Татарский переводчик Узбекские песни

Песня «Bəlkələr»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Hissim kədər, deyilən sözlər hədər
Yaşa gəlim ömrüm yetənə qədər
Yorulub əqrəblər, açılır səhər
Yuxusuz gözlər, yuxulu şəhər
Mən onu gözlədim, ondan bixəbər
Hər günüm bir-birinə bənzər
Dənizimi örtər o ləpələr
Oxuyar sahilə "bəlkə"lər
Bəlkələr, ay bəlkələr
Arzularımız - bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız - bəlkələr
İllərin yorğunusan, Miri, sən daha yaxşı bilirsən
Nədir həyat, nədir zaman, nədir ata olmaq
Kaseti fırladım geri, uşaqlığın səsi gəldi
Görəsən atam istəyirdimi nə vaxtsa ata olmaq?!
Görəsən yükəmmi və ya həyatdan tələbəmmi?!
Ağarıbsa anamın örpəyi, mən əsas səbəbəmmi?!
Bilmirəm
Kimsə ölür gedir, gedincə örnək olur
Kiminsə də gələcək planı bircə ölmək olur
İlham pərim yenə qaranlıq bir ev
Və işıq verməkdən yorulmuş bir şam
Yanır Bakı gecəsi
Tək-cüt yatanların qəlbləri
Oyanır çoxu səhərsi tək
Bəlkə də səhvik bu ölkədə
Həyat rahat incidə bilmək üçün
Əvvəlcə bizə ərk edər
Onun da tərk edəndə yanan gözləri
Sanki deyirdi ki, sonacan gözləyim
Baxmıram sabah haqqında proqnoza
Kim deyəcək ki, bizə hansı gün yaxşı, hansı pis
Xoşbəxt günlər təqvimdə yazılsa əvvəldən
Bilərdik əsl sevgiyə aparır hansı iz
Gözlərim yol çəkir, gələcək haqqında
Görəsən nə deyə bilər gələcək haqqımda?!
Ən azı mən həyatdan, həyat məndən razı
Susur sevgi, bu gün qələm illərdən yazır
Bəlkələr, ay bəlkələr
Arzularımız, bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız, bəlkələr

Другие песни исполнителя:

  • Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!) Təhsil, karyera, uğur... həyatda bitmir pillələr (Heç vaxt!) Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir Valideynlər, doğmalar, qonşular və müəllimlər Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!) Siqaret çəkən qardaşlar, içki içən atalar Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır Sən geciksən də, olmur gecikən qatarlar Gün çıxanda gizlən, yağışda çətir gəzdir Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq) Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx Susmağı bacar, lazım deyilsə demə sözün düzün Göstərmə əsl üzün, səmimilik pis cəhətdir İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə Ürəyin ağrımasın, kimisə görüncə dərdli Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil Əsas sevgidir, nəinki kağızda qol çəkmək! Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq Sən demə, qayğını verirmiş dövlət borca Sən böyüdükcə səndən də tez böyüyür borclar Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol Sən demə keçir qəlblərdən yox, hava limanından Bir günə dönər inamından, səmadan hay-küy çıxsa Bizi öyrətməyiblər - nə edək dost nankor çıxsa? Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər Əsas atdığın addımlar və sabah atacağın Həyat kosmosdur, qərarlarımız teleskop Gələcək təyin edir hansı tərəfə baxacağını Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq?
  • [Bənd 1] [AiD] Soyuq işıqların əhatəsində isti gözlər Bu gün sevgili olmaqçün ən uyğun gecədir Bakal uzadanda toxunmaq barmaqlara gizlincə Bu ilk baxışdan sevgi deyil əyləncədir Bu gün şouya verdim – play, hələ ki, lirika stop-da An etibarı ilə sən məni fəth elədin Axtar ürəyimi, bəlkə tapdın mikroskopla Bədənim avqust kimi isti, bir az meh istəyir Bütün sətirlərim yalan, indi bizə yaxın tavan Bir azdan uçub açıq səmada edərik davam Hələ açılmayıb səhər, toxunuşlar önə sərər Axı gözlərin tələ, üzürəm içimdə bərəl Eləmə dram, bakalın içi qan içirəm "Marry Dark Horse" səsiylə Katy Parry Batan şəhərdə arzuları birgə puç edərik Diqqətlə bax - qəlb bədənimə necə dəyir [Nəqərat] [Del] Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı [Bənd 2] [AiD] Qulaq as Mrs... Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis Bir anlıq dondum Mənə tanış gəlir üzün Deyəsən bir vaxtlar desktop-umda fondun Qəribədir ardıcıllıq Bakıda Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər Guya utancaq və kübar Şairlərlə eşq yaşayıb, ərə gedirsiniz bankirlərə Mən dəfələrlə xoşbəxtliyi almışam pulla Bax, çekləri də saxlamışam yadigar Mən bilirəm nədir - eşq ovundakı nişanda olmaq Qadınlar gedir qalır ancaq mahnılar Səninlə var bir neçə sətirlik macəram Ən kobud qollar ortasında keçir bil ən incə an Yaşa! Sonra hansısa maymaqla MayBach-da Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına [Nəqərat] [Del] Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı
  • 3 qat olimpiya çempionu, söz güləşdirmək üzrə Rap də dəniz kimidir dərinə getmək əsl hünər istər Bil, səlis hər kəlməm üzdə, görünən gözdən Düşənə qədər bu axına tərs üzmək istər Biz ən pis tən, bil sən bizdən tapa biləcən ancaq səhv izlər Bilsən, bugün irəli gedəni bitirə bilən əməl Nə qədər dəstək gözlər?! Et səy, gözlə, bəlkə tək ələ görədir bu qədər dərd, əgər bitsə Döz və tələb etsə, tək-tək, gələ bir, hərə bir Mənə görə rəqibim yerə girib, elə bil cüt göz tərəzi Beat – verse tələsi, mənə göstər Əzib qalxdım yenə Yeniyetmələr əməlini tərgitsin deyə Səhnə, mənim passiv dönəmimi görüb Elə bilər qələmimi tullamışam yerə Bitmir səbrim, hərbim gərgin Təmkinəm hər gün, qəmgin tək kim? Həb kimi sərgim, dürüst hər kin! Məni mən edən əsəbim İri səddim, yenə sərtəm Sözüm hərdən, özüm əldən gedənə qədər Bədənimi də süzə tərdən, isit hərdən Bu səfər dəm edə bilərəm rəqibimi asıb gözə pərdəni Belə əzəldən – ağzına gələni tez tez deyənə Deyirlər – texnix rap Nə gözəl qəm?! Bu qədər ağ şeirin içində Lirika məndədir düz, amma gözə gəlməm! Woow, nə qədər saxta adlar bol, geridə saf vaxtlar Flow, mənə görə yol, "track"lərim Elə bil ki, sonuncu dəqiqədə qol Çoxları qol-qanad açıb sevinəcək Kimi qəm təqib edəcək evinəcən Qara pencək, ara bir chain, sətir incə Tərzim – Out Of Control
  • Bu şəhər mənə doğmadı Mən ona özgə sayılsamda son illərdə Bir neçə ildir artıq sıxılmaq tərk etmir Artıq doğmalarda şəhərə sevgini bərk etmir Bəlkədə bu şəhərdi qırılmış qəlbdi səbəb Bəlkə hər kəsin içindəki derddi səbəb Hamıda keçmiş günlərdə var bir nəfər Unudmaq istediyi unuda bilmediyi bir nəfər Görəsən neçə ürəy gəzir məndən incimiş Görəsən neçə ürəydən sevgim incimiş Indi çox az adama sevgidən söz təsir edir Indi gülüş ancaq 2 nöqte 1 mörtərizədi Indi o duyqular ancaq payızda gelib gedir Insanlıq uzaq qohum tək arada gəlib gedir Mənnən salam de tanımadıqım yerlərə Denən bu şəhər hamını bir-bir atıb gedir Hər dəfə qayıdanda evə qemli musiqilər En xoş günlərdə belə nesə çatmir yenə Ya artıq yaddı şəhər doqma hisslərdən uzaq Yada sadəcə payız qəmləmdirir məni yenə 2 (Aid) Pəncərəyə üfürüb orda ürək çəkmək Yadaki qarda yerdə uzanıb mələk çəkmək Uşaqlıq və yaxud təmiz qəlbin əməlləri Kim deyibki böyüdükcə ürək çirklənməli Soyuq Bakı havasında bəlkə bir isti kofe Yada bir şirin söhbət həyatı unutmaq üçün Mənə xoş sonluqla bitən maraqlı bir kino ver Sonluq söz elə bəsti sevgini soyutmaq üçün Tanışların sayı artır dostlar azaldıqca Hərdən unuduram nədən daha çox zövq aldıqımı Və yenidən vuruluram şəhərə hava qaraldıqca Sevinirəm anlayanda hələdə bütöv qaldıqımı Mən bəzən darıxıram şəhərdən uzaqda olub Uzaqdan şəhərə baxıb onun üçün darıxmaqçün Mən bəzən danışıram qəmli notlarla Qəmli havaya girib sənin üçün darıxmaqçün
  • Bir gün itsəm, neçə gün sonra yada düşərəm Biraz darıxandan sonra unutsan, başa düşərəm Nə vaxtsa üzdə gülüş idim, artıq gəzən şərəm Nə vaxtsa dayaq olduqlarıma indi çürümüş ələm Ətraf sıxdıqca, sıxılmaq sətirlərə Dizini qucaqlamaq belə artıq çətin gələr Artıq o yaş deyil ki, söykənəsən valideynlərə Artıq inam da yox sən tərk edəndə qal deyənlerə Sadə olduqca hörmət azalır - kimi paradokslar Amma ən tez mən qaçdım düşəndə dara dostlar Elə bil yox ürək ki, hələ bir onu qırmaq olsun Ölümlə üz-üzə deyiləm arzum sağ qalmaq olsun Hərə bir tərəfdən sıxır, sanki sabah bitir Ömür, sanki bir işıq idim hansı ki, artıq gözdən itir Sönür, elə bil həyatın mənə olan planları tükənmək üzrə Yəqin ki, birinci yerəm hər insana güvənmək üzrə Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Hərdən boğulmaq, topuğa qədər su olan yerdə Səhvən doğulmaq azadlıq qorxusu olan yerdə Hərdən danışmaq, dərdini susan vərəqə Gəl həyatı həyatdan tez tərk edək, bu son dəqiqə! Sən zamana inanırsan yaraları sağaldar deyə İllər sevgilitək gedir - yalandan "qayıdacam" deyir Sən sanma qarın tox olsa, dərd azalar deyə Diqqətlə qulaq as, necə ruhun bağırır "acam" deyə Vicdanı təmiz saxlamaq, cəmiyyət qarşısında Nəyə lazım? Çirkli qəlbə yem bol, daşısın da! Tək qalıb ağlayanlar həqiqət qarşısında Yalandan gülür xoşbəxt olur Brandwall qarşısında Artıq qələmdən mürəkkəb əvəzinə çirkab çıxır Beynimdə qan əvəzinə vəhşi balıqlar üzür Həyatım cəngəllikdir, bacarsan gir tap cığır Görəsən neçə nəfər indi şərəfimə şərab süzür?! Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər Dəyişir səni həyat Azalır sənə maraq Hardadır axı dünənlər? Dəyişir sənin üzünə gülənlər