Татарский переводчик Узбекские песни

Песня «Saf Qan Amerikan»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Bu lokal Detroit, damarda "Saf Qan Amerikan"
Gəlir şossedə rəqiblərə Dodge-dan Knock Down
Chyrsler Big Boss, 4 təkər üstdə taxt
Sən nökər istə bax, bu ölkədə tək klan
Küçələrdə vitrin, təkərin ətrin
Duy təması asfaltla çəkir fikrin
Gündəmdədir chek-in, çəkir için kin
Markaya baxıb demə kim qul, kim kin
Bakını görür LA, Jeep-ə oturan turist
Prospekt səhnə, avtopark zakulis
"Saf Qan Amerikan"la Bakı olur Meqapolis
Nə qədər geridə qalmısan gör, bax tap çat Run Forest
Ouu, Bakı küçələrində Magikan
İlk Jeep ilk brend "Saf Qan Amerikan"
Yol üzərində bitməyən güc bu
Deyir sükan arxasında olan hər adam
Ouu! Bakı küçələrində Mohikan
İlk Jeep, ilk brend - "Saf Qan Amerikan"
Yol üzərində bitməyən güc bu
Deyir sükan arxasında olan hər adam

Другие песни исполнителя:

  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...
  • Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә Sәmadan bir-iki damcı sevgi vә yağış yağır Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk Parıltılar içindә işıq saçan incә biri İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk Od vurub gözlәdilәr, amma biz alışmadıq Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb Qorudum yadlardan, әtrafında sevgilәr hördüm Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da Sәn mәni anlayırsan, mәn sәni anlamasam da Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr Deyәsәn qanadını әzdin sәmalardan düşәndә Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan Mәn sәni anlamasam da, sәn mәni anlayırsan Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni
  • Adım Orxan Zeynallı, yoxdur aka Özünə bir ədəd heykəl qoymaq istəyənlərə Qoyuram “feykəl” Mən star, yoxsa noname? Fərq etmir, həyat low key İstedadım full house gəlib Hip Hopdursa poker Bir qəpiklik reper deyiləm, okay Qazanıram ona görə də bir qəpik, yox Bir yanında iki dənə ok Kimlər üçün pik başlanğıc Kim üçün pik end’əm Həftəiçi konsert sold out Çünki özüm weekend’əm BreakDance backgroundum var, “Eddie”yəm Tekkendə Diplomatik talantım var, date edirem Merkellə Uçuram buradan, aləm dar Fəzada peykəm mən Sanki Polat Alemder, qızıldır hər kəlməm Hey, Bakı! Təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə Bakı, təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə Clavis on the track Hər beat aforizm Uğurumu həzm eləmirsən Pis işləyir metabolizm Mən alfa betta xarizma Meylim var hannibalizmə Düşürəm şöhrət izinə Düşəndə getto qan iznə Trekimi dinlə, disslike et, get baybay sonra Sönüb artıq yumor hissin Sönəcək wifi sonra “6 il yox idi deyə biletləri satılıb” deyənlərə Yüngülvari masterklass keçirəm Bu dəfə 6 ay sonra Mənəm məktəb Bunu həkk et Gəlin tək-tək Bərəkət aka cashback Soyadım trend hashtag Necə ki, idi “Gecikirəm məşqə” Getmir burger shake’lə Rip Morgenshternə Arada yeyirəm beefsteak Amma ki beef mənimçün boş şeydir Hey, Bakı! Təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə Bakı, təmiz, pakıq Acıq azadlığa, sevgiyə, bir də adrenalinə Səmadakı ulduzlarıq Cavab verir səsim zamanın tələbinə
  • Oyanır hamıdan tez, baxır pəncərədən Günəş rəngli saçlar, yaşıl göz, incə bədən Bir azdan oyanacaq həyatdə ən vacib insanlar Soruşacaqlar ki, hara baxırsan pəncərədən Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da Səsini çıxara bilməz, çünki o fədakardır Evin bütün yükünü kişilərin yerinə qaldırsa da Kompliment eşitmir, şirin sözə qulağı kardır Telefon əlindən alınıb, artıq iki ildən çoxdur Sinif yoldaşına zəng etməkdə günahkardır Münasibət qurmaqdan söhbət belə gedə bilməz Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi Düşünür - qəribədir bu tale, hər şey kələkdir Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı Xeyir və şər məclislərinə bər-bəzəkli O uşaqlıqdan bilir artıq nə düz, nə əyri Təhsil ikinci plandadır əsas ev işləridir Gələcək həyat yoldaşına indidən öyrəşməlidir Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?! Tanımadığın insanlara qarşı olsun sərt çöhrə Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların Valideyn tərəfindən təyin olur arzuların Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan Dəyişəcək divarlar, amma həyat hələ zindan Olmazmı ki, bu otaqdan onun da nazı qalsın? Əsas o deyil, əsas evin kişisi razı qalsın Əsas - qohumlar desin ki, o yaxşı qızdır Əsas - bu cəmiyyət desin ki, o yaxşı qızdır Axı o insan deyil, sadəcə kiminsə namusu Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
  • Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə taleyindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayı azaldıqca azalacaq səslər, hey Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir İçimdən səs gəlir