Татарский переводчик Узбекские песни

Песня «İllər Sonra»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra
Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol
Nağıl kimiydi evimizə qayıtmaq illər sonra
Nağılı açdım ki, valideynimin biri var idi, biri yox
Getmək-gəlmək qalmaq beyində əbədi dilemma
Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma
Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq
İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə
Sanki daha çox sevgi tuturdu balaca vaxtı
Evim dəniz, illər günəş, dəniz sahilinə isə
Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı
Nə qədər varıqsa, var bizlə bir yaşayanlar
Pillə-pillə tərtib edəcək yaddaşı anlar
Nə qədər varam musiqinin dəyişən axışı olacaq
Gedəndə anam mesaj yazdı “hər şey yaxşı olacaq”
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
Zaman oğurlayır ruhu evimizdən
Yerində tikir otel
Böyük ailəlik çay süfrəsində indi iki latte
Məndən qabaq görsən atama de
Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyim
Bu şəhərin hər küçəsində, hər parkında xatirə
Bütün izlər sanki uşaqlığımın yerini deyir
Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə?
Köhnə mahnılarım eyni olsa da
Hisslər eyni deyil
Neçə ac ruha çörək verdim dərdlərimdən üyüdüb
Bu şəhərdə, görən, neçə fərd dərdlərimlə böyüdü?
İntihar edən gəmilər lövbərin atır dərinə
Kəsib atmalı olduqlarımı da
Həyat kəsib atır yerimə
Xoşbəxtliyi tapmaq çətin, olmadan güclü varlı
Necə ki, tikilə bilməz heç bir ev üç divarlı
Bütün savablarımı puç edə biləcək günah sənsən
Mənim evim yoxdur, çünki dördüncü divar sənsən
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra

Другие песни исполнителя:

  • Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni Mən ola bilərdim indi küçədə dilənənlərdən biri Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri Mənim uşaqlığım keçdi də müharibə illərində Həyətdə oynayanda valideynlər çörək növbələrində Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə Əziz atam və anam, siz bəzən dalaşırdınız Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq "Böyüyüb soyuq biri olacam" - deyib bərk qucaqlamaq Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra Başdaşını qucaqlayıb "Bağışla" demək gec olmasın Əziz atam və anam, sizə deyiləcək sözüm çox Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü İçimə qapandım illərlə, azaldı səsim, küyüm Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm Məni isidərsən, gülüm, mahnılar olmayanda Bu şəhər yaman boş görünür insanlıq olmayandan Əziz atam və anam, siz günahkar deyilsiniz Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh Bir qurtum su istəyəndə bir okean verirsiniz Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir Qalır təkcə insanlıq qışda sadiq sərçətək O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək
  • Posttravmatik sindrom, qalıb yaralar hələ Arzular göydən çağırıb altda yaradar tələ Nifrətim platonikdir, bıçağım beldən çıxır Satqın zirvəyə aparır bir neçə yerdən cığır Antisistem müharibə, tək silah -klaviatura İtidimi sözdən qılınc, neçə söz baş kəsib de? AiD - qəliz mətn, gizli abreviatura Görən sayılırmı kişi edən 13 yaşda siftə? Beynini idarə eləyə bilməyənlər içib yazır Adam var düz yol astanasında and içib azır Piyada mədəniyyəti piyadalardan qabaq ölür Yeraltı dünyada ölülərçün yeraltı keçid qazır Özü düşdükcə dəyərdən rəqibini gözdən salır Əliylə qopartdığı başı yerinə dizlə salır Atdığı səhv