Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 8

  • Onun adı dünyadır Sözlərdən mənalı Elə gözəldir, oldum İlk gündən sevdalı Yuxu kimi şirin Həm də, olduqca ecazkar Onun adı dünyadır Bir vaxtlar sanmışdım daim var Onun adı dünyadır Fani imiş, çox qəddarmış, qəddar Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan, dünyadan Yoruldum dünyadan, dünyadan Onun adı dünyadır O heç kimə qalmaz Hamımıza düşmandır Düşmandan dost olmaz Bizi elə hala saldı Sevdik, ona bağlandıq Onun adı dünyadır Eşqindən od tutub odlandıq Onun adı dünyadır Aldatdı, bizlər də aldandıq Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan, dünyadan Yoruldum dünyadan, dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan, dünyadan Yoruldum dünyadan, dünyadan
  • Kusangkakan panas berpanjangan Rupanya gerimis, rupanya gerimis mengundang Dalam tak sedar ku kebasahan Pernah juga kau pinta perpisahan Aku sangkakan itu hanyalah gurauan Nyata kau serius dalam senyuman Bukan sekejap denganmu Bukan mainan hasratku Engkau pun tahu niatku Tulus dan suci Senang benar kau ucapkan Kau anggap itu suratan Sikit pun riak wajahmu Tiada terkilan Hanya aku separuh nyawa Menahan sebak di dada Sedangkan kau bersahaja Berlalu tanpa kata Terasa diri amat terhina kau lakukan Terasa diri amat terhina kau lakukan Bukan sekejap denganmu Bukan mainan hasratku Engkau pun tahu niatku Tulus dan suci Senang benar kau ucapkan Kau anggap itu suratan Sikit pun riak wajahmu Tiada terkilan Sia-sia kukorban selama ini Jika kasihku, jika hatiku Kau guris oh oh oh... Dalam tak sedar ku menangis
  • Səni gördüm yenə soyuq baxışın Dondurdu gözümü De, niyə məni görəndə çalışıb Gizlətdin üzünü? Səni gördüm yenə soyuq baxışın Dondurdu gözümü De, niyə məni görəndə çalışıb Gizlətdin üzünü? Onsuz da biz yenə görüşə bilərik Hardasa səninlə üz-üzə gələrik Bəlkə də o günü ömürdən silərik Əgər sönsə məhəbbət Axtararsan hərdən o baxışlarımı Göydən yağan həsrətin yağışlarımı Bilmirəm, bəlkə də unutdum adını Sönsə sevgi, sönsə ümid Yenə gördüm səni, baxıb boylandım Gizlicə arxanca Bilmirəm nədən ilk görüşü andım Çevrilib baxınca Yenə gördüm səni, baxıb boylandım Gizlicə arxanca Bilmirəm nədən ilk görüşü andım Çevrilib baxınca Onsuz da biz yenə görüşə bilərik Hardasa səninlə üz-üzə gələrik Bəlkə də o günü ömürdən silərik Əgər sönsə məhəbbət Axtararsan hərdən o baxışlarımı Göydən yağan həsrətin yağışlarımı Bilmirəm, bəlkə də unutdum adını Sönsə sevgi, sönsə ümid Onsuz da biz yenə görüşə bilərik Hardasa səninlə üz-üzə gələrik Bəlkə də o günü ömürdən silərik Əgər sönsə məhəbbət Axtararsan hərdən o baxışlarımı Göydən yağan həsrətin yağışlarımı Bilmirəm, bəlkə də unutdum adını Sönsə sevgi, sönsə ümid Sönsə sevgi, sönsə ümid Sönsə sevgi, sönsə ümid
  • Sən güləndə yox olur gözlərin Baxışlarım təsvir edir sözlərimi Qucaqla məni göy üzünə səslənim Toxunsun hisslərimə qoy əllərini Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim Gəl... Gəmi ol limanımda Uzaqlaşma ol bir ömür yanımda Qucaqla məni, məni sev hər anımda Ürəyim döyünür, hələ zamanım var Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Göy üzünə yox, dön üzümə bax Döyüntülərin bürüsün otağı Nəfəsimi al və səsimi dad Getmək asan əvəzinə qal Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim Sən həyatıma girəndən dəyişib hərşey sevgilim Sevgilim
  • Bəzən bir söz Tək bir kəlmə bir ömrü dəyişir İki ayrı ürəklərdə Sevgilər birləşir Ya qəlbini tam açarsan Ya seçərsən siyah bəyaz Sonuna qədər getsəndə Sevgidə boz rənglər olmaz Sevgilinin gözlərinə Toxunanda baxışların Dərddən sərdən Bir şey qalmaz Doldur ürəyimi Ürəyim sevda şərabından dadsın Yandır ürəyimi Həsrətindən yansın, bədənimi sarsın Sən qır ürəyimi Təki başqa biri olmasın Ürəyim, eşqim sənə fəda olsun
