Татарский переводчик Узбекские песни

Песня «Throw 'Em Thangz»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Текст песни не найден. Добавить?
Мы платим за добавление текста. Вам нужно авторизоваться, чтобы мы смогли вам заплатить
Отмена

Другие песни исполнителя:

  • Alo, Alo Alo, Alo Alo, Alo Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir, ah! Dəli divanə dahi gələr, miladda mən Və çarmıxa məftun rahibələr Sarışın sarı gəlin sarı gələr Yuxudan vahimələr kimi uzanan saniyələr Sınan nahiyələr xatiratı akrobatın Bəxti düz gətirməyən kəllədə çakra batır Kəlləyi balqabağın kəllə qatı İmza atır vəsvəsəyə şeytanın advokatı Hey, hey, hey! Heyvanıq biz, fil dişindən fil heykəli düzəldən heyvanıq biz (Evində qırmızı kitaba düşən müqəvvalar) Heyvanı qorumaqdan danışırdız, ey xanım, siz, wow! Sizə heyranıq biz Amma siz aranı qatanlar (həmkarıdır) iblisin həmkarıdır (Fəhlənin alın tərinə haram qatanlar) Pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir İstədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir, mən Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Gəlməsə SSRİ, gəlsə SS Rep yenə "генсек", ЦК КПСС Sətirlərim seysmik zonadır Tokyo kimi Old School bərk, dözümlü Nokia kimi (Alo, Okaber, de kimdən yazım?) De kimdən yazım, sağ əli qanqrena olan avam xəstənin Səhvən çaşıb sol ayağını kəsən həkimdən yazım Ziyan gəlir zaman-zaman faydalardan Zaman zaman olmur, aman qaydalardan Ölür ömür, dönür kömürə, sönür, gömülür Arzular əriyir falqalarda Bilmir axmaq adamlar Böyük poetlər boğulur balaca çayxanalarda Nəzər salma, nəzəriyyəmə nəzər yetir Cibində rüşvətdən qutulara nəzir gətirir Daima əzər yetimi Başqası başqalarına başqa cür xətər yetirir Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Mən pisləri tanımıram Tanıyıramsa, deməli, pisləmədiklərimdir Və istədiyimi alıram Almıramsa, yəqin istəmədiklərimdir Big Mad Wolf, ya! Rap Out Clan!
  • Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Qaqa, mən bu gün Parij, sabah Praqa Sən Mokoka, "Waka Flocka", aç plakat "Tipo rap"də "brak"am, "сука", "Pont"unuza yadam Düzünü desəm, sən siyəndə bloka Məndə "Prado" və ya "Prada" Bu arada, bilirəm canavar büdrəyəndə yığılır neçə "шакал" Amma salamatam, ehtiyac yoxdur salavata RG 20-ci kalibr, ya da AKA Mənəm "G-Coast", mənəm "AKA HOST", "motherfucker" Taktda "Baraka", "фатал атака", "fatality", "knockout saga" "Rap"i bir növ yoqa, atır "block"a "Hook"am, dözə bilmir heç bir "капа" Və "flow" dilimdə sanki "Bruce Lee"nin əlində "nunchaku" Çapa-çapa dağıdıram "beat"i Bu onunla on altıncı "feat"im Bir dəfə də yazmamışam "социалка" Bu "расклад"a, baxır Oka Yazdığı ruhumun dərmanı kimi "Bars"ım gülməli olar yumurta fərmanı kimi Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Fikirlərim formaldır, Okaber anormaldır Mənim tərəfdarlarım yox, fanatım olan "mal"dır Mənim canavarlarım çox, hamısı alınır qeyd Xroniki yazılarım mənim qanlı "chroma key"də Bir, beş, on, yüz, milyondur bu Tikanlı məftillərlə bağlı qarnizondur bu Biz bəlli millətlərə, siyasətə, parlamentlərə "Rapper"lərə, "rocker"lərə, "biker" və "skinhead"lərə Hər təbəqə tanıyır bizi, adımız olub tarix Qara qüvvələr ştrix, yenə də oluram "psix" Karabin doldurulub, "Joker"də sonuncu kart Okaber sürüb ötdü, sən yerində "ручной"u dart "Rapper"lər silib gedir, adımı bilib gedir "Шпана" gəlib-gedir, mimikam gülüb gedir Bizim səsimiz çatır maksimum ulamağa Sizdə quyruq bulamağa gələn hürüb gedir Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə
  • Axtarma, unut olanları Mən unutsam da olar unutmasam da Axtarma, anladım ki, mən bir düşüncə Hər gecə yazanda Axtarma, ümidsiz xatirələrin Solub qalan mənzərələrini Axtarma sınıq pəncərələrini qara gecələrini, xaraba küçələrini Axtarma Əlvida, alovlanan ürəyimdən qalıb ancaq köz-kömür Axtarma Fəryada gətirər məni həsrətin məni qara ömür Axtarma Düzlər içində axtarırsan, amma yenə mən səhv oluram Axtarma Ya da qal yanımda, ya da al canımı Mən məhv oluram Axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Elə bir yerdəyəm ki, bura cəhənnəmin qorxusu kimdir Axtarma Səngərlərdəyəm bura papa uşaqlarının kabusu kimdi Axtarma Sevdiyin parfümü dəyişib indi güllə, barıt ətri Axtarma Çək tətiyi sonuna qədər hədəf ümidlərdir, dəyiş qara xətti Axtarma O şəhər sənin qədər gözəl, amma daxili xəyanət Fərq budur, onun göz yaşları Xəzər Amma səninki satılan əmanət Axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Aparacaq qatarlar məni uzaqlara burada qalmaram Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm Sən də məni axtarma Sən də məni axtarma
  • aşamalı... Acısıyla, şiriniylə dadmalı Həyat hər gün yenidir anlamalı Bəzən gülməli olur Bəzən isə ağlamalı... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı... O gözlərdən təbəssüm yağacaq hələ İlk baharda güllərin açacaq hələ Günəş bir gün səninçün doğacaq hələ... Ağır zərbələrə zərbəçi dözər Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə... Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirlidi. Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidi... Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə... Sənin sənə səni sənsən... Sən sənsənsə Hər kəsə tüpür! Rədd elə! Arxamca bağır gəlim... Xonçada donuz başı kimi görünəndə çağır gəlim... Tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb... Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?! Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda Arxamca danışırmış arxasında dayandığım da... Arxayın arxayın... Dəniz coşub qayalara çırpınanda Göylər bezib, ildırımlarla çaxanda Sonuncu gün ümid qalır bu dünyada Son ümid var bu dünyada İnan ki, sən nə ilk nə son dərdli adam Həyat budur, yorulsan da yola davam O sinəndə ürək vurursa durmadan Bezmək olmaz yaşamaqdan... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı,yaşamalı...