addımları İlahi qismət sayıb Tanrıyla müzakirə eləyir duada biznes planı Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Krediti bağlamaq üçün bir neçə illik klinik ölüm Tükəndikcə qara qızıl başlayır kritik bölüm Hər şey qonaqçündür dolabda gizli konfet kimi Xalqı qanə edir oyunlardan ibarət kiçik ömür Şəbəkə məhv etdir bu gün zamanın faydasın Sevgidən məsləhət verir kinində boğulan biri Həyat dərsliyi öyrədir yalanın qaydasın "90-lar daha yaxşıdır" - deyir 2000-də doğulan biri Şərəf qatında sıfırlanır atılan hər səhv addım Həqiqət hədəfi şöhrətə dəyişilib bu günkü mediyada 25 il axtardığım mənasın həyatın Tapdım gözlərində, tapmadım "wikipediya"da Günahkar təhsil sistemində baş verən "error"dur Xalq yüksək cərəyan üstündə ayağı yaş gəzirsə Qlobal hakimiyyət mənbəyi beyinə yeridilən terrordur Qatil Allah deyil bəndə təkbirlə baş kəsirsə Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada Bağla gözləri, açıqdır ürəyimiz Özünə güvəndi bizim köməyimiz Günəşi göstər, varsa dünyada Yoxdur ədalət bütün dünyada
  • Sən gedəndən yeddi-səkkiz ildir artıq. O vaxtdan Bakı dost nədir bilmir artıq. Köhnə Tarqovıda 2002-2003. Davalarda kimin silahı söz idi, kimin güc. Vaxt var idi iki ölkə adı bilirdik, Biri Azərbaycan qalan hər yer isə, xaric. Vaxt var idi bir neçə fərqli dad bilirdik, Yadında möcüzəvi yuppy tök balonu və iç, Yadında cümə namazlarından çıxıb gəzirdik, Telefon yox idi, amma heç kim gecikmirdi. Passajdan hər keçəndə Emrahın şəklin görmək. Vaxt var idi gülüş üzdən çəkilmirdi. Vaxt var idi SEGA hər şeydən maraqlı idi. Touch screen yox idi, barmaqlar mazol idi. Mortle kampakda sən seçirdin Sab Zironu Vaxt var idi uşaq idik həyat zor idi. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Sən gedəndən yeddi-səkkiz ildir artıq, O vaxtdan Bakı bizim dildə bilmir artıq, Akademiya parkı hər gün yeddidən sonra, İndi ora qocalardan başqa heç kim getmir artıq. 7b sinfi şparqalkalar məktubla, Damda siqaret çəkməyimiz ilk və son dəfə. Likeysə çəkmişdik yığışmağımızı son dəfə. Vaxt var idi vurulmuşdum Milagrosa, Hər addımda vurulmağımı sən pisləyirdin. Keçən il mesaj yazdın "Hekayəm" çıxandan sonra, Narahat olma, unutmuşam, indi mən başqa cürəm. Bir az məşhur olmuşam hə, amma ki, boş şeydi, Sən gəl prospektə oturaq əvvəlkitək. Bakını şəkillərdə görürsən, amma aldanma, Bakıdan çox, inkişaf eləyib fotoqraflar. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Sən gedəndən sükutlar pozulmur artıq, İndiki dostların dedikləri çox vaxt keçir yan. Sən gedəndən yuxular yozulmur artıq, Hər gün prospektdə bilmirdik necə keçir yay. Tupac'ın kasetini almışdım 99'da, Sən Barış Manço'ya qulaq asırdın, mənsə repə. Sənə dinlətdim köhnə player'də blokunuzda. Bir saat dayanmadan qulaq asdıq 7'ci track'ə. Yox indi fəvvarələr, nə doğma partafino, Gəzməkdən yorulurduq, o gün gəzdim yorulmadım. Eşitdim evlənmisən, yaz onun haqda, kimdir o? Sən də uzun illər sevdiyinlə bir olmadın. Baxçanın həyətində mən sənə görə dalaşmışdım, Hərdən olurdu, amma doğrudan yaxşı vaxtlar idi. Bütün gün bir yerdə, şən gündə, zibildə, Mən indi Bakıda sən hardasan, amma vaxt var idi. Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək). Həyat bildiyim ən şirin şey idi. (Vaxt var idi biz inanırdıq göylərə). Həyat əzbərlədiyim tək şeir idi. (Vaxt var idi biz inanırdıq sözlərə). Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək. (Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi ən böyük dilək idi böyümək).
  • Sənə görə oluram utancaq Tutulur səsim, dodağım, dilim Körpə ürəyinə mən oyuncaq, bax Qırılır qəlbim, sökülür evim Səslərəm səni ən uca dağların Əks-sədası yenə üstələr məni Sənin üçün yazılan sözlər dil açıb Üzümə baxıb deyir: "Bəstələ məni" Qoy dəysin damlalar pəncərəyə Sən öz evində, mən öz evimdə Çəkək taleyin xətlərini Sən öz əlində, mən öz əlimdə Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə Həyatını sonsuz bahara döndərim Çiçək açmayan güllər utansın Danışım olmayan xatirələrimizi Sənsiz keçən illər utansın Səmadasan dedin, amma sənə Tərəf uçdum, yoxsan, sən haradasan? Ağ-qara həyatımız minor notlarsa Pianodakı dillər utansın Qoy dəysin damlalar pəncərəyə Sən öz evində, mən öz evimdə Çəkək taleyin xətlərini Sən öz əlində, mən öz əlimdə Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
  • Mənə qələm ver, sənə söz verim! Mənə yalan ver, sənə düz verim! Mənə doğru göstər, sənə göz vurum! Sözlər yaxşıdır, amma pis durum Bu uçurum hələ çox uçuracaq ayağı boşları Başı boşluğa, dost, bil, pisliyə milçək yığışır Səhvdir! Pislik kömək edir dostluğa, dost bil Dost sil yaddaşına oturdulmuş hər şeyi! Bu TV, bu xəbər, bu qəzet, bu saytların hamısı zibil Ki, içinə girdin çətin çıxarsan Qloballaşarsan, qlobal baxarsan Qlobal atarlar, qlobal yatarsan Səsini kəs ki, genini kəsməsinlər Axı bu gün oğulsan, sabahsa atasan Lay-lay dedim şirin yuxu tapasan... Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq 21-ci əsr, virtual zombilər, seks hərisləri Telehipnoz, inanılmaz скидка-lar, unudulmaz brendlər Paylanan flayer-lər, müasir bomba taymerlər İnformasiya deşiyidən buraxılmış şayiələr Avropa ölkə ananız Amerika, tək dayələr Nağıl danışmayın Amerikanın demokratiyasından İstəyirsiniz Kennedini dirildib ondan soruşaq hər şeyi? (Hə?!) Bizə mədəni olmağı öyrətməyin, ağıl verməyin! Bizdə şərq qanı var, türk ruhu var, şəriət var! Bizə kömək əlinizi də uzatmayın dar günümüzdə! Bizdə texnika yox, amma qanda cəsarət var! Sizin o Allahsız, özünü üstün tutan düşüncəniz Bizim üçün göydə cənnət, yerdə isə cəhənnəm var Ölkədə nə problem varsa həll edərik, qarışmayın! Bizdə də ölkədə dayaq ola biləcək düşüncəli gənclər var! Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Arxaik soyqırımlar və neo genosidlər İslam maskası altda gizli terror, parazitlər BMT qətnamələrinə bu gün tüpürən yoxdur Karvan keçir, amma arxasıyca hürən yoxdur Hardadır dünya birliyi, Unicef sosial yardım? Afrika körpələri ölür, Hollywood depressiyada Görəsən bu gün hansı brilliantımı yaxamdan asım? Məhv olur bütün dünya, məhv olur korrupsiyada! Artıq bəsdir kiçik ölkə mövqeyində qaldıq! Gücü biz Havadan, Oddan, Sudan, Torpaqdan aldıq! Kriminal videolardan və тупой seriallardan Nümunə götürmədik, özümüzü üstün saydıq Güc axı birlikdədir, güc axı bir olmaqdadır Niyə bu qonşu olkələrdə var, amma bizdə yoxdur? Bəsdir qırdıq bir birimizi, bəsdir yaxadan dartdıq! Bilirəm var ümid içdə, amma niyəsə hələ ki, üzdə yoxdur! Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc bucaq Beşiyi yellə, yatır körpələr Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Simvolika dolu künc bucaq