Татарский переводчик Узбекские песни

Песня «Ov Zamanı»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Gərək hər dəfə gedəndə gəlişimi artırardım
Amma bu şəhər daxiləndə zahirəndə dəyişib artıq
Səni əvvəldən bilirəm sən cənnətin mənzərəsisən
Səni əvvəldən sevirəm sevgilimin pəncərəsisən
Nəfəsimiz benzin qoxur bizim çörəyimiz pak dadır
Payız gəldi uçmadı quşlar hələdə Bakıdadır
Mən insan dərisi geyinmiş Qurdam dağa gedərdim
Köhnə erməni qəbirsanlığı indi daha betərdir
Hərdən görürsənki çoşub daşır gəlir qaza key adam
Danışır "gangsta life"dan geyinir "Mothercare"dən
Sən nə vaxtdan at oynadan olmusan?
Qanım qaynıyır
Sənin axı it oynadan vaxtların yadımdaydı
Mən killer-billerlərin soxacam başın məzara
Sizə görə yaşıl bazarın adı olmalıydı yaşıl bazarı
Yazdığım atalar sözləridi gəzər-gəzər dildən düşməz
Müharibə davam edir bu silah əldən düşməz
Yeriviz belə yumuşağ ona görə yad qalmısız
Karabin bu gün şah hamıvız mat qalmısız
Yeriviz belə yumuşağ ona görə yad qalmısız
Karabin bu gün şah hamıvız mat qalmısız

Qəlbimiz qaralandan atmamışıq biz ürək daşını
"I am not rhyme machine" ən sevdiyim maşın çörək maşınıdı
Bilik yarışı deyil bu ov zamanıdır bilək yarışıdır
Kişiyə ürək dostluğa kürək bayrağa külək yaraşır

Другие песни исполнителя:

  • Bu drama qanla qumdu "Spaethe" sonuncu sonata, son məktubumdu Tərk edilmək, atılmış evlərdə qalmaq Sanki danmaq, sənsizlik od zəbundu Ən ağır mənzərədi Ölən müridlər partlayan mədrəsədi Zəkat, xüms oğurlanan sədəqədi Sənsizlik pərt olmaq və məsxərədi Ölmə deyən olmur, qapını döy gələndə Günəş Ay kimi görünür yerə göy gələndə Ağrı göynədəndə ürəyin istifadə tarixi bitir Sənsizlik yıxılmaqdı göydələndən Səbəbsiz təbəssümlə səni elə təsvir edim ki, ağlın çaşsın tərənnümdən Pozdum sən gedən gündən gəlişini Yazırdım, sən gələn gündən bu günə kimi idi axı sənsizlik İnsan olmaqdı günahda boğulmaq üçün Mələk olmaqdı sirləri gizlətmək üçün Şeytan olmaqdı cənnətdən qovulmaq üçün Şair olmaqdı dünyanı sənə bənzətmək üçün Doğrularla, yanlışlarla məni bağışlama Mən bağışlamadım özümü, sən də bağışlama Göz yaşın yağışlardı Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan Məni bağışlama Mən bağışlamadım özümü, sən də bağışlama Göz yaşın yağışlardı Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan
  • (R, O, C, R, Rap out Clan, O, C, Okaber, R, O, C) (Qarnizon) Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Kömək etməz sənə şeytana prototip ikonalar Və nə qədər cibdə pul olar və portatifdə pornolar Kamuflyaj ekipirovkada, bu tipdə formalar Kömək etməz ideyalogiya, prinsip və normalar Yorulmadan yazıram, qanadım yox uçmağa Nifrətim yetəri qədərdi bu mövzunu açmağa Çoxdu "Rusiyət"ə qaçmağa, paqona dolan millətim qədər Bilirsən, çoxdur mənim paqona olan nifrətim qədər Nə qədər çağırdılar, mən səs vermədim səsinə Özünə inanmır, lazım day-day, qohum, beləsinə Soxum beləsinə, sözlərimi bəlkə başa düşsün Yıxılsın, dursun, ilişsin, bəlkə boşa düşsün Bizimki şərəfimiz, dırnaqarası yolumuz var Zəifləri vurmağa qüvvətimiz, qolumuz var Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik Halbuki Macarıstanı alacaq qədər pulumuz var Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu İntizam taborunda yarım sutka haupt vaxtda Fərqi yox ki, torpaqda fərqi yox tabut taxta Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an Ümidimi vurdu şaxta, yan keçmədi O təkcə qan içmədi Burdan insan keçmədi, buralar qarnizondu Nə qədər istəyirsən qışqır, sonsuz diapazondu Onsuz da itirmisən, ağlama ötən üçün Nə gözəldir ölmək bizə sevgili vətən üçün Bu mənim kəşfiyyatım, məni insanlar qınayır Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır Qurun konslagerlər, qaytarın repressiyanı Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı Nə qədər gec deyil, yazılarımı tapın, yandırın Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın Bizi tanıyan tanıyır, müharibə davam edir Davam edir müharibə! Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu (Ələ keçirmə yarımqrupundayam) (Şok atəşindən sonra ölüm bölgəsinə girərək) (Əsir, sənət, silah nümunələri götürüb geri çəkilirəm)
  • Buranın havası mənfilərdə, barmaq tətikdədir Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir Nə ümidlərim vardı, hədəfə qoyub güllələyirəm Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm Sanki nədən yorğunluq, bəlkə bədən yorğun Əsl hakimin gələcəyi məhkəmədən qorxun Aciz olan insanlar, bir də cümlələrdir Ətraf mafiya, çirkab, çirkin zümrələrdir Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın! Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Yerinə oturub danışma heçnə bacarmadan Azadlıqdan, həbsdən və bir də kazarmadan Səsiniz gəlir Biz haqqın yolçuları Biz susmayan Karabin! Tülkü, çaqqal ovçuları Kimin ki, borcu qalıb torpağımızı qorumağa Biz əlindən tutarıq, qoymarıq yorulmağa Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz sətirlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu kinonun İzlədiyin ucuz filmlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz mahnı deyil! Nə bilim ala!?
  • Bu qədər dözmüsən daha dözmə Nə sənə gələ bilirəm nə də ki özümə Sanki şeytanam halımıza gülürəm Mən yuxularda tez-tez ölürəm Neçə tanışı elə bildim qardaşdı Neçə xanımın hesabını verib sağollaşdım Neçə qəlbi yaralayıb deşmişəm Mən yoxluqlara öyrəşmişəm Ama sən olsaydın Yəqin qalmazdım mən outside Hədəfləri lazımdı zamanında vurasan Qəlbidə gərək vaxtında qırasan Gecədəndə yazaram, yazaram səhərdəndə Gözlərindən küsərəm gedərəm şəhərdəndə Gəl otur qəhərlənmə yenə sərxoşam Ama sən zəhərlənmə Bir gün ele bu ipdən boğazım asılar Ölsəm qurdlar gələr yasıma Aləmə it, mənə çaqqal gəlib hürər Anlamır mən bügün Araz, sabah dəli Kürəm Hər sətrim qadağan taboodu Bizi məhv edən sevgi və cadudu Və budu, yoxdu artıq hündürə qaldırın Karabinin tabutunu Ma ma ma mafck həyatdı bu Ömrün təzəsini ver, boyatdı bu Bu qədər yükün altına girməzdim Əgər yatacaqdısa hər oyatdığım Bro Hərşeyi at deyirlər Mənə Okaberdən çox ustad deyirlər Qanqa xatirələri bu sadəcə həyatdı Gözlərini yum, sakitcə yat deyirlər