Татарский переводчик Узбекские песни

Популярные азербайджанские песни.
Страница 6

Pop

Pop (популярная музыка) — область массовой культуры, охватывающая различные формы, жанры и стили развлекательной и прикладной музыки
  • Sən Odlar Yurdunun İdmançı övladı Hər yerdə qalib gəl Uca tut bu adı Gör neçə azərkeş gözləri Zirvədə gözləyir sizləri Gör neçə azərkeş gözləri Zirvədə gözləyir sizləri Bu dünyanı qoy dolansın Bayrağımız dalğalansın Qələbəyə gedən yolda Qəlbimizdə məşəl yansın Zəfərlər naminə səslənsin Qoy ucalsın himnimizin sədası Sizinlə birlikdə sevinsin Hər bir eldə Azərbaycan dünyası Dəyanətli, məğlubolmaz El qızları, igidləri Gücünüzə arxayınıq Uğurla qayıdın geri Sabaha boylanır inamı Zəfərlə fəth edir dünyanı Xalqına bəxş edir bayramı Bizim Azərbaycan idmanı Gələcək zəfərlər bizimdir! İlhamlı səhərlər bizimdir! Gələcək zəfərlər bizimdir! İlhamlı səhərlər bizimdir! Sönməyən odlar ocağım Müqəddəs ana torpağım Kaş olsun hər vaxt zirvədə Üç rəngli, milli bayrağım Hər vaxt ucal! Qələbə çal! Azərbaycan!
  • Üşüyürəm bənövşətək, bənövşəni kim dərəcək Kim dərəcək, səni məntək kim sevəcək? Yaxına gəl, qurban olum, qurban olum Üşüyürəm bənövşətək, bənövşəni kim dərəcək Kim dərəcək, səni məntək kim sevəcək? Yaxına gəl, qurban olum, qurban olum Bağçanızda gülə döndüm Saralmış sünbülə döndüm Həsrətindən külə döndüm, həsrətindən külə döndüm Yaxın gəl, yaxın gəl qurbanın olum Pəncərənə düşən ayam, (Düşən ayam) Sevən qəlbin arzusuyam. (Arzusuyam) Sən alovsan, mənsə suyam Yaxına gəl qurban olum, qurban olum Pəncərənə düşən ayam, (Düşən ayam) Sevən qəlbin arzusuyam. (Arzusuyam) Sən alovsan, mənsə suyam Yaxına gəl qurban olum, qurban olum Bağçanızda gülə döndüm Saralmış sünbülə döndüm Həsrətindən külə döndüm, həsrətindən külə döndüm Yaxın gəl, yaxın gəl, yaxın gəl qurban olum Bağçanızda (Bağçanızda) gülə döndüm Saralmış sünbülə döndüm Həsrətindən külə döndüm, həsrətindən külə döndüm Yaxın gəl, yaxın gəl, yaxın gəl Üşüyürəm bənövşətək
  • Mənim tarixim var, mənim elim var Mənim şairim var, mənim dilim var Mənim şairim var, mənim dilim var Odlar yurdunun öz övladıyam mən Əbədi nəğməmsən, sevimli vətən Əbədi nəğməmsən, sevimli vətən Azərbaycanım, nəfəsim, canım Sənə bağlıyam, Qarabağlıyam Azərbaycanım, nəfəsim, canım Sənə bağlıyam, Qarabağlıyam Azəriyəm mən Qədim bir xalqın Həcər nəvəsiyəm Babək nəvəsi Azəriyəm mən Qədim bir xalqın Həcər nəvəsiyəm Babək nəvəsi Mənim keçmişim var, mənim bu günüm Nə qədər faciəm, toyum, düyünüm Nə qədər faciəm, toyum, düyünüm Odlar evladıyam, bu elə bağlı Mən odlar qızıyam, bu elə bağlı Mən odlar qızıyam, bu elə bağlı Azərbaycanım, nəfəsim, canım Sənə bağlıyam, Qarabağlıyam Azərbaycanım, nəfəsim, canım Sənə bağlıyam, Qarabağlıyam Azəriyəm mən Qədim bir xalqın Həcər nəvəsiyəm Babək nəvəsi Azəriyəm mən Qədim bir xalqın Həcər nəvəsiyəm Babək nəvəsi Azərbaycanım, nəfəsim, canım Sənə bağlıyam, Qarabağlıyam Azərbaycanım, nəfəsim, canım Sənə bağlıyam, Qarabağlıyam Azəriyəm mən Qədim bir xalqın Həcər nəvəsiyəm Babək nəvəsi Azəriyəm mən Qədim bir xalqın Həcər nəvəsiyəm Babək nəvəsi
