Татарский переводчик Узбекские песни

Песня «5 Günlük Dünya»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Текст песни не найден. Добавить?
Мы платим за добавление текста. Вам нужно авторизоваться, чтобы мы смогли вам заплатить
Отмена

Другие песни исполнителя:

  • Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni Mən ola bilərdim indi küçədə dilənənlərdən biri Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri Mənim uşaqlığım keçdi də müharibə illərində Həyətdə oynayanda valideynlər çörək növbələrində Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə Əziz atam və anam, siz bəzən dalaşırdınız Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq "Böyüyüb soyuq biri olacam" - deyib bərk qucaqlamaq Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra Başdaşını qucaqlayıb "Bağışla" demək gec olmasın Əziz atam və anam, sizə deyiləcək sözüm çox Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü İçimə qapandım illərlə, azaldı səsim, küyüm Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm Məni isidərsən, gülüm, mahnılar olmayanda Bu şəhər yaman boş görünür insanlıq olmayandan Əziz atam və anam, siz günahkar deyilsiniz Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh Bir qurtum su istəyəndə bir okean verirsiniz Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir Qalır təkcə insanlıq qışda sadiq sərçətək O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək
  • Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Bir qurtum su, həyatın dadı Bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu Sönməsin deyə küləyi saxla Damcılar... sevgin kimi tez-tez gedir Amma ki, iz qoyur Dalğalar... rəqsin kimi Səliqəsiz sahilə briz qoyur Sadəlövh ümiddin Əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də Tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Buraxmaz günahlar bizi Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur, amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi Beyində dünən olub, amma bu gün yox Son ümid olan günəş kimi Üfüqdə sabah çıxar, amma bu gün yox Talehin artıq kobud olub əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi bitmirsə dərdlərin? Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
  • Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!) Təhsil, karyera, uğur... həyatda bitmir pillələr (Heç vaxt!) Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir Valideynlər, doğmalar, qonşular və müəllimlər Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!) Siqaret çəkən qardaşlar, içki içən atalar Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır Sən geciksən də, olmur gecikən qatarlar Gün çıxanda gizlən, yağışda çətir gəzdir Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq) Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx Susmağı bacar, lazım deyilsə demə sözün düzün Göstərmə əsl üzün, səmimilik pis cəhətdir İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə Ürəyin ağrımasın, kimisə görüncə dərdli Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil Əsas sevgidir, nəinki kağızda qol çəkmək! Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq Sən demə, qayğını verirmiş dövlət borca Sən böyüdükcə səndən də tez böyüyür borclar Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol Sən demə keçir qəlblərdən yox, hava limanından Bir günə dönər inamından, səmadan hay-küy çıxsa Bizi öyrətməyiblər - nə edək dost nankor çıxsa? Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər Əsas atdığın addımlar və sabah atacağın Həyat kosmosdur, qərarlarımız teleskop Gələcək təyin edir hansı tərəfə baxacağını Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq?
  • Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə taleyindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayı azaldıqca azalacaq səslər, hey Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir İçimdən səs gəlir
  • Qurularkən gələcək mən hələ o vaxt körpə idim! Arzular evciyində gözəgörünməz nəğmə idim! Bir dünya, çirkli məkan və təmiz uşaq qəlbi Yoxluğun qorxusunda yaşayırdım, istək idim! Kələk idim, sənin dilinə qonurdum mən hər görüşdə! İşıq idim, öz gözümdə görünürdüm hər dönüşdə! Gülüş - döyüş səhnəsində təsadüfdür, bunu bilirdim! Amma yenə də gülüşlərin görünür həyat döyüşündə Bircə məktubum – o da ki, çatmamışdı uzaqlara! İsti öpüşüm, son anda qonmamışdı yanaqlara Tənha idim, amma ki, yoxluğun ayrı bir həyat idi! Və bil ki, o həyatda sən... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Mənə bir nağıl danış! Mənə bir nağıl danış, həyatımıztək ağır olsun! Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun! Sən ol mələk, mən əlçatmazlığınla barışım! Sən ol arzu, mən təkcə varlığından danışım! Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq Əlimdə var qələm, amma ki, mən deyiləm rəssam! Odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni mən! İstəmə heç nə, yaşa, ol mənim ilham pərim! Dəniz dalğaları ilə, qoy rəqs etsin əllərin! Qısqanmıram, bu axı surreal dünya! Bəlkə də nağıldır hər yan və biz yeganə dünya! Sevginin bu qədər mümkün olduğu bir gündə Bircə gülüşün kifayətdir ki, gün tamamlansın! Mənim səndən uzaqda qalacağım günlərdə! Gözlərim uzağı görsün və daim səni axtarsın! Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan...