Татарский переводчик Узбекские песни

Песня «Qara Qüvvələr»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

qədər olacaq müharibə şəraiti?
Bu dəfə qayıdacaq, amma yenə qərar itir
Bu dəfə alınacaq, bu dəfə son dəfə
Şablon səhifə əzbər milyon dəfə
qədər televiziya, qədər informasiya?
İmmiqrasiyadan Rusiyada deformasiya
Amerika, Avrasiya, hər yerdə mafiya
Hər yerdə siyasət, təşkilatlar, partiya
Qara qüvvələrlə qələbəm əzbər
Mənim rütbəm əsgər, mənə düşmən göstər
Mən ölümlə üzbəüz, taleyim xoş gün yazarmı?
Mənim yeməyim "перлова", mənim evim kazarma
Mənim geyimim səhra geyimi mövsümə uyğun
Təslim olmayan ruhum, sifətim solğun, yorğun
Mən əsgərəm, mən vətən qoruyuram
Postda tam döyüş dəsti belə adətən qoruyuram
Qara Qüvvələr daha cümlələr
Güllələr kimi yağacaq millətə
Kim salıb bizi bu qədər zülmətə?
yenə əsgər
Müharibə davam edir
Qara Qüvvələr daha cümlələr
Güllələr kimi yağacaq millətə
Kim salıb bizi bu qədər zülmətə?
yenə əsgər
Müharibə davam edir
"Progress" var
Məndə əsəb gərginliyi, stress var
Bir az səs var, amma hələ ki boğulmamışam
Bu yaşıma qədər siyasətə soxulmamışam
Paxıllıqdan partlayır mütləq xəsislər
Səni araşdırır hər yerdə mütəxəssislər
Sənin arxanda dura bilən bir nəfərin yox
Getdikcə batırsan dərinə, xəbərin yox
Xəbərin yox, qardaşım, xəbərin yox
Hər cürə insan olub yoldaşım, xəbərin yox
Mənim ürəyim indi olub xəstə, xəbərin yox
İntizam cəzalarından, həbsdən xəbərin yox
Kim kimi harada necə satıb, xəbərin yox
Kimisə hətta sevgilisi atıb, xəbərin yox
Buradakı ərzaq, geyim sudan xəbərin yox
Ümumiyyətlə, sənin ordudan xəbərin yox
Qara Qüvvələr daha cümlələr
Güllələr kimi yağacaq millətə
Kim salıb bizi bu qədər zülmətə?
yenə əsgər
Müharibə davam edir
Qara Qüvvələr daha cümlələr
Güllələr kimi yağacaq millətə
Kim salıb bizi bu qədər zülmətə?
yenə əsgər
Müharibə davam edir
Müharibə davam edir

Другие песни исполнителя:

  • Müalicə dispanseri dəniz kənarında yerləşir Körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir Dünən buraxılan səhvlər Bu gün şiddətli fəsadlar İncə səsli fəryadlar Amma ən dəhşətlisi ünsiyyətsiz məhkum körpə gözləri O günəş görmək istəyir Həyat ona qaranlıq kölgə göstərir Ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz, qəzəblənir dəniz Niyə o günahsız gözlər çarəsiz Niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə Cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat Onun üçün həyat anasının buraxdığı səhvdə bitdi Əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi Getdi ruhu cənnət axtarışında tapacaq əgər varsa Ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa Deməli insaf var, mərhəmət yerin tutar Heyf qəddar olan rəftar nədənsə ürək unudar Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Qayıdaq üç il əvvələ üniversitet həyatı tələbələr Hər şey gözəl, sevinc dolu uğurlar, qələbələr Zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş Qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş Sözüm məğzi onun əxlaqsız həyat tərzi vulqar Hər gün bar, disko, klublar, geceler bulvar Hətta narkotik, LSD, sex, iyrənc öpüşlər Onun üçün yad olub sevgi, pak hislər gənc görüşlər Sərxoş gülüşlər hər gecə yataqlarda ehtiras Özünə xas olan obrazda olmazdı həyata xilas Nə çox, nə az düz 3 il hər şey oldu toz İmmun çatışmamazlığı, spid, həkimin qoyduğu diaqnoz Həyat necə də boz 9 aydan sonra daha da bozdu Doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu Dünən buraxılan səhvlər bu gün ağır nəticə Körpə doğuldu, ona qayğı əvəzinə işgəncə Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır Hər günah iz buraxır
  • Axtarma, unut olanları Mən unutsam da olar unutmasam da Axtarma, anladım ki, mən bir düşüncə Hər gecə yazanda Axtarma, ümidsiz xatirələrin Solub qalan mənzərələrini Axtarma sınıq pəncərələrini qara gecələrini, xaraba küçələrini Axtarma Əlvida, alovlanan ürəyimdən qalıb ancaq köz-kömür Axtarma Fəryada gətirər məni həsrətin məni qara ömür Axtarma Düzlər içində axtarırsan, amma yenə mən səhv oluram Axtarma Ya da qal yanımda, ya da al canımı Mən məhv oluram Axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Elə bir yerdəyəm ki, bura cəhənnəmin qorxusu kimdir Axtarma Səngərlərdəyəm bura papa uşaqlarının kabusu kimdi Axtarma Sevdiyin parfümü dəyişib indi güllə, barıt ətri Axtarma Çək tətiyi sonuna qədər hədəf ümidlərdir, dəyiş qara xətti Axtarma O şəhər sənin qədər gözəl, amma daxili xəyanət Fərq budur, onun göz yaşları Xəzər Amma səninki satılan əmanət Axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Sən də məni axtarma
  • Hamı kimin üçünsə xilaskardı Ya mən lal olmuşam, ya da qulağım biraz kardı Ürəyimin yaralarına əllərinlə toxun Gözlərimi görmək üçün yuxarı qaldır biraz kadrı Əmələ gəlmir hərdən Nə qədər yazasan müharibədən, mərmilərdən Soyuq tərdən sonra baş verən paranoiadan Xatırlayıb hərdən, oğurladığın illəri yerinə qoy adam (Sus) Günlərim artıq maraqsız və daha sakit Artıq alışıb yanan ocağı söndürmüşəm Mənə ölüm hökmü də azdı cənab hakim Mən sevgi və bütün hissləri öldürmüşəm Fikirlər qarma-qarışıq Arasında ümidsizlik və karma yarışır Biz axı deyildik əsl adam Tüstüyə qarışan hönkürtülər əks-səda Bu ya fraqment qısametrajlı kino Ya da, hər mübarizənin sonunda bitir yol Həyat yerə çırpar bəlkə də, qaldırar səni Son sözünü deyə bilməsən yandırar səni Qorxulu yuxulardan ayılmadım Hər dəfə oyananda isə adını sayıqladım Bəlkə də, çoxdan ölmüşəm, amma sağ kimiyəm Mən indi soyuq, əlçatmaz dağ kimiyəm Sən hökmü oxu, qorxutmağa çalışma lakin Bil ki, bozqurd ölümdən qorxmur, cənab hakim!
  • əyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır