Татарский переводчик Узбекские песни

Песня «Pianoçu»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər
Onun otağı bəzədilib antik əşyalarla
Bu əşyaları dəyişməzdi o dünyalarla
Divarda patent əsərlər hər dövürə dair
Da Vinçi, Mikelangelo, Pikasso və sair
Poetik şair kitabları düzülüb rəflərə
Necə ki, notlar səliqəylə düzülüb dəftərə
Bu ponarama, onun kiçik qalereyası
Burda səslənirdi pianoçunun hər ideyası
Otaqdakı pianinosu nostalji xatirə
Sanki səsləyir onu, yenə də şah əsər yarat
Həyatı aristokrat, özü pozitiv personaj
Me-motiv... otaqdakı peysaj
Pianinonun üstünə lampa, tavanda plafon abajur
Primula, balaca fon, köhnə qramafon
Qırağa düzülmüş ballar, stend tablolar
Rəsimlər... memoriallar
Beethoven, Lis, чaékoâcêèé, Mozart, Bizet
Jan Etyen Liotar'ın "Şokolad paylayan qız"ı
Bu patent rəsmlər, Ron meliment anlar
Onun ömrünə rəng qatan, orden və medallar
Melodramik həyatı prestiji, prespektivi
Maestronun musiqi haqqında intuitivi
Məhşur pianoçunun əlindən neçə not süzülüb
Minlərlə əsər əlində can verib, ölüb
Sevimli pioninosu, klassik üslubda mebel
Stolun üstündə karandaş, vərəqlər, portfel
Çoxdan soyumuş qəlyan və bir qutu siqar
Və həyatını əks etdirən maraqlı memuar
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər
Onun otağında sanki görünür mimikası
Sanki hələ də eşidilir klassik lirikası
Həyatından epizodlar memuarında
İfalar və notlar repertuarında
Maestronun çəkdiyi həyat mənzərəsi
Göz qırpımı kimi örtülən həyat pəncərəsi
Musiqi təntənəsi, psixo notlar yayılır
Harmoniyanın ahəngindən bəşəriyyət ayılır
Qəlbləri fəth edən jest və musiqi
Pianinoya olan sonsuz dərəcə sevgi
Tamamlayıcı smoking, aristokrat baxışlar
Hər ifanın sonunda zalı titrədən alqışlar
Tokkata "K Elize", 24-cü kapriz
Hər bir dinləyici ürəyində, dərin hiss
Və pianoçu ölməz sənətiylə yaşayır
Hər bir not bu ağırlığı daşıyır
Yox cinmi, ruhu do, re, mi, fa, sol, lya-da
O sevirdi, amma yox olub "İzolda"
Bütün həyatı sanki dövr eləyir otaqda
"Tristan İzolda", son sözü yataqda
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər
Yenə də səhnələr, pianoçu populyardı
Amma ona qalan bir otaq, bir də memuardi
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər
Yenə də səhnələr, pianoçu populyardı
Amma ona qalan bir otaq, bir də memuardi

Другие песни исполнителя:

  • aşamalı... Acısıyla, şiriniylə dadmalı Həyat hər gün yenidir anlamalı Bəzən gülməli olur Bəzən isə ağlamalı... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı... O gözlərdən təbəssüm yağacaq hələ İlk baharda güllərin açacaq hələ Günəş bir gün səninçün doğacaq hələ... Ağır zərbələrə zərbəçi dözər Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə... Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirlidi. Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidi... Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə... Sənin sənə səni sənsən... Sən sənsənsə Hər kəsə tüpür! Rədd elə! Arxamca bağır gəlim... Xonçada donuz başı kimi görünəndə çağır gəlim... Tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb... Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?! Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda Arxamca danışırmış arxasında dayandığım da... Arxayın arxayın... Dəniz coşub qayalara çırpınanda Göylər bezib, ildırımlarla çaxanda Sonuncu gün ümid qalır bu dünyada Son ümid var bu dünyada İnan ki, sən nə ilk nə son dərdli adam Həyat budur, yorulsan da yola davam O sinəndə ürək vurursa durmadan Bezmək olmaz yaşamaqdan... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı,yaşamalı...
  • Kimsə ürək bulandırırsa, mən sular bulandırıram Mikrofonda – "Xaç atası"! Zamanı dayandırıram! Qanlı qanunlara qan qarışanda qanım donur Qəhbəlik insanın südündə yaxud qanında olur Dövrümdə xod gedənlər dünən lox, "çurban", "kaşlyok" Fahişələrə həsr etdiyim mahnı – "Maks Korj - Мотылек" Mənə isə bir şans ver, bir daha qaytar, hocam Bu oyunan küsüb gedənlərin hər birini qaytaracağam Söz verirəm qaytaracağam hamısını, hər kəsəni Anladacağam "Leykemiya"nı, "Morfin"i, "Mədrəsə"ni Komadakı insan barmağını tərpətmədi zəlil olarsan Bir saat mənim kimi düşünsən, suka, dəli olarsan Səsim iyrənc və lakin yayılır bəla kimi Lərzəyə salır, gəlir evlərə vəba kimi Olmamışam ateist, nə də deyiləm hafiz-i Quran Mənim Kəbəm Azərbaycan, mənim dinim Turan! O qədər mövzülarım var ki, oxusam, dastan olar Karabin yazmasa, nə olar? Əşi, yazsa, nə olar!? Soyuq zirzəmilərlə bəzənmiş küçələrimiz var Yazırdım ki, əsl intiharlıq gecələrimiz var Yazırdım morqdakı meyidlərin nəfəssizliyindən Ölülərlə dolu ölkədə dirilərin səssizliyindən Yazanlar sussa da yazacağam az rap, bir az Ona görə də hər ayın 13-ü Azrapə keçirəm "masterclass" (Ya! Karabin) (Xalis Xan) (Müharibə davam edir!) (2017) ("AfterMad" Records)
  • Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Boş flakonları yığırdı sandığa Necə sevdiyi əşyaları insan yığar, bax belə Essensiyadan hazırlanmış preparatlar Səhifələri itmiş "Decameron" Xatirələr və həmin pavilyon Və həmin "Amur və Psixeya" Bu sanki serial və yenə həmin seriya Bax belə Ölümü arzulayan insanlar az olmur "Mən melomanam" deyəndə razı olmurdu Bilirsən, musiqi hər şey, həm də heç nədir Səndə əsəb problemi, məndə içkidir Məndə də belə idi ilk addımları Söyürdüm düyünlərə üfürən qadınları Mən də insanam axı, sevirdim ürəkdən İndi isə həyatım yalnız tünd şərab Məhəbbət məktublarını yazan mürəkkəb Quruyub, rəngi illərlə bozarıb Ver o futlyarın üstünü toz alıb Onsuz qladioluslarda əzab Söndürdüm melodiyaları, söndürdüm (Söndürdüm, söndürdüm, söndürdüm, söndürdüm) Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Bax belə Mən meloman Bax belə