Татарский переводчик Узбекские песни

Песня «Şərbət»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

[Bənd 1] [AiD]
Soyuq işıqların əhatəsində isti gözlər
Bu gün sevgili olmaqçün ən uyğun gecədir
Bakal uzadanda toxunmaq barmaqlara gizlincə
Bu ilk baxışdan sevgi deyil əyləncədir

Bu gün şouya verdim – play, hələ ki, lirika stop-da
An etibarı ilə sən məni fəth elədin
Axtar ürəyimi, bəlkə tapdın mikroskopla
Bədənim avqust kimi isti, bir az meh istəyir

Bütün sətirlərim yalan, indi bizə yaxın tavan
Bir azdan uçub açıq səmada edərik davam
Hələ açılmayıb səhər, toxunuşlar önə sərər
Axı gözlərin tələ, üzürəm içimdə bərəl

Eləmə dram, bakalın içi qan içirəm
"Marry Dark Horse" səsiylə Katy Parry
Batan şəhərdə arzuları birgə puç edərik
Diqqətlə bax - qəlb bədənimə necə dəyir

[Nəqərat] [Del]
Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli

Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı

[Bənd 2] [AiD]
Qulaq as Mrs...
Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis
Bir anlıq dondum
Mənə tanış gəlir üzün
Deyəsən bir vaxtlar desktop-umda fondun

Qəribədir ardıcıllıq Bakıda
Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər
Guya utancaq və kübar
Şairlərlə eşq yaşayıb, ərə gedirsiniz bankirlərə

Mən dəfələrlə xoşbəxtliyi almışam pulla
Bax, çekləri də saxlamışam yadigar
Mən bilirəm nədir - eşq ovundakı nişanda olmaq
Qadınlar gedir qalır ancaq mahnılar

Səninlə var bir neçə sətirlik macəram
Ən kobud qollar ortasında keçir bil ən incə an
Yaşa! Sonra hansısa maymaqla MayBach-da
Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına
[Nəqərat] [Del]
Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli
Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı

Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli

Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı

Другие песни исполнителя:

  • Bu lokal Detroit, damarda "Saf Qan Amerikan" Gəlir şossedə rəqiblərə Dodge-dan Knock Down Chyrsler Big Boss, 4 təkər üstdə taxt Sən nökər istə bax, bu ölkədə tək klan Küçələrdə vitrin, təkərin ətrin Duy təması asfaltla çəkir fikrin Gündəmdədir chek-in, çəkir için kin Markaya baxıb demə kim qul, kim kin Bakını görür LA, Jeep-ə oturan turist Prospekt səhnə, avtopark zakulis "Saf Qan Amerikan"la Bakı olur Meqapolis Nə qədər geridə qalmısan gör, bax tap çat Run Forest Ouu, Bakı küçələrində Magikan İlk Jeep ilk brend "Saf Qan Amerikan" Yol üzərində bitməyən güc bu Deyir sükan arxasında olan hər adam Ouu! Bakı küçələrində Mohikan İlk Jeep, ilk brend - "Saf Qan Amerikan" Yol üzərində bitməyən güc bu Deyir sükan arxasında olan hər adam
  • Oyanır hamıdan tez, baxır pəncərədən Günəş rəngli saçlar, yaşıl göz, incə bədən Bir azdan oyanacaq həyatdə ən vacib insanlar Soruşacaqlar ki, hara baxırsan pəncərədən Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da Səsini çıxara bilməz, çünki o fədakardır Evin bütün yükünü kişilərin yerinə qaldırsa da Kompliment eşitmir, şirin sözə qulağı kardır Telefon əlindən alınıb, artıq iki ildən çoxdur Sinif yoldaşına zəng etməkdə günahkardır Münasibət qurmaqdan söhbət belə gedə bilməz Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi Düşünür - qəribədir bu tale, hər şey kələkdir Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı Xeyir və şər məclislərinə bər-bəzəkli O uşaqlıqdan bilir artıq nə düz, nə əyri Təhsil ikinci plandadır əsas ev işləridir Gələcək həyat yoldaşına indidən öyrəşməlidir Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?! Tanımadığın insanlara qarşı olsun sərt çöhrə Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların Valideyn tərəfindən təyin olur arzuların Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan Dəyişəcək divarlar, amma həyat hələ zindan Olmazmı ki, bu otaqdan onun da nazı qalsın? Əsas o deyil, əsas evin kişisi razı qalsın Əsas - qohumlar desin ki, o yaxşı qızdır Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır Axı o insan deyil, sadəcə kiminsə namusu Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
  • Mən həmişə istəmişdim qızım olsun Körpə gülüşlərində həyatı tapdığımdandır yəqin ki Musiqini dinləyəndə deməyə daim sözüm olsun Heç olmasa okean sahillərindən olum dərin Albomun bir parçası, həyatın bir parçasıdır Səmimiyyətin ən bol olduğu yer Mahnı və uşaq bağçasıdır Bax qulaq asır yəqin indi yaşlılar da Kaş ki, hər sözüm bir iz qoyaydı yaxşılarda Gözlərinsə arxasında sevgilər və hisslər durur (Biz neçə evin bərk damı...) Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür Hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost Bəlkə günəş batmıyıb və çökməyib hələ qaranlıq Quşların azadlığı səma, mənimsə musiqi Əlini ver, uçaq biz əsl sevgilərdən yarandıq Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi İndiysə gözə qədər kepka, unudulmuş dalanlarla Cangüdənlərin məni qorumağı çox gülünc idi Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla Zarafat etmə çox, deyib-gülmə, danışma çox Özünü qabağa atma həyat adlı yarışda çox Ama dostların və dinləyicilərin bilmədiyi bir şey "Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir" Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol Mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur Amma ki, bu gün bu qəlbin ortasında tək qalmışam Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam Cavabsız məktublar və cavabsız zənglərlə Bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam Tortda "23" yazmışam, deyəsən doğrudan böyümüşəm Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Yaxın dur, qulağını aç, hələ ki, bitməyib sözüm Yoruldum, qolumu aç və özünü qucaqla bərkdən Denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm Mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən Mənimlə doğmasan "Karusel"imə minmisənsə Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə Və "Bəlkə" əkmisənsə nə vaxtsa həmin "Güllər"i Mənimlə eynidir yəqin sənin sevimli günlərin Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq
  • Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən inqilabçıyam, Hərdən idmançıyam Məktəbdə o vaxt demişdim guya boksçuyam Amma ki, ilk davadan məni döydülər Onda bildilər ki, mən sadəcə gopçuyam Heç yerdə işləmirəm, ağ köynəyim, qalstukum yoxdu Toy zad olanda səliqəli geyim tapmıram Mən sizi dişləmirəm, rapimlə aclığım yoxdu Azad olanda ifadə olunmağa deyim tapmıram Kral zad deyiləm, zarafat elədim "Hostlandiya"da Sərkərdə də çıxmaz məndən, qılıncım yoxdu Amma ki, at sürə bilirəm. Sürürdüm Şamaxıda Yarışmalarda isə gəlirdim ən axırda İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün İlham pərilərimin kefi kökdü Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da dinlə Qoy trekim kefivi açsın, töksün Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Xoşum gəlmir ağ köynək geyinəndə Vişnə suyu içəndə üstümə dağıtmaqdan Bir də ki, ayaqqabını barmaqla geyinəndə Çıxardanda dırnağın altın dağıtmaqdan Küçədə gəzəndə yağışda yolun qırağıyla Birdən kamaz keçəndə üstün su olur təmiz Hanı bəs bayaqkı romantika mahnıyla?! Mənəsə maraqlı indi təkcə paltardı təmiz Bir də ki, vacib anda zaryatka qurtaranda Blin, elə bil ki, başıma daş düşür Evdəkilərdən uzaq yerdə yemək qurtaranda Tərslikdən yadıma niyəsə həmişə aş düşür Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Yenə xəyallar tək adalarda... Müəllim oyadıb deyir "Bala, dərs gedir" Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Mənim inqilabım bu qədər bəsitdi Qoy qiyməti mənə bütün xalq desin Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rap deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
  • Yorulmuşdum fikirləri beynimdə gizli saxlamaqdan Baxıram özümə hərdən qıraqdan Axı bu qədər vecsizlik, bir addım uçurumdan Dəfələrlə kömək istəmişdim sabahdan Qaçıram günahdan, növbəti günaha doğru Əllərim yaxınlaşır hər gün silaha doğru Təlaşa səbəb varmı buranın vəziyyətindən? Bəzi şəhərlərdə ümumiyyətlə günəş doğmur Qəlbim güzgü kimidir, sındırıldıqca dərd gətirir Amma ki, indi qorxu yoxdur, çünki İynə batsa artıq çıxarmağa qan da yoxdur Səhərlərdə əlimi açmağa duam yoxdur Artıq sual yoxdur, yeganə maraq idi Eşidən mən deyildim, bu iki qulaq idi Sənin soraqlarınla tələsən gözlərimdir Ürəyimi kimsə döyür, deyəsən hisslərimdir Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma - xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) Düşün, necə də qəribə olar İnsan olsaydı bulud kimi Baxırsan, şəffaf və gücsüzdür Amma ki, günəşin qabağın təkcə o ala bilir Insan isə aciz, itirmədən darıxa bilmir Qabağın ala bilmir, adi pislik etmək istəyinin də O ki, qaldı bəşəri məsələlərə Bu haqda danışmayım heç Kimə lazımdır dünya? Hamıya kifayətdir onun kiçik çərçivəsi Sevginin tərcüməsi görəsən nədir axı? Mənasın heç kim bilmir, amma ki, hamı danışır Gözlərin yumur, baxır, əslində qaranlıq görür Amma ki, uydurur ki, göyərçinlər uçur burda... Mən də bu siyahıda xəyallar üzrə mütəxəssis Realda olmayanlar burda alınır köməksiz Yenə öz qəhəri ilə sözümü kəsən kimdir? Həmişə olduğu kimi deyəsən hisslərimdir Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma - xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) Cənnətin göz yaşıdır əlimə düşən damcı Bezib artıq insanların yolunu gözləməkdən Sıxıntımı, depressiyamı ürəyimdəki sancı? Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə? Zibilin içində işləyirik, sonda zibil almaqçün Nəyə gərək bu illər böyüyüb zibil olmaqçün? Ondansa körpə qalardım və heç nə bilməzdim Heç nə də etməzdim ki, desinlər - səhvsizdir Cəmiyyətin içinə girdikcə Baxıram çirklənmiş üzlərə Sevgini rəngləyən sözlərə Həyatdan doymadım Həyatdan doymadım, doymadım süz yenə! Beyində fikirlər addımlara tərs yenə Sənin o baxışların ömürlük bəs mənə Edirdi qəsd mənə, səbəbsə gözlərindir Kimsə son qoyur artıq, deyəsən hisslərimdir Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma - xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) Sus... Pıçıldasın, qoy gözlərin, Yadıma düşür məni üzməyin Göz yaşlarımda üzməyin... (Qızıl balıq kimi) Yaxınlaş... Üzündəki o qırışlar Cavanlığını sənə bağışlar Təsirsiz olub yağışlar... (Kiçik bir arx kimi)