Татарский переводчик Узбекские песни

Песня «Maaş Kartı»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Yüz faiz hit, yoxsa yüz faiz halal?
Bu yeni bir marketinqdir, yaradıb artistlər üzdə olan
Əsas sarayımız olub sirk, Yaşıl Teatr - restoran
Pop olub qırmızı işıqlarla dolu küçə biz dalan
Fəxr ediləsi bişey bizdə olan?
Kim orda səs salan?
Birinci kanal qərbi yenə də səhv çıxarır, vəssəlam
Nə qədər evini səhv salan, küçə-bacada açıb ağız
Var əlini itirib əlil qalan, var mənəviyyatı şikəst olan
"Maaşım azdır, müdür, yaxşı dolana bilmirəm" - dedim
Gülümsədi və gözümün içinə baxıb dedi – "pis dolan"
Hah! Dedim müdir gəl sən ol Himalay
Mən də dırmaşaraq üstüvə peşəkar alpinist olam
Bəlkə köçüm Kingston-a?
Ora əbədi bir iz salam
Qıza söz atmaq peşə olsa, Bakıda qalmaz bir işsiz adam
Necə belə güldürə bilir axı biri belə pessimist olan?
Bu versü çörəyə çekib verdi sizə nömrə bir vecsiz adam
Hou! Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur
Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur
Maaşla millətin ortaq cəhəti var - heç biri qalxmır
Belə də ki, qalxsa belə də guya da ki, nə dəyişər axı?
Maaşı deyirəm
Nəyin qiyməti qalxır, qalxsın lap qarşı deyiləm
Əsas odur işığı yandırmayın rahat yatım
Yaxşı ki, bizdə də var Ramil-dən, Mübariz-dən
Yoxsa kimin şəklin qoyub "fan page"lər "like" dilənər?
Qarşı kim, çıxsa polis əmilər onu tutar izdən
Adidas geyinən dilənçi vaxt gələcək Nike dilənər
Kim dursa səssiz, ölüb gedər səhvsiz
Düz nöqtəni tapıb girən qalib şərtsiz
Dolanırıq rəqssiz, ümid yerim tək siz
Düşünün ki, bu sistemə qarşı bu gün təksiz
Kim dursa səssiz, ölüb gedər səhvsiz
Düz nöqtəni tapıb girən qalib şərtsiz
Dolanırıq rəqssiz, ümid yerim tək siz
Düşünün ki, bu sistemə qarşı bu gün təksiz
Hou! Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur
Mənim hədəflərim bol
Repim səhnələri yorur
Vərəqlərdə dolu hər sətir
Mənə pul gətirən maaş kartım olur

Другие песни исполнителя:

  • Barmenin qarşısında iki bakal İkisi də yarımçıq süzülüb Birində şərab, digərində mənim həyatım Düzülüb gözlərimdə səhv atdığım hər addım Sayını unutdum Qolumda saat işləmir Mən artıq zamanı buraxdım talehin hökmünə Mən artıq ölmüşəm ya sabah öləcəm Fərqi nə? Dilim də quruyub artıq Səbəbi sənlə olan son öpüş Geriyə atdıq Bilirdim qəmli olacaq son dönüş Həyat təkrarlanır Elə bil dejavu Şəhərin mərkəzi passaj, mənə tanışdı bu Əl-ələ qaçırdıq biz Elə bil tələsirik İndi isə bu vəziyyətdə Sadəcə əsirik Sənin indi öz ailən var, mənimsə kiçik daxmam İndi mən pis vəziyyətdəyəm, gözünü çək Bir də baxma! Görmə məni bu çirkin içində Görəsən tanıyarsan mı məni Kütlənin içində? Düz seçim etdin, yaxşı birini tapdın Bizimsə sevgimizi sadəcə bir səhv bilib Həyatın beşiyinə atdın Birgə şəkillərimizi isə Yəqin ki, çoxdan Zibil yeşiyinə atdın... Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım? O səni aparır restoranlara O səni gəzdirir O hər şirin sözüylə güldürür Özünə sevdirir O ədəbli, yerini bilən, tərbiyəli O sənə şeir yazır Bəzən romantik, bəzənsə qəmli O sənə hədiyyələr verir Məndən fərqli olaraq O sənin pis, yaxşı günlərində tək buraxmır Həyata tam hazırdır Məndən fərqli olaraq O bacarır düzgün dayaq olmağı, səhv buraxmır O əsl şahzadə Sənin xəyallarındakı O həyatdan hədiyyə Sənin röyalarındakı O səni qorumağa hazır hər bir çətinlikdən O səni isidir istiliklə qollarındakı Diqqətlidir sənə qarşı, həm də çox O çoxlu pul qazanır, amma gözlərisə daim tox Cəmiyyətdə hörmətlidir Atan, anan da çox sevir onu Səliqəli görünüş, daim uğur izləyir onu O mənim düşmənimdir Bəlkə də yaxşı olduğu üçün Səni mən atdıqdan sonra o səni tapdığı üçün Mən heç bilməzdim ki Məndən də yaxşıları var Mən heç bilməzdim ki Ciddi sevən insanlar var Bir vaxt əyləncə idin Mənimçün, vaxt keçirirdim Özümdən çox razıydım Çox qız sınaqdan keçirirdim Amma mən bilməzdim ki Nə vaxtsa belə olacaq Məndən daha yaxşısı Səni məndən alacaq Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım? Uzaq gəmi, bu sahildən qurtar məni Burax uçum göylərə Orda mən Ayaqlarımı isladıb Yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara Dərdlərim açılmış qollara Sən inan... Onlar səni qucaqlayıb Qoşulub dərdinə sənin, ağlıyım?