  • Əzizim, canım, gözüm, bu dərdə necə dözüm? Əzizim, canım, gözüm, yollarda qalıb gözüm Mənim kimi sevmədin, mənə boyun əymədin Əllərim ki, dəymədi sevdim səni nə fayda? Aldandım, suç etdim, bu sevdanı puç etdin Atıb məni sən getdin, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Səbrimi hicran kəsdi, ayrılığa kim tələsdi? Səbrimi hicran kəsdi, ayrılığa, canım, kim tələsdi? İz qoymadıq dodaqda nə də ki, al yanaqda İndi sən də uzaqda, sevdim səni nə fayda? Həmdəm oldun yada sən, məni atdın oda sən Eşqi verdin bada sən, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Taleyim sənin olsun, qəlbimə ümid dolsun Taleyim sənin olsun, qəlbimə ümid dolsun Gözlərimə baxmadın, damarımdan axmadın Yollarıma çıxmadın, sevdim səni nə fayda? Həmdəm oldun yada sən, məni atdın oda sən Eşqi verdin bada sən, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə
  • Bir addımım qədər o mənə yaxındır Yetmir əlim ona, sanki uzaqdır Susan tərəfdə o, sevən tərəfdə mən Nədir bu duyğular, bilə bilsəm… Bax, hələ də duya bilmədi məni Anlamadı gözlərimdən Hər görəndə həyəcanlanır qəlbim Çıxacaq sanki yerindən İlişki durumu - qarışıq Nə gəlir, nə də ki, danışır Nə qaçır məndən o Nə də ki, alışır İlişki durumu - qarışıq Hisslərim ikili yarışır Nə məndən ayrılır Nə də ki, alışır Mən çarə aradım O da bəhanələr Nə qəlbimi qırar Nə sevindirər Bəzən bir gülüşü Mənə ümid verər Günlərcə görünməz Sonra dönər İlişki durumu - qarışıq Nə gəlir, nə də ki, danışır Nə qaçır məndən o Nə də ki, alışır İlişki durumu - qarışıq Hisslərim ikili yarışır Nə məndən ayrılır Nə də ki, alışır İlişki durumu - qarışıq Nə gəlir, nə də ki, danışır Nə qaçır məndən o Nə də ki, alışır İlişki durumu - qarışıq Hisslərim ikili yarışır Nə məndən ayrılır Nə də ki, alışır
  • The battle has begun And we must move as one Despite what we've done We can achieve And yes we bleed And we scar But we can't forget Who we are Now we've reached the stars We can't stop believin' We used to be enemies Now we need us We're gonna be backin up Backin up And with every move With every breath we take We're gonna march on Like there's nothing in our way We're gonna march on on Like soldiers - not afraid We're carved in time Here on the front line We're gonna march on on We're gonna march We're gonna march We're gonna march on We know what lies up ahead Up ahead But we push push on instead Of turning out backs on a Friend we begin To relaise what we've achieved We used to be enemies Now we need us We're gonna be backin up Backin up And with every move With every breath we take We're gonna march on Like there's nothing in our way We're gonna march on on Like soldiers - not afraid We're carved in time Here on the front line We're gonna march on on We're gonna march We're gonna march We're gonna march on 1, 2, 3, 4 Just keep marchin on the floor 5, 6, 7, 8 Get up it's never too late 8, 7, 6, 5 Everybody come alive 4, 3, 2, 1 Keep on marchin' march on Keep on marchin' march on Keep on marchin' march on Keep on marchin' march on We're gonna march on Like there's nothing in our way We're gonna march on on Like soldiers - not afraid We're carved in time Here on the front line We're gonna march on on We're gonna march We're gonna march We're gonna march on
  • Sən gəldin, ruhumun qidası mənim Göylərdən enmisən, bəyaz mələyim Allahın lütfüdür, mənə bəxş edib Səni gözlərinlə mənə sevdirib Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu Nə xoş bir təsadüf, unudulmaz an Çıxardı qarşıma səni Yaradan Gəl, sarıl, rəqs edək. Bir deyib gülək Ömürdən qaranlıq günləri silək Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu
  • Toxunma mənə, sevgilim Sənə oyrəşməkdən qorxuram, Qorxuram səni dəlilər kimi sevib, Səni itirməkdən qorxuram Gizlin gizlin baxma mənə, gözlərimiz dona bilər Bizim gizli sevgimizi qorxuram ki hamı bilər Anlamıram günahmıdır mən edirəm Ozgəsinin sevgilisini mən sevirəm Neyləyim ki, özümlə mən bacarmıram Yalnız onu düşünürəm, yalnız onu mən sevirəm Kimə desək eşqimizi, anlamaz ki heç kim bizi Röyalarda biz yaşadaq gizli olan, gizli qalan sevgimizi Gizlin gizlin baxma mənə, gözlərimiz dona bilər Bizim gizli sevgimizi qorxuram ki hamı bilər Anlamıram günahmıdır mən edirəm Ozgəsinin sevgilisini mən sevirəm Neyləyim ki, özümlə mən bacarmıram Yalnız onu düşünürəm, yalnız onu mən sevirəm
  • Dodağına gizlicə toxunaydı nəfəsim Səninlədir həyatım yaşamağa həvəsim Dodağına gizlicə toxunaydı nəfəsim Səninlədir həyatım yaşamağa həvəsim İstərəm ki, təkcə mənim olasan (təkcə mənim olasan) Ömür boyu mənlə qoşa qalasan Bu günümüz, bu anımız geri dönməz bir daha (bir daha) Getmə gülüm, mənimlə qal, ümid yoxdur sabaha Dayanaraq üz-üzə saatlarla qalaydıq Yatmayaraq sübhədək xəyallara dalaydıq Dayanaraq üz-üzə saatlarla qalaydıq Yatmayaraq sübhədək xəyallara dalaydıq İstərəm ki, təkcə mənim olasan (təkcə mənim olasan) Ömür boyu mənlə qoşa qalasan Bu günümüz, bu anımız geri dönməz bir daha (bir daha) Getmə gülüm, mənimlə qal, ümid yoxdur sabaha
  • "Salam qaqaş", - de görüm, - "necəsən hə?" Bizdən xəbərin yox, xəbərsizdi küçə səndən Buralar dağınıq Ghetto, ora-bura deyil mərkəz kimi Sənə bir ismarıc atsam, o dəqiqə mərkəz bilir Gəzəndə bahalı maşın, yanında yekəpərlər Yatanda təkmi yatırsan? Gəlirmi gecə pərilər? Məktəbdə də müəllimlər sənə yazmıyıb qayıblarını Rahat ol, diplomlu fəhlə tikib saraylarını Yanında yaxınların, uzaqların, qohumların Əynində bahalı geyim, bahalı saat qolundadı Amma mən tikanlı yollarda da heç yorulmadım Ayağımdakı ayaqqabını da dünən Mall'dan oğurladım Sənə bunu yazdım deyə işə qarışar PPX (ha) Vay, işə bax, məndə imiş marixuana Yaşadığın həyatı heç görməmişik yuxuda Siz Oliqarx, Biz Xuliqan! Biz Xuliqan! Həri biz Xuliqan! (Biz xuliqan) Amma biz Xuliqan!(biz xuliqan) Biz Xuliqan, həri biz Xuliqan! Biz Xuliqan, həri biz Xuliqan! Amma biz Xuliqan!(biz xuliqan) Biz Xuliqan, həri biz Xuliqan "Daha-daha necəsən dost", - de, - "başqa nə var, nə yox?" Məni də ki soruşma, boş ver, mənəm də, həmənki o Gedirəm həmənki yol, və hələ də rap-zad deyirəm Sənə çox hörmət edirlər, mənə çox "respect" deyirlər Olmayıb puldan azmağım, axı var puldan azlığım Həyatda pul deyil hər şey, həyat amma puldan asılıdır Deyirsən: "Niyə təksən, yanında bəs dostun hanı?" Baxaq da ciblərimə, nə qədər dostum qalıb Mən ele bil heç bayıra çıxmadım hələ sərhəddən Sən isə xarici gəz, tətilə get hər həftə Sənindi göy Xəzər, Bakı, sənindi yarımada da Görəsən, nece olur həyat uzaqda bir adada? Biraz var həyacan məndə Uçacam qanad mənim İnanki bunu yazanda əlim əsirdi adrenalindən Mən, necə tərləmişəm, nəysə Hələlik, dost, gözləyəcəm, gəl həmişə! Biz xuliqan (biz xuliqan), həri biz xuliqan Amma biz xuliqan, biz xuliqan Həri biz xuliqan, biz xuliqan Həri biz xuliqan, biz xuliqan Biz xuliqan, həri biz xuliqan
  • Mənim ürəyimi sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Mənim ağlımı sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Sevdiyim zəhləm getmiş Qonşunun gül balasıdı Sən demə o da, məni sevirmiş Xəbər verən öz xalasıdı Bütün davaların səbəbi o Başıma bəladı canı yanmış Məni sevən qızların qənimi o Od parçasıdı canı yanmış Ona elə baxdı, buna göz atdı Bu qıza söz atdı, o birinə çatdı Bizim sevgimiz bayavik kino Bu kino üçün gedirik sino Mənim ürəyimi sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Mənim ağlımı sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Sevdiyim zəhləm getmiş Ən yaraşıqlıdı küçəmizdə Sən demə o da, məni belə bilirmiş Minlərlə likelər selfimizdə Gözlərində işıq var, sözlərində tikan Bilmirsən mələkdi, yoxsa şeytan Bu qız alıb ağlımı başımdan Və bu davam edir, uşaq yaşımdan, hər gün Ona elə baxdı, buna göz atdı, hər gün Bu qıza söz atdı, o birinə çatdı Bizim sevgimiz bayavik kino Bu kino üçün gedirik sino Mənim ürəyimi sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən Mənim ağlımı sən zəbt etmisən Ölürəm dərdindən bunu bilirsən
  • Yadıma gah yaxın, gah uzaq düşər Xatirə qonağım olar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar Xəyallar axışıb gələr sel kimi Kövrəlib, nazilən incə tel kimi Arzular bir zərif, həssas əl kimi Könlümün tarını çalar axşamlar Arzular bir zərif, həssas əl kimi Könlümün tarını çalar axşamlar Ürəyim min sözlə dolar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar
  • Ayrılıb məndən getmisən Neyləyim indi sənsiz, yarım? Qəlbimi viran etmisən Dünyaya sığmaz intizarım Daşdır, daşdır ürəyim Sənsiz, sənsiz neyləyim? Ayrılıb məndən getmisən Neyləyim indi sənsiz, yarım? Qəlbimi viran etmisən Dünyaya sığmaz intizarım Daşdır, daşdır ürəyim Sənsiz, sənsiz neyləyim? Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Dözmürəm, qayıt, əzizim Yenə də qoşa-qoşa gəzək Qəlbimə dəyməz bir sözün Yenə də gəl-gəl, deyək, gülək Tez gəl, tez gəl, sevgilim Üzdü məni bu zülm Dözmürəm, qayıt, əzizim Yenə də qoşa-qoşa gəzək Qəlbimə dəyməz bir sözün Yenə də gəl-gəl, deyək, gülək Tez gəl, tez gəl, sevgilim Üzdü məni bu zülm Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Tez gəl, tez gəl, sevgilim Üzdü məni bu zülm Tez gəl, tez gəl, sevgilim Üzdü məni bu zülm Daşdır, daşdır ürəyim Sənsiz, sənsiz neyləyim? Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan Harda, harda qalmısan? Məni dərdə salmısan
  • Bu son görüşdür Bir daha sənə Titrək əlimlə toxunum Son nəfəsinlə Bu öpüşləri Aparım dodaqlarımdan Ağladım için-için Yolunu gözləməkdən Sənsiz sevən ürəyi Neyləyirəm mən? Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz… Sənsiz… Səni sevməklə Mən nə biləydim İçimə dolacaq qəhər? Mən sənə kövrək Ömrümü verdim Apar onu, bəxşiş apar Ağladım için-için Yolunu gözləməkdən Sənsiz sevən ürəyi Neyləyirəm mən? Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz Sənsizəm mən, bir Kəlmənə möhtacam Sənsiz…
  • Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o O gedəndən bəri, baxıram yollara Kaş o yollar onu yenidən qaytara O düşünməz ki, heç yarı onsuz ölər Amma mən gözlədim, ümid etdim, gələr Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Mən onun illərdir ki, həsrətindəyəm Anlamır onsuz nə qədər çətindəyəm Hadisələr tez dəyişirkən yerini Mən yenə əvvəlki görüş yerindəyəm Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Yenə mən qatmışam gecəni gündüzə Gəzirəm hər yeri, o görünmür gözə Neçə vaxtdır ondan, nə soraq var, nə səs Demişdi "gələrəm", görən nə oldu bəs? Gəlmədi, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Gəlmədi o, gəlmədi o Mənim nələr çəkdiyimi bilmədi o Mənim nələr çəkdiyimi bilmədi o Mənim nələr çəkdiyimi bilmədi o
