Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 9

  • Görəsən məndən neçə dənədir? Biri yerdə və biri göydədir Biri xoşbəxt və biri dərddədir Biri itkin və biri dəbdədir De görüm məndən neçə dənədir? Biri qəmgin, biri təntənədir Biri ölmüş, biri ürəkdədir Biri evdə, biri səhnədədir Kim bilir məndən neçə dənədir? Biri səssiz, biri nəğmədədir Biri bəmdə, o biri zildədir Biri geridə və biri öndədir Biri şərqdə, biri qərbdə Biri cənub, biri şimalda Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Rəqs et, amma, amma, amma utanma) Görəsən məndən neçə dənədir? Biri parlaq, biri kölgədədir Biri düzgün, biri döngədədir Biri üzgün və biri kefdədir De görüm məndən neçə dənədir? Biri susqun, biri deyingəndir Biri sükut, biri müharibədir Biri segah, biri tərəkəmədir Kim bilir məndən neçə dənədir? Biri sakit, biri zəlzələdir Biri sığal və biri zərbədir Biri təp təzə və biri köhnədir Nədir? Nədir? Nədir? Nədir? Nədir? Biri ölüb və biri əbədi Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Bil ki, səndən bir dənədir) (Bil ki, səndən bir dənədir) (Rəqs et, amma, amma, amma utanma) Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Rəqs et, amma, amma, amma utanma)
  • Dünyanın işinə bax Nə gözəldir bu gecə! Otumuşuq üz – üzə Ürəklər yaxın Saatına baxaraq "Gedim" deyər indicə İndi mənim yanımda Oturan qadın Saatına baxaraq "Gedim" deyər indicə İndi mənim yanımda Oturan qadın Gecələr yuxusuzdur Yalnız mənim könlümdə Məni özündən artıq İstəyən qadın Hər görüşün sonunda Həsrət qalır qəlbimdə Arxamca qapısından Su atan qadın Hər görüşün sonunda Həsrət qalır qəlbimdə Arxamca qapısından Su atan qadın Mənim öz ailəm var Qəribədir bu qismət Məndən ayrılıb getsən Qalaram həsrət Taleyimiz bu qədər Olduq biz uzaq – yaxın Bir gün ayrılıb gedər Sevdiyim qadın Taleyimiz bu qədər Olduq biz uzaq – yaxın Bir gün ayrılıb gedər Sevdiyim qadın Dünyanın işinə bax Qəribədir bu gecə! Otumuşuq üz – üzə Ürəklər yaxın Taleyimiz bu qədər Olduq biz uzaq – yaxın Bir gün ayrılıb gedər Sevdiyim qadın Taleyimiz bu qədər Olduq biz uzaq – yaxın Məndən ayrılıb gedər Sevdiyim qadın Məndən ayrılıb getmə Sevdiyim qadın Məndən ayrılıb getmə Sevdiyim qadın
  • Sənsiz ötüb keçən hər gün, hər gecəm Mənə ümid verib o xoş sözlərin Könlümü yandırıb yaşanan illər Sevgidən incidim bilsən nə qədər Sənsiz ötüb keçən hər gün, hər gecəm Mənə ümid verib o xoş sözlərin Könlümü yandırıb yaşanan illər Sevgidən incidim bilsən nə qədər Mən bilməzdim nədən bu sevgimizin O gözəl yolları ayrılar bir gün Bir zaman səninlə görüşsəm bəlkə Qəlbimdən bu kədər silinər, bitər Səninlə yenidən görüşə bilsəm Səninlə dil tapıb, barışa bilsəm Olub keçənləri unuda bilsəm İnan, səninlə heç ayrılmaram mən Səninlə yenidən görüşə bilsəm Səninlə dil tapıb, barışa bilsəm Olub keçənləri unuda bilsəm Səninlə heç zaman ayrılmaram mən İndi sənsiz qalıb xoş xatirələr Sənin gözlərinə həsrət qalmışam Qəlbimdə yaşanan o gözəl günlər Məni sənsiz qoyub, yenə bu axşam İndi sənsiz qalıb xoş xatirələr Sənin gözlərinə həsrət qalmışam Qəlbimdə yaşanan o gözəl günlər Məni sənsiz qoyub, yenə bu axşam Mən bilməzdim nədən bu sevgimizin O gözəl yolları ayrılar bir gün Bir zaman səninlə görüşsəm bəlkə Qəlbimdən bu kədər silinər, bitər Səninlə yenidən görüşə bilsəm Səninlə dil tapıb, barışa bilsəm Olub keçənləri unuda bilsəm İnan, səninlə heç ayrılmaram mən Səninlə yenidən görüşə bilsəm Səninlə dil tapıb, barışa bilsəm Olub keçənləri unuda bilsəm Səninlə heç zaman ayrılmaram mən Mən bilməzdim nədən bu sevgimizin O gözəl yolları ayrılar bir gün Bir zaman səninlə görüşsəm bəlkə Qəlbimdən bu kədər silinər, bitər Səninlə yenidən görüşə bilsəm Səninlə dil tapıb, barışa bilsəm Olub keçənləri unuda bilsəm İnan, səninlə heç ayrılmaram mən Səninlə yenidən görüşə bilsəm Səninlə dil tapıb, barışa bilsəm Olub keçənləri unuda bilsəm İnan, səninlə heç ayrılmaram mən
  • Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Həyəcanlandır, dəli ol arada Monotonluqdan bezir hər bir adam Gəl oyun çıxaraq, soyuq olma daha Sənə yalvarıram! Coş, çağır, bağır! Səbəb ol marağa Nəsə hərəkət elə! Qoyma darıxmağa! Mənə uyğunlaş azacıq Axı sel kimi çağlayıram! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Həyəcanlandır, dəli ol arada Monotonluqdan bezir hər bir adam Gəl oyun çıxaraq, soyuq olma daha Sənə yalvarıram! Coş, çağır, bağır! Səbəb ol marağa Nəsə hərəkət elə! Qoyma darıxmağa! Mənə uyğunlaş azacıq Axı sel kimi çağlayıram! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Aç mənə ürəyini Danış gizlinlərini Düşünmə hər nə olsa Kimsə nə deyər Gizlətmə hisslərini Duyuram atəşini İçək eşqin şərbətini Sonuna qədər Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?!
  • Sevgi adlı möcüzə, Toxunur hisslərimizə, Yaraşar bu eşq bizə. Sevda dolu gözlərin, Məni isidən o sözlərin, Bağlayar bir-birimizə. Bax, döyünür qəlbim, yaşama sevincimsən. Ol həyatımda, qal yanımda, Səni hiss edim hər anımda. Həm sağımda, həm solumda, Bir ömür sən ol xəyalımda. Bax, döyünür qəlbim, yaşama sevincimsən. Ömrümün qonağı, həyata həvəsimsən.
  • Əzizim, canım, gözüm, bu dərdə necə dözüm? Əzizim, canım, gözüm, yollarda qalıb gözüm Mənim kimi sevmədin, mənə boyun əymədin Əllərim ki, dəymədi sevdim səni nə fayda? Aldandım, suç etdim, bu sevdanı puç etdin Atıb məni sən getdin, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Səbrimi hicran kəsdi, ayrılığa kim tələsdi? Səbrimi hicran kəsdi, ayrılığa, canım, kim tələsdi? İz qoymadıq dodaqda nə də ki, al yanaqda İndi sən də uzaqda, sevdim səni nə fayda? Həmdəm oldun yada sən, məni atdın oda sən Eşqi verdin bada sən, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Taleyim sənin olsun, qəlbimə ümid dolsun Taleyim sənin olsun, qəlbimə ümid dolsun Gözlərimə baxmadın, damarımdan axmadın Yollarıma çıxmadın, sevdim səni nə fayda? Həmdəm oldun yada sən, məni atdın oda sən Eşqi verdin bada sən, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə
  • Mənim ürəyimi sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Mənim ağlımı sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Sevdiyim zəhləm getmiş Qonşunun gül balasıdı Sən demə o da, məni sevirmiş Xəbər verən öz xalasıdı Bütün davaların səbəbi o Başıma bəladı canı yanmış Məni sevən qızların qənimi o Od parçasıdı canı yanmış Ona elə baxdı, buna göz atdı Bu qıza söz atdı, o birinə çatdı Bizim sevgimiz bayavik kino Bu kino üçün gedirik sino Mənim ürəyimi sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Mənim ağlımı sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Sevdiyim zəhləm getmiş Ən yaraşıqlıdı küçəmizdə Sən demə o da, məni belə bilirmiş Minlərlə likelər selfimizdə Gözlərində işıq var, sözlərində tikan Bilmirsən mələkdi, yoxsa şeytan Bu qız alıb ağlımı başımdan Və bu davam edir, uşaq yaşımdan, hər gün Ona elə baxdı, buna göz atdı, hər gün Bu qıza söz atdı, o birinə çatdı Bizim sevgimiz bayavik kino Bu kino üçün gedirik sino Mənim ürəyimi sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Mənim ağlımı sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən
  • Sən güləndə yox olur gözlərin Baxışlarım təsvir edir sözlərimi Qucaqla məni göy üzünə səslənim Toxunsun hisslərimə qoy əllərini Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim Gəl... Gəmi ol limanımda Uzaqlaşma ol bir ömür yanımda Qucaqla məni, məni sev hər anımda Ürəyim döyünür, hələ zamanım var Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim
  • Gün gələr, gün gedər, ömür bitər Bir gecə düşər yada Ağlaya-ağlaya, ağlada-ağlada Gecələr nəğməsi Gün gələr, gün gedər, ömür bitər Bir gecə düşər yada Ağlaya-ağlaya, ağlada-ağlada Gecələr nəğməsi Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr Gənclik bağışlanılmaz, düz Ürəyi bağlayar buz Ölürmüş kimi susuz Bir gecəyə yaraya tökər duz Gecələr nəğməsi Gənclik bağışlanılmaz, düz Ürəyi bağlayar buz Ölürmüş kimi susuz Bir gecəyə yaraya tökər duz Gecələr nəğməsi Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr Gecələr, nə qədər gözəlmiş gecələr Gecələr, bir şirin qəzəlmiş gecələr
  • Hava var, hava var Hava var, hava var Hava var, hava var Hava var, hava var O günəşdir səhərimə Açmışam səhəri dəm Gecə onu unudar ay Uzanaram buludlara Sənə yol çəkir gözlərim Amma o çəkir gözlərin Yuxusuzam gecələrlə Gecə hərdən Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Hava var, hava var Hava var, hava var Hava var, hava var Hava var, hava var Ürəyinə yol tapdım Gedə-gedə çox addım Axtardım o dadı Gözlərim yoldadır Otaqda kölgələr Gözləyir gün gələr Yuxusuzam gecələrlə Gecə hərdən Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Hava var, hava var Hava var, hava var Hava var, hava var Hava var, hava var
  • Sən gəldin, ruhumun qidası mənim Göylərdən enmisən, bəyaz mələyim Allahın lütfüdür, mənə bəxş edib Səni gözlərinlə mənə sevdirib Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu Nə xoş bir təsadüf, unudulmaz an Çıxardı qarşıma səni Yaradan Gəl, sarıl, rəqs edək. Bir deyib gülək Ömürdən qaranlıq günləri silək Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu
  • Bəzi məqamlar var ki, məncə lazım deyil toxunmaq Məni sən məcbur elədin bu mövzuda oxumağa Mən edə bilərəm ərk Lap qışqıraram bərk Ağ götürmür bil ki, çirk Bunu eltməlisən dərk Həyatımı elə tərk Qoy burda məni tək Uyğun gəlmir yaşımız Budur aramızda yaşımız Toy boy, toy boy, toy boy... Bu mənim öz fəlsəfəm Yanılmışam bir dəfə Yaxşı oğlanlar az Yox sevgi, var məsafə Mən qısqancam, qaniçənəm Həddimi hərdən keçənəm Yuxularımda uçanam Bezdirsən tez qaçanam Toy boy, toy boy, toy boy...
  • İlk öncə təbəssüm gülüş Sonra gül al, hədiyyə elə, get tələsik görüş Bele bir-üç-beş davam edər Sonra bir gün də gəlib dəyər bura qədər (ha) Dağıdarsan qurduğun o xəyal evlərini Və bir il sonra eşidərsən evləniblər O vaxt "hər şeyinəm" deyən "heç nəyin" olur Bu da tək səni acıdan gerçəyin olur Var ayrılığa bir sıra bəhanələr Sən də gecə otur, ağla sabaha qədər Əşi boş ver, hər şey yolunda gedir O dəyişib həyatını, onun qoluna girir Heç tanımadan bilmədən gözlə yarı Amma bilə-bilə ki bu adam özgəyə yar Ona sərf edər, hamı bir səhv edər Deyib qancığın biri gəlib bir adamı məhv edər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər Çıx get, geridə qoy Amma götürdüyün qəlbi də yerinə qoy Get, sil, getsin bu yaddaşım Onsuz get-gedə getdikcə yadlaşırıq O əvvəlki sevgilər indi hardadır? Kimə baxsan elə hamı aldadır Deyin, günah hansı yardadır ki Gedilən yollar hamısı mı yarıdadır? Əl çatmaz hislər gələnə qədər Ya da qədrini bilməzlər gedənə qədər Var hələ nə qədər, mən bu günə qədər Heç sevgini görmədim ölənə qədər Bu ağrını tək çəkən deyil o yar Öncə söz verər, o sonra tək qoyar Ona da sərf edər, hamı səhv edər Deyib əclafın biri gəlib bir qadını məhv edər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər Elə birdən gələrlər Səni səndən edərlər Sən inanıb sevərsən Sonra səssiz gedərlər
  • Sevgilim, inan sözlərimə Bir baxış yetər gözlərimə Sən getdin, inan Tükəndi səbrim, sevgilim Mən indi sənsiz de neyləyim? Həsrətdən solur bu ürəyim Hardasan? Söylə, sevgilim, harda? Hardasan? Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Dünyanı sənsiz neyləyirəm? Yoruldum artıq, dözməyirəm Yandırır məni hər gün, hər gecə Ürəyim… Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Nə olar, qəlbim, unut getsin Nə olar, qəlbim, unut getsin
  • Pərişan halıma ortaq olanım Bütün dərdlərimə dərman olanım Mənim ürəyimdə məskən salanım Yoxdur səndən başqa içdən yananım Ey dost Mənim yuxularıma yol göstərənim Kimsə sənin qədər dəyər vermədi Sən getdin qalmadı heç bir təsəllim Rəsmindən alıram ətrini indi Ey dost İstəsəydin dünyanın axırına gedərdim İstəsəydin canımı sənə fəda edərdim Gücüm yetdiyi qədər çalışdım, vuruşdum mən Bir zamanı, bir səni dayandıra bilmədim Can dostum indi sən göydəsən mən isə yerdə Can dostum dünyanın dərdini böldük bir yerdə Can dostum ağladıq bir yerdə, güldük bir yerdə İndi yoxluğuna mən necə dözüm Doğmalar içində ən doğma kəsim Olmazsa olmazım, döyünən nəbzim Cismin çıxıb gedər bəlkə də dostum Ruhun mənimlədir, bu mənim bəsim Ey dost İstəsəydin dünyanın axırına gedərdim İstəsəydin canımı sənə fəda edərdim Gücüm yetdiyi qədər çalışdım, vuruşdum mən Bir zamanı, bir səni dayandıra bilmədim Can dostum indi sən göydəsən mən isə yerdə Can dostum dünyanın dərdini böldük bir yerdə Can dostum ağladıq bir yerdə, güldük bir yerdə İndi yoxluğuna mən necə dözüm Can dostum indi sən göydəsən mən isə yerdə Can dostum dünyanın dərdini böldük bir yerdə Can dostum ağladıq bir yerdə, güldük bir yerdə İndi yoxluğuna mən necə dözüm
  • Ey mənim dünyam Ey mənim dünyam Qəlbimi üzər həsrətin, səni hər vaxt anaram Qəlbimi üzər həsrətin, səni hər vaxt anaram Ürəyimdə kədər-qəm, hey Neyləyim, ağlaram yanaram Yanaram Ürəyimdə kədər-qəm, hey Neyləyim, ağlaram yanaram Yanaram Neyləyim, ağlaram yanaram Məhəbbətdən qəlbimdə yara Yalqızam dünyada yalqızam Göydən küsüb bir sönən tənha Ulduzam bir sönən ulduzam Məhəbbətdən qəlbimdə yara Yalqızam dünyada yalqızam Göydən küsüb bir sönən tənha Ulduzam bir sönən ulduzam Ey mənim eşqim Ey mənim qəlbim Ürəyim sənsiz darıxır Gözü yolda qalmışam Ürəyim sənsiz darıxır Gözü yolda qalmışam Xəyalınla danışıram, hey Hər gecə, hər axşam Hər axşam, hər axşam Xəyalınla danışıram, hey Hər gecə, hər axşam Hər axşam, hər axşam Hər gecə, hər axşam Hər axşam Məhəbbətdən qəlbimdə yara Yalqızam dünyada yalqızam Göydən küsüb bir sönən tənha Ulduzam bir sönən ulduzam Hər gecə, hər axşam Məhəbbətdən qəlbimdə yara Yalqızam dünyada yalqızam Göydən küsüb bir sönən tənha Ulduzam bir sönən ulduzam Məhəbbətdən qəlbimdə yara Yalqızam dünyada yalqızam Göydən küsüb bir sönən tənha Ulduzam bir sönən ulduzam
  • Yollarda bir baxış gəzər, dolanar Qəlbimdə hey yanar odlar qalanar Bu nə gözdür, yaşlar süzər Ya sənindir, ya mənim Günün qara, ağına bax, əzizim Günün qara, ağına bax, sevgilim Həsrət çəkən ürəyim, ümidim Sinəsində dağına bax, əzizim Bu ürəyin dili həsrət çəkəcək Bağımdakı gülü həsrət çəkəcək Bu təmiz eşqin ümidi Ya sənindir, ya mənim Günün qara, ağına bax, əzizim Günün qara, ağına bax, sevgilim Həsrət çəkən ürəyim, ümidim Sinəsində dağına bax, əzizim Günün qara, ağına bax, əzizim Günün qara, ağına bax, sevgilim Həsrət çəkən ürəyim, ümidim Sinəsində dağına bax, əzizim Əzizim
  • Kim inandırıyor seni olmayacak o dua?! Sen uyuttun ama ben uyandırayım bir daha asla Arar mıyım? Yok! Cayar mıyım? Yok! Hayat senden ibaret sandım Alakası yok! Arar mıyım? Yok! Cayar mıyım? Yok! Hayat senden ibaret sandım Alakası yok! (Bunların acısı senden çıkacak!) Pes ettim, feshettim sözlerimi Söylemedim sayılsın Seni unuttuğum doğrudur, Kesin bilgi yayılsın Pes ettim, feshettim sözlerimi Söylemedim sayılsın Seni unuttuğum doğrudur, Kesin bilgi yayılsın Kim inandırıyor seni olmayacak o dua?! Sen uyuttun ama ben uyandırayım bir daha asla Arar mıyım? Yok! Cayar mıyım? Yok! Hayat senden ibaret sandım Alakası yok! Arar mıyım? Yok! Cayar mıyım? Yok! Hayat senden ibaret sandım Alakası yok! (Bunların acısı senden çıkacak!) Pes ettim, feshettim sözlerimi Söylemedim sayılsın Seni unuttuğum doğrudur, Kesin bilgi yayılsın Pes ettim, feshettim sözlerimi Söylemedim sayılsın Seni unuttuğum doğrudur, Kesin bilgi yayılsın Pes ettim, feshettim sözlerimi Söylemedim sayılsın Seni unuttuğum doğrudur, Kesin bilgi yayılsın Pes ettim, feshettim sözlerimi Söylemedim sayılsın Seni unuttuğum doğrudur, Kesin bilgi yayılsın.
  • İzlər düşüb yollara Baxma çox Yuxum çəkilib dara Gözləyirəm, gözləyirəm Gözləyirəm, gözləyirəm Gəl, gəl elə bu gecə Gəl, gəl elə indicə Bilirsən səni necə Gözləyirəm, gözləyirəm Bəs deyilmi, ahu-zar Üzür məni intizar Gəl məni qəmdən qurtar Gözləyirəm, gözləyirəm Gözləyirəm, gözləyirəm Gəl, gəl elə bu gecə Gəl, gəl elə indicə Bilirsən səni necə Gözləyirəm, gözləyirəm Səni kim unudar kim? Mən müttəhim, sən hakim Bir də sən çıxar qərar, ah Gözləyirəm, gözləyirəm Gözləyirəm, gözləyirəm Gəl, gəl elə bu gecə Gəl, gəl elə indicə Bilirsən səni necə Gözləyirəm, gözləyirəm Sevgilim, mən səni hər zaman, hər vaxt, həmişə gözləyirəm…
  • Bir də “salam”, doğma insan Sənə necə də mən şadam Bəlkə saysan, nə az nə çox Bir yüz ildir mən sənsizəm Səni tanıdım səsindən, təbəssümündən Saçım ağarsa da inan, xatirəmdən Silinmədi sənlə olan anlar İndi sənli yuxular Gözümdən uzaqda yaşasan da sən Bil ki, sevməyi mənə öyrədən ilk sevgilimsən Bu həyatda biz sənlə dost kimi qaldıq Amma ən ülvi hissləri biz bir yerdə tanıdıq Gözümdən uzaqda yaşasan da sən Bil ki, sevməyi mənə öyrədən ilk sevgilimsən Bu həyatda biz sənlə dost kimi qaldıq Amma ən ülvi hissləri biz bir yerdə tanıdıq Bir də “salam”, doğma insan Sənə necə də mən şadam Bəlkə saysan, nə az nə çox Bir yüz ildir mən sənsizəm Səni tanıdım səsindən, təbəssümündən Saçım ağarsa da inan, xatirəmdən Silinmədi sənlə olan anlar İndi sənli yuxular Gözümdən uzaqda yaşasan da sən Bil ki, sevməyi mənə öyrədən ilk sevgilimsən Bu həyatda biz sənlə dost kimi qaldıq Amma ən ülvi hissləri biz bir yerdə tanıdıq Gözümdən uzaqda yaşasan da sən Bil ki, sevməyi mənə öyrədən ilk sevgilimsən Bu həyatda biz sənlə dost kimi qaldıq Amma ən ülvi hissləri biz bir yerdə tanıdıq
  • Aşiq oldum necə bir tazə gülü-rənayə Aşiq oldum necə bir tazə gülü-rənayə Ki, salıbdır məni ol işvə ilə qövqayə Ki, salıbdır məni ol işvə ilə qövqayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Ah Gözümün qanı ilə sinəmi al etdim ki Gözümün qanı ilə sinəmi al etdim ki Səbəbi-sənət ola al bütü bir pərvayə Səbəbi-sənət ola al bütü bir pərvayə Pərvayə, pərvayə Bu bir işdir ki, məni iynə kimi incəldib Salır iplik kimi hərdən bir uzun sövdayə Salır iplik kimi hərdən bir uzun sövdayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Ah
  • Heç bilmirəm nə görmüşəm, gülüm, səndə Üzüm gülür biz görüşəndə Sevgilim, hər gün səni mən gözləyirəm Bir vəfalı yar izləyirəm Ah, neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar, yar, yar, yar Neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar Hicran özün bu dünyada nahaq yorur Bu yollar bizi qovuşdurur Elə bilmə ayrılırıq, gen düşürük Dünya dardır, biz görüşürük Ah, neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar, yar, yar, yar Neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar Heç bilmirəm nə görmüşəm, gülüm, səndə Üzüm gülür biz görüşəndə Yazda çiçək, qışda nicat gözləyirik Bir vəfalı yar izləyirik Ah, neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar, yar, yar, yar Neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar Ah, neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar, yar, yar, yar Neyləsin bu yollar, hardasa sevgi var Bizi gəzib hey axtarır, yar Bizi gəzib hey axtarır, yar Bizi gəzib hey axtarır, yar
  • Hər gecə səni, yar, səslədim Yolunu sübhədək gözlədim Mən səni araram, araram Gül, çiçək sanaram, sanaram Mən səni araram, araram Gül, çiçək sanaram, sanaram Göz yaşım sel olar, yar, sənsiz Bülbüləm, neylərəm çəmənsiz? Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Hər gecə səni, yar, səslədim Yolunu sübhədək gözlədim Mən səni araram, araram Gül, çiçək sanaram, sanaram Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Rəhm eylə, yamandır intizar
  • Bu gün təqvimə baxdım yenə Gün həmin gündür Sən yoxsan niyə Darıxdım sənin üçün Səni özlədim deyə Eşq dediyimi Ürəyimnən siləməzsən Mən necə sevdiyimi Sən bilə biləməzsən Soyuq küləklər əsdi Əl çəkdim daha bəsdi De kimlər yolun kəsdi Sənsizəm, Sənsizəm Yenə duyğular coşdu Sanma ürəyim boşdu Mənə belədə xoşdu Sənsizəm, Sənsizəm Duymadın, anlamadın Qəlbimdə bu sevgini Kim istəyir canım desin Get səni başqası sevsin Umrumda deyil Boş vermişəm, çox sevmişəm Gör necə bilməmişəm Mən səni istəmişəm Soyuq küləklər əsdi Əl çəkdim daha bəsdi De kimlər yolun kəsdi Sənsizəm, Sənsizəm Yenə duyğular coşdu Sanma ürəyim boşdu Mənə belədə xoşdu Sənsizəm, Sənsizəm O xəyalları, röyaları unutmuşam Sən verdiyin gülləri, çiçəkləri qurutmuşam O xəyalları, röyaları unutmuşam Sən verdiyin gülləri, çiçəkləri qurutmuşam Soyuq küləklər əsdi Əl çəkdim daha bəsdi De kimlər yolun kəsdi Sənsizəm, Sənsizəm Yenə duyğular coşdu Sanma ürəyim boşdu Mənə belədə xoşdu Sənsizəm, Sənsizəm