  • Qurularkən gələcək mən hələ o vaxt körpə idim! Arzular evciyində gözəgörünməz nəğmə idim! Bir dünya, çirkli məkan və təmiz uşaq qəlbi Yoxluğun qorxusunda yaşayırdım, istək idim! Kələk idim, sənin dilinə qonurdum mən hər görüşdə! İşıq idim, öz gözümdə görünürdüm hər dönüşdə! Gülüş - döyüş səhnəsində təsadüfdür, bunu bilirdim! Amma yenə də gülüşlərin görünür həyat döyüşündə Bircə məktubum – o da ki, çatmamışdı uzaqlara! İsti öpüşüm, son anda qonmamışdı yanaqlara Tənha idim, amma ki, yoxluğun ayrı bir həyat idi! Və bil ki, o həyatda sən... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Mənə bir nağıl danış! Mənə bir nağıl danış, həyatımıztək ağır olsun! Mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun! Sən ol mələk, mən əlçatmazlığınla barışım! Sən ol arzu, mən təkcə varlığından danışım! Sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq Sən ol günəş, mən səndən yaralı qalan qaranlıq Əlimdə var qələm, amma ki, mən deyiləm rəssam! Odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni mən! İstəmə heç nə, yaşa, ol mənim ilham pərim! Dəniz dalğaları ilə, qoy rəqs etsin əllərin! Qısqanmıram, bu axı surreal dünya! Bəlkə də nağıldır hər yan və biz yeganə dünya! Sevginin bu qədər mümkün olduğu bir gündə Bircə gülüşün kifayətdir ki, gün tamamlansın! Mənim səndən uzaqda qalacağım günlərdə! Gözlərim uzağı görsün və daim səni axtarsın! Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan... Sən ümidsən! Həyatımdan gedirsən! Ağacıma tək budaqsan! Dərində bir bulaqsan! Səni tapacam mən! Sən yağışsan! Yanağımdan yağırsan! Bəzən arzulara qanadsan! Sən ayrı bir həyatsan! Bir həyatsan...
  • Vuruldum hər səhər günəşdən öncə Qaranlığa işıq saçan gözlərinə Yazanda hər sətirdə eşqdən incə Tənhalıqdan uzaq qaçan sözlərimə Ayaqyalın uşaq kimi qaçanda Yanımda sən olanda göylər gülümsər Dodaqların gülüşlə nur saçanda Dodaqların pıçıldar – "mənimsən" O günlərim uzaqda Sənsiz ürəyim saxta Gözlərimi yumanda sən yanımda Ölümsüz olmasaq da Və dərddən ağlasaq da Sevgin həyat verir yenə Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs İlk dəfə gördüm Azadlıq küçəsində Qəribədir sonradan azadlığım oldun Artıq iki qış, bir payız, iki bahar Sən olmayanda rahatlığım olmur Quşlar çiynimdən qanad açıb Uçacaq yanaqlarımdan göyə Hər sabahdan mənə qalan olacaq Sevərək "sabahın xeyir" - deyən Mən evdəyəm, bura sənsiz soyuqdur Necə ki günəşsiz buludlar Sən nə qədər uzaq getsən belə Heç vaxt istəmərəm səni unutmaq Bitmir sənsiz yollarım Mən çinaram, sən ol barım Təbiətə qarşıdı yollarım Yaram varsa belə məlhəmi qolların Unutdum nə demək olduğunu doymağın Səni ilk dəfə öpəndən sonra Yarandı səbəbi Bakıda qalmağın Səni ilk dəfə görəndən sonra Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehirli bir səs
  • Posttravmatik sindrom, qalıb yaralar hələ Arzular göydən çağırıb altda yaradar tələ Nifrətim platonikdir, bıçağım beldən çıxır Satqın zirvəyə aparır bir neçə yerdən cığır Antisistem müharibə, tək silah -klaviatura İtidimi sözdən qılınc, neçə söz baş kəsib de? AiD - qəliz mətn, gizli abreviatura Görən sayılırmı kişi edən 13 yaşda siftə? Beynini idarə eləyə bilməyənlər içib yazır Adam var düz yol astanasında and içib azır Piyada mədəniyyəti piyadalardan qabaq ölür Yeraltı dünyada ölülərçün yeraltı keçid qazır Özü düşdükcə dəyərdən rəqibini gözdən salır Əliylə qopartdığı başı yerinə dizlə salır Atdığı səhv