  • Axdı göz yaşlarım bulağa döndü Sonuncu ümidim şam kimi söndü Hayana boylandım əksin göründü Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir Gözlərim yollara boylanıb qalıb Əllərim bəxt camını əlimdən salıb Ayrılıq canımı, canımdan alıb Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir
  • Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Həyəcanlandır, dəli ol arada Monotonluqdan bezir hər bir adam Gəl oyun çıxaraq, soyuq olma daha Sənə yalvarıram! Coş, çağır, bağır! Səbəb ol marağa Nəsə hərəkət elə! Qoyma darıxmağa! Mənə uyğunlaş azacıq Axı sel kimi çağlayıram! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Həyəcanlandır, dəli ol arada Monotonluqdan bezir hər bir adam Gəl oyun çıxaraq, soyuq olma daha Sənə yalvarıram! Coş, çağır, bağır! Səbəb ol marağa Nəsə hərəkət elə! Qoyma darıxmağa! Mənə uyğunlaş azacıq Axı sel kimi çağlayıram! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Aç mənə ürəyini Danış gizlinlərini Düşünmə hər nə olsa Kimsə nə deyər Gizlətmə hisslərini Duyuram atəşini İçək eşqin şərbətini Sonuna qədər Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?!
  • Sənə çox "can" dedim, ey can Can olub neyləmisən? Demə "canan" özünə Cananım olub neyləmisən? Sənə çox "can" dedim, ey can Can olub neyləmisən? Demə "canan" özünə Cananım olub neyləmisən? Sənə çox "can" dedim, ey can Can olub neyləmisən? Demə "canan" özünə Cananım olub neyləmisən? Sənə çox "can" dedim, ey can Can olub neyləmisən? Demə "canan" özünə Cananım olub neyləmisən? Getmisən daima biganəni şad eyləmisən Aşiqi həsrət ilə viran qoyub neyləmisən? Getmisən daima biganəni şad eyləmisən Aşiqi həsrət ilə viran qoyub neyləmisən? Demə imkanım olanda mən səni yad eylərəm O qədər fürsət olub, imkanın olub neyləmisən? Sənə çox "can" dedim, ey can Can olub neyləmisən? Demə "canan" özünə Cananım olub neyləmisən? Bivəfasan, gözəlim, səndə vəfa görməmişəm Aşiqin həsrət ilə viran olub neyləmisən? Sənə çox "can" dedim, ey can Can olub neyləmisən? Demə "canan" özünə Cananım olub neyləmisən? Sənə çox "can" dedim, ey can Can olub neyləmisən? Demə "canan" özünə Cananım olub neyləmisən?
  • Görəsən məndən neçə dənədir? Biri yerdə və biri göydədir Biri xoşbəxt və biri dərddədir Biri itkin və biri dəbdədir De görüm məndən neçə dənədir? Biri qəmgin, biri təntənədir Biri ölmüş, biri ürəkdədir Biri evdə, biri səhnədədir Kim bilir məndən neçə dənədir? Biri səssiz, biri nəğmədədir Biri bəmdə, o biri zildədir Biri geridə və biri öndədir Biri şərqdə, biri qərbdə Biri cənub, biri şimalda Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Rəqs et, amma, amma, amma utanma) Görəsən məndən neçə dənədir? Biri parlaq, biri kölgədədir Biri düzgün, biri döngədədir Biri üzgün və biri kefdədir De görüm məndən neçə dənədir? Biri susqun, biri deyingəndir Biri sükut, biri müharibədir Biri segah, biri tərəkəmədir Kim bilir məndən neçə dənədir? Biri sakit, biri zəlzələdir Biri sığal və biri zərbədir Biri təp təzə və biri köhnədir Nədir? Nədir? Nədir? Nədir? Nədir? Biri ölüb və biri əbədi Sanki məndən min dənədir Yalnız səndən bir dənədir Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Bil ki, səndən bir dənədir) (Bil ki, səndən bir dənədir) (Rəqs et, amma, amma, amma utanma) Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Hamı bir yerdə "ouo-ouo" Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm Bil ki, səndən bir dənədir Bir dənədir, bir dənədir Sən mənim bir dənəmsən, bir dənəm (Rəqs et, amma, amma, amma utanma)