Татарский переводчик Узбекские песни

Песня «O Qadın»
исполнителя Адалят Шукюров.
Скачать или слушать онлайн

Текст песни:

Dünyanın işinə bax
Nə gözəldir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın
Saatına baxaraq
"Gedim" deyər indicə
İndi mənim yanımda
Oturan qadın
Saatına baxaraq
"Gedim" deyər indicə
İndi mənim yanımda
Oturan qadın
Gecələr yuxusuzdur
Yalnız mənim könlümdə
Məni özündən artıq
İstəyən qadın
Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın
Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın
Mənim öz ailəm var
Qəribədir bu qismət
Məndən ayrılıb getsən
Qalaram həsrət
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın

Dünyanın işinə bax
Qəribədir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın
Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Məndən ayrılıb gedər
Sevdiyim qadın
Məndən ayrılıb getmə
Sevdiyim qadın
Məndən ayrılıb getmə
Sevdiyim qadın

Другие песни исполнителя:

  • Əzizim, canım, gözüm, bu dərdə necə dözüm? Əzizim, canım, gözüm, yollarda qalıb gözüm Mənim kimi sevmədin, mənə boyun əymədin Əllərim ki, dəymədi sevdim səni nə fayda? Aldandım, suç etdim, bu sevdanı puç etdin Atıb məni sən getdin, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Səbrimi hicran kəsdi, ayrılığa kim tələsdi? Səbrimi hicran kəsdi, ayrılığa, canım, kim tələsdi? İz qoymadıq dodaqda nə də ki, al yanaqda İndi sən də uzaqda, sevdim səni nə fayda? Həmdəm oldun yada sən, məni atdın oda sən Eşqi verdin bada sən, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Taleyim sənin olsun, qəlbimə ümid dolsun Taleyim sənin olsun, qəlbimə ümid dolsun Gözlərimə baxmadın, damarımdan axmadın Yollarıma çıxmadın, sevdim səni nə fayda? Həmdəm oldun yada sən, məni atdın oda sən Eşqi verdin bada sən, sevdim səni nə fayda? Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə Bənövşə bizim bağda, lalələr uca dağda Gül açır solda, sağda sən gələndə Yağış da damla-damla yağarmış hey aramla Gülüm, məni harayla sən gələndə
  • Sənin adın nədir, ay gözəl? Sənin adına qurban olum Dayan, söyləyim sənə qəzəl Qoyma məni bir gültək solum Ay qız, keçmə bizim məhlədən (Bir də keçmə) Hamı baxıb sənə heyran olur Nə olar, bir söz alım səndən! (Bir söz alım) Dayan, getmə, incimə məndən Dünya sənindir, gözəl Aləm sənindir Sevgi bir baldır, gözəl O da sənin Gözlər sənindir, gözəl Sözlər sənindir Vallah, bir ürəyim var O da sənin Nələr dedim, nə dillər tökdüm Bir də keçmə bizim məhlədən Nə istəyirsən, denən görüm Göydə ulduzları da dərrəm Ay qız, keçmə bizim məhlədən Bu ürəkdə nələr var, nələr! Vahidin qəzəlləri məndən Mən səndən bir söz alan olum Dünya sənindir, gözəl Aləm sənindir Sevgi bir baldır, gözəl O da sənin (Aman, Allah!) Gözlər sənindir, gözəl Sözlər sənindir Vallah, bir ürəyim var O da sənin Dünya sənindir, gözəl Aləm sənindir Sevgi bir baldır, gözəl O da sənin Gözlər sənindir, gözəl Sözlər sənindir Vallah, bir ürəyim var O da sənin Dünya sənindir, gözəl Aləm sənindir Sevgi bir baldır, gözəl O da sənin Gözlər sənindir, gözəl Sözlər sənindir Vallah, bir ürəyim var O da sənin Dünya sənindir, gözəl Aləm sənindir Sevgi bir baldır, gözəl O da sənin Gözlər sənindir, gözəl Sözlər sənindir Vallah, bir ürəyim var O da sənin
  • Kimləri, kimləri, unutdu dünya kimləri? Nə qalır hər itən addan? Nələri, nələri unutdu dünya nələri? Gör nələr çıxıbdır yaddan! Kimləri, kimləri, unutdu dünya kimləri? Küsüb getdi bu həyatdan Nələri, nələri unutdu dünya nələri? Yada düşmür heç bircə an Nələr olub bu həyatda? Bu gün varsan, sabah yoxsan Nələr çıxıb yaddan hətta Yadda qalmaq deyil asan Sən döyün, ürəyim, sən döyün Unutma sən bir tarix yazan insanı Sən döyün, ürəyim, sən döyün, ürəyim Tək unutma ötən hər anı Ürəyim, ürəyim, döyün, dayanma, ürəyim Dayanmağa haqqın yoxdur Ürəyim, ürəyim, nələr çəkirsən, ürəyim? Əzabın sevincdən çoxdur Nələr gördün bu həyatda? Nələr keçdi, keçdi nələr? Yavaş-yavaş çıxır yaddan Acı, şirin xatirələr Sən döyün, ürəyim, sən döyün Unutma sən bir tarix yazan insanı Sən döyün, ürəyim, sən döyün, ürəyim Tək unutma ötən hər anı Ürəyim, nələr ay, çəkirsən, ürəyim Kimləri, unutdu dünya kimləri? Nələri, unutdu dünya nələri? Küsüb getdi, ay balam, bu həyatdan Aman, aman, ay aman ey! Nələr gördün bu həyatda? Nələr keçdi, keçdi nələr? Yavaş - yavaş çıxır yaddan Acı, şirin xatirələr Kimləri, kimləri, unutdu dünya kimləri? Nə qalır hər itən addan? Nələri, nələri unutdu dünya nələri? Gör nələr çıxıbdır yaddan! Kimləri, kimləri, unutdu dünya kimləri? Küsüb getdi, bu həyatdan Nələri, nələri unutdu dünya nələri? Yada düşmür heç bircə an
  • Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Şəhərdən uzaqdayam İsti yay aylarında Şəhərdən uzaqdayam Hər il mən bu təhərdə Rayondayam səfərdə Bu istidə şəhərdə Nə var kef-damaqdayam Canının qədrin bilir Qaçıb istidən gəlir Səhər çayda dincəlib Axşamı bulaqdayam Səhər çayda dincəlib Axşamı bulaqdayam Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Doğma Sumqayıtdayam İsti yay aylarında Doğma Sumqayıtdayam Almıram istini vecə Olursa olsun necə Dostlarımla hər gecə Bağda yığıncaqdayam Mən istidən qıraqda İsti məndən uzaqda Yay aylarında bağda Qubada, Nabrandayam Yay aylarında bağda Qubada, Nabrandayam Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Mərdəkanda bağdayam İsti yay aylarında Mərdəkanda bağdayam Dəniz ləzzəti bizdə Günəşdən özünü gözlə Gah sərin dənizdə Gah isti torpaqdayam Eylədikcə diqqəti Dalğaların söhbəti Ruha verir ləzzəti Gör nə gözəl çağdayam Ruha verir ləzzəti Gör nə gözəl çağdayam Yay gəldi, mən bağdayam Rayondayam, dağdayam İsti yay aylarında Bilgəhdə, Şabrandayam İsti yay aylarında Buzovnada bağdayam Zirədə, Qaladayam
  • Sən mənim gözlərimə bax Gözlərimdə axtarıb taparsan sevgiyə cavab Bəlkə də, başa düşərsən sən Saçlarımın düzümünü pozan küləklər Xəyalımdan keçənləri duyan ürəklər Xoş arzular, saf duyğular, təmiz diləklər Sənə olan məhəbbətimdir Tənha keçən günlərimin xəyalı sevgim İndi düşüb qismətimdən aralı sevgim Gəl, ey mənim intizarım, bəlalı sevgim Sənsiz qalmaq yaman çətindir Hər sözümün, hər fikrimin özüsən Niyə bilmək istəmirsən düzü sən? İstəyirsən, həyatından mən gedim Mənim başı bəlalı sevgim Hər sözümün, hər fikrimin özüsən Niyə bilmək istəmirsən düzü sən? İstəyirsən, həyatından mən gedim Mənim başı bəlalı sevgim Hər görüşün xatirəsi sıxar qəlbimi Çəkilməyən dəqiqələr alar səbrimi Bir alovun dillərindən alır şam kimi Yanıb gedən sədaqətimdir Duya bilməz bu sevdanı həsrət çəkməyən Bir həyatı viran edib uzaqlaşma sən Nəyim varsa, bu sevdaya bağışlayım mən Sənin eşqin, səadətindir Hər sözümün, hər fikrimin özüsən Niyə bilmək istəmirsən düzü sən? İstəyirsən, həyatından mən gedim Mənim başı bəlalı sevgim Hər sözümün, hər fikrimin özüsən Niyə bilmək istəmirsən düzü sən? İstəyirsən, həyatından mən gedim Mənim başı bəlalı sevgim Hər sözümün, hər fikrimin özüsən Niyə bilmək istəmirsən düzü sən? İstəyirsən, həyatından mən gedim Mənim başı bəlalı sevgim Sən mənim gözlərimə bax Gözlərimdə axtarıb taparsan sevgiyə cavab Bəlkə də başa düşərsən sən Sən mənim gözlərimə bax Gözlərimdə axtarıb taparsan sevgiyə cavab Bəlkə də başa düşərsən sən