  • Səngiyib son döyüş Sərhəddə sükut var Açılıb göy üzü Ötüşür durnalar Durnalar, durnalar Ay qərib durnalar Sərhəddən yarıma Müjdələr apar Məktublar, məktublar Natamam məktublar Güman var ki, yazılar Ünvana çatar Məktublar, məktublar Natamam məktublar Güman var ki, yazılar Ünvana çatar Dənizdə, sahildə Yerlərdə, göylərdə Vətənə çəpərik Sərhədçilərik Meşədə, səhrada Dağlarda, dərədə Vətənə sipərik Sərhədçilərik Sərhəd nişanəsi, keşikçi qülləsi Tikanlı məftillər, həyəcan səsi Qarşıda döyüş var Arxada vətəndir Lazım olsa əgər, canından keçər əsgər Analar, analar Pərişan analar Qismət olsa bu bahar Oğlunuz qayıdar Analar, analar Pərişan analar Qismət olsa bu bahar Oğlunuz qayıdar Dənizdə, sahildə Yerlərdə, göylərdə Vətənə çəpərik Sərhədçilərik Meşədə, səhrada Dağlarda, dərədə Vətənə sipərik Sərhədçilərik Məktublar, məktublar Natamam məktublar Güman var ki, yazılar Ünvana çatar Analar, analar Pərişan analar Qismət olsa bu bahar Oğlunuz qayıdar Dənizdə, sahildə Yerlərdə, göylərdə Vətənə çəpərik Sərhədçilərik Meşədə, səhrada Dağlarda, dərədə Vətənə sipərik Sərhədçilərik Sərhədçilərik Sərhədçilərik
  • Ah başıma gələnlər Dörd-dördlük oğlan yoxdur Hey beynimdə gəzənlər Çıxın ordan sizə yer yoxdu Ruhumdan anlayan Oğlan düzəldəcəm mənə yarayan Nə?! Stop! What? Ay, ay, ay, ay Bu gülümsəyən üzə Bir də qəlb taxaq Həm həyatda dostum Həm prinsim olsun Tək məni sevsin deyə proqram yazaq Hər kəsin o xəyalı idealım olsun Bu gülümsəyən üzə Bir də qəlb taxaq Həm həyatda dostum Həm prinsim olsun Tək məni sevsin deyə proqram yazaq Hər kəsin o xəyalı idealım olsun (İdealım olsun, idealım olsun) Haydı, qızlar əllər havaya Subay olan çıxsın ortaya Dəyər verən varmı Gedəni saxlamazlar (Bay bay) Sağdan-soldan gəzir (Eşqi ölçsək) Heç zəng etmir? Ay dalınca pəmbə daş boş ver ya Ruhumuzdan anlayan Oğlan düzəldəcəm bizə yarayan Nə,nə, nə, nə? Ay, ay, ay, ay Bu gülümsəyən üzə Bir də qəlb taxaq Həm həyatda dostum Həm prinsim olsun Tək məni sevsin deyə proqram yazaq Hər kəsin o xəyalı idealım olsun Bu gülümsəyən üzə Bir də qəlb taxaq Həm həyatda dostum Həm prinsim olsun Tək məni sevsin deyə proqram yazaq Hər kəsin o xəyalı idealım olsun Bu gülümsəyən üzə Bir də qəlb taxaq Həm həyatda dostum Həm prinsim olsun Tək məni sevsin deyə proqram yazaq Hər kəsin o xəyalı idealım olsun Bu gülümsəyən üzə Bir də qəlb taxaq Həm həyatda dostum Həm prinsim olsun Tək məni sevsin deyə proqram yazaq Hər kəsin o xəyalı idealım olsun (İdealım olsun, idealım olsun)
  • İçimdə ağrılar o ağrıların səbəbi sən Gözümdə yaşlar o yaşların sahibi sən Ürəyimdə taxt qurmuşam sənə, bizə Geri dön nə olar, qıyma saf sevgimizə Suallar içində cavabsız qalmışam Sevdim amma sevilmədim, həsrətindən yanmışam Susdum, dinmədim, gözlədim dönər deyə Ah, yanılmışam, mən necə aldanmışam Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Yoxluğunla gecə-gündüz savaşdım Talehimlə bacarmadım, barışmadım Günlər, aylar, illər keçsə də sənsiz fəsillər Sənsizliyə alışmadım Desələr ki, gözləmə yar gəlməyəcək Desələr ki, ayrılıq heç bitmiyəcək Unudarsanmı məni, yaşananları, o günləri? Unudarsanmı de gizli xatirələri? Əgər varsa hisslər, səni qəlbim gözləyər Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm Sən gəl sevdiyini sevdiyinin üzünə söylə Yoxsa sənsizlikdən, sənsizliyə gedirəm Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki Mənim üçün dəyərlisən, amma dəyərmisən
  • Uzağı dörd gün çətini "Uzağı siləcəm ağlımdan" deməyimə baxma Keçib dörd il, "saxla zamanı" O zaman özümdən deməyimə baxma Söz deyə bilmədim mən Bu gün özümə axtardım rəsmini Döz deyə bilmədim mən Bu gün ürəyimə yenə səni istədim Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü Ağ kağızda yazıram adını Bu sözü təklikdə deməyimə baxma Ağ kağıztək sil inadını, o zaman ayrı idi inadına baxma Söz deyə bilmədim mən, bu gün özümə axtardım rəsmini Döz deyə bilmədim mən, bu gün ürəyimə yenə səni istədim Aylar keçdi, illər keçdi biz sənlə bu yolu özümüz seçdik Necə keçdi mənsiz bu ad günün? Mən deyəsən bu gün biraz çox içdim Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü Nə qədər ki, güc gəldim, aldadıb özümü Nə qədər ki, cəhd etdim, unudub özümü Hələ mən belə bilməzdim, qəlbimin səsinə Bu qədər vaxt sən demə, yummuşam gözümü
