Татарский переводчик Узбекские песни

Песня «Sevən Tərəfdə Mən» исполнителя Zülfiyyə Xanbabayeva. Скачать или слушать онлайн

Текст песни:

Bir addımım qədər o mənə yaxındır
Yetmir əlim ona, sanki uzaqdır
Susan tərəfdə o, sevən tərəfdə mən
Nədir bu duyğular, bilə bilsəm…
Bax, hələ də duya bilmədi məni
Anlamadı gözlərimdən
Hər görəndə həyəcanlanır qəlbim
Çıxacaq sanki yerindən
İlişki durumu - qarışıq
Nə gəlir, nə də ki, danışır
Nə qaçır məndən o
Nə də ki, alışır
İlişki durumu - qarışıq
Hisslərim ikili yarışır
Nə məndən ayrılır
Nə də ki, alışır
Mən çarə aradım
O da bəhanələr
Nə qəlbimi qırar
Nə sevindirər
Bəzən bir gülüşü
Mənə ümid verər
Günlərcə görünməz
Sonra dönər
İlişki durumu - qarışıq
Nə gəlir, nə də ki, danışır
Nə qaçır məndən o
Nə də ki, alışır
İlişki durumu - qarışıq
Hisslərim ikili yarışır
Nə məndən ayrılır
Nə də ki, alışır
İlişki durumu - qarışıq
Nə gəlir, nə də ki, danışır
Nə qaçır məndən o
Nə də ki, alışır
İlişki durumu - qarışıq
Hisslərim ikili yarışır
Nə məndən ayrılır
Nə də ki, alışır
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Bəlaya düşmüşəm, dərdim tapılmır Bilmirəm nə edim, düzü çətindir Sevsəm yanacağam, sevsəm yanacağam Sevməsəm ömürlük cinayətimdir Bəlaya düşmüşəm, dərdim tapılmır Bilmirəm nə edim, düzü çətindir Sevsəm yanacağam, sevsəm yanacağam Sevməsəm ömürlük cinayətimdir Cinayətimdir... Mən elə qatiləm, cəzam yaşamaq Dərd çəkib, ömürlük alışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Ya Rəbbim, bu həyat necə saxtadır Yaxşıya, yamana eyni yer verir Görən taledədir, yoxsa bəxtdədir? Hamı yaxşıları yaman gec görür Yaman gec görür Mən elə qatiləm, cəzam yaşamaq Dərd çəkib, ömürlük alışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Mən elə qatiləm, cəzam yaşamaq Dərd çəkib, ömürlük alışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Cəzam yaşamaq Barışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Barışam gərək
  • Gizləmə, sevgini görürəm Gizləmə, çox şeyi bilirəm Səninlə gözəldir duyğular Gerçəkdir ən gözəl nağıllar Bütün gecələrimi Səninlə istərəm Qulağına yavaşca “Səni sevirəm” deyərəm Bu hisslər bitməsin Son nəfəsədək olum sənin Nəfəsinlə isinim, yanım Eşqindən sərxoş olum, canım Bu hisslər bitməsin Son nəfəsədək olum sənin Nəfəsinlə isinim, yanım Eşqindən sərxoş olum, canım Bütün gecələrimi Səninlə istərəm Qulağına yavaşca “Səni sevirəm” deyərəm Bu hisslər bitməsin Son nəfəsədək olum sənin Nəfəsinlə isinim, yanım Eşqindən sərxoş olum, canım Bu hisslər bitməsin Son nəfəsədək olum sənin Nəfəsinlə isinim, yanım Eşqinlə sərxoş olum, canım (Bu hisslər məni dəli edir)
  • Şuşanın dağları başı dumanlı, Qırmızı qoftalı yaşıl tumanlı, Dərdindən ölməyə çoxdu gümanım. Ay qız, bu nə qaş-göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da, balam, barı gül. Şuşada axşamlar yanar ulduzlar, Onlardan gözəldi gəlinlər, qızlar, Oturub yol üstə yarını gözlər. Ay qız, bu nə qaş-göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da, balam, barı gül. Şuşanın hər yandan gəlir sorağı, Tərifə layiqdir İsa bulağı, Dağları, bağları, qızlar oylağı. Ay qız, bu nə qaş-göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da, balam, barı gül.
  • Sevgi – köçəri bir quş Özgə budağa qonmuş İntizar həsrətdir sirdaşlarım Yenə də yağır yağış Hər bir günüm axtarış Qurumaq bilmir bu göz yaşlarım Mən səni hardan tapım? Açıqdır bu könül qapım Qurtar məni yağışlardan Qurtar məni Mən səni hardan tapım? Açıqdır bu könül qapım İzlər silinib yollardan İzlər silinib yollardan Ayrılıb gedən gündən Mən küsmüşəm taledən Bürünüb niski ilə saf arzular Bu yollar zülmət qara Məni qaytar bahara Bəs niyə gecikir bizim bahar? Mən səni hardan tapım? Açıqdır bu könül qapım Qurtar məni yağışlardan Qurtar məni Mən səni hardan tapım? Açıqdır bu könül qapım İzlər silinib yollardan İzlər silinib yollardan Mən səni hardan tapım? Açıqdır bu könül qapım Qurtar məni yağışlardan Qurtar məni Mən səni hardan tapım? Açıqdır bu könül qapım İzlər silinib yollardan İzlər silinib yollardan İzlər silinib yollardan Silinib…
  • Yenə də, yenə də mən sənsizəm Yolunu gözlərəm Yenə də pərişan bir dənizəm Sahildə izlərim Yol çəkir gözlərim, çəkir yenə Gəl, gəl səninlə üz-üzə Gəl, gəl dayanaq Gəl, gəl nur düşsün hər izə Qəlbimin sevgisi istəyir səni Gəl, gəl səninlə göz-gözə Gəl, gəl dayanaq Gəl, gəl qovuşaq gündüzə Qəlbimin sevgisi istəyir tək səni Gözlərəm mən səni Yenə də, yenə də, mən yenə də Üzüldüm həsrətdən Yenə də alışdı qəlb sinədə İntizar əlindən Gözlərəm səni mən Səni yenə… Gəl, gəl səninlə üz-üzə Gəl, gəl dayanaq Gəl, gəl nur düşsün hər izə Qəlbimin sevgisi istəyir səni Gəl, gəl səninlə göz-gözə Gəl, gəl dayanaq Gəl, gəl qovuşaq gündüzə Qəlbimin sevgisi istəyir tək səni Gözlərəm mən səni Gəl, gəl səninlə üz-üzə Gəl, gəl dayanaq Gəl, gəl nur düşsün hər izə Qəlbimin sevgisi istəyir səni Gəl, gəl səninlə göz-gözə Gəl, gəl dayanaq Gəl, gəl qovuşaq gündüzə Qəlbimin sevgisi istəyir tək səni Gözlərəm mən səni Gözlərəm mən səni (Mən səni…)

Похожие исполнители