Татарский переводчик Узбекские песни

Песня «Sonuncu Liliya»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

16cı mərtəbədən baxırsan saraya
Mən isə sənin gözlərində görürəm saraylar
ərköyün şəhzadə, fikir vermirsən haraya
Məni bu hisslər görən sonda aparacaq haraya
Deyirlər sevgi səhər dumanı kimidi, sıx və tez itən
Mən də çıxacam bir gün cümləndəki mötərizədən
Sahildəsənsə dəniz artıq maraqsızdı
Cənnətdəsənsə mənə həyat maraqsızdı
O güllər solacaq, atılacaq
Xoş sözlər bir gün unudulacaq
Gecə gələcək yenə günəş yatacaq
Amma ki nəğməm qalacaq əbədi yaddaşda
Sözlər deyilib artıq, mənə susmaq qalır
əlindən tutsam belə ürəyin uzaq qalır
Ağlında mən olum qoy, yadında mən qalım qoy
çılğın notlarla saf ürəyivi mən alım qoy
Yenə təxirə salınır səfərlər
Yeni doğmalar köhnə şəhərdə
Yenə qələmim yaradır dənizlər
Buruq saçına burulanda sətirlər
Uçmaq istəsən tut əlimnən
Gülüşün görünür gözlərindən
Səbəbin soruşma heç nəyin məndən
Sənə atdığım ilk addım bu nəğmə
2-cimənim vicdanımda çox göz yaşı var bilirəm
Xoşbəxtliyi qənaətsiz xərcləmişəm bilirəm
Belə bir hədiyyəyə layiq deyiləm bilirəm
Amma ki möcüzələrə inanmağa haqqım var
Yalanın ən çox deyildiyi gündə sən doğuldun
əlçatmaz arzular tək həyatımda quruldun
Və əgər dağılsa dünya hər tərəf viran olsa
Razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa
Yenə də nəğmələrdə ümidsiz sətirlərdi
Sevgilər birtərəfli görüşlər qətillərdi
Və bir görüş həyatımnan günləri məhv etdikcə
Səni unudulmaz edən cəmi bir dəfə görməyimdi
Sualtı dünyada nağıl sən orda şəhzadə
Həyatım olsun yalan nağıl təki sən şəhzadə
Güzgüyə bax mələy olduğunu sal arabir yada
Sənə son toxunuşum oldu sonuncu liliyada
Yenə təxirə salınır səfərlər
Yeni doğmalar köhnə şəhərdə
Yenə qələmim yaradır dənizlər
Buruq saçına burulanda sətirlər
Uçmaq istəsən tut əlimnən
Gülüşün görünür gözlərindən
Səbəbin soruşma heç nəyin məndən
Sənə atdığım son addım bu nəğmə

Другие песни исполнителя:

  • Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Salam, əsgər! Danışır Vətən Sağ ol ki, varsan! Bünövrəsi millət olan evdə sən bil ki, divarsan Həm oğulsan, həm ata Həm qardaş, həm də ki yarsan Bilirdim ki, gələcəksən 30 ildir tərk-i diyarsan Döyüşə gedir igidlər Gedir ömürlük yurda Əmrini verir komandir Qışqırır bölük burada 92 fevralında qar içində qaçan körpələr Əridib buzlar içində Böyüyüb dönüb qurda Döyüşə gedir igidlər Qulaqlarında "Dəyirman - Ya Qarabağ, ya Ölüm" "Kor Zabit", "Okaber - Taboo" "Guantanamero", "Marş" "İgid Əsgər - Şəmistan" Sənə hər an can qurban Sən olasan Gülüstan Nigaran ananın göz qapaqlarında gir, islan Əllərindən öpürəm, ana Qəlbində bitsin üsyan Doğsun günəş camalında Kəsilsin əbədi leysan Oğlun bitirdi hicran ...Gör, neçə insan, hey Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Bağışlasın şəhid anaları qələbə sevincimizi Şad olur ruhlar düşmənin yerə dəyincə dizi Sizin gözyaşlarınıza qurban hər nəfəsimiz Xeyirin açarı bizdədir, açılır şər qəfəsimiz Vicdanım vermir izin Qürbətdən döyüşə səsləyim Yazmaq asandır mahnılar isti otaqlardan Ədalət eşqi də qoymur yazım "Döyüşü kəs!" deyim Sizin silah üstün qələmdən soyuq torpaqlardan Könüllü gənclər küçədə Əyilməz ordu bizdə Bu döyüş Mübariz'in adına layiq sonluq istər Yaxşı ki, var idin Çingiz Bu tarix sənlə başladı Cəbhədə demir heç kim bu gün "Qayıdın, n'olub sizə?!" Döyüş başlar, masalar boşalar, danışıq bitər Həsrətin üzdüyü torpaqlarımıza qayğı verək Qulaqlarını aç, Qarabağ! Danışır Vətən Qapını aç, Qarabağ! Övladların qayıdır evə Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Ey, Qarabağı almışıq biz Zəfər yolun salmışıq biz Azərbaycan bayrağını Şuşamızdan asmışıq biz Ay əman, yar, yar, can, ay Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Aman, ay əman, əman Yar...əman, əman, ay Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
  • Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq?! Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?! Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?! Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?! Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında bacarsan düz dur Həyat verir, alır, elədiklərin qayıdır bu düstur Səhnələr satılıb artıq, qələmə kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras, itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost vitrində, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub, niyə pisə çevrilirik axırlarda? Görəsən, peşamandırmı yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?! Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə
  • Hissim kədər, deyilən sözlər hədər Yaşa gəlim ömrüm yetənə qədər Yorulub əqrəblər, açılır səhər Yuxusuz gözlər, yuxulu şəhər Mən onu gözlədim, ondan bixəbər Hər günüm bir-birinə bənzər Dənizimi örtər o ləpələr Oxuyar sahilə "bəlkə"lər Bəlkələr, ay bəlkələr Arzularımız - bəlkələr Bəlkələr, ay bəlkələr Dualarımız - bəlkələr İllərin yorğunusan, Miri, sən daha yaxşı bilirsən Nədir həyat, nədir zaman, nədir ata olmaq Kaseti fırladım geri, uşaqlığın səsi gəldi Görəsən atam istəyirdimi nə vaxtsa ata olmaq?! Görəsən yükəmmi və ya həyatdan tələbəmmi?! Ağarıbsa anamın örpəyi, mən əsas səbəbəmmi?! Bilmirəm Kimsə ölür gedir, gedincə örnək olur Kiminsə də gələcək planı bircə ölmək olur İlham pərim yenə qaranlıq bir ev Və işıq verməkdən yorulmuş bir şam Yanır Bakı gecəsi Tək-cüt yatanların qəlbləri Oyanır çoxu səhərsi tək Bəlkə də səhvik bu ölkədə Həyat rahat incidə bilmək üçün Əvvəlcə bizə ərk edər Onun da tərk edəndə yanan gözləri Sanki deyirdi ki, sonacan gözləyim Baxmıram sabah haqqında proqnoza Kim deyəcək ki, bizə hansı gün yaxşı, hansı pis Xoşbəxt günlər təqvimdə yazılsa əvvəldən Bilərdik əsl sevgiyə aparır hansı iz Gözlərim yol çəkir, gələcək haqqında Görəsən nə deyə bilər gələcək haqqımda?! Ən azı mən həyatdan, həyat məndən razı Susur sevgi, bu gün qələm illərdən yazır Bəlkələr, ay bəlkələr Arzularımız, bəlkələr Bəlkələr, ay bəlkələr Dualarımız, bəlkələr
  • İlk baxışlardan artıq illər keçir Fərqi yoxdur kimsən sən, fərqi yox nəçi Kimlər özünə əyləncə, kimlər həyat seçir Kənardan parlaq görünür, amma boşdur içi Arada ömür fərqi, bir neçə yaş fərqi Bir neçə dəqiqə keçdi, vurdu qəlb zəngi Oldu qəlb zəngin sevgiylə dolub daşan Əzab versə də sonradan başlanğıcı unudasan Əl-ələ verib gəzdilər dünyanı kiçildərək Bəzən qaçıb gizlənərək, bəzən əylənərək Ya sevgi almışdı ağlı, ya yox idi əvvəldən Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən Onların hekayəsi macərayla dolu hər gün Soyuda bilmirdi nə payız, nə də qış qəlbi Dəyişdi hər şey eşidiləndə bir gün "Sabahın xeyir, Nil, dünyaya xoş gəldin" Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sabahın xeyir, Nil, soyuq səhərlər geridə Bu bahar daha isti, bu bahar tək deyilsən artıq Yaşananlar sadəcə xatirə Bir neçə səhv addım və dəydi arzular yerə Ayırır böyük şəhərləri kiçik vaqonlar Ayırır böyük sevgiləri bəzən poqonlar Birgə qurulan ev tək qorunmaz heç vaxt O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt Yadında hava limanı, yadında qandallar Göz yaşı ilə oxuduğu məktubları yandırmaq Dünyaya qarşı çıxmaq saf hisslərdən ötrü Gözləriylə qəhrəmanın təslim olmağın gördü O bilir tərk edən bəzən ən çox sevdiklərindir Bu həyat qapını vaxtında çırpıb gedə bilənindir Çətin sağalda mahnılar yaralar çox dərin Dünya artıq onların deyil, dünya təkcə Nilindir Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni Sevmə məni Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni, səslə məni Sevmə məni, sevmə məni
  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...