  • Lətifəmiz, sən hər zaman bizimlə olacaqsan Sən həmişə qəlbimizdə yaşayacaqsan Zərif, xoş, incə təbəssümün Mülayim, sehrli hər sözün Dünənkitək xatirimizdə qalacaq Lətifəmiz, yerin o qədər çox görünür ki! Yüz il də keçsə, yaddaşlarda, bil, qalacaqsan Ömrünü övladlara verdin, həyatını onlara həsr etdin Heç zaman heç nəyini əsla əsirgəmədin Umuram, indi sən ən yaxşı yerdəsən Sanıram, əslində mavi göylərdəsən Əminəm, çox rahat, sakit əllərdəsən Sən həmişə, daim bizimləsən Sevimli gəlinin sənə həsr edibdir bu əziz mahnını Əlində olaydı nəyisə dəyişmək sənə görə kaş onu! Özləməkdir tək çıxış yolu, sevilməyindir bu yolun sonu Özünü sevdirə bildin, Lətifəmiz Nəvələrin sənin üçün çox darıxırlar Yaxınların, doğmaların sənsiz sıxılırlar Özləməkdir həsrətin sonu, sevilməkdir həyatın yolu Özünü sevdirə bildin, Lətifəmiz Umuram, indi sən ən yaxşı yerdəsən Sanıram, əslində mavi göylərdəsən Əminəm, çox rahat, sakit əllərdəsən Sən həmişə, daim bizimləsən Umuram, indi sən ən yaxşı yerdəsən Sanıram, əslində mavi göylərdəsən Əminəm, çox rahat, sakit əllərdəsən Sən həmişə, daim bizimləsən
  • Sarılıb-sarılıb rəsmlərə Diləklər dilədim tez gəl deyə Balaca boyunla sən mənimlə yarış Susdun olmadı, indi də danış Sənə qayda yox, hər şeyə qarış Eşqin modelini mən sənlə çizərəm Dalaram, gedərəm gələcəyə Gecələr yuxu da haram mənə Nə şikayət edərəm, nə də səndən vazkeçərəm Səni qəlbimə yar, başıma da tac edərəm Ha, ha gülsəm, yesəm səni, öpsəm Mən bu eşqə doya bilərəm Və yalnız o zaman uzağında qalamam Qaça-qaça sənə gələrəm Ha, ha gülsəm, yesəm səni, öpsəm Mən bu eşqə doya bilərəm Və yalnız o zaman uzağında qalamam Qaça-qaça sənə gələrəm Sarılıb, sarılıb rəsmlərə Diləklər dilədim tez gəl deyə Balaca boyunla sən mənimlə yarış Susdun olmadı, indi də danış Sənə qayda yox, hər şeyə qarış Eşqin modelini mən sənlə çizərəm Dalaram, gedərəm gələcəyə Gecələr yuxu da haram mənə Nə şikayət edərəm, nə də səndən vazkeçərəm Səni qəlbimə yar, başıma da tac edərəm Ha, ha gülsəm, yesəm səni, öpsəm Mən bu eşqə doya bilərəm Və yalnız o zaman uzağında qalamam Uça-uça sənə gələrəm Ha, ha gülsəm, yesəm səni, öpsəm Mən bu eşqə doya bilərəm Və yalnız o zaman uzağında qalamam Uça-uça sənə gələrəm Ha, ha gülsəm, yesəm səni, öpsəm Mən bu eşqə doya bilərəm Və yalnız o zaman uzağında qalamam Qaça-qaça sənə gələrəm Ha, ha gülsəm, yesəm səni, öpsəm Mən bu eşqə doya bilərəm Və yalnız o zaman uzağında qalamam Uça-uça sənə gələrəm
  • Dönüşünlə sevindir məni, sənsiz getmir saat əqrəbi İsit üşüyən o busəmi, haralardasan? Hərarətin yandırsın məni, duyum o ilıq nəfəsini İsit üşüyən bu əlimi, haralardasan? Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo sən və mən ooooo sən və mən ooooo sən və mən Ooooo sən və mən ooooo sən və mən ooooo sən və mən Nəfəsini ver günəş sönsün, ötən günlər geriyə dönsün Gəlişini qoy cahan bilsin, haralardasan? Bax sənsiz keçən bu ömrümə, axır zaman sanki tərsinə Hop ruhuma, həm də cismimə, haralardasan? Ooooo... Uzun yolun budur sonu, sən və mən Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo... Kim bilir bu yolun sonunu Ooooo... Bu nə eşqdir, bu nə dərdir, bu nə yol Ooooo... Uzun yolun, budur sonu, sən və mən Ooooo... Uzun yolun, budur sonu, sən və mən Sən və mən, sən və mən, sən və mən
  • Qəhrəman anası, başını dik tut Oğlun bu vətənin keşiyindədir Vətən də anamdır, sən də anamsan Həm onun, həm sənin keşiyindədir Oğlunun sədası gəlir Şuşadan Qovub düşmənləri məğrur dayanır Şuşa məscidinə sancıb bayrağın O, sənin duanla zəfər qazanıb Hərbçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sərhədçi atası, gözlərin aydın Oğlun Zəngəzuru qoruyur bu gün Artıq yurd həsrəti sona yetişdi Açıldı 30 il bağlanan düyün Sərhədçi anası, daha ağlama Oğlun şəhidlərin qisasın aldı Rəşadət göstərdi hünərli balan Düşmən üzərində qələbə çaldı Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sən ey hərbçinin həyat yoldaşı Gözləri həsrətlə yol çəkən qadın Qürurlan, igidin xidmətindəsən Sənə əmanətdir körpə övladın Qanınla can verdin xarı bülbülə Sevindi torpağın, sevindi daşın Qəhrəman şəhidim, nur içində yat Aldı qisasını döyüş yoldaşın Hərbçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur
  • Mənimsən, ay gözəl yarım, mənimsən mənim Talehim, qismətim, varım canımsan mənim Mənimsən, ay gözəl yarım, mənimsən mənim Talehim, qismətim, varım canımsan mənim Hər zaman, hər dəqiqə mən yolunu gözləmişəm Səni necə sevdiyimi ürəyimdə gizləmişəm Hər zaman, hər dəqiqə mən yolunu gözləmişəm Səni necə sevdiyimi ürəyimdə gizləmişəm Mənim həyatım sənindir, sənindir Mənim həyatım sənindir, sənindir Sənsiz həyat mənə çox çətindir Sənsiz həyat mənə çox çətindir Mənim həyatım sənindir, sənindir Mənim həyatım sənindir, sənindir Sənsiz həyat mənə çox çətindir Sənsiz həyat mənə çox çətindir İnan ki, hər zaman səni, səni anıram Səni mən hamıdan yaxın, yaxın sanıram İnan ki, hər zaman səni, səni anıram Səni mən hamıdan yaxın, yaxın sanıram Hər zaman, hər dəqiqə mən yolunu gözləmişəm Səni necə sevdiyimi ürəyimdə gizləmişəm Hər zaman, hər dəqiqə mən yolunu gözləmişəm Səni necə sevdiyimi ürəyimdə gizləmişəm Mənim həyatım sənindir, sənindir Mənim həyatım sənindir, sənindir Sənsiz həyat mənə çox çətindir Sənsiz həyat mənə çox çətindir Mənim həyatım sənindir, sənindir Mənim həyatım sənindir, sənindir Sənsiz həyat mənə çox çətindir Sənsiz həyat mənə çox çətindir Hər zaman, hər dəqiqə mən yolunu gözləmişəm Səni necə sevdiyimi ürəyimdə gizləmişəm Hər zaman, hər dəqiqə mən yolunu gözləmişəm Səni necə sevdiyimi ürəyimdə gizləmişəm Mənim həyatım sənindir, sənindir Mənim həyatım sənindir, sənindir Sənsiz həyat mənə çox çətindir Sənsiz həyat mənə çox çətindir Mənim həyatım sənindir, sənindir Mənim həyatım sənindir, sənindir Sənsiz həyat mənə çox çətindir Sənsiz həyat mənə çox çətindir
  • Nerden geldin çıktın sen, tüm belalar beni mi bulur? Mıknatısmıyım neyim, anlamadım, hadi buyur Hastasıyım yanlış atdığın mesajların Sonra arama gelir, "Alo, aşkım" sana yazdım Yazık sana kıyamam ki, ama hangi birini Affetedeyim gitsin mecburmuyum buna ha? Güle-güle, şekerim, gözlerinden öperim Nerde karşıma çıksan, "Hello" deyip geçerim Kandırma beni arabesk, ciddi tavırla ağır abilik yapma Utandırma beni, çakma erkek tipinle centlmen yemi atma Kandırma beni arabesk, ciddi tavırla ağır abilik yapma Utandırma beni, çakma erkek tipinle centlmen yemi atma Nerden geldin çıktın sen, tüm belalar beni mi bulur? Mıknatısmıyım neyim, anlamadım, hadi buyur Hastasıyım yanlış atdığın mesajları Sonra arama gelir, "Alo, aşkım" sana yazdım Yazık sana kıyamam ki, amma hangi birini Affedeyim gitsin mecburmuyum buna ha? Güle-güle, şekerim, gözlerinden öperim Nerde karşıma çıksan, "Hello" deyip geçerim Kandırma beni arabesk, ciddi tavırla ağır abilik yapma Utandırma beni, çakma erkek tipinle centlmen yemi atma Kandırma beni arabesk, ciddi tavırla ağır abilik yapma Utandırma beni, çakma erkek tipinle centlmen yemi atma Güle-güle, şekerim, gözlerinden öperim Nerde karşıma çıksan, "Hello" deyip geçerim Kandırma beni arabesk, ciddi tavırla ağır abilik yapma Utandırma beni, çakma erkek tipinle centlmen yemi atma
  • Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Bu gün uşaqlar bayramı Hər tərəf firavan, çox gözəldir hamı Bu gün sevgi bayramı Gəlsin hər yandan sevinc sorağı Dünyanın saf varlıqları Övladların arzusu açsın çiçək Uşaqlar böyüdükcə xəyalları olsun gerçək Bu gözəl bayram axşamı Hər kəsin arzusu açsın çiçək Uşaqların dünyasına sevinc yağsın ləçək-ləçək Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Günü-gündən çiçəklənən gözəl vətənim var mənim Səfası ilə dünyaya ətir saçan İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Bu gün uşaqlar bayramı Hər tərəf firavan, çox gözəldir hamı Bu gün sevgi bayramı Gəlsin hər yandan sevinc sorağı Dünyanın saf varlıqları Övladların arzusu açsın çiçək Uşaqlar böyüdükcə xəyalları olsun gerçək Bu gözəl bayram axşamı Hər kəsin arzusu açsın çiçək Uşaqların dünyasına sevinc yağsın ləçək-ləçək İlk baxışdan çox sevilən ən ülvi, sah məhəbbətin Nümunəsidir vətənim Azərbaycan Bu gün uşaqlar bayramı Hər tərəf firavan, çox gözəldir hamı Bu gün sevgi bayramı Gəlsin hər yandan sevinc sorağı Dünyanın saf varlıqları Övladların arzusu açsın çiçək Uşaqlar böyüdükcə xəyalları olsun gerçək Bu gözəl bayram axşamı Hər kəsin arzusu açsın çiçək Uşaqların dünyasına sevinc yağsın ləçək-ləçək
  • Günlərin bir günü vardı bir qız, bir oğlan Uşaqlıqda birgə oynayan Qız sevirdi oğlanı çox onun qəsrini Çox sevirdi şəhzadəsini Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez çatsa olacaq onun Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez çatsa, olacaq onun Aylar ötdü, illər keçdi böyüdü onlar Bir-birini tez unutdular Böyüyürdü onlarla bir bütün nağıllar Sevgidən də böyük arzular Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun Aylar ötdü, illər keçdi böyüdü onlar Bir-birini tez unutdular Böyüyürdü onlarla bir bütün arzular Sevgidən də böyük arzular Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun Biri var idi, bir yox idi burda əzəldən Nağıllara qəhrəmanlar gəlir təzədən Göydən düşən almalardır nağılın sonu Kim tez tutsa, olacaq onun
  • Sən ellərin, könüllərin nurlu baharısan Sən ellərin, könüllərin nurlu baharısan Eşqi dərin azərilərin sevimli bir diyarısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Quşlar uçar, güllər açar mavi qucağında Quşlar uçar, güllər açar mavi qucağında Hara baxsan, zövq alacaqsan sənin İsa bulağında Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Gözəl Şuşa, bir tamaşa Yay günləri sərin Gözəl Şuşa, bir tamaşa Yay günləri sərin Cıdır düzün, aylı gündüzlü Tarixidir keçmişlərin Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan Cənnətim Qarabağ, zinətim Qarabağ Nəğmələr gülüstanısan, sevgi dastanısan
  • Rənglənir göy qurşağı Sarı, yaşıl, al-əlvan Eşqlə bəzənir hər yan Eşq ilə boyan Rənglənir göy qurşağı Sarı, yaşıl, al-əlvan Eşqlə bəzənir hər yan Eşq ilə boyan Parla al günəş kimi Çəmən ol, çiçək ol sən Çağlayan dəniz kimi Sevən bir ürək ol sən Parla al günəş kimi Çəmən ol, çiçək ol sən Çağlayan dəniz kimi Sevən bir ürək ol sən Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Parla al günəş kimi Çəmən ol, çiçək ol sən Çağlayan dəniz kimi Sevən bir ürək ol sən Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Ay dostum, bəsdir, oyan Aşiq ol, eşqə boyan Gəl, dostum, qoşul bizə Eşq ilə boyan Eşq ilə boyan Sən də eşq ilə boyan
  • Gəlməyin üstümə, yaralı biriyəm Bir divar önündə yıxılan kimiyəm Öz evim, öz obam nə girdi araya? Nə zaman baxar oldu uzaqdan uzağa? Ah, bir o yan, ah bir bu yan Deşməyin yaramı aman! Ah Qarabağ, inləyən torpaq Bölməyin vətəni aman! O uzaq torpaqlar mənim öz yerimdir Açmayan o çiçək xarı bülbülündür Zəngəzur, İrəvan gözü yolda qalıb O gözəl cənnətdə indi od qalanıb Ah bir o yan, ah bir bu yan Deşməyin yaramı aman! Ah Qarabağ, inləyən torpaq Bölməyin vətəni aman! Yanır ciyərim yanır Qan ağlayır evdə analar Oyan, şəhidim, oyan Oyan, nə olar Gözləyənin var Yanır ciyərim yanır Qan ağlayır evdə analar Oyan, şəhidim, oyan Oyan, nə olar Gözləyənin var Ah nə zaman... Ah nə yaman... Tutulduq bu qışa, aman? Ah gün gələr Biz bir səhər Çıxarıq bahara, aman!
  • Yenə dəniz, yenə də bir dəli, bir soyuq külək Yenə də biz bilmirik nə edək, hayana edək Məni səndən alacaq bu yollar, bu qəfil duman Sonra səni qaytarar ömrümə yenidən zaman Sonra payız gələr, yağar yağışlar Sonra günəş doğar, gülər baxışlar Bitər könlümüzdə dəli savaşlar Bir məhəbbət başlar, yenidən başlar Yenə dəniz, yenə də bir dəli, bir soyuq külək Yenə də biz bilmirik nə edək, hayana edək Məni səndən alacaq bu yollar, bu qəfil duman Sonra səni qaytarar ömrümə yenidən zaman Sonra payız gələr, yağar yağışlar Sonra günəş doğar, gülər baxışlar Bitər könlümüzdə dəli savaşlar Bir məhəbbət başlar, yenidən başlar Sonra payız gələr, yağar yağışlar Sonra günəş doğar, gülər baxışlar Bitər könlümüzdə dəli savaşlar Bir məhəbbət başlar, yenidən başlar
  • Geri gəlmərəm dedim, amma Yenə qayıtdım bir çağırışla Səni silmişəm dedim, amma Unutdum hər şeyi bir baxışla Yenə itəcək iradəm mənim Görüşəndə biz tutanda sən əllərimi Ona görə söz verdim özümə Görüşə gəlməyəcəm daha məni bağışla Susdun yenə itdin üfüqlərdə Gəlsən geri nə olacaq bilmirəm ki Dağılar qalalar sən bir üfürməklə Silirəm səni mən deyirəm amma silmirəm ki Susdun itdin getdin Səni səni səni səni səni silirəm mən Sonuncu zəng sonuncu sms Mən görüşlərdən sonra bitirirəm hər şeyi Yenə səndən zəng, yenə səndən sms İtirirəm özümü, itirirəm hər şeyi Sonuncu zəng sonuncu sms Mən görüşlərdən sonra bitirirəm hər şeyi Yenə səndən zəng, yenə səndən sms İtirirəm özümü, itirirəm hər şeyi Gəlmə bir daha geri Bulandırma durulmuş suları Bitib yaşatdığın qış Yaşayıram ömrümdə yeni baharı Çox çətinliklə olsa da mən unutdum olanları İndi öz əlimdədir ürəyimin açarı Yenə itdin sən, yoxdur zənglər və mən darıxıram Bitsin qoy bu oyun, mən səninlə barışıram Sonuncu zəng sonuncu sms Mən görüşlərdən sonra bitirirəm hər şeyi Yenə səndən zəng, yenə səndən sms İtirirəm özümü, itirirəm hər şeyi Sonuncu zəng sonuncu sms Mən görüşlərdən sonra bitirirəm hər şeyi Yenə səndən zəng, yenə səndən sms İtirirəm özümü, itirirəm hər şeyi Nə qədər mən istəsəm də sənsiz Alınmır heç sənsiz alınmır heç Mən bacarmıram seçmək Ona görə sən gedimmi seç yoxsa qalımmı seç Susdun itdin getdin Səni səni səni səni səni silirəm mən Sonuncu zəng sonuncu sms Mən görüşlərdən sonra bitirirəm hər şeyi Yenə səndən zəng, yenə səndən sms İtirirəm özümü, itirirəm hər şeyi Sonuncu zəng sonuncu sms Mən görüşlərdən sonra bitirirəm hər şeyi Yеnə səndən zəng, yenə səndən sms İtirirəm özümü, itirirəm hər şeyi
