Татарский переводчик Узбекские песни

Песня «Yarımçıq Həyat»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Barmenin qarşısında iki bakal
İkisi də yarımçıq süzülüb
Birində şərab, digərində mənim həyatım
Düzülüb gözlərimdə səhv atdığım hər addım
Sayını unutdum
Qolumda saat işləmir
Mən artıq zamanı buraxdım talehin hökmünə
Mən artıq ölmüşəm ya sabah öləcəm
Fərqi nə?
Dilim də quruyub artıq
Səbəbi sənlə olan son öpüş
Geriyə atdıq
Bilirdim qəmli olacaq son dönüş
Həyat təkrarlanır
Elə bil dejavu
Şəhərin mərkəzi passaj, mənə tanışdı bu
Əl-ələ qaçırdıq biz
Elə bil tələsirik
İndi isə bu vəziyyətdə
Sadəcə əsirik
Sənin indi öz ailən var, mənimsə kiçik daxmam
İndi mən pis vəziyyətdəyəm, gözünü çək
Bir də baxma!
Görmə məni bu çirkin içində
Görəsən tanıyarsan mı məni
Kütlənin içində?
Düz seçim etdin, yaxşı birini tapdın
Bizimsə sevgimizi sadəcə bir səhv bilib
Həyatın beşiyinə atdın
Birgə şəkillərimizi isə
Yəqin ki, çoxdan
Zibil yeşiyinə atdın...
Uzaq gəmi, bu sahildən qurtar məni
Burax uçum göylərə
Orda mən
Ayaqlarımı isladıb
Yağışın damcısında gizlənib
Hiss edim, necə düzüləcək yollara
Dərdlərim açılmış qollara
Sən inan...
Onlar səni qucaqlayıb
Qoşulub dərdinə sənin, ağlıyım?
O səni aparır restoranlara
O səni gəzdirir
O hər şirin sözüylə güldürür
Özünə sevdirir
O ədəbli, yerini bilən, tərbiyəli
O sənə şeir yazır
Bəzən romantik, bəzənsə qəmli
O sənə hədiyyələr verir
Məndən fərqli olaraq
O sənin pis, yaxşı günlərində tək buraxmır
Həyata tam hazırdır
Məndən fərqli olaraq
O bacarır düzgün dayaq olmağı, səhv buraxmır
O əsl şahzadə
Sənin xəyallarındakı
O həyatdan hədiyyə
Sənin röyalarındakı
O səni qorumağa hazır hər bir çətinlikdən
O səni isidir istiliklə qollarındakı
Diqqətlidir sənə qarşı, həm də çox
O çoxlu pul qazanır, amma gözlərisə daim tox
Cəmiyyətdə hörmətlidir
Atan, anan da çox sevir onu
Səliqəli görünüş, daim uğur izləyir onu
O mənim düşmənimdir
Bəlkə də yaxşı olduğu üçün
Səni mən atdıqdan sonra o səni tapdığı üçün
Mən heç bilməzdim ki
Məndən də yaxşıları var
Mən heç bilməzdim ki
Ciddi sevən insanlar var
Bir vaxt əyləncə idin
Mənimçün, vaxt keçirirdim
Özümdən çox razıydım
Çox qız sınaqdan keçirirdim
Amma mən bilməzdim ki
Nə vaxtsa belə olacaq
Məndən daha yaxşısı
Səni məndən alacaq
Uzaq gəmi, bu sahildən qurtar məni
Burax uçum göylərə
Orda mən
Ayaqlarımı isladıb
Yağışın damcısında gizlənib
Hiss edim, necə düzüləcək yollara
Dərdlərim açılmış qollara
Sən inan...
Onlar səni qucaqlayıb
Qoşulub dərdinə sənin, ağlıyım?
Uzaq gəmi, bu sahildən qurtar məni
Burax uçum göylərə
Orda mən
Ayaqlarımı isladıb
Yağışın damcısında gizlənib
Hiss edim, necə düzüləcək yollara
Dərdlərim açılmış qollara
Sən inan...
Onlar səni qucaqlayıb
Qoşulub dərdinə sənin, ağlıyım?

Другие песни исполнителя:

  • Seçilmiş olduğunu dərk edəndə uşaq idi Dünyanı dəyişməksə sadəcə bir maraq idi İndi isə bu maraqlar məqsəd olub, həm də ciddi Bu yolda arzular, da sevgilər də qurban getdi İlk dəfə məhz bu otaqda edilmişdi sevgi etirafı Qızın ad günü, ala biləcəyi ən xoş hədiyyəydi bu Axşam çağı, ulduzlar sayrışarkən Ay günəşdən acıq çıxıb işıq saçarkən qovuşdular Baxışlarıyla soruşdular ki Ola bilərmi ki, biz ayrılaq, ayrı qalaq bir-birimizdən? Sevgimizin o gözəl gülləri bir gün küsərmi qəlbimizdən? Elə o anda əllər qarışdı, söhbətə çox bərk yapışdı Bir-birindən sol yanaqda ilk öpüş izi Çıxmır beynindən qızın Həmin ad günü, xoş xatirələrlə doğan gün ilə Başlanan bu sevginin geridə qalmış artıq düz dörd ili 16 yaş oldu 20, ötmüş illər geri gələrmi? Solmuş güllər bir daha bitməz Sevgi batan gəmidə üzə bilməz Üzmədi, bu otaq bir daha xoş baxışlarıyla sevgiyə gülmədi Nə edək ki, rəngli divarlar qara talehinə rəng qata bilmədi Göz yaşı axdı oğlana baxan anda, duyğular parçalandı Sevgi hissləri ən sevincli dəqiqələrində öz axrına çatır Deyil səbəb nə xəyanət və deyil səbəb nə yalanlar Deyil qəddar nə oğlan, nə də qız Bir döyünən qəlblər indi yalqız Sözsüz keçən bu vida görüşməsi Epiloq hissəsi kəsir nəfəsi Çox ağır, aura otaqda Göz yaşı qurudu qızmış yanaqda Bezib artıq pərdələr Bu səhnədən çox kövrələr Həm saatlar, həm dəqiqələr, birgə dinlənilən nəğmələr Onlar köməyə gəlmədilər, ağ şahzadə ağ atda getdi Bu faciəyə tək səbəbkar - qəddar olan həyat da getdi Bu nağıl deyil bu reallıqdır, uzun deyil, bircə anlıqdır Sual yarandı - Deyilən sözlər hansı səhnəyə başlanğıcdır? Qoy bu görüş dərs olsun, sevənlərə və sevilənlərə Nəhayət sükut pozuldu, qız bu ağrıdan yoruldu Sən qanadlarımı bağlayıb qəfəsə Sevginin sonunu bilmədən zamanı məhv etdin Məni tərk etdin Sən yanan alovu döndərəndə külə Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin Məni məhv etdin Bir neçə addım geri atdım Canım, həyatımız rahat olacaq sandım Son dövrlər çox dəyişiklik, çox sualları beynimə saldım Düşünmə ki, mən bunu istərdim Bağçamızdan son gülü dərdim Sənə verməkçün, gözüm mənim Qaralır gecələrtək gündüzüm mənim Yox dеyiləm mən sektaya daxil "HOST" bir ailə, mən də daxil Biz deyilik sıradan gənclərdən Biz gücümüzü alırıq dərdlərdən Bəlkə də çox gec qoşulmuşam mən Birdən səbəbini də bilmədən Hiss еttim içimdəki üsyanı, insanı dünya necə alçaldıb Yadındamı? - Uşaqlıq illərimiz keçirdi nağıllarla Cizgi filmlərindən öyrəndiyimiz tərbiyəylə duyğularla İndi körpələr gözünü çəkmir şou-biznesdəki axmaqlardan Onlardan gördüyü tərbiyəylə axı fərqlənə bilməz onlardan Bu cür kor, axmaq dünya, kimlər üçünsə parlaq dünya Bu səhvləri görməyə bilmirik, namussuzları söyməyə bilmirik De necə aclıqdan palçıq yeməyə möhtac qalmış Gözləri dolmuş körpələri Sevgimizin xoşbəxt yollarında qurban verim? "İnsafsızsan" - deyə bilərsən "Bunlar utopiya" - deyə bilərsən İnancımız çox möhkəmdir Allahsa daim bizimlədir Döyüşümüz əvvəl özümüzlədir İnanırıq qələbə bizimlədir Yeni dünyanı gətirsəm sənə "Gəl gedək" - deyərəm sənə yenə Sən qanadlarımı bağlayıb qəfəsə Sevginin sonunu bilmədən zamanı məhv etdin Məni tərk etdin Sən yanan alovu döndərəndə külə Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin Məni məhv etdin
  • Mən söz vermişdim bir gün böyüyəcəm Hamı kimi olub hamıdan da seçiləcəm İki uşaq atası, sevimli ər olacam Evdə axşam, işdə hər səhər olacam Məktəbimi bitirəcəm hamısı "beş"lə İnstituta gedəcəm altımda "X5"lə Tələbə həyatı, dost tanış hər dəfə Həftədə bir dəfə gələcəm gec evə Beləcə həyatım keçəcəy plana uyğun Dərdsiz, problemsiz, ama durğun Yaxşı iş, əsl kişilərə uyğun Anam deyirdi vaxt gələr ki, eşidərəm uğurun Buna doğru gedirdi hər şey, dörd sinif əlaçı Yolu açıq bu uşağın həmişə Cəmiyyətə qoşulub gedim normal həyat yolunu Və məni incitməz heç vaxt həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı İllər keçdi, zərbələr gəldi dalbadal Yollarımı dəyişdim hədəfimə çatmadan Bir insan kimi, yaşamağ istədim Amma həyat itələdi həqiqətə varmadan Yüksək balla qəbul oldum, amma nə fayda Müəllimlər rüşvət istəyirsə əgər hər ayda Kimsə gəlir dərsə şoferiylə, mən metroyla Ədalət oyuncaq imiş, əlivə götür oyna Dərsdən çıxıb işə gedirdim, işdən isə studya Tanışım yoxsa deməli yaxşı peşə bir illüziya Sevgili tapmaqla problem tapmaq eynidi Smslər bahalı hədiyyənin yerini vermirdi Xoşbəxtlik sevmirdi varlı olmayanları Həyat sevirdi ancaq bu həyatdan doymayanları Cəmiyyət tapdaladı normal həyat yolunu Və məni sildi hesabdan bu həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam Qaydalarımı başqası yox, mən qoymuşam Cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq Keçdi vaxt, indi bax, Orxan yox Aid olmuşam Yaxşı ki, doğulmamışam milyoner ailəsində Alın təriylə nəyisə qazanmaq nədir bilməzdim Yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində Gecə maraqçün qəbirstanlığa gedə bilməzdim Universitetə əgər getsəydim şoferimlə Metronun qabağında o qızı o gün görməyəcəydim Ərköyün böyüyüb, yıxılmaq nədi bilməsəydim Qalmağın çətin, amma zövqlü olduğunu bilməyəcəydim Qalstuk taxıb əgər ciddi işdə işləsəydim Kapüşon taxıb konsert vermək nədi bilməyəcəkdim Cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu Mənim xeyrimə bitməzdi onda həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı
  • Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Səni sıxır hər səhər eyni üzlər, eyni yollarda Arzuya çatmaq istəyir hamı əyri yollarla Ofis pəncərəsindən baxıb xəyala dalırsan Bəlkə bir gün kimsə aparar səni uzaqlara Səni sıxır ətraf, xeyir güdən sevgilərlə Səni sıxır yanaqların - süni hər güləndə Bəlkə bir gün bağışlamağı tərgidəndə Cəmi bir dostun qalar yanında, o da ki, özün Sən məni incidirsən, toxunur hər bir sözün Səmimi mahnılar artıq ən dərində üzür Qalxmaq istəyəndə qırılır nərdivanlar Yıxılan dərdi anlar, nə edək belədir özül Şəhərdə hərə bir cürdür, hərə də bir cür dözür Hərənin bir olsa da ürəyi, amma çoxdur üzü Səni uzaqlara aparmaq istəyirəm bu şəhərdən Qorxma! Mən dözməsəm də qanadlarım dözür Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Yoxdur pəncərədən baxanda sevə biləcəyim şəhər Yoxdur Bakının tüstüsündən artıq boğan qəhər Yoxdur bu şəhərdə təmiz qəlblərin vəhdəti Yoxdur mənim üçün dostların istifadə müddəti Yoxdur inam heçkimə, yoxdur güvən heçkimə İşi düşməyincə yoxdur zəng edən heçkimə Yoxdur qələm, vərəq səmimiyyət bitib artıq Elektron məktublarda sevgi itib artıq Yoxdur gələcək planlar, gələcək özü yoxdur Tanrını görməyənlərin yəqin gözü yoxdur Yoxdur bu gün saf uşaqlıq illərinin izləri Yoxdur artıq içimdə yaxşı insan olmaq istəyi Yoxdur dünənlərdən bugünə miras bir şey Yoxdur ayağım dəyməyən yer, dayaz hər şey Məni apar bu şəhərdən, uzaqlar daha gözəl Qorxma! Sən dözməsən də qanadların dözər Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here
  • 3 qat olimpiya çempionu, söz güləşdirmək üzrə Rap də dəniz kimidir dərinə getmək əsl hünər istər Bil, səlis hər kəlməm üzdə, görünən gözdən Düşənə qədər bu axına tərs üzmək istər Biz ən pis tən, bil sən bizdən tapa biləcən ancaq səhv izlər Bilsən, bugün irəli gedəni bitirə bilən əməl Nə qədər dəstək gözlər?! Et səy, gözlə, bəlkə tək ələ görədir bu qədər dərd, əgər bitsə Döz və tələb etsə, tək-tək, gələ bir, hərə bir Mənə görə rəqibim yerə girib, elə bil cüt göz tərəzi Beat – verse tələsi, mənə göstər Əzib qalxdım yenə Yeniyetmələr əməlini tərgitsin deyə Səhnə, mənim passiv dönəmimi görüb Elə bilər qələmimi tullamışam yerə Bitmir səbrim, hərbim gərgin Təmkinəm hər gün, qəmgin tək kim? Həb kimi sərgim, dürüst hər kin! Məni mən edən əsəbim İri səddim, yenə sərtəm Sözüm hərdən, özüm əldən gedənə qədər Bədənimi də süzə tərdən, isit hərdən Bu səfər dəm edə bilərəm rəqibimi asıb gözə pərdəni Belə əzəldən – ağzına gələni tez tez deyənə Deyirlər – texnix rap Nə gözəl qəm?! Bu qədər ağ şeirin içində Lirika məndədir düz, amma gözə gəlməm! Woow, nə qədər saxta adlar bol, geridə saf vaxtlar Flow, mənə görə yol, "track"lərim Elə bil ki, sonuncu dəqiqədə qol Çoxları qol-qanad açıb sevinəcək Kimi qəm təqib edəcək evinəcən Qara pencək, ara bir chain, sətir incə Tərzim – Out Of Control
  • 2003-cü ilin dekabrı - tanışlıq vaxtları Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Bir az cəsarətsizlik, yəqin bir az uşaqlıq İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdim məktub, cavab gələrmi görəsən? Düşünürdüm necə yazım ki, dərhal sevəsən Amma o vaxt indikitək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçir illər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramları gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu İlk sevgi etirafı... Yadımda dünənkitək Cavabı gec verdin, yəqin dözər deyirdin Bilsəydim necə sənlə dayanardım həminkitək Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Səni sevərdim əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr, 2006 - ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın "Bir HOSTçunun həyatı"nda bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yеnə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Çoxu bilmir "track"lərimin hansı sənə aiddir Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddir Hərdən bağışlamıram sənə o addımını Tulladığın məktublar uşaqlığımıza aiddir Vaxt kеçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki Mənalı şeyləri mənasızdan ayırırdın 2010-a birgə girdik, o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?! Layiqli soyuqluğunu gizlətdi mərhəmətin Düşündüm, ayrı qalsaq artar məhəbbətin Amma ki, səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözünün yaşını sil, istəmirəm kefini pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədir sonu bu əsərin Sadəcə bir qız atdı bir əsgəri