Татарский переводчик Узбекские песни

Песня «Boz Ay»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Can dastanıdır yazılan şeir
"Qan basmalıdır" var belə deyim
Mən yazmalıyam, çoxalıb eyib
Siz ölmək əvəzinə çoxalıb şəhid
Fironun tələsinə düşən olur meyit
Onlara önəmli moda və geyim
Hamısının adı dəftərimdə qeyd
Tanrı inancını oğurlayıb seyid
Var siyasət, adını qoyub soyqırım
İndi icazə ver mənə, qoy qırım
Çılpaq həqiqəti yenə soyundurum
Mənə düşmən göstər, ona toy tutum
Mənim Havuş dağlarında hər izim var
Borçalım, İrəvanım, Təbrizim var
Ağrılarım boyda Ağrı Dağım var
Faciələrim boyda Qarabağım var
Bu gündən tariximizi yaz buradan
Bura döyüş meydanı, mən Boz Qurdam
Gəlirəm boz ayda, qara çovğunam
Hər sorğuya cavab verilən doğruyam
Mən Türkəm, Türk oğluyam

Другие песни исполнителя:

  • əyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır
  • aşamalı... Acısıyla, şiriniylə dadmalı Həyat hər gün yenidir anlamalı Bəzən gülməli olur Bəzən isə ağlamalı... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı... O gözlərdən təbəssüm yağacaq hələ İlk baharda güllərin açacaq hələ Günəş bir gün səninçün doğacaq hələ... Ağır zərbələrə zərbəçi dözər Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə... Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirlidi. Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidi... Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə... Sənin sənə səni sənsən... Sən sənsənsə Hər kəsə tüpür! Rədd elə! Arxamca bağır gəlim... Xonçada donuz başı kimi görünəndə çağır gəlim... Tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb... Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?! Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda Arxamca danışırmış arxasında dayandığım da... Arxayın arxayın... Dəniz coşub qayalara çırpınanda Göylər bezib, ildırımlarla çaxanda Sonuncu gün ümid qalır bu dünyada Son ümid var bu dünyada İnan ki, sən nə ilk nə son dərdli adam Həyat budur, yorulsan da yola davam O sinəndə ürək vurursa durmadan Bezmək olmaz yaşamaqdan... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı,yaşamalı...
  • Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Qaqa, mən bu gün Parij, sabah Praqa Sən Mokoka, "Waka Flocka", aç plakat "Tipo rap"də "brak"am, "сука", "Pont"unuza yadam Düzünü desəm, sən siyəndə bloka Məndə "Prado" və ya "Prada" Bu arada, bilirəm canavar büdrəyəndə yığılır neçə "шакал" Amma salamatam, ehtiyac yoxdur salavata RG 20-ci kalibr, ya da AKA Mənəm "G-Coast", mənəm "AKA HOST", "motherfucker" Taktda "Baraka", "фатал атака", "fatality", "knockout saga" "Rap"i bir növ yoqa, atır "block"a "Hook"am, dözə bilmir heç bir "капа" Və "flow" dilimdə sanki "Bruce Lee"nin əlində "nunchaku" Çapa-çapa dağıdıram "beat"i Bu onunla on altıncı "feat"im Bir dəfə də yazmamışam "социалка" Bu "расклад"a, baxır Oka Yazdığı ruhumun dərmanı kimi "Bars"ım gülməli olar yumurta fərmanı kimi Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Fikirlərim formaldır, Okaber anormaldır Mənim tərəfdarlarım yox, fanatım olan "mal"dır Mənim canavarlarım çox, hamısı alınır qeyd Xroniki yazılarım mənim qanlı "chroma key"də Bir, beş, on, yüz, milyondur bu Tikanlı məftillərlə bağlı qarnizondur bu Biz bəlli millətlərə, siyasətə, parlamentlərə "Rapper"lərə, "rocker"lərə, "biker" və "skinhead"lərə Hər təbəqə tanıyır bizi, adımız olub tarix Qara qüvvələr ştrix, yenə də oluram "psix" Karabin doldurulub, "Joker"də sonuncu kart Okaber sürüb ötdü, sən yerində "ручной"u dart "Rapper"lər silib gedir, adımı bilib gedir "Шпана" gəlib-gedir, mimikam gülüb gedir Bizim səsimiz çatır maksimum ulamağa Sizdə quyruq bulamağa gələn hürüb gedir Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə