Татарский переводчик Узбекские песни

Песня «Canavar Ünvanında»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Son addımında ehtiyatlı ol!
Bizə qarşı çıxarsan, sonuncu addımındı
Ölüm sənə yaxındı
Üzməyə özünü cırma, dəniz deyil bu, axmaq
Bu qanlı bir axındır, yaxın dur!
Əvvəl-axırı budur, insanlar mat, məəttəl
Mən onlardan əvvəl yaranıb, öldüm lap əvvəl
Qaranlıq şəhərə qanlı gözlərlə qara baxışlar
"Qarın qardaşdan irəli" - deyən harın yaranmışlar
Narın yağan yağışlar qədər səhnədə alqışlar
Səngərdə sərkərdə kimi döyüşər, vuruşar
İçimdə müharibə, sözlərim top, tüfəngdi
Həyatın məktəbdirsə, bugün sonuncu zəngdi!
Bugün son dəfə ağla, gül, bağla səhifəni
Özünə sifariş elə torpaq, qəbirdaşı, kəfəni!
Bu gün məhv eləyəcəm səni, yazıq kimi baxma
Sən uduzdun, axmaq, şərəfsiz, ağlama, ağlama!
Mən yummuram gözümü alçaqların yanında
Və çatdırdım sözümü şərəfsizlərə sonunda
Çəkilibdirsə adım Canavar ünvanında
Qanımda var quduzluq, dayanmayın yanımda!
Mən yummuram gözümü alçaqların yanında
Və çatdırdım sözümü şərəfsizlərə sonunda
Çəkilibdirsə adım Canavar ünvanında
Qanımda var quduzluq, dayanmayın yanımda!
Təhlükə anında bir addım geriyə və hücum
Bu sətirlər vücudum, tükənməzdir gücüm
Mənim kağız, qələmim səbəblərin sorağında
Sənin qızın, gəlinin ərəblərin qucağında
Mənim əsəblərim gərgin və tələblərim zəngin
Sənin ailən, həyatın, qazandığın pullar çirkin
Bu gün son dəfə qazan, mən udan, sən uduzan
Mən yazan, pozan, gözlərim qandı, quduzam
Bugün son dəfə yaltaq, ikiüzlü satqin ol
Bugün son dəfə gir günaha, yetimlərin haqqını al
Bugün son dəfə oğurla, günahsızlara şər at
Son dəfə məktəblərə zəhər, düşmənə silah sat
Son dəfə qadın al-veri, son dəfə qumarxanalar
Sənin kimilər sənə bugün son dəfə arxalanar
Və bugün son dəfə görəcəyin bu basılan tətik
Sənə demirəm hələlik
Həmişəlik!
Mən yummuram gözümü alçaqların yanında
Və çatdırdım sözümü şərəfsizlərə sonunda
Çəkilibdirsə adım Canavar ünvanında
Qanımda var quduzluq, dayanmayın yanımda!
Mən yummuram gözümü alçaqların yanında
Və çatdırdım sözümü şərəfsizlərə sonunda
Çəkilibdirsə adım Canavar ünvanında
Qanımda var quduzluq, dayanmayın yanımda!

Другие песни исполнителя:

  • Gəl, yağışa addım ataq, ya da qarışaq buludlara Gəl, ümidvaram sözünü dəyişək olsun unutmaram Gəl, elə bil torpağa girək ki əbədi yata bilək Ya da, elə bil duaya dönək ki Allaha çata bilək Mən geri dönənə qədər bütün ulduzları say demişəm O qədər dəli oldum qışa yay, noyabra may demişəm Sən yarimin qasidisən, əyləş sənə çay demişəm Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm Gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq Gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq! Mən gözəlliyinə aşiq, sən isə Qarabağ olaydın (kaş) Mən Müşfiq olaydım, sən də Yenə O Bağ olaydın Gəl, elə bir külək ol kəfənimi cır, mənə əs gedim Yada şaxta ol beynimi dondur, bədənimi kəs gedim Geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı?! Oyadar xəlqi əfğanım qara bəxtim oyanmazmı?! Biz yolunan saçların əvəzini yolmağa gəlmişik Biz Xarı bülbülün haqqını almağa gəlmişik Mən şəhidəm sən qərənfilim, solmağa gəlmişik Biz tək müharibədə könüllü olmağa gəlmişik Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək Gəl, Turanda görüşək ayələrə dönək Quranda görüşək Gəl, əbədi BOZQURD'a dönək ulayaq qiyamətə Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək! Gəl, Turanda görüşək
  • Hər əsər yazılanda mən də böyüyürdüm Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm Sevirdim, amma xəyanəti görəndə ölürdüm Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm Varlığım olsa da sənə möhtac, barışırdım Sən şahzadə deyildin, amma sənə tac yaraşırdı Necə dəyişərmiş məna sözlər yozulanda Necə pozularmış ətraf bir nəfər pozulanda Hər əsər yazılanda mən də böyüyürdüm Qonşum içirdi hər gün, anasını döyürdü Onda balacaydım, anlamırdım maldan, tozdan Sonralar başa düşdüm ki, ölüb "передоз"dan Dedilər, müəllim müqəddəsdir, mənə öyrətdilər Müəllimə hörmətin adı olub rüşvət, dedilər Ruhumu kirlətdilər, onsuz da çirkabdır Yazdığım əsərlər verilən suallara cavabdır Hər əsər yazılanda mən də böyüyürdüm (Böyüyürdüm, böyüyürdüm) Ruhumu kirlətdilər Hər əsər yazılır paranoyya harayımdan Gündə bir kərpic düşür ömrümün sarayından Neyrocərrahiyyə, hər dəfə "ukol" beyinə "Капсула", lirika, "гранула", "tramadol" meyitə Dönən bədənimi "морг"a buz kimi qoydular hətta Məni kafir kimi tanıyıb dərimi soydular hətta Dedilər qəlbin qaradır, ətrafı da qaraldır Mənsə yazırdım, yoxsulluq vətənə sevgini azaldır Dedilər, aralı dur, dur bir az o tayda Qanımda quduzluq var, gəlirəm boz ayda Dövr də dəyişilib artıq, burcudur omba "gay"lər Gözəl qız kəlməsi əvəz olunub 'bomba şey"lə Dedilər: "Psixopatsan? Yazırsan axmaq kimi" İndi yaşamaq üçün olmalısan yaltaq kimi Sapı özümüzdən olan balta kimi doğra, kəs Hədəfdə əks ümidlər gəlir tərs Ömür qəfəs (ömür qəfəs, ömür qəfəs, ömür qəfəs) Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir Güllələ, həyat boş, mənasız cümlələrdir Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir Güllələ, həyat boş, mənasız cümlələrdir Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir Sadəcə (sadəcə, sadəcə) Sadəcə (sadəcə, sadəcə)
  • Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağı bəzədilib antik əşyalarla Bu əşyaları dəyişməzdi o dünyalarla Divarda patent əsərlər hər dövürə dair Da Vinçi, Mikelangelo, Pikasso və sair Poetik şair kitabları düzülüb rəflərə Necə ki, notlar səliqəylə düzülüb dəftərə Bu ponarama, onun kiçik qalereyası Burda səslənirdi pianoçunun hər ideyası Otaqdakı pianinosu nostalji xatirə Sanki səsləyir onu, yenə də şah əsər yarat Həyatı aristokrat, özü pozitiv personaj Me-motiv... otaqdakı peysaj Pianinonun üstünə lampa, tavanda plafon abajur Primula, balaca fon, köhnə qramafon Qırağa düzülmüş ballar, stend tablolar Rəsimlər... memoriallar Beethoven, Lis, чaékoâcêèé, Mozart, Bizet Jan Etyen Liotar'ın "Şokolad paylayan qız"ı Bu patent rəsmlər, Ron meliment anlar Onun ömrünə rəng qatan, orden və medallar Melodramik həyatı prestiji, prespektivi Maestronun musiqi haqqında intuitivi Məhşur pianoçunun əlindən neçə not süzülüb Minlərlə əsər əlində can verib, ölüb Sevimli pioninosu, klassik üslubda mebel Stolun üstündə karandaş, vərəqlər, portfel Çoxdan soyumuş qəlyan və bir qutu siqar Və həyatını əks etdirən maraqlı memuar Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağında sanki görünür mimikası Sanki hələ də eşidilir klassik lirikası Həyatından epizodlar memuarında İfalar və notlar repertuarında Maestronun çəkdiyi həyat mənzərəsi Göz qırpımı kimi örtülən həyat pəncərəsi Musiqi təntənəsi, psixo notlar yayılır Harmoniyanın ahəngindən bəşəriyyət ayılır Qəlbləri fəth edən jest və musiqi Pianinoya olan sonsuz dərəcə sevgi Tamamlayıcı smoking, aristokrat baxışlar Hər ifanın sonunda zalı titrədən alqışlar Tokkata "K Elize", 24-cü kapriz Hər bir dinləyici ürəyində, dərin hiss Və pianoçu ölməz sənətiylə yaşayır Hər bir not bu ağırlığı daşıyır Yox cinmi, ruhu do, re, mi, fa, sol, lya-da O sevirdi, amma yox olub "İzolda" Bütün həyatı sanki dövr eləyir otaqda "Tristan İzolda", son sözü yataqda Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi