Татарский переводчик Узбекские песни

Песня «Həyatın Özü»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Xəyanət sabahı verilən gül dəstəsi kimi
Səmimiyyətdən uzaq
Danışmaq çətindirsə?
Gəl yazaq
Sehirli baxışın kimi əllərin də varsa
Al bu qış fəslin, əbədi döndər yaza
Unutmaq, xəyal qurduğun gələcək səni etmədən məhv
Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf?
Ayağım səhv, hər addım atdıqca, növbəti hərf
Dəyişir alın yazımda, susur göylər çünki edir sərf
Yuduqca sən hər sahili?
Dəniz oldu sənət sahibi
Gözü kor şairlər belə hiss edib sevər zahiri
Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili
Dövranı yenə də sevməz?
Əgər diriltsələr Sabiri
Bu sevgi sağ idi?
Onu yaşatmaqçün sən yarandın
İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür
Görəsən işlədərmi sevgililər "həyatım" sözün
Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
Yenə sən getdin, yenə tək qaldım
Tanış notların içində birdən yarandı səs
Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən
Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən
Həqiqəti tap misralarda, mən əgər yalan desəm
Qırılmış qəlb əlimdə göylərlə danışanda
Dedi xəstəlikdir təklik, al bu mələyi dərmandır sev
Edəndə hər anda bəhs, içilən hər and əbəs
Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv
Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs
Çatmasa diriltməyə məni bəsdir "oyan canım" - desən
Bu qəlbi yaxşı tik sevginlə, qorxma yaram dözər
Uçmağa həsrət sevgimizi qanadların bəzər
Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən
Yenə də sevərəm olmaq sənlə mənə haram desə
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Pıçıltı danışmaq üçün bəs etmirsə
Qələmim artıq kağızları isitmirsə
Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz
Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz
Hərdən səni incidəndə sevilmək
Pərdəni salıb arxamı çevirmək
Tərk etsəm də bəlkə boşluq yaranmaz
Get, narahat olma, bu yollar bağlanmaz
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz

Другие песни исполнителя:

  • Vuruldum hər səhər günəşdən öncə Qaranlığa işıq saçan gözlərinə Yazanda hər sətirdə eşqdən incə Tənhalıqdan uzaq qaçan sözlərimə Ayaqyalın uşaq kimi qaçanda Yanımda sən olanda göylər gülümsər Dodaqların gülüşlə nur saçanda Dodaqların pıçıldar – "mənimsən" O günlərim uzaqda Sənsiz ürəyim saxta Gözlərimi yumanda sən yanımda Ölümsüz olmasaq da Və dərddən ağlasaq da Sevgin həyat verir yenə Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs İlk dəfə gördüm Azadlıq küçəsində Qəribədir sonradan azadlığım oldun Artıq iki qış, bir payız, iki bahar Sən olmayanda rahatlığım olmur Quşlar çiynimdən qanad açıb Uçacaq yanaqlarımdan göyə Hər sabahdan mənə qalan olacaq Sevərək "sabahın xeyir" - deyən Mən evdəyəm, bura sənsiz soyuqdur Necə ki günəşsiz buludlar Sən nə qədər uzaq getsən belə Heç vaxt istəmərəm səni unutmaq Bitmir sənsiz yollarım Mən çinaram, sən ol barım Təbiətə qarşıdı yollarım Yaram varsa belə məlhəmi qolların Unutdum nə demək olduğunu doymağın Səni ilk dəfə öpəndən sonra Yarandı səbəbi Bakıda qalmağın Səni ilk dəfə görəndən sonra Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs
  • Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni sıxır kommunal borc kimi Sən xəritədə yersiz, Kamboca kimi Gir qucağa, çağır çağa kimi köməyə məni Ya da yağ bıçağı götür, gəl öldürməyə məni Sevgilinin gözünü yum səhnəyə mən çıxanda Özüm gəlməmişəm, arzuladın, mən çin oldum Sən "brak" doğulmusansa, günahkar Çin deyil bro Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol İntellektual, qlamur qızlarımız "tipo-tipo" Baxdıqları kino - Titanic, bir də Zita-Gita O margarito... bura Bakı yoxsa bura Kito? Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton Brendlər ən yaxın dost dar gündə, hər işdə Efirlər həyat öyrədir həm əvvəldə, həm "finish"də Və bizə qarşı olan bəzi-bəzi verlişlər Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! Repim səni dəyişir dövran kimi Xan kimi danışırsan Jeep-ə oturan kimi Sanki, Franklin-in sürüsündəsən mal kimi Çəməninə bağlayır səni qandal kimi Cavanlar qışqırır küçələrdə, nəsə istəyir Qocalar çay içir və xilas edir bəşəriyyəti Bakını bürüyüb qara bulud, bir də bir az da stress Bakıya lazım deyil pul, lazımdır sex Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız Xarab bütün məhsulları pisliyib, söyüb alırsınız TV-də bazar verlişlərində gedən bazarlıq Manıslar topdan satılır, bu fəsil biz qazandıq Mən söz soxuram, söz girmir, deşik çox balaca Cibləri böyüyən cəmiyyətin beyni çox balaca Süfrə açdım sözlərdən hər mətbəxə uyğun Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol! HOST Production, səsim çatır hər insana Bizim ikona - dəyişmirik pula, mikrofonu Mənim ifamı qoy "ringtone"a BlackBerry, iPhone-a Mənim motorum "opora", mənim susmağımdır "fora" Bu maratonda qələbə verir mənə kantora Mən ora-bura burun soxmadan çıxdım monitora Mənə "korona" lazım deyil girmək üçün dona Nəqarəti xorla oxunaraq track'im çatır sona Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin Doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin Yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin AiD vuracaq qol!
  • Gözümün üstündə yerin var, yalandan demirəm Yerin var uzağı ayağımın altında Diş çöpü gəzdirə-gəzdirə Anladım ki, məni başa düşür Ol çoxundan da çox, səsimdən də qorx Hələ çox söz yazılacaq ki, siz boş durmayasınız Yuva qurmayasınız, ağaclarda Bütün yerləri tutubdur qarğalar Pişiklərdən yığılan qan damlalar Verdik biz xeyriyyəyə Narahat olmayın, biz pisik deyə Ayağını geyin, birdən pis iy gələr Hələ çox görəcəksiniz bizim konsertdə keçi başı İşə sal başı, tap şifrəni Bu da sənə yeni dedi-qodu mövzusu Həyata rəng qatmaq çoxunun arzusu Ala kist, ala qara-qırmızı rənglər Şəffaf həyatın ala məğzini rənglə Bel götür bellə, qəbirini yellə Gəzə bilmirsən, heç olmasa iməklə İməklə Gəzə bilmirsən, heç olmasa iməklə Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox Dedilər ki, sus! Dedilər ki, yaz! Susuram, susuram, birdən yazıram! Ey mənim mötəbər fanatlarım Bu track-i sizə qəbirdən yazıram Axır ki, çatdız arzunuza Gedin deyin dostunuza, tanışıvına Bezdiribdir söz-söhbətlər İnsan nə qədər ət tökər?! Jamal Ali qaçıb, Jamal Ali ölüb Jamal Ali tutulub, asılıb, döyülüb İndi Sibirdədir, yox Kamçatkada Cənnətdə çay içir, onunla Kafka da Xətrimi çox istə, xətrin xoş olsun Əsas odur ki, başın boş olsun Varsa inamın, hər sözə inan Nağıllarla yaşa, xəlbir saman Tutanlar tutub sözümün canını Zəli kimi sormayın qanımı Arada yazacam səs-küy salmayın Dərsinizi oxuyun, avaralanmayın! Dərsinizi oxuyun, avaralanmayın! Avaralanmayın! Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox Uca dağlar aşdım Çox nağıl danışdım Kim inandı, kim yox Biri var, biri yox
  • Bir gün itsəm, neçə gün sonra yada düşərəm Biraz darıxandan sonra unutsan, başa düşərəm Nə vaxtsa üzdə gülüş idim, artıq gəzən şərəm Nə vaxtsa dayaq olduqlarıma indi çürümüş ələm Ətraf sıxdıqca, sıxılmaq sətirlərə Dizini qucaqlamaq belə artıq çətin gələr Artıq o yaş deyil ki, söykənəsən valideynlərə Artıq inam da yox sən tərk edəndə qal deyənlerə Sadə olduqca hörmət azalır - kimi paradokslar Amma ən tez mən qaçdım düşəndə dara dostlar Elə bil yox ürək ki, hələ bir onu qırmaq olsun Ölümlə üz-üzə deyiləm arzum sağ qalmaq olsun Hərə bir tərəfdən sıxır, sanki sabah bitir Ömür, sanki bir işıq idim hansı ki, artıq gözdən itir Sönür, elə bil həyatın mənə olan planları tükənmək üzrə Yəqin ki, birinci yerəm hər insana güvənmək üzrə Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Hərdən boğulmaq, topuğa qədər su olan yerdə Səhvən doğulmaq azadlıq qorxusu olan yerdə Hərdən danışmaq, dərdini susan vərəqə Gəl həyatı həyatdan tez tərk edək, bu son dəqiqə! Sən zamana inanırsan yaraları sağaldar deyə İllər sevgilitək gedir - yalandan "qayıdacam" deyir Sən sanma qarın tox olsa, dərd azalar deyə Diqqətlə qulaq as, necə ruhun bağırır "acam" deyə Vicdanı təmiz saxlamaq, cəmiyyət qarşısında Nəyə lazım? Çirkli qəlbə yem bol, daşısın da! Tək qalıb ağlayanlar həqiqət qarşısında Yalandan gülür xoşbəxt olur Brandwall qarşısında Artıq qələmdən mürəkkəb əvəzinə çirkab çıxır Beynimdə qan əvəzinə vəhşi balıqlar üzür Həyatım cəngəllikdir, bacarsan gir tap cığır Görəsən neçə nəfər indi şərəfimə şərab süzür?! Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər
  • Əlini çək, köməyin lazım deyil, ondansa mane olma Kimliyimi sorğu-sual etmə, istəmirəm qane olma Sözlər kağız, əməllər kül, onu yetər qaladıq Sözlərlə əməllər kəsişməyən hiperboladır Yaraşır hər cür sevinc, yaraşır dərd yaşıma Xoşbəxtliyi bilməyənlər "onu sev, bunu sevmə deyir" Məni burax, varsa, günahlarımla tək başıma Deyilsən tanrı cənnətin açarları səndə deyil Çək əlini dünənimdən Bəsdir, çək əlini sabahımdan Varsa, eşq tut əlimi hazıram Amma ver qələmimi geri həyatımı Özüm yazıram Bu mahnı dəstək deyil Dəstək gərək zəiflərə Güclü ruhlara məskən çox vaxt zərif bədən Mən qadın səsiyəm çaşdırmasın "qəliz" deməm Qızıl balıqlar, bil, heç vaxt yeməz dənizdə qəm Nəyə görə belə qəribədir dünya? Ya sən, ya da onlar Nəyə görə soyuq olur insanlar? Bizlə yad olanda Hər tərəfdən, hər tərəfdən Bürüyər dumanlar Hər tərəfdən, hər tərəfdə Verilir suallar Planetlərin sayı qədər ay bətində Verərəm can, qış, yay taqətimdə Bir cüt qulağın eşidəcəyi ilk sözün deyərəm Ya da heç vaxt ana olmaram özüm bilərəm Mən insanam deyiləm öhdəliklər toplusu Haqq yolunda azanlar düşür dalıma, yol pusur İldə bir dəstə güllə heç vaxt bahar olmaz Mənim günüm bir gün deyil və bitmir martın doqquzu Özüm bilərəm, neçədir boyum, nə qədər çəkim Özüm bilərəm olub həyatımda səndən öncə kim Mənimçün təhsil önəmlidir, elmə qarışmaq Öz ayaqlarım üstdə dayanmışam, yerimə danışma Mənə gərək məni sevən, məni adam edən yox Sən gəlməsən də sənsiz də, bil, davam edər yol Manifestin son sətridir şair yazır "the end" Mənəviyyatı müəyyən edə bilməz qırmızı lent Nəyə görə belə qəribədir dünya? Ya sən, ya da onlar Nəyə görə soyuq olur insanlar? Bizlə yad olanda Hər tərəfdən, hər tərəfdən Bürüyər dumanlar Hər tərəfdən, hər tərəfdə Verilir suallar Nəyə görə belə qəribədir dünya? Ya sən, ya da onlar Nəyə görə soyuq olur insanlar? Bizlə yad olanda Hər tərəfdən, hər tərəfdən Bürüyər dumanlar Hər tərəfdən, hər tərəfdə Verilir suallar