atır vəsvəsəyə şeytanın advokatı Hey, hey, hey! Heyvanıq biz, fil dişindən fil heykəli düzəldən heyvanıq biz (Evində qırmızı kitaba düşən müqəvvalar) Heyvanı qorumaqdan danışırdız, ey xanım, siz, wow! Sizə heyranıq biz Amma siz aranı qatanlar (həmkarıdır) iblisin həmkarıdır (Fəhlənin alın tərinə haram qatanlar) Pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir İstədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir, mən Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Gəlməsə SSRİ, gəlsə SS Rep yenə "генсек", ЦК КПСС Sətirlərim seysmik zonadır Tokyo kimi Old School bərk, dözümlü Nokia kimi (Alo, Okaber, de kimdən yazım?) De kimdən yazım, sağ əli qanqrena olan avam xəstənin Səhvən çaşıb sol ayağını kəsən həkimdən yazım Ziyan gəlir zaman-zaman faydalardan Zaman zaman olmur, aman qaydalardan Ölür ömür, dönür kömürə, sönür, gömülür Arzular əriyir falqalarda Bilmir axmaq adamlar Böyük poetlər boğulur balaca çayxanalarda Nəzər salma, nəzəriyyəmə nəzər yetir Cibində rüşvətdən qutulara nəzir gətirir Daima əzər yetimi Başqası başqalarına başqa cür xətər yetirir Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Big Mad Wolf, ya! Rap Out Clan!
  • Son addımında ehtiyatlı ol! Bizə qarşı çıxarsan, sonuncu addımındı Ölüm sənə yaxındı Üzməyə özünü cırma, dəniz deyil bu, axmaq Bu qanlı bir axındır, yaxın dur! Əvvəl-axırı budur, insanlar mat, məəttəl Mən onlardan əvvəl yaranıb, öldüm lap əvvəl Qaranlıq şəhərə qanlı gözlərlə qara baxışlar "Qarın qardaşdan irəli" - deyən harın yaranmışlar Narın yağan yağışlar qədər səhnədə alqışlar Səngərdə sərkərdə kimi döyüşər, vuruşar İçimdə müharibə, sözlərim top, tüfəngdi Həyatın məktəbdirsə, bugün sonuncu zəngdi! Bugün son dəfə ağla, gül, bağla səhifəni Özünə sifariş elə torpaq, qəbirdaşı, kəfəni! Bu gün məhv eləyəcəm səni, yazıq kimi baxma Sən uduzdun, axmaq, şərəfsiz, ağlama, ağlama! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda! Təhlükə anında bir addım geriyə və hücum Bu sətirlər vücudum, tükənməzdir gücüm Mənim kağız, qələmim səbəblərin sorağında Sənin qızın, gəlinin ərəblərin qucağında Mənim əsəblərim gərgin və tələblərim zəngin Sənin ailən, həyatın, qazandığın pullar çirkin Bu gün son dəfə qazan, mən udan, sən uduzan Mən yazan, pozan, gözlərim qandı, quduzam Bugün son dəfə yaltaq, ikiüzlü satqin ol Bugün son dəfə gir günaha, yetimlərin haqqını al Bugün son dəfə oğurla, günahsızlara şər at Son dəfə məktəblərə zəhər, düşmənə silah sat Son dəfə qadın al-veri, son dəfə qumarxanalar Sənin kimilər sənə bugün son dəfə arxalanar Və bugün son dəfə görəcəyin bu basılan tətik Sənə demirəm hələlik Həmişəlik! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda! Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım Canavar ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda!
  • Yadına düşəcəm Bir gün yenə Olacam göz yaşın, Ya da bir gülüş Çiyninə toxunum, Səni səsləyim İstərsənmi?! İstərsənmi?! Çiyninə toxunum, Səni səsləyim İstərsənmi?! İstərsənmi?! İstərsənmi?! Özümü aldadım Sənsizliyimə hər gecə sən qatım Ölüm kimi gəl ömrümə ey qadın İstərsənmi?! Özümü aldadım Sənsizliyimə hər gecə sən qatım Ölüm kimi gəl ömrümə ey qadın İstərsənmi?! Yolumu azmadan Mən çatım sənə Andını pozmadan And ver sən mənə Dediyin yalana Qəlbdən güvənim İstərsənmi?! İstərsənmi?! Dediyin yalana Qəlbdən güvənim İstərsənmi?! İstərsənmi?! İstərsənmi?! Özümü aldadım Sənsizliyimə hər gecə sən qatım Ölüm kimi gəl ömrümə ey qadın İstərsənmi?!
  • Aradan illər keçir, amma sən pillə keç Təmiz ol qaralanma (Qaralanma) Nə də yaralanma (Yaralanma) Hər sətrim qadağandır Hər sətrim "qanqa" və "qara mamba" Üz döndərib yaradan da (Üz döndərib yaradan da) Ən acı günlərimin müsafiriydin Məndən biri idin Qara mərmərlərə yazdım adını Qara dəftərlərə də (Qara dəftərlərə də) Ölü yox, diri idin Təki sən gəl deyə mən hər gün təngənəfəs Mənim ürəyim son zəngində Yenə o şəhər boz rəngində Əbədi adımı poz qəlbindən Hamıda ürək varsa məndə qəfəs Yenə o dəniz sahillərindən Bu qədər yorğun illərimdən Məndə ömür qalmadı, səndə həvəs Aradan illər keçir Amma sən pillə keç təmiz ol qaralanma (Qaralanma) Nə də yaralanma (Yaralanma) Qara qəlblər içində qəlbim ən qara, (ən qara) Qapqara qaralanda Şeyriyyatla bol qeyd xarabamda! İnsanlar məni dəli, qəddar etdi Ya da həyat belə rəftar etdi (rəftar etdi) Səhvlər etdim (səhvlər etdim) Səni bu qədər dəyişkən qızıl Gümüş, bər-bəzəklər, paltar etdi Səhvlər etdin (Səhvlər etdin) Boyadım qara rənglərə boz şəhəri (Boz şəhəri) Hər tərəfi (Hər tərəfi) Hər səhəri (Hər səhəri) Dayanaq intiharın bir addımında (Bir addımında) Güllə vurum beynimə (Beynimə) Sən zəhər iç (Acı olsa da birtəhər iç) Aradan illər keçir, amma sən pillə keç təmiz ol Qaralanma (Qaralanma) Nə də yaralanma Hər sətrim qadağandır Hər sətrim "qanqa" və "qara mamba" Üz döndərib yaradan da (Üz döndərib yaradan da) Ən acı günlərimin müsafiriydin (Gəl yenə qonaq) Mənnən biri idin (Yox səndən soraq) Qara mərmərlərə yazdım adını Qara dəftərlərə də (Qara dəftərlərə də) Ölü yox diri idin Təki sən gəl deyə mən hər gün təngənəfəs Aradan illər keçir Hər adam dinləmir heç son mahnıları, ağrıları Aradan illər keçir Hər adam dinləmir heç son mahnıları, qorxuları