addımları İlahi qismət sayıb Tanrıyla müzakirə eləyir duada biznes planı Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Krediti bağlamaq üçün bir neçə illik klinik ölüm Tükəndikcə qara qızıl başlayır kritik bölüm Hər şey qonaqçündür dolabda gizli konfet kimi Xalqı qanə edir oyunlardan ibarət kiçik ömür Şəbəkə məhv etdir bu gün zamanın faydasın Sevgidən məsləhət verir kinində boğulan biri Həyat dərsliyi öyrədir yalanın qaydasın "90-lar daha yaxşıdır" - deyir 2000-də doğulan biri Şərəf qatında sıfırlanır atılan hər səhv addım Həqiqət hədəfi şöhrətə dəyişilib bu günkü mediyada 25 il axtardığım mənasın həyatın Tapdım gözlərində, tapmadım "wikipediya"da Günahkar təhsil sistemində baş verən "error"dur Xalq yüksək cərəyan üstündə ayağı yaş gəzirsə Qlobal hakimiyyət mənbəyi beyinə yeridilən terrordur Qatil Allah deyil bəndə təkbirlə baş kəsirsə Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada
  • Bu gülü bağışladım ki, sən dərk edəsən Bu gülü bağışladım ki, sən tərk edəsən Bu günü yaşadım ki, anlayasan bəlkə də sən Bu ömrü yaşamadım ki, sən məhv edəsən Zamanı verməyiblər ki, biz onu qaytaraq Qədrini bilmədikcə ancaq xəyallarda Həyatı verməyiblər ki, biz onu aldadaq Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq Bilirəm sətirlərimdə sevgi müqəddəsdi Torpağı verməyiblər təkcə orda qəbir qazaq İstərəm torpaqda bitsin mavi qızılgüllər Bahar vaxtı açıq qalan pəncərələrdən Baxıb güc alanda küçədə sevgililərdən Gizlədəndə gözlərimdə sevgimi hərdən Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən Qələmi verməyiblər mənə, mən tək səndən yazım Səhərlər ayırır məni sevdiyim gecələrdən Ürəyi verməyiblər mənə orda tək səni daşıyım Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə Vurulaq yenə, sarılaq yenə Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla Uşaq vaxtı axtarırdım möcüzələri mən Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən Maraqsızlaşırdı həyat böyüdükcə mən Gətirmir böyük arzuya böyük büdcələr Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da Sən də yaşada bilmədin, qanıma qarışsan da Sən də qalmayacaqsan yadımda uzun illər İstərəm torpaqda bitsin mavi qızılgüllər İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün Qanadlarsa heç vaxt incitməyəcək əllərtək Mən artıq istəmirəm adi insan, adi həyat tərzi Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli İstəyirəm ki, mənim üzümə gülsün göylər İstərəm torpaqda bitsin mavi qızılgüllər Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə Vurulaq yenə, sarılaq yenə Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla De ki, gözləməmisən sən də möcüzələr De ki, görməmisən yuxuda heç vaxt uçduğunu De ki, saymırsan özünü hamıdan fərqli De ki, istəmirsən bir gün qızıl balıq tutmaq Qorxma, uşaqlıq deyil bunları xəyal etmək Məncə, mümkünsüz deyil hər şeyi real etmək Mən dəli olmamışam, göz yaşını sil artıq Mən istəyirəm ki, insani dərdlər bitsin artıq Mənə göydən gəldi bu toxumlar hədiyyə Bu deyil bir işarə, bənzəmir dini vəhiyyə Dedilər bunu əksən torpaqda bitsə əgər Mavi qızılgüllər sən də olacan bizdən biri Mən özümlə aparmaq istədim səni uzaqlara Sənsə inanmırsan, dözürsən bu yalanlara Mən sonsuz yaşayacam de bütün insanlara Artıq tab gətirmədim dünyada üsyanlara Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə Vurulaq yenə, sarılaq yenə Son dəfə rəqs etmədik yağışda, məni bağışla, məni bağışla