Татарский переводчик Узбекские песни

Песня «Biz İnsan Deyilik»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Sürücü gözündə üstündə 20 yazılı bir qəpik
Rəqibimiz gözündə adi yaxşı, ya da ki pis təpik
Müəllimin gözündə parta arxasında bir obyekt
Jurnalist gözündə sual-cavab adi bir anket
Bankirin gözündə kredit, bir illik, on illik
Sığorta işçiləri gözündə pul əvəzində əminlik
Dərinlik neft çıxartma institutunda bir buruq
Biz kimik, kiminçün üstündən keçiləsi bir yoluq
Biz kimik ki, əbədi gözəlliklər içdə bir ləkə
Üstünük biz elə düşünürük, o dur ki, nəfsimiz yekə
Bəxtimiz, ümidimiz bağlı daim bir tükə
Qoşulmuşuq kainatda insan adlı bir yükə
Adamyeyən yığımı sanki bütün şəhər, bütün ölkə
Onların gözündə düzdür, bizdə yağlı bir tikə
Görən varmı təhlükə?
Gecikməmiş tez qaçsaq
İnsan deyilik mövzusunda söhbəti biz açsaq
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yenə də mən dilimin ucuna sözümü düzürəm
Yüzünün üzünə deyirəm
İstər əbədi, istər ani fikirlərdə mən tək üzürəm
Bir əlimdə əlcəyimlə, o biri əldə mikrafonla
Həyatım adlı marafonda, heç bir taxta həris olmuram
Qayıdaq söhbətə, biz kimin gözündə nə yerdəyik?
Bəzi valideynlər gözündə iş birliyinə vasitəyik
Sənin qızın, mənim oğlum, göbək kəsdi, verdi, getdi
Elə bil ki, insan deyil, personajdı - Sega, Dendy
Ağıl deyil başda fendir, qızların çoxu manikendir
İnstituta gedir evlənməkçün, sino gedir sülənməkçün
Qeyrət hissi dirilib indi, təklənib və döyülüb indi
Siqaret boyda düdüklər də siqaret çəkib böyüyüb indi
Görünüb indi, nəhayət qollarımda qanadlar
Yerəmi endi fəlakət adlı gəlmə qonaqlar?
Kanallar, qoy bu söhbəti çəkməsin!
İnsan deyilik mövzusun efirə verməsin!
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər

Другие песни исполнителя:

  • Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz mahnılarından Baxıb bizə həyatını yeniləsin Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz mahnılarından Baxıb bizə həyatını yeniləsin Bağla notbuku, keç TV-in qarşısına 16:00-da qulaq as mahnısına Efirdə yeni şou, tanış ol - freezone Burda var "extreme" və burda var "gamezone" "Breakdance" ve "hip-hop", "Old school" və "Trip-trap" Manıslar "offline"da, Top 10-da "best pop" Bu TV-də yeni tərzdir, gənclərin marağı Cəmiyyətin yeni stili, "freezone" darağı İstedanın sənin içində darıxır Tap bizi, çıx efirə, bizə axı hamı baxır Çox yerdə gedir indi musiqi bayağı Dəyişəcək zövq və cəmiyyətin sorağı Yeni "prime time"dır, bu 4-5 arası "Soundtrack"də partladı rep qumbarası Bu işin sonrasıdır, efirə səs verin Hələ bu harasıdır? Səsimə səs verin Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz boz həyatından Baxıb bizə həyatını yeniləsin Gənclər açıb qulağını dinləsin Yeni şəhərdə yaranır yeni nəsil Kim bezibsə öz mahnılarından Baxıb bizə playlisti yeniləsin
  • İlk baxışlardan artıq illər keçir Fərqi yoxdur kimsən sən, fərqi yox nəçi Kimlər özünə əyləncə, kimlər həyat seçir Kənardan parlaq görünür, amma boşdur içi Arada ömür fərqi, bir neçə yaş fərqi Bir neçə dəqiqə keçdi, vurdu qəlb zəngi Oldu qəlb zəngin sevgiylə dolub daşan Əzab versə də sonradan başlanğıcı unudasan Əl-ələ verib gəzdilər dünyanı kiçildərək Bəzən qaçıb gizlənərək, bəzən əylənərək Ya sevgi almışdı ağlı, ya yox idi əvvəldən Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən Onların hekayəsi macərayla dolu hər gün Soyuda bilmirdi nə payız, nə də qış qəlbi Dəyişdi hər şey eşidiləndə bir gün "Sabahın xeyir, Nil, dünyaya xoş gəldin" Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sabahın xeyir, Nil, soyuq səhərlər geridə Bu bahar daha isti, bu bahar tək deyilsən artıq Yaşananlar sadəcə xatirə Bir neçə səhv addım və dəydi arzular yerə Ayırır böyük şəhərləri kiçik vaqonlar Ayırır böyük sevgiləri bəzən poqonlar Birgə qurulan ev tək qorunmaz heç vaxt O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt Yadında hava limanı, yadında qandallar Göz yaşı ilə oxuduğu məktubları yandırmaq Dünyaya qarşı çıxmaq saf hisslərdən ötrü Gözləriylə qəhrəmanın təslim olmağın gördü O bilir tərk edən bəzən ən çox sevdiklərindir Bu həyat qapını vaxtında çırpıb gedə bilənindir Çətin sağalda mahnılar yaralar çox dərin Dünya artıq onların deyil, dünya təkcə Nilindir Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni Sevmə məni Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni, səslə məni Sevmə məni, sevmə məni
  • Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşır boynunda “Chanel” Yay boyu J’Lo, sonra qış Adele Mənə yaraşır 2Pac, yo Hip-hop mütləq, bro 6 il keçib və Bakı deyir Welcome back home Mənə yaraşır Ronnie, ya da Messi Sevgi rock 'n' roll’dursa, mən Elvis Presley Sənə yaraşır Rihanna Baxışında drama Həyatım davam edər sönsə də fonoqrama, yo! Bəkə bəsdir səsli mesajlara? Mən “Coachella”, sənsə əsl “Jara” Sadə insanam, amma self made star’am Qiymətim fərq atar yüz min majora Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşıram, səndən gəlir hər cür hiss Səsindən sülh yağır, baxışınsa dangerous Gözlərin “Miami”dir, gülüşün Los Angeles Yenə bağlamısan üzümə eşqin pəncərəsin Ondansa pay ver, gülləri sən atma Qulağımda “My Way”, old man Sinatra Çayımız soyumamış gəl oturaq, içək onu Mənə qarşı deyilən bütün fikirlərə milçək qonur Zəngə cavab ver də, mənlə əylənir o Səsim olsa oxuyardım, “I can be your hero”nu Həyat “casino”dur, gel “Blackjack”də bir oyun Həyat “casino”dur, baş toldayam De Niroyam Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan
  • Elə bir hiss var ki, ürəyimdən uzaqdayam Geri gələndə yolumu kimsə gözləmir (heç kim) Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı 100-də1 Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq Səni sevən səndən vaxt istəyir, sevgi istəmir Çağırmışdım dostları dar günümdə Hələ də yoxdur səs-səmir Davamlı payız qoxusu, xəzanlı misralarda Mən artıq eyni mövzulardan ibarət bir sətir Mən artıq yaxın deyiləm sənə əvvəlkitək Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir! De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi? Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi? Maraqlan, gör kim öz həyatını pisləmir? Həyat bataqlıdır hə? Bəlkə Aid düz demir?! Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Soyuq divarlara söykənmək Uzaqlara baxıb - niyə böyüdük? - demək Tapa bilsəydik səadəti Sahil boyu qurduğumuz saraylarda Dalğalardan çəkinmədən Özu ilə səmaya səni hissələrlə çəkir gedən Böyümək - səni böyüdəni itirməkdir, demək! Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr! Sığal çəkir, bu deyil əzizləmək Bu deyil qəliz demək, həyatı pisləmək Və kimsə niyə nifrət etdiyini yox Niyə sevə bilmədiyini deyir Valideynlər çox vaxt kim olduğunu yox Kim ola bilmədiyini deyir! Uzun qış gecələrində, qarışıq fikirlər Elə o vaxtı susur doğmalar, danışır fikirlər Sən içməsən də, köhnə dost gəlib, süz deyir Bütün qış məni dinlə və de – "Orxan düz deyir!" Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə
  • Salam oğul, çoxdandır görüşmürük Çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd? Buranın havası yəqin biraz ağır sənə Bir iki gün də qal, sonra düzünü de şəhər yoxsa kənd? Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni Səmimi de: Dadmısan heç burada zəhər yoxsa qəm? Bir qarış çörək, ən əsası halal zəhmətlə Hər bir qonşu, qohum adımı çəkir hörmətlə Sənin atan olmaq ayağıma uzun yorğan elə bil İnan çox qaldım şərəf, pul, seçim arasında Bəlkə düz deyirdin, bəlkə doğurdan elədi Yəqin mənəm günahkar ki, oğlum yetim anasından Bu əllər bilmir nədir oğurluq, nədir namərd hərəkəti Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir Qiblə adlandırdığım qazancların yox bərəkəti Sanki o Kişinin şəkli ilə bir getdi manatın dəyəri Sabahı düşün, oğul necə bir nəsil yetişər Bu günkü gəncliyin xəmirini pul yoğursa Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Salam ata, görməyəli heç dəyişmədin Çayım qoy soyusun, isti günlər xatirəsinə Başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd Həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd Böyütdün razıyam, amma öyrətmədin məğzi ki Bu dünyada gözdən sala bilər hamını bir səhv Öyrətmədin əsas qanunu, əsas dərsi ki Bu həyatda ya sən, ya səni ya da hamını kimsə Halal zəhmət, pul niyə? Cənnətə getmək üçün Başqaları yığır altına, cənnətini tikmək üçün Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq Ədalət boş şeydi, yoxsa yanında sıfırlar Bu dörd divardan kənardakı hörmət gərəksizdi Əgər bu dörd divarın içində həyat yerlə yeksan Düzünü de çirkli pulla xəstə anamı xilas etmək? Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan? Bəlkə də demək asan, bilirəm sənə də çətindi Niyə isə yaxşı insan olmağı sənətə çevirdin Həyatın sahibi olmaq, içim alışıb onla indi Eybi yox, deməsinlər gedəndən sonra "heyif yaxşı oğlan idi" Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm