Татарский переводчик Узбекские песни

Песня «Yaşayaq» исполнителя Brilliant Dadaşova. Скачать или слушать онлайн

Текст песни:

Sən gəldin, ruhumun qidası mənim
Göylərdən enmisən, bəyaz mələyim
Allahın lütfüdür, mənə bəxş edib
Səni gözlərinlə mənə sevdirib

Yaşayaq hər anı biz doya-doya
Sığınaq səmaya, Günəşə, Aya
Qorusun mələklər bu sevgimizi
Ucaldaq zirvəyə bir-birimizi
Buraxma əlimi, sevgilim mənim
Önümdə sən parla, ulduzum mənim
Alışan qəlbinlə isit ruhumu
Eşqin aydınlatsın gedən yolumu

Nə xoş bir təsadüf, unudulmaz an
Çıxardı qarşıma səni Yaradan
Gəl, sarıl, rəqs edək. Bir deyib gülək
Ömürdən qaranlıq günləri silək

Yaşayaq hər anı biz doya-doya
Sığınaq səmaya, Günəşə, Aya
Qorusun mələklər bu sevgimizi
Ucaldaq zirvəyə bir-birimizi
Buraxma əlimi, sevgilim mənim
Önümdə sən parla, ulduzum mənim
Alışan qəlbinlə isit ruhumu
Eşqin aydınlatsın gedən yolumu

Yaşayaq hər anı biz doya-doya
Sığınaq səmaya, Günəşə, Aya
Qorusun mələklər bu sevgimizi
Ucaldaq zirvəyə bir-birimizi
Buraxma əlimi, sevgilim mənim
Önümdə sən parla, ulduzum mənim
Alışan qəlbinlə isit ruhumu
Eşqin aydınlatsın gedən yolumu
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Sənə verdim əlimi Ürəyimi, qəlbimi Sevgi məktubu kimi Xəlvətdə oxu məni Sənə verdim əlimi Ürəyimi, qəlbimi Sevgi məktubu kimi Xəlvətdə oxu məni Yanır ürəyim, ürəyim yanır Çırpınır, səni anır Bülbülə də qısqanır Güllərin çoxu məni Ah? yanır ürəyim, ürəyim yanır Çırpınır, səni anır Bülbülə də qısqanır Güllərin çoxu məni Sevgi şirin bir paydır Ürəklərə hopaydı Qolun üstə tapaydı Bir şirin yuxu məni Sevgi şirin bir paydır Ürəklərə hopaydı Qolun üstə tapaydı Bir şirin yuxu məni Yanır ürəyim, ürəyim yanır Çırpınır, səni anır Bülbülə də qısqanır Güllərin çoxu məni Ah? yanır ürəyim, ürəyim yanır Çırpınır, səni anır Bülbülə də qısqanır Güllərin çoxu məni
  • Yalanından yalan olmaz Onu yadına salan olmaz Salam versə, alan olmaz Hm, ondan adam olmaz Yalanından yalan olmaz Onu yadına salan olmaz Salam versə, alan olmaz Eh, ondan adam olmaz Bir gecədə soldu güllərim Yandı qəlbim, doldu küllərim Aldatmaz məni o gözlərin Dar yerdə qoydum o gülləri Yalanından yalan olmaz Onu yadına salan olmaz Salam versə, alan olmaz Hm, ondan adam olmaz Yalanından yalan olmaz Onu yadına salan olmaz Salam versə, alan olmaz Ondan adam olmaz Pəncərəmdən üzülən Gözlərimdən süzülən Daha baxmaram mən üzünə Sürünə-sürünə qal Gəl-gəl mənim qadamı al Yalanından yalan olmaz Onu yadına salan olmaz Salam versə, alan olmaz Hm, ondan adam olmaz Yalanından yalan olmaz Onu yadına salan olmaz Salam versə, alan olmaz Eh, ondan adam olmaz Bir gecədə soldu güllərim Yandı qəlbim, doldu küllərim Aldatmaz məni o gözlərin Geridə qoydum o günləri Yalanından yalan olmaz Onu yadına salan olmaz Salam versə, alan olmaz Hm, ondan adam olmaz Salam versə, alan olmaz Ey, ondan adam olmaz
  • Yel toxundu yarpaqlara Nəğmə qondu dodaqlara Yel toxundu yarpaqlara Nəğmə qondu dodaqlara Dönüb baxdım uzaqlara Səni gördüm, ay sevgilim Dönüb baxdım uzaqlara Səni gördüm, ay sevgilim Səni, səni, səni gördüm Səni gördüm, ay sevgilim Səni, səni, səni gördüm Səni gördüm, ay sevgilim Ya fikirli gəzəndə mən Gah özümdən küsəndə mən Ya fikirli gəzəndə mən Gah özümdən küsəndə mən Gözəllərin gözündə mən Səni gördüm, ay sevgilim Gözəllərin gözündə mən Səni gördüm, ay sevgilim Bir mehriban üz görəndə Bir cüt ala göz görəndə Ay, bir mehriban üz görəndə Bir cüt ala göz görəndə Qara gözlü üz görəndə Səni gördüm, ay sevgilim Qara gözlü üz görəndə Səni gördüm, ay sevgilim Bir mehriban üz görəndə Bir cüt ala göz görəndə Ay, bir mehriban üz görəndə Bir cüt ala göz görəndə Qara gözlü yar görəndə Səni gördüm, ay sevgilim Qara gözlü yar görəndə Səni gördüm, ay sevgilim Səni, səni, səni gördüm Səni gördüm, ay sevgilim Səni, səni, səni gördüm Səni gördüm, ay səni gördüm Yar, can, yar, hey
  • Yene payiz geldi gonaglar kimi soldu mehebbetim yarpaglar kimi urek pichildayir dodaglar kimi kulek, niye bele esirsen kulek niye umidimi kesirsen kulek Sevgilim gorushe chagirib meni Men neje unudum olub-kecheni O deyir astaca, sevirem seni kulek, niye bele esirsen kulek sen niye sozumu kesirsen kulek O urek agridi, urek incitdi Konlumun sevimli nagmasi bidti sanki mehebbetim xeyaldi, getdi kulek, niye bele esirsen kulek niye umidimi kesirsen kulek
  • Bu gözəl gündə Sənə sevgimdən danışım Səni görən gündən Az qaldı yanım, alışım İndi mən xoşbəxtəm Canım, səninlə xoşbəxtəm Olmasın bir günüm Sənsiz, sevgilim İndi mən xoşbəxtəm Canım, səninlə xoşbəxtəm Olmasın bir günüm Sənsiz, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Bir sözünlə gülərəm Bir sözünlə ağlaram Tərk etsən məni Bu qəlbimi bağlaram Bu sevgi nəğməmi Oxuyuram mən səninçün Ad günün mübarək Canım sevgilim Bu sevgi nəğməmi Oxuyuram mən səninçün Ad günün mübarək Canım sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də gözəldir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Nə yaxşı ki, sən varsan Varsan, sevgilim

Похожие исполнители