Татарский переводчик Узбекские песни

Песня «Bu Sadəcə Həyatdır»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Eşitdim inandım, gördüm inanmadım
Bu sadəcə həyatdır, gedirik dayanmadan
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən
Eşitdim inandım, gördüm inanmadım
Bu sadəcə həyatdır, gedirik dayanmadan
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən
Əvvəl İçərişəhər bizim idi ser, indi sizin
Yəni şəhər bizimdi, amma içərisi ingilisin
İndi Qəddafiyə çökdü, əvvəl Səddamın İraqına
Qorxuram sonra girər bizim maşının da bakına
70 il çaşdıq qaldıq, bizə niyə kommunist deyirlər
Əvvəl müsəlman idik, indi terrorist deyirlər
Özümüzü öyürük, deyəndə risovka bəyənirik biz
Əvvəl namaz qılırdıq, indi maska geyinirik biz
Əvvəl inanmadıqlarımıza indi inandırırlar
Əvvəl Quran oxuyurdular, indi yandırırlar
Əvvəl sələm götürürdük, indi kredit götürürük
Özü də bankdan faizlə çeşid-çeşid götürürük
Əvvəl bazarlıq eləyirdik, indi shopping eləyirik
Əvvəl idman, indi çox vaxt doping eləyirik
Əvvəl adətlər var idi, indi toylar efirdə
Yatar, durar, içər, vurar hətta soyunar efirdə
Eşitdim inandım, gördüm inanmadım
Bu sadəcə həyatdır, gedirik dayanmadan
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən
Eşitdim inandım, gördüm inanmadım
Bu sadəcə həyatdır, gedirik dayanmadan
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən
Əvvəl Cavid Məlikməmməd, Coni oxuyurdu Piter Pen
İndi Aşot Məlikməmməd, Cavid oxuyur Piter Pen
Sarı gəlini apardılar, biz blondinka axtarırıq
Ayka, Nurka, Narka, Simka, Cinkə axtarırıq
Əvvəlki adımız bəs idi, indi lazımdı CV
Əvvəl "Спокойной ночи малыши", indi REN TV
Əvvəl kinoteatrda "anşlaq" gələndə təzə kino
İndi kinoteatr, çayxana, hər gün çay, domino
Əvvəl düz danışmalıydın, düz yaşamalısan
İndi düz yaşamaq üçün yalan danışmalısan
Özü də gəldi-gəlmədi, yalan adətən danışırıq
İnsanın gözünün içinə baxıb bədahətən danışırıq
Bu gün varsan, sabah yox, qərb bu fikrə yaxındır
Əvvəl Ben Laden lazım idi, indi qələmi sındı
Yaşadığımız kainat eyni zamanda qazamatdır
Ben Laden də anlamadı bu sadəcə həyatdır
Eşitdim inandım, gördüm inanmadım
Bu sadəcə həyatdır, gedirik dayanmadan
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən
Eşitdim inandım, gördüm inanmadım
Bu sadəcə həyatdır, gedirik dayanmadan
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən

Другие песни исполнителя:

  • Nə qədər olacaq müharibə şəraiti? Bu dəfə qayıdacaq, amma yenə qərar itir Bu dəfə alınacaq, bu dəfə son dəfə Şablon səhifə əzbər milyon dəfə Nə qədər televiziya, nə qədər informasiya? İmmiqrasiyadan Rusiyada deformasiya Amerika, Avrasiya, hər yerdə mafiya Hər yerdə siyasət, təşkilatlar, partiya Qara qüvvələrlə qələbəm əzbər Mənim rütbəm əsgər, mənə düşmən göstər Mən ölümlə üzbəüz, taleyim xoş gün yazarmı? Mənim yeməyim "перлова", mənim evim kazarma Mənim geyimim səhra geyimi mövsümə uyğun Təslim olmayan ruhum, sifətim solğun, yorğun Mən əsgərəm, mən vətən qoruyuram Postda tam döyüş dəsti belə adətən qoruyuram Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir "Progress" var Məndə əsəb gərginliyi, stress var Bir az səs var, amma hələ ki boğulmamışam Bu yaşıma qədər siyasətə soxulmamışam Paxıllıqdan partlayır mütləq xəsislər Səni araşdırır hər yerdə mütəxəssislər Sənin arxanda dura bilən bir nəfərin yox Getdikcə batırsan dərinə, xəbərin yox Xəbərin yox, qardaşım, xəbərin yox Hər cürə insan olub yoldaşım, xəbərin yox Mənim ürəyim indi olub xəstə, xəbərin yox İntizam cəzalarından, həbsdən xəbərin yox Kim kimi harada və necə satıb, xəbərin yox Kimisə hətta sevgilisi atıb, xəbərin yox Buradakı ərzaq, geyim və sudan xəbərin yox Ümumiyyətlə, sənin ordudan xəbərin yox Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Müharibə davam edir
  • Ölümlə həyat arasında bir addım var Cəmi bir addım var Azadlıqla qul olmaq arasında bir addım var Siz yazmadız Azadlıqla qul olmaq arasında bir addım var Azadlıq yaratdılar, sonunda dağıtdılar Nə mənim qanadım var qandalları qırım, uçum Təhlükə anında bir addım geriyə və hücum Bu sətirlər vücudum, həm yol, həm uçurum Bu sətirlər yaşayır bağlansa da əlim, qolum Bu sətirlər qoruyur sevgini, olmasa da sevgi Bu sətirlər fəryad qoparanların həyacan zəngi Başlıqsız sətirlərim, mənim obrazım çətin Yazılarımda tapılır izi qanlı cinayətin Həyatım kinayəsiz, insanlar aləmində Varlıların cənnəti, kasıbların cəhənnəmində Hərənin öz ölümü var, hər ömrün qəbahətləri Elə günahlar var sonsuz, yoxdu nəhayətləri Müxtəlif insanlar, müxtəlif düşüncələrlə Elə dözülməz yaralar var ağır dərəcələrlə Elə günlər yaşadım mən ki nələr görmüşəm mən Elə darvazalar var ki, arxasında çürümüşəm mən Elə dost gördüm ki, dar günümdə kor, qulağı kar Elə həkimlər gördüm, bugün xəstəliyimə səbəbkar Elə sevgilim olub ki, xəyanət ardınca xəyanət İndi məhəbbət də xəyanət nədənsə olub adət Bu hələ başlanğıc, hələ nə qədər fikirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Elə rejim gördüm, despotizm, diktatura Elə həyat yaşayırıq, başdan ayağa karikatura Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar Çarəsi olsa Azərbaycanın adını korrupsiya qoydurar Elə şərait var, adlanır müharibə şəraiti Amma əsgər hər ay itir və çoxalır fərarili Elə evlər var yetimxana, divarlarında həsrət Elə qızıl imarətlər var, hasarlarında nəhlət Bazarlarında millət, rüşvət qanuna salınıb Elə şirin yuxularımız var, məsələn, Qarabağ alınıb Elə vətənim var, müğənnilər əsgərdən çoxdu Barları və gecə klubları səngərdən çoxdu Elə günlər olub, biraz çörək tapmaq qəliz olub Mülki də olmasa da, hərbidə yüz faiz olub Bu hələ başlanğıc, açılmayan sirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! (Mən sizdən fərqliyəm, siz ölürsüz, amma əbədi yaşayıram) (Çünki öz əsərlərində yaşayanlar ölmürlər) (Çünki öz əsərlərində yaşayanlar ölmürlər)
  • Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Mikrofonda Xaç Atası! Əzabın dərəcələrindən, yuxusuz gecələrimdən Danışım neçələrindən, biraz tempi artır Təbim Osama bin Laden, səsim terrordu Belə bir ordu qurdu əqidəmiz, Bozqurdu! Əlimdə "Mənim Mübarizəm", beynimdə Hitlerdi Sizlər əylənəndə, TAOW şəhid verdi! Neçələri ağzını, üzünü, gözünü əyib getdi Əlimi sıxanlar çox olub kal, dəyib getdi! Hərdən baxırdım, insanların saxtalarına Kasıb geyimləriylə dolu, uşaq baxçalarına Təsəlli səhər alınmadısa, eybi yox, axşam alınar Dost, dərdim var, torpaqda qəbrimdə şam yanar Mən isə var olanları bəzən yox bilərdim Gülmək yaraşsaydı mənə, yəqin çox gülərdim Bizləri sərhəd, bariyer, körpülər bölməsin Müharibə davam edir, amma körpələr ölməsin Adamın gərək adamı olsun bəzi hallarda Adamın adamı olmasa Adamın adamlığı da olmur bu zəmanədə Deməli bizim adamlığımız yoxdur Nə olsun ki, qarnımız hərdən ac, gözümüz toxdur Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar Pisi görür yaxşılar Nəfs oyunu deyil Könül yarışı bax Zamana buraxma Gömür axışı vaxt Xeyir və şər Veyil bəşər Heyif eyş-işrət Əməl geyin qəşəng Dönər meyid leşə Pislər əyib eşər Tütün xeyir, peşə Hər şeyin bədəli var Atanın səhvi oğuldan çıxar Ya səhvin, ya da oğlun olmasın Gün gələr səni də qorxudan çıxar Qorx ki, qorxmağa qorxun olmasın İnsan oğlunun yaxşısı az İnsaflı ol qarşısın al Çünki Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır
  • Belə də, davam edirəm, davam edirsən, ey həyat Günlərimin yarısı bitkisəl, yarısı heyvanat Yenədə eyni dalanlar, nə olar eyni əs külək Yenədə eyni mənzil, eyni tüstülər, eyni öskürək Bədənim burdadı, ruhum başqa diyarlarda Bizə azadlıq verən yatır Fəxri Xiyabanda Ona görə axtarma azadlığı, ölüm gəlirsə Sən elə bil qəhər kimisiən boğaza düyünlənirsən Əridib məsafələri, varmaq istəmirsən Dərimin məsamələri, barmaq izlərimsəm Əllərini buraxmaqmı cinayətdi hələ görən?! Dünyanın nüfuzu bizdən ibarətdi mənə görə Saatın əqrəblərini zamandan ayırarsan Get... Dəli olanda qayıdarsan! Getmişdin, aparardın əzablarımı da Aparardın tütünlərimi, şərablarımı Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Gəlim, söylə yanına gəlim arzularla (Məni də çağır gəlim) Mən ağıllı deyiləm, mən ən dəli! Hörəcəm qəlb evinə daş hasarlar Sən sadəcə mənimsən Darasın külək saçlarını Ətir qoxar bu şəhər sənin kimi (Sənin kimi) Tək təsəllim olar bəlkə mənim (Məni də çağır gəlim) Söylə yanına gəlim arzularla Mən ağıllı deyiləm, mən ən dəli! Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Darasın külək saçlarını Ətir qorxar bu şəhər sənin kimi (Çağır gəlim) Tək təsəllim olar bəlkə mənim Məni də çağır gəlim Məni də çağır gəlim Gəlim