Татарский переводчик Узбекские песни

Песня «Dünya»
исполнителя Brilliant Dadaşova.
Скачать или слушать онлайн

Текст песни:

Onun adı dünyadır
Sözlərdən mənalı
Elə gözəldir, oldum
İlk gündən sevdalı
Yuxu kimi şirin
Həm də, olduqca ecazkar
Onun adı dünyadır
Bir vaxtlar sanmışdım daim var
Onun adı dünyadır
Fani imiş, çox qəddarmış, qəddar
Bilməzdim insan ömrü heçdir
Çox günlər, aylar, illər keçdi
Bezdim mən artıq bu sevdadan
Yoruldum dünyadan
Bilməzdim insan ömrü heçdir
Çox günlər, aylar, illər keçdi
Bezdim mən artıq bu sevdadan
Yoruldum dünyadan, dünyadan
Yoruldum dünyadan, dünyadan

Onun adı dünyadır
O heç kimə qalmaz
Hamımıza düşmandır
Düşmandan dost olmaz
Bizi elə hala saldı
Sevdik, ona bağlandıq
Onun adı dünyadır
Eşqindən od tutub odlandıq
Onun adı dünyadır
Aldatdı, bizlər də aldandıq
Bilməzdim insan ömrü heçdir
Çox günlər, aylar, illər keçdi
Bezdim mən artıq bu sevdadan
Yoruldum dünyadan
Bilməzdim insan ömrü heçdir
Çox günlər, aylar, illər keçdi
Bezdim mən artıq bu sevdadan
Yoruldum dünyadan, dünyadan
Yoruldum dünyadan, dünyadan

Bilməzdim insan ömrü heçdir
Çox günlər, aylar, illər keçdi
Bezdim mən artıq bu sevdadan
Yoruldum dünyadan, dünyadan
Yoruldum dünyadan, dünyadan

Другие песни исполнителя:

  • Aşiq oldum necə bir tazə gülü-rənayə Aşiq oldum necə bir tazə gülü-rənayə Ki, salıbdır məni ol işvə ilə qövqayə Ki, salıbdır məni ol işvə ilə qövqayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Ah Gözümün qanı ilə sinəmi al etdim ki Gözümün qanı ilə sinəmi al etdim ki Səbəbi-sənət ola al bütü bir pərvayə Səbəbi-sənət ola al bütü bir pərvayə Pərvayə, pərvayə Bu bir işdir ki, məni iynə kimi incəldib Salır iplik kimi hərdən bir uzun sövdayə Salır iplik kimi hərdən bir uzun sövdayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Aşiq oldum, aşiq oldum, aşiq oldum Necə bir tazə gülü-rənayə Ah
  • [Bənd 1] Canım-gözüm, xəncər sözün Yaraladı bildir məni Canım-gözüm, xəncər sözün Yaraladı bildir məni Söz yarası yaman olur Göynədir bir ildir məni Söz yarası yaman olur Göynədir bir ildir məni [Nəqərat] Neyçün könül dağladarsan? Göz yaşlarım çağladarsan Sonra min yol ağladarsan İndi bir yol güldür məni Neyçün könül dağladarsan? Göz yaşlarım çağladarsan Sonra min yol ağladarsan İndi bir yol güldür məni [Bənd 2] Gecələrdir, gündüzlərdir Dilimdə acı sözlərdir Gecələrdir, gündüzlərdir Dilimdə acı sözlərdir Ah, o gözlər nə gözlərdir! Öldürür, dirildir məni Ah, o gözlər nə gözlərdir! Öldürür, dirildir məni [Nəqərat] Neyçün könül dağladarsan? Göz yaşlarım çağladarsan Sonra min yol ağladarsan İndi bir yol güldür məni Neyçün könül dağladarsan? Göz yaşlarım çağladarsan Sonra min yol ağladarsan İndi bir yol güldür məni Neyçün könül dağladarsan? Göz yaşlarım çağladarsan Sonra min yol ağladarsan İndi bir yol güldür məni Neyçün könül dağladarsan? Göz yaşlarım çağladarsan Sonra min yol ağladarsan İndi bir yol güldür məni İndi bir yol güldür məni İndi bir yol güldür məni
  • Könlüm çiçək deyil Dolana əllərdə Könlüm külək deyil Dolana çöllərdə Könlüm çiçək deyil Dolana əllərdə Könlüm külək deyil Dolana çöllərdə Bu ürəyim bir nəğmədir Hərdən səslənir Öz eşqinin ilhamından dinir Bu ürəyim bir nəğmədir Hərdən səslənir Öz eşqinin ilhamından dinir Könlüm çiçək deyil Dolana əllərdə Könlüm külək deyil Dolana çöllərdə Könlüm çiçək deyil Dolana əllərdə Könlüm külək deyil Dolana çöllərdə Könlüm bülbül deyil Qəfəsə salına Könlüm kaman deyil Əllərdə çalına Könlüm bülbül deyil Qəfəsə salına Könlüm kaman deyil Əllərdə çalına Bu ürəyim bir dünyadır Sevər, sevilər Öz eşqinin ilhamından dinər Bu ürəyim bir dünyadır Sevər, sevilər Öz eşqinin ilhamından dinər Könlüm bülbül deyil Qəfəsə salına Könlüm kaman deyil Əllərdə çalına Könlüm bülbül deyil Qəfəsə salına Könlüm kaman deyil Əllərdə çalına Könlüm çiçək deyil Könlüm külək deyil dolana çöllərdə Könlüm çiçək deyil Dolana əllərdə Könlüm külək deyil Dolana çöllərdə Könlüm bülbül deyil Qəfəsə salına Könlüm kaman deyil Əllərdə çalına