Татарский переводчик Узбекские песни

Песня «Ya Sənindir Ya Mənim» исполнителя Zülfiyyə Xanbabayeva. Скачать или слушать онлайн

Текст песни:

Yollarda bir baxış gəzər, dolanar
Qəlbimdə hey yanar odlar qalanar
Bu nə gözdür, yaşlar süzər
Ya sənindir, ya mənim
Günün qara, ağına bax, əzizim
Günün qara, ağına bax, sevgilim
Həsrət çəkən ürəyim, ümidim
Sinəsində dağına bax, əzizim
Bu ürəyin dili həsrət çəkəcək
Bağımdakı gülü həsrət çəkəcək
Bu təmiz eşqin ümidi
Ya sənindir, ya mənim
Günün qara, ağına bax, əzizim
Günün qara, ağına bax, sevgilim
Həsrət çəkən ürəyim, ümidim
Sinəsində dağına bax, əzizim
Günün qara, ağına bax, əzizim
Günün qara, ağına bax, sevgilim
Həsrət çəkən ürəyim, ümidim
Sinəsində dağına bax, əzizim
Əzizim
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Öyrət unutmağa, unudum səni Sən mənə sevməyi öyrədən kimi Sənli günlərimi atım qəlbimdən Yarpaqlar ağacdan tökülən kimi Nə olar, sən mənim köməyimə gəl Düşünək birlikdə, unudum səni Açarı səndədir bağlı qapımın Ver onu, bir yolluq unudum səni Sən mənə sevməyi öyrətdiyintək Unutmaq yolunu bəlkə bilirsən Onsuz da sonu yox bu məhəbbətin Axı sən özgənin, mənim deyilsən Sən mənə sevməyi öyrətdiyintək Unutmaq yolunu bəlkə bilirsən Onsuz da sonu yox bu məhəbbətin Axı sən özgənin, mənim deyilsən Mən səni unutmaq istədiyim an Gözümün önündən gəlib keçirsən Mənə unutmağı öyrət, sevgilim Silim gözlərimdən axan yaşımı Nə olar, sən mənim köməyimə gəl Düşünək birlikdə, unudum səni Açarı səndədir bağlı qapımın Ver onu, bir yolluq unudum səni Sən mənə sevməyi öyrətdiyintək Unutmaq yolunu bəlkə bilirsən Onsuz da sonu yox bu məhəbbətin Axı sən özgənin, mənim deyilsən Sən mənə sevməyi öyrətdiyintək Unutmaq yolunu bəlkə bilirsən Onsuz da sonu yox bu məhəbbətin Axı sən özgənin, mənim deyilsən Sən mənə sevməyi öyrətdiyintək Unutmaq yolunu bəlkə bilirsən Onsuz da sonu yox bu məhəbbətin Axı sən özgənin, mənim deyilsən Sən mənə sevməyi öyrətdiyintək Unutmaq yolunu bəlkə bilirsən Onsuz da sonu yox bu məhəbbətin Axı sən özgənin… Axı sən heç kimin Elə mənimsən…
  • Şuşanın dağları başı dumanlı, Qırmızı qoftalı yaşıl tumanlı, Dərdindən ölməyə çoxdu gümanım. Ay qız, bu nə qaş-göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da, balam, barı gül. Şuşada axşamlar yanar ulduzlar, Onlardan gözəldi gəlinlər, qızlar, Oturub yol üstə yarını gözlər. Ay qız, bu nə qaş-göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da, balam, barı gül. Şuşanın hər yandan gəlir sorağı, Tərifə layiqdir İsa bulağı, Dağları, bağları, qızlar oylağı. Ay qız, bu nə qaş-göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da, balam, barı gül.
  • Aylar keçər, dolanar il Səni deyib gəzərəm mən Ayrılıq ki, ölüm deyil Ayrılığa dözərəm mən Aylar keçər, dolanar il Səni deyib gəzərəm mən Ayrılıq ki, ölüm deyil Ayrılığa dözərəm mən Gəlməsən də, tək sənə yaram mən Sən var olsan, bil ki, varam mən Yalnız səndən nigaranam mən Ölmərəm, dözərəm sənsiz Nə dünyadan, nə də səndən Öz bəxtimdən küsərəm mən Sən nigaran qalma məndən Ayrılığa dözərəm mən Nə dünyadan, nə də səndən Öz bəxtimdən küsərəm mən Sən nigaran qalma məndən Ayrılığa dözərəm mən Gəlməsən də, tək sənə yaram mən Sən var olsan, bil ki, varam mən Gəlməsən də, tək sənə yaram mən Ölmərəm, dözərəm sənsiz Yalnız səndən nigaranam mən Ölmərəm, dözərəm sənsiz
  • Yenə o mənsiz Yenə tək-tənha Durub baxıram tənha otağa Yoxsan sən artıq, sənsizəm daha Donub qalmışam Mən baxa-baxa. Yenə o mənsiz Yenə tək-tənha Durub baxıram tənha otağa Yoxsan sən artıq, sənsizəm daha Donub qalmışam Mən baxa-baxa. Sənsiz Arzularım boşa getdi Sevgimiz belə bitdi Neyləyim, bilmirəm. Dağılsın belə dünya Yox olsun belə sevda Nə deyim Bilmirəm... Arzularım boşa getdi Sevgimiz belə bitdi Neyləyim, bilmirəm. Dağılsın belə dünya Yox olsun belə sevda Nə deyim Bilmirəm... Tükənmiiş arzum Yoxdur diləyim. Ürək sözümü kimə sözləyim Demək belə imiş taleyim mənim Olan olubdur, indi neyləyim. Tükənmiiş arzum Yoxdur diləyim. Ürək sözümü kimə sözləyim Demək belə imiş taleyim mənim Olan olubdur, indi neyləyim. Sənsiz Arzularım boşa getdi Sevgimiz belə bitdi Neyləyim, bilmirəm. Dağılsın belə dünya Yox olsun belə sevda Nə deyim Bilmirəm... Arzularım boşa getdi Sevgimiz belə bitdi Neyləyim, bilmirəm. Dağılsın belə dünya Yox olsun belə sevda Nə deyim Bilmirəm... Yenə o mənsiz Yenə tək-tənha Durub baxıram tənha otağa Sənsizəm daha Sənsizəm daha
  • Bütün yollarımı boran-qar alıb Bütün arzularım solub, salarıb Ümidim sönməyən sevgimə qalıb Sevgimi əlimdən alma, ey zalım Bütün yollarımı boran-qar alıb Bütün arzularım solub, salarıb Ümidim sönməyən sevgimə qalıb Sevgimi əlimdən alma, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım Bütün yollarımı boran-qar alıb Bütün arzularım solub, salarıb Ümidim sönməyən sevgimə qalıb Sevgimi əlimdən alma, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım

Похожие исполнители