  • Sən getdin ömrümdən gəldiyin kimi Küsdü bənovşəsi uca dağların Nədən tez itirdim tapdığım kimi? Yaşatdı ruhumu tək xəyalların Sən getdin ömrümdən gəldiyin kimi Küsdü bənovşəsi uca dağların Nədən tez itirdim tapdığım kimi? Yaşatdı ruhumu tək xəyalların Nədən tez itirdim tapdığım kimi? Yaşatdı ruhumu tək xəyalların Sənsiz mən kimsəsiz, tənhayam, inan Həsrətin yandırır hər zaman məni Sənsiz mən kimsəsiz, tənhayam, inan Həsrətin yandırır hər zaman məni Gəzirəm yollarda, gözüm gözlərdə Bəlkə də nə vaxtsa taparam səni Gəzirəm, tənhayam, gözüm yollarda Bəlkə də nə vaxtsa taparam səni Bəlkə də nə vaxtsa taparam səni Odladı bir atəş, o baxış məni Qəlbimdə bu odun tək közü qaldı Nakam məhəbbətin, sönən ocağın Ürəkdə silinməz izləri qaldı Odladı bir atəş, o baxış məni Qəlbimdə bu odun tək közü qaldı Nakam məhəbbətin, sönən ocağın Ürəkdə silinməz izləri qaldı Nakam məhəbbətin, sönən ocağın Ürəkdə silinməz izləri qaldı Sənsiz mən kimsəsiz, tənhayam, inan Həsrətin yandırır hər zaman məni Sənsiz mən kimsəsiz, tənhayam, inan Həsrətin yandırır hər zaman məni Gəzirəm yollarda, gözüm gözlərdə Bəlkə də nə vaxtsa taparam səni Gəzirəm hər zaman gözüm yollarda Bəlkə də nə vaxtsa taparam səni Bəlkə də nə vaxtsa taparam səni
  • Nə gözəldir məclisdir, yığışmışıq biz Səbəbi al donlu gözəl gəlinimiz El içində "Xınayaxdı" deyərlər Bəzənib-düzənib təbrik edərlər El içində "Xınayaxdı" deyərlər Bəzənib-düzənib təbrik edərlər Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Bəzənib xonçalar, bəzənib gəlin Ay dostlar, qohumlar, hamınız gəlin Xınalı əllərlə süzür gözəllər Onlar üçün də olsun belə qismətlər Xınalı əllərlə süzür gözəllər Onlar üçün də olsun belə qismətlər Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Açın ovucları, qəşəng qızların Yaxın xınaları siz narın-narın Üzərlik yandıraq, gəlməyin gözə Bir gün də gələrik sevincdən sizə Bir gün də gələrik sevincdən sizə
  • Şimşək olub çaxaram, yağış olub axaram Atəşini, odunu ürəyimə taxaram Dəniz kimi coşaram, sənə nəğmə qoşaram Sən yuxuma gəlməsən, sahilləri aşaram Bulud, bulud kimi dolaram Göylərində qalaram Yenə sənin olaram, olaram Bulud, bulud kimi dolaram Göylərində qalaram Yenə sənin olaram Nəğmə kimi ötərəm, harayına yetərəm Sənin könül bağında bülbül kimi ötərəm Büllur olam, ağ olam, ucalaram dağ olam Necə sən varsan, mən də ömrüm boyu sağ olam Bulud, bulud kimi dolaram Göylərində qalaram Yenə sənin olaram, olaram Bulud, bulud kimi dolaram Göylərində qalaram Yenə sənin olaram Bulud, bulud kimi dolaram Göylərində qalaram Yenə sənin olaram, olaram Bulud, bulud kimi dolaram Göylərində qalaram Yenə sənin olaram Yenə, yenə sənin olaram Yenə, yenə sənin olaram
  • Mən səninlə addım atdım Niyyət etdim, arzuma çatdım Çox uzaqdım, eşqə yaddım Sevgi nədir sənlə daddım Bir bilsən axı necə Xəyallar qurdum Sevən o qəlbin mənim Tək evim, yurdum Biz sənlə bir canda çarpan ürəyik Sanki olduq ruh əkizi Ən çətin yolları birgə keçərik Kimsə yıxa bilməz sevgimizi Biz sənlə bir canda çarpan ürəyik Sanki olduq ruh əkizi Ən çətin yolları birgə keçərik Kimsə yıxa bilməz sevgimizi Mən səninlə addım atdım Niyyət etdim, arzuma çatdım Çox uzaqdım, eşqə yaddım Sevgi nədir sənlə daddım Bir bilsən axı necə Xəyallar qurdum Sevən o qəlbin mənim Tək evim, yurdum Biz sənlə bir canda çarpan ürəyik Sanki olduq ruh əkizi Ən çətin yolları birgə keçərik Kimsə yıxa bilməz sevgimizi Biz sənlə bir canda çarpan ürəyik Sanki olduq ruh əkizi Ən çətin yolları birgə keçərik Kimsə yıxa bilməz sevgimizi Biz sənlə bir canda çarpan ürəyik Sanki olduq ruh əkizi Ən çətin yolları birgə keçərik Kimsə yıxa bilməz sevgimizi Biz sənlə bir canda çarpan ürəyik Sanki olduq ruh əkizi Ən çətin yolları birgə keçərik Kimsə yıxa bilməz sevgimizi
  • Qaranlıq otaq, qaranlıq şəhər Səhərlər gecə, gecələr səhər Soyuyur həyat, dayanır saat Dayanır ürək, dəyişim gərək Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Qarışır xəyal, qarışır fikir Yazılır sətir, pozulur sətir Sabah dünəndir, dünya tərs dönür Yanar ürəklər nə üçün sönür? Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Qaranlıq otaq, qaranlıq şəhər Səhərlər gecə, gecələr səhər Dayanır ürək, dəyişim gərək Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın Yan, işıqlar, yan, Bakım, oyan Qəlblər alışsın Sus, dodaqlar, sus, dilim, dayan Gözlər danışsın
  • Məni ağlayan gözləriniz olaydı Məni sevən ürəyiniz Mən də elə sizəm, siz Bir az yaxşı baxsanız, görərsiniz üzünüzdə Bir az yaxşı sevsəniz, dönərsiniz özünüz də (Kimə, kimə) Bir az yaxşı baxsanız, görərsiniz üzünüzdə Bir az yaxşı sevsəniz, dönərsiniz özünüz də Başqa ürəyimlə, başqa qayğımla Başqa diləyimlə, başqa ağlımla Mən elə sizəm, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz Başqa ürəyimlə, başqa qayğımla Başqa diləyimlə, başqa ağlımla Mən elə sizəm (Mən elə sizəm) Mən elə sizəm (Mən elə sizəm) Mən elə sizəm, elə sizəm, siz Ağacların arasında durmuşdum (Harda, harda?) Ağacların arasında durmuşdum (Ağacların...) Bəlkə elə ağaca oxşatdınız məni (Məni, məni...) Bəlkə elə siz özünüz ağacsınız (Yeriyən ağac?) Bəlkə elə biz hamımız ağaclarıq (Torpaqdan dikələn) Bəlkə elə siz özünüz ağacsınız (Əcəb işdir) Bəlkə elə biz hamımız ağaclarıq Bəlkə elə siz də, elə mən də Ağac deyilik, bir parça göyük Bir ovuc torpaq, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz Bəlkə elə siz də, elə mən də Ağac deyilik, bir parça göyük Bir ovuc torpaq, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz (İnanmırsınız?) Bir ovuc torpaq, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz Elə sizəm, siz Elə sizəm, siz
  • Be yalnızlık Sigara külü kadar yalnızlık Be kutsi ruhların başkalaştığı o an Be gariplik... Müjdelermiş gariplik Onun vuslatıyla kalpleri hicran Gecenin zülfünde solmuş bir yalnızlık Bir sehrada açmış yabani çiçek Garibim, söyle nedir, nedir bu sonsuzluk? Belki sen yalansın, belki sen yalansın Ama o gerçek Gecenin zülfünde solmuş bir yalnızlık Bir sehrada açmış yabani çiçek Garibim, söyle gel, nedir bu sonsuzluk? Belki sen yalansın, ama o gerçek Gecenin zülfünde solmuş bir yalnızlık Bir sehrada açmış yabani çiçek Garibim, söyle gel, nedir bu sonsuzluk? Belki sen yalansın, ama o gerçek Be yalnızlık Kuyudaki Yusuf gibi yalnızlık Be soğuk tasların sımsıcak bir ilgisi Be gariplik... Müjdelermiş gariplik Kalplerinde bir tek onun sevgisi Gecenin zülfünde solmuş bir yalnızlık Bir sehrada açmış yabani çiçek Garibim, söyle nedir, nedir bu sonsuzluk? Belki sen yalansın, belki sen yalansın Ama o gerçek Gecenin zülfünde solmuş bir yalnızlık Bir sehrada açmış yabani çiçek Garibim, söyle gel, nedir bu sonsuzluk? Belki sen yalansın, ama o gerçek Gecenin zülfünde solmuş bir yalnızlık Bir sehrada açmış yabani çiçek Garibim, söyle gel, nedir bu sonsuzluk? Belki sen yalansın, ama o gerçek